Filologiya məsələləri, 2017
81
Konversiyanın derivasiya yolu ilə yeni sözlərin düzəldilməsi metodu
kimi aktivliyi aşağı düşmüş və sözdüzəltmənin digər növlərindən geri
qalmışdır.
Aparılan tədqiqatların nəticələrinə əsasən, konversiya olunmuş
vahidlər neologizmlərin ümumi saynın 3 %-ni təşkil edir.
Əsas model kimi yeni terminlərin böyük hissəsini yaradan N—>V
modeli olmaqda davam edir:
to hack-stroke, to lesion, to polygraph və s.
İsimlərin böyük hissəsi mürəkkəb isimlərdən yaranır:
sojt-dock sözündən
yaranan
to soft-dock sözü "mexaniki üsulların köməyi olmadan orbital
stansiyanın birləşməsi";
carpool sözündən yaranan
to carpool sözü "işə,
mağazalara və s. gedərkən maşının növbə ilə sürülməsi";
red-lirıe sözündən
yaranan
to red-line sözü "borc, sığorta vasitəsilə mülkiyyətin sahiblərinə
verilməsinə etiraz yolu ilə şəhərin ayrı-ayrı rayonlarının hüquqlanrının
tapdalanması".
Dilin inkişafinın əvvəlki mərhələlərində olduğu
kimi fellərdən
isimlərin yaradılması hal-hazırda daha az məhsuldardır. Məlum olduğu kimi,
bu ingilis dilində isimlərin fıksasiya yolu ilə fellərdən çox asanlıqla
yaranması ilə əlaqədardır.
Konversiya edilmiş isimlər arasında qoşmalarla işlənən fellərdən
yaranma tendensiyası güclənir, məsələn:
to rip-off "oğurlamaq" felindən
yaranan
rip-off "oğurluq" sözü;
workaround (kosmonavtika termini) "uğursuz
uçuş halında alternativ metod”;
give-back, flowback, passalong, buy-oj^Mtoi
işimlərin çok hissəsi konversiya yolu ilə sifətlərdən düzəlir, məsələn:
collectihles "kolleksiya toplamağa aid olan, əsasən qədim və ya nadir
əşyalar"f
m0 "özünə nəzarət, təmkinlilik"
sözləri çox hallarda to lose one's
cool, to keep one
{
s cool ifadələrində işlənir.
İsimlərin
~ic sonluğu ilə olan sifətlərdən yaranması xüsusilə
məhsuldardır, məsələn:
acrylic, transuranic, tricyclic. Bu modeldən tibdə geniş
istifadə olunur:
autistic, astigmatic, İgeriatric, prepsychotic. Bütün bu vahidlər
alcoholic, fanatic, critic kimi məşhur sözlərlə analogiya üzrə yaranmışdır.
Affiksal
və mürəkkəb neologizmlər kimi, yeni konversiya olunmuş
törəmələr üçün çoxkomponentli strukturlara meyllilik xarakterikdir.
Beləliklə, isimlər fel ifadələrindən düzələ bilər, məsələn:
work-to-rule
"fəhlələrin əmək müqaviləsinin bütün müddəalarına riayət etmək tələbi ilə
çıxışı, nümayişi".
Çoxkomponentliliyin analoji tendensiyası yeni konversiya olunmuş
sifətlər arasında müşahidə olunur:
cents-off "düşmüş, f enmiş (qiymət
haqqında)" (işlənmədə amerika variantı ilə məhdudlaşdırılmışdır).
Bamhartm lüğətində prefiks və yarımprefikslərdən düzələn sifətlərin
nadir modelləri qeyd olunmuşdur. Məsəlen:
hyper "həyəcanlanmış,
emosional";
maxi "böyük ölçülü bir şey".
Filologiya məsələləri, 2017
82
Dünya xəritəsində yeni sektor olan kompüter texnologiyası dil
xəritəsində kompüter terminlərinin ayrıca yeni semantik
sahəsi şəklində qeyd
olunmuşdur:
CNC (computer numetrical control) "kompüterin köməyilə
məhsulların hesablanmasına nəzarət";
computer monitoring "müxtəlif
təşkilatlarda işçilərin, terminallarda işləyənlərin işinə nəzarət edən kompüter
sistemi";
electronic mail "kompüterdə yığılan və qəbul edən kompüterə
telefonla göndərilən məktub";
spread shoot "kompüter proqramı".
Dilin aktiv nominativ proseslərdə olan
son dərəcə mühüm praqmatik
ünsürlərindən biri olan peşəkar differensiasiyası kompüter sahəsində
işləyənlərin özünəməxsus jarqonunun yaranmasına səbəb olmuşdur. Buna
misal olaraq,
brain- box "kompüter";
glitch "programda gözlənilməz
nasazlıq" tipli yeni vahidlər işlənmədə "kompüterlə məşğul olanlar" arasında
qeyri-rəsmi danışıq sərhədləri ilə məhdudlaşdırılmışdır.
Dünya xəritəsində nisbətən daha yeni bir sektq|>
4
kosmonavtika sektoru
yaranmışdır. İngilis dili sistemi özünəməxsus şəkildə fəaliyyət təcrübəsinin
yeni fraqmentinin ayrılmasına reaksiya vermişdir. O, rus dilindən yeni leksik
vahidlər almışdır
(lunokhod, planetokhod, sputnik) və bununla
da ingilis
dilinin leksik xəritəsində yaranan boşluq ilə doldurulmuşdur. Bir müddət
keçdikdən sonra ingilis
dilinin özünə məxsus olan kosmonavtika terminləri yaranmışdır:
npacelab, space- plane, spacefarlng (seafaring sözü ilə analogiyaya əsasən).
Son onilliklərdə ABŞ-ın kosmik tədqiqatları dairəsi ilə mıhdudlaşan
slenq vahidləri yaranır:
chlcken-soup "Marsda metabolik fəaliyyəti aşkar
etmək məqsədilə eksperimentlərdə istifadə edilən amin turşuları,
vitamin və
s. məhlulu". Kosmik sahədə slenqlərin yaranmasında, peşəkar parametrdən
əlavə sözün praqmatikliyinin əsasını təşkil edən ərazi ünsürü iştirak edir. Bu
tip bütün vahid işlənmədə amerika variantı ilə məhdudlaşmışdır.
Mənfı sosial təcrübənin nisbətən yeni fraqmenti kimi Jeksik sistem
çərçivəsində həyata qarşı nominativ partlayışa səbəb olan narkomaniyaı
hesab etmək olar.
Məlumdur ki, dilin leksikası ikili təbiətə malikdir: nüvə və çevrə. Dilin
leksik nüvəsi ilk növbədə şəxsiyyətə keçir. Onun tərkibinə (qeyri-
terminoloji) isim, fel və digər nitq hissələrinin əsas mənaları daxil olur.
Nüvədən asılı olan leksik çevrə (periferiya) mədəniyyətin bütöv dil
mənzərəsini təşkil edir.
Narkomaniya sahəsində işlənən yeni nominativ vahidlərin narkotik
maddələrdən istifadə edənlər və narkotik satıcıları tərəfindən işlənmədə
məhdudlaşdırılmasına
baxmayaraq, onlar kütləvi informasiya vasitələrinin
köməyilə narkomaniya ilə mübarizənin geniş işıqlandırılması ilə əlaqədar
geniş kütləyə malik olur. Narkotik vasitələrini satışının qeyri-qanuni olması