MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə92/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   88   89   90   91   92   93   94   95   ...   228

 

172


9.11. Azərbaycan Respublikası  

çaylarının ekoloji problemləri 

 

Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Respublikasının su resursları az olub həmin regionun 15%-ni 



təşkil edir. Respublikamızın su resursları Gürcüstandan 7,7 – 8,3 dəfə, Ermənistandan isə 3 dəfə azdır. Su ilə tə-

min olunmaq baxımından dünyanın su ilə az təmin olunan regionuna aid olub hər km

2

 əraziyə təxminən 100000 



m

3

, hər adam başına isə ildə 950-1000 m



su düşür. Respublikamızda suyun ümumi ehtiyatı 28,5-30,5 km

 olub 


quraqlıq illərində isə azalaraq 27,0-22,6 km

3

-ə enir (Mahmudov 2003). Su ehtiyatları ərazi üzrə qeyri bərabər 



paylanmışdır. Belə ki, Şəki, Zaqatala, Xaçmaz, Kəlbəcər, Dağlıq Qarabağ, Gədəbəydə belə problem olmadığı 

halda, Qobustan-Abşeron regionunda və suvarma əkinçiliyi inkişaf etmiş Kür-Araz ovalığı rayonlarında həmişə 

su qıtlığı mövcuddur. 

Respublikamızın bütün çayları  Xəzər dənizi hövzəsinə aiddir, onların sayı 8350-dir. İki çayın uzunluğu 

(Kür və Araz) 500 km-dən artıqdır. 22 çayın uzunluğu 100-500 km, 40 çayınki – 51-100 km, 107 çayınki 26-50 

km, onlardan 5141-i Kürçayı hövzəsinə, 1177-i Araz çayı hövzəsinə aiddir. Biləvasitə  Xəzərə tökülən çaylar 

qolları ilə birlikdə 3218-dir (Mahmudov, 2003), Ümumi çay şəbəkəsinin sıxlığı 0,36 km/km 

2

 təşkil edir.  



Ən sıx çay şəbəkəsi Lənkəran təbii vilayəti üçün səciyyəvi olub 0,84 km/km

2

, ən seyrək çay şəbəkəsi isə 



Abşeron – Qobustan regionunda- 0,20 km/km

təşkil edir. Respublika çaylarının ümumi uzunluğunun cəmi 



33665 km-dir, bütün su mənbələrinə məxsus şirin suların orta illik həcmi 30-31 km

3

-dir, ərazimizdə formalaşan 



suların cəmi 10-11 km

3

 təşkil edir. Göstərilən suların orta hesabla 80-85%-i çaylara məzsusdur (M.Salmanov, 



2002). 

               


 

173


Cədvəl 9.12  

Uzunluğu 100 km-dən artıq olan çaylar 

 

Çaylar Töküldüyü 

yer 

Uzunlu-


ğu, km 

Hövzə-


nin sahə-

si, km


Höv-


zənin 

orta 


hün-

dürlü-


yü 

 

Qonşu ərazilərdən daxil olan çaylar: 

Kür  

Xəzər dənizi 1364 



188000  - 

2768 


Araz Kür 

çayı 1072  102000 

-  3001 

Xram Kür 

220  6340 1530 

2162 


Ağstafa-

çay 


Kür 133 

2586 


1418 

2790 


Qanıx Mingəçevir 

su anb. 


413 16920 

730 


2741 

Qabırrı 


     «---------

» 

389 4840 



610 

2752 


Arpaçay Araz 

126 


2630  1968 2205 

Həkəri Araz 

128  5540  1836 

2812 


Bərgüşad Həkəri  

164 


2970 

2190 


2670 

Samur  


Xəzər dənizi 216 

4430 


3628 


Daxili çaylar 

Əyriçay Qanıx 134 1810 

1168 

3065 


Kürəkçay Kür 

126 


2080 

508  3088 

Tərtərçay Kür 

200 


2150 

1820  3117 

Xaçınçay Kür 

119 


657 

1558  2090 

Qar-qar-

çay 


Ağgöl 115 1490 

1241 


2080 

Türyan-


çay 

Kür 80 1340 

819 

3684 


Göyçay Turiyançay 115 

1770  538  1981 

Girdman-

çay 


Kür 121 

727 


1212 

2900 


Bolqarçay   Mahmud-

çala 


168 2170 

- 1727 


 

 

Birbaşa Xəzərə axan daxili çaylar 



 

Qusarçay Xəzər dənizi 113 

694 

1472  3808 



Qudyal-

çay 


«------» 108  799  1827 

3028 


Sumqayıt «------» 

198 


1751 

791  2028 

Pirsaat «------»  199 2280 

675 


2411 

Viləşçay «------» 

115 

935 


984  1208 

 

9.12. Kür və Araz çaylarının ekoloji problemləri 

Kür və Araz çayları mənbələrini Türkiyə ərazisindən götürərək 5 dövlətin (Türkiyə, İran, Gürcüstan, Ermə-

nistan və Azərbaycan) ərazisindən axır.  

Azərbaycan Respublikasının və ümumiyyətlə  Cənubi Qafqazın bütün təsərrüfatlarında əsas yeri Kür çayı 

və onun qollarının su ehtiyatları (26,9 km

3

)

 



tutur. Bu ümumi  su ehtiyatlarının 87%-ni təşkil edir. Kür hövzəsi-

nin ümumi axım həcminin yalnız 7,3 km

3

 respublikamız daxilində formalaşır. Qalan hissəsi (70%-i) qonşu ölkə-



lərdən tranzit olaraq daxil olur. Türkiyə və İranda hər iki çay dağlıq ərazilərdən keçərək sahillərində iri yaşayış 

məntəqələri, sənaye müəssisələri olmadığı üçün çirklənməyə məruz qalmır. Son yarım əsrə qədər müddətdə apa-

rılan tədqiqatlar (M.Salmanov, 2002) göstərdi ki, Kür, Araz çayları və onların əsas qolları respublikamızdan kə-

narda – Gürcüstan və Ermənistan ərazilərində çirklənir. Belə ki, Ermənistanın 100%, Gürcüstanın 30% ərazisi, 




 

174


Türkiyənin 31 min, İranın 40 min və Azərbaycanın 37 min km

 sahəsi Kür-Araz hövzəsinə aiddir. Yəni Kür ça-



yına 188 min km

2

, Araza isə 103 min km



2

 ərazidən sənaye, kənd təsərrüfat və məişət çirkabı, müxtəlif tullantılar 

atılır. 

Kür çayı əvvəlcə Gürcüstanın Borjom, Axalbaba, Xaşuri, Qori, Kareli, Kaspi şəhərlərinin və çayın sahilin-

də yerləşən başqa yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal – məişət tullantıları hesabına sutka-

da 3 mln. m

3

 –ə qədər çirkab suları buraxılır (Ş.Xəlilov, 2000). Daha sonra 40 km məsafədə Tiflis şəhərini kəsib 



keçən Kür çayı daha kəsgin çirklənməyə məruz qalır. 

Gürcüstan Respublikası su müfəttişliyinin məlumatına əsasən (1989) Tiflis şəhəri daxilində çay suyunda olan zə-

rərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən (QSh) 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə, 

xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 13 dəfə, azot 8 dəfə, mədə-bağırsaq basilləri 238 dəfə, saprofit bakteri-

yaları 300 dəfə artıqdır (Ş.Xəlilov, 2000). 

Ş.B. Xəlilov (2000) qeyd etdiyi kimi Tiflisdə olan 30-dan çox küçənin leysan yağış kollektorları şəhərin bir 

çox sənaye müəssisələrinin («Elektrocihaz», «Dəzgahqayırma», «Baxtrioni», «Kruanisi», «Ekran», Dimitrov 

adına aviasiya, dəri istehsalat birlikləri, avtomobil təmiri, elektrik qaynağı, kənd təsərrüfatı maşınları, cihazqa-

yırma, sabitləşdirmə zavodları, avtomobil parkları, xəstəxanalar və s.) çirkab sularını birbaşa Kürə axıdır. Şəhər 

daxilində Kür çayının qəbul etdiyi kiçik qolların (Xevdzmara, Vere, Digmula, Loçino) çirklənmə dərəcəsi Kü-

rün özündən də çoxdur. Bu çaylar əslində çirkab sularını axıdan kanalizasiya kollektorlarına çevrilmişdir. 

Tiflis şəhəri daxilində sutka ərzində daha 1 mln. m

3

 çirkab suları qəbul edən Kür çayı 20 km məsafədən 



sonra Rustavi şəhərində yenidən ciddi çirklənməyə məruz qalır və sutka ərzində yüz min m

3

 –lə sənaye və kom-



munal – məişət tullantılarından ibarət çirkab sularını qəbul edir. Nəticədə Kürə il ərzində orta hesabla 700 min 

ton üzvi maddələr, 30 min ton azot-fosfor duzları, 12 min ton müxtəlif duzlar və qələvilər, 16 min ton süni səthi 

fəal maddələr və s. axıdılırdı. Azot birləşmələrinin çox hissəsi Rustavidə «Azot» istehsalat birliyindən buraxılır-

dı. Bu müəssisədə 1985 və 1987-ci illərdə baş verən qəza nəticəsində Kürə külli miqdarda azot birləşmələri ax-

mış, çayda Şəmkir su anbarına qədər olan məsafədə balıqların kütləvi qırılması baş vermişdir. Nəticədə Kür  ça-

yı respublikamıza son dərəcədə çirklənmiş, insan və su orqanizmləri üçün təhlükəli çay kimi daxil olur. İki res-

publikanın sərhədi boyu axan Kürün sağ qolu olan Xramçayı Kürə çoxlu çirkab suları gətirir. Gürcustan ərazi-

sində Xram çayına Ermənistanın ən çirkli çayı – Debedçayı qovuşur. Ermənistanın rəngli metallurgiya, kimya 

və yüngül sənaye mərkəzləri olan Kirovakan, Alaverdi və Stepanavan şəhərləri bu çayın hövzəsində yerləşir. Bu 

şəhərlərin sənaye və  məişət tullantıları  təmizlənmədən çaya axıdılır. Kirovakan kimya, Alaverdi metallurgiya 

kombinatlarından və Axtala filizsaflaşdırma fabrikindən çirkab sularının axıdıldığı Debedı çay çirklənmə dərə-

cəsinə görə Razdan və Oxçuçaydan sonra Ermənistanın üçüncü çayı sayılır. 

M.A.Salmanovun (2002) apardığı tədqiqatlar göstərdi ki, 1976-cı ildən 2001-ci ilə qədər çirklənmiş sular 

Şəmkir Su anbarına kimi Kür çayından öz-özünə təmizləmə prosesləri kəsərsizləşmişdir. Müəllifə  görə Kür ça-

yında mikroflora son 35 ildə mühitə xas olmayan kənar növlərlə əvəz olunmuşdur. Ona görə hazırda saprofit av-

toxton (mühitin özünə məxsus - təbii) bakteriyalar antropogen mənşəli koliform bakteriyalarla əvəz olunmuşdur. 

Respublikamızın  ərazisinə  qədər sahədə Kür çayının çirklənməsi – zəhərlənməsi Gürcüstan və Ermənistanda 

çirkab axınına çevrilən Maşavera, Ağstafaçay, Kazretula, Algeti, Xramçay və b. nəql etdikləri pollyutantlar 

(ümumi çirkləndirici maddələr) hesabına daha da kəsginləşir.  

Ağstafaçayın suyunun zəhərlənməsi nəticəsində suda oksigenin miqdarı 4-5 dəfə azalır, belə suyun istifadə-

si təhlükəlidir. Çayın zəhərlənməsi suda olan mikrofloranın inkişafına da mənfi təsir göstərir. Ermənistan tərə-

findən zəhərlənən Ağstafaçay Qazax rayonunda yaradılan su anbarında cəmləşir və bölgənin kənd-qəsəbələrində 

məişətdə, suvarmada istifadə olunur. Ona görə bu su anbarı  əhalinin sağlamlığı üçün real təhlükə  mənbəyinə 

çevrilmişdir, o, məişətdə istifadə edilməməlidir. 

Dövlət Hidrometeorologiya Komitəsinin çoxillik məlumatına görə Kür çayının çirklənmə indeksi Şıxlı 

kəndində 1.60-2.2, Yenikənd qəsəbəsində 1.97 (mülayim çirklənmə-III qrup), Mingəçevirdə 2.9 (çirklənmiş – 

IV qrup), Yevlax şəhərində 1.82, Pirəzə  kəndində –1.26; Zərdabda – 1.42-2.34, Mollakənddə- 2.14, Surra 

kəndində-2.11-2.44 (mülayim çirklənmə III qrup), Bankə  qəsəbəsində 3.62-3.64 (çirklənmiş – IV qrup) və 

Mayak qəsəbəsində 5.10 (çirkli V qrup) ölçüdə qeydə alınmışdır. Araz çayı sularının çirklənmə indeksi Sədərək 

məntəqəsində 1,82 –2,24 (mülayim çirklənmə III qrup), Culfada 3.32 (çirklənmiş – IV qrup), Saatlıda 3.64-4.93 

(çirklənmiş və çirkli IV-V qrup) təşkil etmişdir. (Cədvəl 9.13)  

Göstərilən Komitənin məlumatına  əsasən (1987-89-cu illər)  Şıxlı  kəndi yaxınlığında çayın sularında 

oksigenə olan biokimyəvi tələbat (OBT

s

) –3.71 mq /l, neft məhsulları 0,15 mq /l,  fenollar 0,03 mq /l,  yəni 



normadan bir neçə  dəfə artıqdır. Heksoxloran kimi pestisidin isə il boyu miqdarı 0,006 mkq /l, -ə  qədərdir. 

Mingəçevir yaxınlığında Kür sularında neft məhsullarının miqdarı 0,18 mq /l, (4SKH-son konsentrasiya həddi), 

fenolların miqdarı isə 0,005-0,01 mq /l-ə qədər olmaqla normadan 5-10 dəfə artıqdır. Heksoxloranın miqdarı isə 

sularda 0,037 mkq /l-ə  qədərdir. Göstərilən  ərazidəki, hidroloji məntəqələrdən götürülmüş su nümunələrində 

bixromat oksidləri 13,5-22,6 mq /l, neft məhsulları 0,03-0,25 mq /l, fenollar 0,003-0,04 mq /l, heksoxloran 

0,005-0,037 mkq /l təşkil etmişdir. Benzol turşuları 2,8 mq /l, yəni normadan 5-6 dəfə artıq olmuşdur. 

Mingəçevir-Əli-Bayramlı  şəhərləri arasında ammonium, nitrit, nitrat, ümumi fosfor kimi biogen mənşəli 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə