Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə94/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   90   91   92   93   94   95   96   97   ...   147

Filologiya məsələləri, 2017 
 249
Hutchinson və Waters (1987) isə materiallar üçün altı məqsədi müəyyən 
etmişdirlər: onlar gərək a) öyrənmək üçün stimul versinlər, b) öyrətmə  və 
öyrənmə prosesini təşkil etməyə kömək etsinlər c) dilin təbiətinin görünüşünü 
və öyrənməni həyata keçirsinlər, d) öyrənilməli olan tapşırığın təbiətini  əks 
etdirsinlər, e) müəllimin təliminin bazisinin genişlənməsində faydalı 
funksiyalara malik olsun, f) düzgün və münasib dildəki istifadə modelləri ilə 
təmin etsin. 
Texniki universitetlərdə  İngilis dilinin tədrisi üçün daha uyğun  olan 
birinci kurs tələbələrinin ilkin dil bazalarını müəyyən etmək üçün diaqnostik 
testlərdən istifadə etməkdir. Bu testlər leksik və qrammatik vərdişləri müəyyən 
edən tapşırıqlara  əsaslanlanmalıdır. Tələbələrin bilik səviyyəsi müəyyən 
edildikdən sonra onların əsas İngilis dili kursuna başlamaqlarına hazır olub ya 
olmadıqlarını dəqiqləşdirmək olar. İngilis dili bazası zəif olan tələbələrə texniki 
mətnlərin tədrisi zamanı  tələbə asanlıqla mətnləri, lüğəti  və qrammatik  
materialı  əzbərləyir. Sadədən mürəkkəbə doğru  tərtib olunmuş proqram 
ardıcıllığı ilkin bazası  zəif olan tələbələrdə öyrənmək həvəsinin tədricən 
azalmasına səbəb olur. Bu neqativ halı aradan qaldırmağın yegane yolu düzgun 
tətrib olunmuş diaqnostik testlərdən düzgün zamanda istifadə etməkdir. 
Professional ünsiyyət komunikativ proseslərin nümunələrinin tərtib 
olunması ilə tədris oluna bilər. Bu şəraitə əsaslanır, çünki bütöv kommunikativ 
proses faktiki olaraq dəyişkən 
şəraitin davamlı dinamik 
silsiləsidir.(Zykova,1999) 
İngilis dilinintə  dərsində, həm professional həm də ümumi nöqteyi 
nəzərdən, rast gəlinən digər problem lüğətdir.Lüğət ümumi İngilis dilinin 
tədrisində xüsusilə  də professional kursun tıdrisində açar rol oynayir. Xüsusi 
mətnlər də lüğət üç qatdan ibarət olur; ümumi sözlər, elmi sözlər və 
terminlər.Əsas ümumi sözlər mütləqdir ki, Universitetə  qəbul olunmamışdan 
əvvəl öyrənilsin. Terminlər mətnin əsas hissəsidir ki, onları müəllimlərdən daha 
yaxşı  tələbələr öyrənə bilirlər. Ümumi lüğət demək olar ki, heç vaxt 
məktəblərdə tam dəqiqliklə öyrədilmir, ona görə  də Universitet səviyyəsində 
onlar mənimsənilməlidirlər. Xarici ölkələrlə birbaşa müqavilələrin sayı artdıqca 
“ danışıq dili”ndə ixtisasa meyilli İngilis dilinə ehtiyac yaranmışdır. İngilis dili 
kursunda ən vacib məsələ aktiv sözlərin öyrənilməsi, mətnlərin müzakirəsi və 
öyrənilməsi, dilin tematik seçimi daha aktiv olmalıdır. 
Texniki  İngilis dilinin tədrisində növbəti vacib məsələ özül 
qrammatikadır.Qrammatika kommunikativ səriştəyə yiyələnmədə  ən vacib 
şərtdir.İngilis dili kursu üçün özül qrammatika statistik tədqiqatlar  əsasında 
inkişaf etdirilməlidir və  ən çox rast gəlinən kommunikativ qrammatik 
strukturlarla təqdim olunmalıdırlar (cümlənin quruluşu, söz sırsı, xəbər, 
mübtəda, təyin və s.). Ənənəvi olan morfoloji cəhətlərə nisbətən az yer 
verilməlidir. Bunlara baxmayaraq, çox vaxt qrammatikanı faktiki tədris 


Filologiya məsələləri, 2017 
 250
məqsədindən asılı olmayaraq mükəmməl şəkildə öyrətməyə çalışırlar. Halbuki, 
məqsəd tamam başqa vərdişlərə yiyələndirməkdir. Xüsusi məqsədlər üçün 
ünsiyyətin inkişafı xüsusi mətnlərin ilkin linqvistik analizinə əsaslanmalıdır və 
bu mətnlərə xarakterik olan qrammatik formalar və strukturlar nəzərdə 
tutulmalıdırlar. Tələbələr mətnləri öz ana dillərinə  tərcümə edərkən bəzi 
çətinliklər duyurlar.Məs:  İngilis dilindən Azərbaycan dilinə    tərcümə zamanı  
söz sırası dəişir,amma rus dilinə tərcümə edərkən heç bir problem olmur. Çünki 
söz sırası oxşardır. Bunun üçün yaxşı qrammatik dərsliklər də lazımdır  ki, bu 
problemi aradan qaldıracaq  çalışmalarla zəngin olsun. Qrammatika kitabları bir 
tərəfdən  İngilis dilinin problemli spesifikasını digər tərəfdən tələbənin ana 
dilinin xarakterik xüsusiyyətlərini nəzərə almalıdır. 
İngilis dilinin tədrisi zamanı ünsiyyətin həm şifahi həm də yzılı formaları 
inkişaf etdirilməlidir.  Şifahi ünsiyyət vasitələri –danışıq və dinləmədir; yazılı 
ünsiyyət vasitələri  isə - oxumaq və yazmaqdır. Tədrisin  əsas məqsədi 
tələbələtin ünsiyyət vərdişlərini formalaşdırmaqdır.Bu səriştə vasitəsiz (danışıq 
və dinləmə) və vasitəli (oxumaq və yazmaq) vərdişlərdən ibarətdir.Hazırkı 
dövrdə vacib olan şifahi nitq həmsöhbətin nitqini başa düşmədən mümkün 
deyil. Çünki, bir kəslə söhbət edən həm danışandır eyni zamanda da 
dinləyicidir. 
Texniki Universitetlərdə  təhsil alan tələbələrdə biz ünsiyyətin hansı 
növünü inkişaf etdirməliyik? Ünsiyyətin hər dörd növünü inkişaf etdirməliyik 
yoxsa hansınasa daha çox üstünlük verməliyik? 
Məktətb və universitetlərdə  İngilis dilinin tədrisinin  əsas metodu 
mövzudan, ona  uyğun olan lüğətdən və qrammatikadan ibarətdir. Bilik bir sıra 
yazılı  tapşırıqlarla möhkəmləndirilir. Amma yazmağı bacarmaq heç də o 
demək deyil ki, tələbə danışmağı da bacarır.  Bundan əlavə tələbə bir sıra sözləri 
gələcəkdə öz nitqində istifadə etmək üçün mexaniki əzbərləməyə məcbur olur. 
Bu sözlər praktikada tətbiq olunmasa onlarin çox hissəsi unudulacaq və boş vaxt 
itgisinə səbəb olacaq. Bu faktları tələbə başa düşdükdən sonra, bu cür tapşııqları 
tələbə yerinə yetirməkdən imtina edəcəkdir. Bu İngilis dilinin öyrənilməsi və 
ünsiyyət vərdişi yaratmaqda motivasiyanı  aşağı salmaqla nəticələnəcəkdir. 
Motivasiyanı bu cür aşağı düşməsi dilin zəif mənimsənilməsi ilə   (fikirləri 
aydın ifadə edə bilməməklə zəif lüğət bazası və qrammatika ilə ) əlaqədardır. 
Tələbələr məktəb dövründə bu fənnə o qədər də  əhəmiyyət vermirlər, 
Universitet dövründə də o qədər vacib fənn kimi görmürlər. Deməli, artıq səhv 
yanaşma formalaşıb. Bir neçə  mətni və qrammatikanı öyrənmək danışmaq və 
dinləmək vərdişlərini inkişaf etdirmək və ana dilində  İngilis dilində danışan 
insanları başa düşmək üçün kifayət etmir. İnternet vasitəsilə yazışma yazılı 
ünsiyyəti qurmaq üçün kifayət edə bilməz. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə