Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə91/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   87   88   89   90   91   92   93   94   ...   147

Filologiya məsələləri, 2017 
 241
isimdən başqa heç bir nitq hissəsini əvəz edə bilmədiyi halda ingilis dilində 
şəxs əvəzliyi həm də sifəti əvəz edə bilir.  
İngilis dilində  şəxs  əvəzliyi rolunda çıxış edən it əvəzliyi də maraqlı 
xüsusiyyətlərə malikdir. Məsələn: I have bought a book. It is very interesting 
cümləsində  işlənmiş  it  əvəzliyi ilə  It is hot cümləsində  işlənən  it  əvəzliyi 
arasında fərq vardır. Belə ki,  birinci cümlədə it əvəzliyi konkret əşyanı əvəz 
edərək üçüncü şəxs təkini bildirir. İkinci halda isə o heç bir əşyanı əvəz etmir 
və konkret şəxs bildirmir. Məhz bu xüsusiyyəti nəzərə alaraq ingilis dilində 
omonim söz kimi işlənən iki it əvəzliyinin olduğunu qeyd etmək lazımdır. 
Birinci halda it əvəzliyini müəyyən şəxs bildirən şəxs əvəzliyi, ikinci halda 
isə şəxs bildirmədən işlənən formal şəxs əvəzliyi adlandırmaq olar. Bu halda 
it əvəzliyi cümlədə əksər hallarda mübtəda rolunda çıxış edir. It əvəzliyinin 
formal şəxs əvəzliyi  işləndiyi cümlələr şəxssiz cümlələr adlanır və bu halda 
it əvəzliyi Azərbaycan dilinə çevrilmir. Görünür Azərbaycan dilində şəxssiz 
cümlənin formalaşmasında mübtəda iştirak etmədiyi üçün tərcümədə  it 
əvəzliyinin çevrilməsi mümkün olmur.  
Azərbaycan dilinin morfologiyasına aid son illər yazılan bir çox 
dərsliklərdə o cümlədən “Azərbsycan dili” Bakı, 2010 dərs vəsaitində  də 
əvəzliyin qayıdış əvəzliyi adlı növü təyini əvəzlik adı altında verilir. 2000-ci 
illərin  əvvəllərinə  qədər isə ali və orta məktəblərin bir çox dərslik və 
qrammatika kitabında qayıdış  əvəzliyi adı altında yalnız bir əvəzlik öz 
əvəzliyi qeyd olunurdu. Lakin ingilis dilində qayıdış əvəzliyi adlanan xüsusi 
qrup  əvəzliklər vardır. Bu qrup altında qeyd olunan əvəzliklərin hamısı 
quruluş baxımından düzəltmə hesab olunur. İngilis dilində qayıdış 
əvəzlikləri də şəxs və yiyəlik əvəzlikləri kimi, şəxs, kəmiyyət və üçüncü şəxs 
təkdə cins kateqoriyasına malikdir. Eyni zamanda qayıdış əvəzlikləri şəxsə, 
kəmiyyətə və III şəxs təkdə cinsə görə fərqlənir.  
İngilis dilində qayıdış  əvəzlikləri ancaq ismi əvəzlik kimi işlənir. Bu 
qrupa daxil olan əvəzliklər cümlədə əsasən vasitəsiz tamamlıq rolunda çıxış 
edir. Məsələn,  I shall kill myself Fieta shook herself and got up Soams 
added: “Well, I hope, you’ll both enjoy yourselves”.  
Qayıdış  əvəzliklərindən  əvvəl sözü işlənə bilir. Bu halda qayıdış 
əvəzlikləri sözönlü tamamlıq funksiyasında çıxış edir. Məsələn,  He thinks 
too much of himself və s.  
Qayıdış  əvəzlikləri ingilis dilində  bəzən  ədat funksiyası daşıyır, bu 
halda mənanı qüvvətləndirməyə xidmət edən qayıdış  əvəzliyi aid olduğu 
sözdən əvvəl və yaxud cümlənin sonunda işlənə bilər. Məsələn, He himself 
was determined not to speak first. I suggested it myself. 
