Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ÖLÜM ZAMANI KÖVSƏR VƏ HƏMİM



Yüklə 1,5 Mb.
səhifə33/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   29   30   31   32   33   34   35   36   ...   91
Mead

ÖLÜM ZAMANI KÖVSƏR VƏ HƏMİM


Bu dünyada yaşadıqları zaman bərzəx Behiştini görənlər sırasında həzrt Seyyidüş-Şühəda (əleyhissalam) səhabələrini adını çəkə bilərik ki, Aşura günündə Həzrət tərəfindən onlaa göstərildi. “Bihar”-ın 3-cü cildində İmam Baqirdən nəql olunub ki, axır nəəsndə Kovsəri dadmamış kimsə dünyadan getməz. Eləcə də, heç bir kafir Cəhənnəm həmimini (suyunu) dadmamış ölməz.

BƏRƏHUT BƏRZƏX CƏHƏNNƏMİNİN MEYDANIDIR (VƏ YA MƏZHƏRİDİR)


Dediymiz kimi, Vadiyüs-səlam xoşbəxt ruhların, Bərəhut səhrası (otsuz, susuz çöl) çirkin ruhların zühur məhəllidir. Aydınlıq üçün bir hədis ərz edirəm:
Bir gün bir kişi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) məçlisinə daxil olub, qorxu, dəhşət içərisində dedi: Çox təəccüblü bir şey görmüşəm! Həzrət buyurdu ki, nə gördün? Dedi: Əyalım bərk xəstələndi. Mənə dedilər ki, Bərəhutdakı quyudan su gətirsən, sağalar. (Bə᾽zi dəri xəstəlikləri həmin su ilə müalicə olunur.) Bir tuluq və bir qab götürüb oraya getdim. Çox dəhşətli səhra olsa da, qorxuma güc gəlib, quyunu axtarmağa başladım. Birdən yuxarıdan nə isə zəncir səsinə oxşarsəs verib aşağı endi. “Həlak oldum, mənə su ver”, deyən bir kişi gördüm. Qabı su ilə doldurub ona vermək istəyəndə, gördüm ki, bu kişinin boynundan zəncir var. Suyu verəndə onu yuxarı çəkdilər. Mən suyu qaba qaytaranda, o yenə gəldi və yenə də su vermək istəyəndə yuxarı çəkildi. Üç dəfə belə oldu. Mən qabın ağzını bağlayıb, ona su vermədim. Qorxumdan sizin xidmətinəz gəlim ki, görəm bu nə işdir?
Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Bu bədbəxt (qardaşını öldürmüş Adəm oğlu) Qabildir ki, Qiyamət gününədək həmin yerdə əzabdadır. Qiyamətdə isə Cəhənnəm əzabına yetişər.

HƏZRƏT ƏLİNİN QATİLİ İBNİ MÜLCƏMİN BƏRZƏX ƏZABI


“Nurul-əbsar” kitabında Seyyid Mö᾽min, Əbülqasim ibni Məhəmməddən rəvayət edir ki, dedi: Məscidül-Həramda İbrahim (əleyhissalam)-ın məqamında bir dəstə adamın yığışdığını gördüm. Səbəbini soruşdum, dediər ki, bir rahib (məsihi) müsəlaman olub, Məkkəyə gəilib. Çox qəribə bir hadisə danışır. İrəli gedib, gördüm ki, yun paltar geymiş, başına yun papaq qoymuş cüssəli bir şeyx oturub, danışır:
“Aralıq dənizinin kənarında sovmiə vardı. Bir gün dərya kənarında bir kərkəs (quzğun) gördüm. Uca qayaya qondu. Oradakı kişinin bədənindən bir parça qoçarıb, uçdu. Sonra qayıtdı, yenə əvvəlki kimi onun bədənində bir tikə qopardı. Dörd dəfə bu dəhşətli səhnə təkrar oldu. Sonra həmin işi qalxıb, kamil adam oldu (parçalanmış bədəni bütövləşdi).
Sonra quş qayıtdı, hər şey təkrarlanıd. Mən heyrətdə idim. Gördüklərim nəydi? Bu kişi kimdi? Təəssüfləndim ki, niyə ondan heç bir şey soruşmadım. İkinci gün hadisə təkrarlandı.
Kişi qalxıb, bütövləşəndə sovmiədən çıxıb, kişinin yanına qaçdım. Onu Allaha and verdim ki, sən kimsən, dinmədi. Dedim: Səni yaradana and verirəm axı sən kimsən? Dedi: Mülcəməm. Dedim: Bu quşla olan əhvalatın nədir? Cavab verdi: Mən Əliyyibni Əbitalibi öldürdüyüm üçün Allaha məni bu quş vasitəsi ilə gördüyün əzaba düçar edib.
Sovmiəmi tərk edib, Əliyyibn Əbitalibi soraqladım. Dedilər, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in əmioğlusu və vəsisidir. İslamı qəbul etdim və Allah Evinin və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qəbrinin ziyarətinə gəldim.”

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə