Filologiya məsələləri, 2017
241
isimdən başqa heç bir nitq hissəsini əvəz edə bilmədiyi halda ingilis
dilində
şəxs əvəzliyi həm də sifəti əvəz edə bilir.
İngilis dilində şəxs əvəzliyi rolunda çıxış edən it əvəzliyi də maraqlı
xüsusiyyətlərə malikdir. Məsələn:
I have bought a book. It is very interesting
cümləsində işlənmiş
it əvəzliyi ilə
It is hot cümləsində işlənən
it əvəzliyi
arasında fərq vardır. Belə ki, birinci cümlədə it əvəzliyi konkret əşyanı əvəz
edərək üçüncü şəxs təkini bildirir. İkinci halda isə o heç bir əşyanı əvəz etmir
və konkret şəxs bildirmir. Məhz bu xüsusiyyəti nəzərə alaraq ingilis dilində
omonim söz kimi işlənən iki it əvəzliyinin olduğunu qeyd etmək lazımdır.
Birinci halda
it əvəzliyini müəyyən şəxs bildirən şəxs əvəzliyi,
ikinci halda
isə şəxs bildirmədən işlənən formal şəxs əvəzliyi adlandırmaq olar. Bu halda
it əvəzliyi cümlədə əksər hallarda mübtəda rolunda çıxış edir.
It əvəzliyinin
formal şəxs əvəzliyi işləndiyi cümlələr şəxssiz cümlələr adlanır və bu halda
it əvəzliyi Azərbaycan dilinə çevrilmir. Görünür Azərbaycan dilində şəxssiz
cümlənin formalaşmasında mübtəda iştirak etmədiyi üçün tərcümədə
it
əvəzliyinin çevrilməsi mümkün olmur.
Azərbaycan dilinin morfologiyasına aid son illər yazılan
bir çox
dərsliklərdə o cümlədən “Azərbsycan dili” Bakı, 2010 dərs vəsaitində də
əvəzliyin qayıdış əvəzliyi adlı növü təyini əvəzlik adı altında verilir. 2000-ci
illərin əvvəllərinə qədər isə ali və orta məktəblərin bir çox dərslik və
qrammatika kitabında qayıdış əvəzliyi adı altında yalnız bir əvəzlik öz
əvəzliyi qeyd olunurdu. Lakin ingilis dilində qayıdış əvəzliyi adlanan xüsusi
qrup əvəzliklər vardır. Bu qrup altında qeyd olunan əvəzliklərin hamısı
quruluş baxımından düzəltmə hesab olunur. İngilis dilində qayıdış
əvəzlikləri də şəxs
və yiyəlik əvəzlikləri kimi, şəxs, kəmiyyət və üçüncü şəxs
təkdə cins kateqoriyasına malikdir. Eyni zamanda qayıdış əvəzlikləri şəxsə,
kəmiyyətə və III şəxs təkdə cinsə görə fərqlənir.
İngilis dilində qayıdış əvəzlikləri ancaq ismi əvəzlik kimi işlənir. Bu
qrupa daxil olan əvəzliklər cümlədə əsasən vasitəsiz tamamlıq rolunda çıxış
edir. Məsələn,
I shall kill myself Fieta shook herself and got up Soams
added: “Well, I hope, you’ll both enjoy yourselves”.
Qayıdış əvəzliklərindən əvvəl sözü işlənə bilir. Bu halda qayıdış
əvəzlikləri sözönlü tamamlıq funksiyasında çıxış edir. Məsələn,
He thinks
too much of himself və s.
Qayıdış əvəzlikləri ingilis dilində bəzən ədat funksiyası daşıyır, bu
halda mənanı qüvvətləndirməyə xidmət edən qayıdış əvəzliyi aid olduğu
sözdən əvvəl və yaxud cümlənin sonunda işlənə bilər. Məsələn,
He himself
was determined not to speak first. I suggested it myself.
İngilis dilində mövcud olan qayıdış əvəzlikləri
Azərbaycan dilinə
əvvəlki qayıdış hazırki təyini əvəzlik öz əvəzliyi vasitəsilə tırcümə olunur.
myself-özümourselves-özümüz
Filologiya məsələləri, 2017
242
yourself-özün yourselves- ozünüz
himself-özü (kişi cinsi) themselves- özləri
itself-özü (orta cins)
Sual əvəzlikləri. Müasir Azərbaycan dilində sual əvəzlikləri əvəzliyin
yeganə növüdür ki, bütün nitq hissələrini əvəz edir.
Bu o halda mümkündür
ki, hər bir əsas nitq hissəsinə aid olan sual əvəzliyi aid olduğu nitq hissəsini
əvəz etsin. Məsələn, ismə aid sual əvəzlikləri kim? nə? hara? müvafiq
isimləri əvəz edə bilər. Məsələn, Arif tələbədir. Kim tələbədir? Doğrudur,
sual əvəzlikləri əvəzliklərin bəzi məna növlərini də əvəz edir. Bu zaman
əvəz edilən əvəzlik yerində sual əvəzliyi çıxış edir. Məsələn, Biz tələbəyik
cümləsindəki
biz əvəzlikdir. Kim tələbədir cümləsindəki kim sual əvəzliyi ilə
əvəz etmək mümkündür. Azərbaycan dilində sual əvəzlikləri aşağıdakılardır.
Kim? nə? hara? necə? nə cür? hansı? neçə? nəqədər? neçənci? nə
etdi? nə oldu? nə edir? nə edəcək və s. Müasir ingilis dilin də isə sual
əvəzlikləri aşağıdakı kimi işlənir: who, whose, what, which. İngilis dilində
sual əvəzlikləri bir qayda olaraq cümlənin əvvəlində gəlir. Azərbaycan
dilində isə sual əvəzliyi əvəz etdiyi nitq hissəsinin işlənmə yerindən asılı
olaraq cümlənin müxtəlif yerində işlənə bilər. Who sual əvəzliyi ingilis
dilində ismi əvəzlik kimi işlənib canlı varlıqlara aid olur. Məsələn,
Who is
that man? Who is in the garden? Bu sual əvəzliyinin adlıq və obyekt hal
formaları mövcuddur. Who və Whom. Cümlənin mübtədasına sual verərkən
birinci, tamamlığına sual verərkən isə ikinci forma işlənir. Məsələn,
Who is
working in the garden? Whom do you see in the street? Who əvəzliyi
Azərbaycan dilinə kim? sual əvəzliyi vasitəsilə onun whom forması isə kim
əvəzliyinin yönlük və təsirlik hal formaları ilə tərcümə edilir. Məsələn,
Who
is that man? - O adam kimdir?
Whom do you see in the yard?- Sən həyətdə kimi görürsən?
Whose sual əvəzliyi.
Bu sual əvəzliyi mənsubiyyət, sahiblik ifadə edir.
Hər zaman sifəti əvəzlik kimi işlənir. Aid olduğu ismin qarşısında işlənir.
Məsələn,
Whose book is it? Whose flat was it? və s. Bu əvəzlik Azərbaycan
dilinə kim sual əvəzliyinin yiyəlik hal forması ilə tərcümə olunur.
Whose
sister is the girl? Bu qız kimin bacısıdır?
What sual əvəzliyi adətən cansız varlıqlarla işlənir. Məsələn,
What is
it? Lakin adamların vəzifəsini, sənətini soruşarkən
what əvəzliyi şəxsə aiddə
işlənə bilər.
What is he?- O nəçidir?
Which əvəzliyi seçmə mənaya malik olub mövcud olan iki və ya daha
artıq şəxs, yaxud əşyadan hansının lazım
olduğunu soruşarkən işlədilir.
Which boy is your brother? Which Azərbaycan dilinə hansı sual əvəzliyi
kimi tərcümə olunur.
Təyini əvəzliklər. Müasir azərbaycan dilində təyini əvəzliklərə belə bir
tərif verilmişdir. Əşyanı ümumi şəxsdə müəyyən etmək üçün işlədilən