Filologiya məsələləri, 2017
125
bir-birinin ardınca gələn və bir nəfəsvermə ilə ifadə edilən sözlər qrupudur
(bəzən də bircə sözdür). Sintaqmalar xüsusi vurğuya malik olur və bir-birindən
pauza ilə ayrılır” (3, 70).
Söz birləşməsi və sintaqmanın fərqi məsələsinə Q.Kazımov da baxmışdır.
O da sintaqma anlayışının dilçilikdə müxtəlif şəkildə izah edilməsinə, bəzi
müəlliflərin söz birləşmələrini sintaqmlarla qarışdırması məsələlərinə toxunur,
sintaqm haqqında geniş yayılmış bir sıra elmi fikirləri diqqət mərkəzinə çəkərək
yazır: «Sintaqmın L.V.Şerba tərəfindən izahı fonetik sintaqmlara aiddir. Bu
təlimə əsasən sintaqm nitqin məna bütövlüyünə malik ritmik bölümlərindən
ibarət olan fonetik vahidlərdir. Sintaktik sintaqmlar haqqında təlim bundan
fərqli olub, F.de Sössür, Ş.Balli, V.V.Vinoqradov, F.Mikuş və başqaları
tərəfindən hazırlanmışdır [6,39].
Göründüyü kimi, Y.Seyidov da, Q.Kazımov da L.Şerbanın sintaqma
haqqındakı fikrini bu və ya digər dərəcədə qəbul edirlər. Y.Seyidov bir
nəfəsvermə və xüsusi vurğuya malik olmanı ön plana çəkmişdir. Fikrimizcə, bu
məsələ sintaqma üçün mühüm əhəmiyyət daşıyır. Lakin sintaqma və ya söyləm
üşün semantik tərəf də nəzərə alınmalıdır. Bir çox hallarda bölgü semantikaya
əsaslanmağı da özündə birləşdirir. Y.Seyidovun sintaqmanı təyin etməsi
şərtlərinə əsaslansaq, hər hansı nitq parçasını ardıcıl olaraq sintaqmalara
ayırmalıyıq. Yəni bu sintaqmalar ardıcıllığından kənarda qalan söz olmamalıdır.
Anarın əsərindən ğötürdüyümüz aşağıdakı parçanı sintaqmlara bölünmüş
şəkildə verək: “Stolun üstündə üç növ mürəbbə, iri parçalara doğranmış kəllə
qənd, nazik-nazik dilimlənmiş lumu, üç armudu stəkan, bir də bugünkü qəzetlər
vardı. Televizor da işləyirdi, amma baxmırdılar. İdman verilişi idi, idmanla bu
evdə heç kəs maraqlanmırdı. Fuaddan başqa. Amma Fuad hələ ki, bu evin
sakini deyildi.
Fuad salamlaşıb oturduqdan sonra Bilqeyis xanım qalxıb mətbəxə keçdi,
dolabı açdı, dairəvi büllur vazada zoğal mürəbbəsi gətirdi. Fuad masa üstündəki
üç növ mürəbbədən daha artıq zoğal mürəbbəsini sevirdi və Bilqeyis xanım
bunu bilirdi” (Anar. Macal).
Kursivlər sintaqmaları bir-birindən ayırmağa xidmət edir. Birinci
sintaqma ilə ikincinin sərhədində duran “üç” sözü ikinci sintaqma ilə birləşə
bilir. Bu söz olmadan ikinci sintaqma natamam təsir bağışlayır. Daha doğrusu,
növ və mürəbbə sözləri bir-birinə yapışmır. Semantik anlaşmazlıq yaradır. Eyni
qayda ilə “stolun üstündə üç” birləşməsi də natamam təsir yaradır. Daha çox
“üç” sözünü bu birləşmədən ayırmaq ehtiyacı hiss edilir. Şərti olaraq belə bir
cümləyə baxaq: “Stolun üstündə lampa, lampanın yanında kasa, kasanın
yanında kibrit vardı”. Bu halda biz “stolun üstündə lampa”, “lampanın yanında
kasa”, “kasanın yanında kibrit”, “var idi” sintaqmalarını ayıra bilərik. Bir qədər
fərqli bir misalı da nəzərdən keçirək. “Stolun üstündə, kitab, kitabın üstündə
kasa, kasanın üstündə nimçə var idi”. Bu halda da sintaqmalara bölgü oxşar
Filologiya məsələləri, 2017
126
şəkildə gedəcəkdir. İki cümləni ardıcıl işlətdikdə “kasanın üstündə kibrit”
ifadəsi assosiativ olaraq yaranır. Lakin bunun yol verilməz olduğunu (yəni kibrit
kasanın üstündə dayana bilməz) göstərən məntiq başqa sözün semantik tam
yarada biləcəyini mümkünləşdirir. Biz bir nəfəsvermə şərtini bir kənara
qoyaraq, “stolun üstündə lampa var idi”, “lampanın yanında kasa var idi”,
“kasanın yanında kibrit var idi” cümlələr düzəldə bilərik. Bu cümlələrin heç biri
bir sintaqma deyildir. Cümlələrdə üçüncü söz sintaqmalara parçalama
prosesində ikinci tərəfə keçir. Bölgü belə bir forma alır: “Stolun üstündə/ lampa
var idi. Əgər -di şəkilçisindən istifadə olunarsa, sintaqmalara bölgü özünü daha
dəqiq göstərir. Cümlədə “idi” sözünün olması “lampa var idi” sintaqmasını
əmələ gətirir ki, bu da üç komponentdən ibarət sintaqmadır.
Daha bir məsələnin üstündə durmaq lazım gəlir. Azərbaycan dilçiliyində
sintaqm və sintaqma terminləri paralel işlədilir. Terminoloji variativlik istinad
prosesində bu yazıda da ifadəsinin tapmışdır. Fikrimizcə, terminin “sintaqma”
variantının istifadə olunması daha məqsədəuyğundur.
Söz birləşməsi ilə sintaqma arasında fərqləri bir daha nəzərdən keçirmək
lazım gəlir. Əgər söz birləşməsi sintaqma deyildirsə, onda sintaqmaların təyini
zamanı söz birləşmələrini sintaqma kimi ayırmaq düzgün olmaz.
Q.Kazımov göstərir ki, “sintaqmlar əlaqə tipindən asılı olaraq fərqlənir və
predikativ sintaqmlar, atributiv sintaqmlar kimi növlərə ayrılır. Adətən, binar
xarakterdə, yəni ikiüzvlü olur. Sintaqmlar söz birləşmələri ilə oxşar cəhətlərə
malik olsa da, əhatə dairəsinə və bəzi xüsusiyyətlərinə görə onlardan
fərqləndirilir. Söz birləşmələri sintaktik əlaqə tipinə və əsas komponentin
kateqorial səciyyəsinə görə, sintaqmalar isə komponentlər arasındakı sintaktik
münasibətlərə, əlaqə tiplərinə görə təhlil edilir. Söz birləşmələrindən fərqli
olaraq, sintamların komponentlərini başqa sözlərlə əvəz etmək olur və məna
dəyişmir. Bəzi dilçilər söz birləşmələrinin statik keyfiyyətə malik dil faktı
olduğunu, sintaqmların isə nitq faktı olmaqla dinamikliyə malik olduğunu qeyd
edirlər: söz birləşməsi -özünü mənalı iki vahidin statik-qrammatik birləşməsi
kimi göstərən birləşmədir, sintaqm isə sözlərin nitqdə və ya cümlədə aktiv
funksiya yerinə yetirən birləşməsidir. Məsələn, Xaçə Ənvər bardaş qurub
hökmdarın ayaqları altında, xalçanın üstündə oturdu (Y.Səmədoğlu) -
cümləsində hökmdarın ayaqları altında, xalçanın üstündə statik birləşmələr,
Xaçə Ənvər oturdu, bardaş qurub oturdu, hökmdarın ayaqları altında oturdu,
xalçanın üstündə oturdu birləşmələri dinamik birləşmələr- sintaqmlardır»[6, 39-
40].
Burada bir mübahisəli məsələni aydınlaşdırmaq vacibdir. Sintaqmanın söz
birləşməsindən fərqlərini qeyd edərkən istər-istəməz biz onları müxtəlif vahidlər
kimi ayırırıq. Madam sintaqma söz birləşməsindən fərqlidir, onda sintaqma söz
birləşməsi deyildir. Ancaq cümləni ssintaqmalara ayırarkən biz söz birləşməsini
də sintaqma kimi götürürük. Əslində, Y.Seyidov bunu dolayısı ilə söyləyir. O,
Dostları ilə paylaş: |