İngilis dilində mövcud olan qayıdış  əvəzlikləri Azərbaycan dilinə 
əvvəlki qayıdış hazırki təyini əvəzlik öz əvəzliyi vasitəsilə tırcümə olunur.  
  myself-özümourselves-özümüz 


Filologiya məsələləri, 2017 
 242
   yourself-özün   yourselves- ozünüz 
   himself-özü (kişi cinsi)      themselves- özləri 
   itself-özü (orta cins)     
Sual əvəzlikləri. Müasir Azərbaycan dilində sual əvəzlikləri əvəzliyin 
yeganə növüdür ki, bütün nitq hissələrini əvəz edir. Bu o halda mümkündür 
ki, hər bir əsas nitq hissəsinə aid olan sual əvəzliyi aid olduğu nitq hissəsini 
əvəz etsin. Məsələn, ismə aid sual əvəzlikləri kim? nə? hara? müvafiq 
isimləri  əvəz edə bilər. Məsələn, Arif tələbədir. Kim tələbədir? Doğrudur, 
sual  əvəzlikləri  əvəzliklərin  bəzi məna növlərini də  əvəz edir. Bu zaman 
əvəz edilən əvəzlik yerində sual əvəzliyi çıxış edir. Məsələn, Biz tələbəyik 
cümləsindəki biz əvəzlikdir. Kim tələbədir cümləsindəki kim sual əvəzliyi ilə 
əvəz etmək mümkündür. Azərbaycan dilində sual əvəzlikləri aşağıdakılardır.  
  Kim?  nə? hara? necə? nə cür? hansı? neçə? nəqədər? neçənci? nə 
etdi?  nə oldu? nə edir?  nə edəcək və s. Müasir ingilis dilin də isə sual 
əvəzlikləri aşağıdakı kimi işlənir: who, whose, what, which. İngilis dilində 
sual  əvəzlikləri bir qayda olaraq cümlənin  əvvəlində  gəlir. Azərbaycan 
dilində isə sual əvəzliyi  əvəz etdiyi nitq hissəsinin işlənmə yerindən asılı 
olaraq cümlənin müxtəlif yerində  işlənə bilər. Who sual əvəzliyi ingilis 
dilində ismi əvəzlik kimi işlənib canlı varlıqlara aid olur. Məsələn,  Who is 
that man? Who is in the garden? Bu sual əvəzliyinin adlıq və obyekt hal 
formaları mövcuddur. Who və Whom. Cümlənin mübtədasına sual verərkən 
birinci, tamamlığına sual verərkən isə ikinci forma işlənir. Məsələn, Who is 
working in the garden? Whom do you see in the street? Who  əvəzliyi 
Azərbaycan dilinə kim? sual əvəzliyi vasitəsilə onun whom forması isə kim 
əvəzliyinin yönlük və təsirlik hal formaları ilə tərcümə edilir. Məsələn,  Who 
is that man?  - O adam kimdir? 
Whom do you see in the yard?- Sən həyətdə kimi görürsən? 
Whose sual əvəzliyi. Bu sual əvəzliyi mənsubiyyət, sahiblik ifadə edir. 
Hər zaman sifəti  əvəzlik kimi işlənir. Aid olduğu ismin qarşısında işlənir. 
Məsələn, Whose book is it? Whose flat was it? və s. Bu əvəzlik Azərbaycan 
dilinə kim sual əvəzliyinin yiyəlik hal forması ilə  tərcümə olunur. Whose 
sister is the girl? Bu qız kimin bacısıdır?  
What sual əvəzliyi adətən cansız varlıqlarla işlənir. Məsələn,  What is 
it? Lakin adamların vəzifəsini, sənətini soruşarkən what əvəzliyi şəxsə aiddə 
işlənə bilər. What is he?- O nəçidir?  
Which əvəzliyi seçmə mənaya malik olub mövcud olan iki və ya daha 
artıq  şəxs, yaxud əşyadan hansının lazım olduğunu soruşarkən işlədilir
Which boy is your brother?  Which Azərbaycan dilinə hansı sual əvəzliyi 
kimi tərcümə olunur.  
Təyini əvəzliklər. Müasir azərbaycan dilində təyini əvəzliklərə belə bir 
tərif verilmişdir.  Əşyanı ümumi şəxsdə müəyyən etmək üçün işlədilən 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə