Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə92/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   88   89   90   91   92   93   94   95   ...   147

Filologiya məsələləri, 2017 
 243
əvəzliklərə  təyini  əvəzlik deyilir (1, 172). Təyini  əvəzliklər cümlədə 
isimlərdən  əvvəl gəlir və onları  təyin edir. Məhz bu xüsusiyyətinə görə 
əvəzliyin bu növü təyini  əvəzlik adlandırılmışdır. Təyini  əvəzliklər  əsasən 
sifət, say nitq hissələrini  əvəz edir. Azərbaycan dilində  təyini  əvəzliklər 
bunlardır: öz, hər, bütün, filan, eyni. Bu əvəzliklərdən hər və bütün əvəzliyi 
morfoloji dəyişikliyə  məruz qalmır. Eyni təyini  əvəzliyi morfoloji 
dəyişikliyə məhdud şəkildə məruz qalır. Öz təyini əvəzliyi isə digərlərindən 
fərqli olaraq özündən sonrakı sözün mənsubiyyət  şəkilçisi ilə  işlənməsini 
tələb edir. Müasir ingilis dilində isə  təyini  əvəzliklər aşağıdakılardır: all, 
each, every, everybody, everyone, everything, both, either, other, another.  
All  təyini  əvəzliyi ümumiləşdirici mənaya malik olub isimlərin təyini 
kimi işlənir. Məsələn,  All were present at the meeting. Bu əvəzlik həm də 
sifəti  əvəzlik kimi çıxış edir. Məsələn,  All day the wind had been going 
down.  
Each təyini əvəzliyi qrup halında xatırlanmış əşya və yaxud şəxslərin 
hər bir üzvünü hər bir nümayəndəsini ayrı-ayrılıqda bildirmək üçün işlədilir. 
Məsələn, There were many children in the yard. Each had a red flag in the 
hand. Give these boys a lump of sugar each.  Bu əvəzlik həm ismi həm də 
sifəti əvəz edə bilir.  
Every  əvəzliyi sayıla bilən tək isimlərin qarşısında sifəti  əvəz edən 
əvəzlik kimi işlənir. Məsələn, I go to the Institute every day.    
Everybody  və  everyone  əvəzlikləri mürəkkəb və sinonim sözlərdir. 
Lazım gəldikdə bir-birini əvəz edib xatırladılmış bir qrupun ayr-ayrı 
üzvlərinə aid işlənir. Maraqlıdır ki, everybody, everyone  əvəzliklərinin 
yiyəlik hal forması cümlədə təyin rolunda çıxış edir. Azərbaycan dilinə isə 
hərkəs, hansı  sözü  kimi  tərcümə edilir ki, bu da dilimizdə qeyri-müəyyən 
əvəzlik kimi səslənir.  
Everything əvəzliyi bir qayda olaraq əşyalara mücərrəd məfhumlara və 
heyvanlara aid işlənir. Məsələn, Everything was dirty.  
Both əvəzliyi əvvəlcədən xatırladılmış iki şəxsin əşyanı və ya iki fikri 
bildirmək üçün işlədilir. Məsələn, You can learn English or French or both 
of them.  
Either  təyini  əvəzliyi də  əvvəlcədən xatırladılmış  əşyaya aid işlənir. 
Məsələn, Give me a pen or a pencil. Either will do.  
Other  təyin  əvəzliyi xatırladılmış  əşya və ya şəxsdən fərqlənən digər 
bir  şəxs və ya əşya haqqında danışarkən işlədilir. Məsələn,  It gives you an 
odd feeling, as though someone were lying dead on the other side of the wall.  
Another  təyini  əvəzliyi təkdə sayıla bilən isimlərlə  işlənə bilir. 
Məsələn, Another week passed və s.  
Müasir Azərbaycan dilində  işlənən qeyri-müəyyən  əvəzliklər ismin 
yerində  işlədilən və qeyri-müəyyən  əşyanı bildirən  əvəzliklərə deyilir. 


Filologiya məsələləri, 2017 
 244
Müasir Azərbaycan dilində  işlənən qeyri-müəyyən  əvəzliklər bunlardır: 
kimsə, kim isə, nəsə, nə isə, biri, kimi, hərə, hamı, hər nə, filankəs, bəzi. 
Kimsə, hərə, kimi, hamı, hər kəs, heç kim, heç nə, heç kəs, heç biri, 
filankəs qeyri-müəyyən  əvəzlikləri hallana bilir. Məsələn,  Kiminin arxası 
var, kiminin yox və s.  
Qeyri-müəyyən  əvəzliklərinin bir qismi (hamı, hərə, bəzi) məhdud 
şəkildə də olsa mənsubiyyət şəkilçilərini qəbul edə bilir. Məsələn, hərəmiz, 
hamısı, hərəsi və  s.  
Müasir  İngilis  dilində  işlənən qeyri-müəyyən  əvəzliklər danışanı 
məlum olmayan şəxs və  əşyaları bildirmək üçün işlədilir.  İngilis dilində 
işlədilən qeyri-müəyyən  əvəzliklər aşağıdakılardır:  some, any, somebody, 
anybody, someone, anyone, something, anything, many, much, little, few. Bu 
əvəzliklərdən some, any, many, much, little, few –quruluş baxımından sadə, 
digərləri isə mürəkkəb quruluşa malikdir. Yuxarıda qeyd olunan 
əvəzliklərdən  some, any  əvəzlikləri sayıla bilməyən isimlərlə  işləndikdə
qeyri-müəyyən müəyyən miqdar bildirir və ismin təkində olur. Məsələn, Go 
to the shop and buy some butter and some cheese. Have you any bread? Now 
run and get some candy.   
Some  qeyri-müəyyən  əvəzliyini digərlərindən fərqləndirən bir 
xüsusiyyət də onun bəzən təyin  əvəzliyi kimi işlənə bilməsidir. Məsələn, 
Some people like to gossip- Bəzi adamlar qeybət etməyi xoşlayırlar və s. 
Nümunələrdən də göründüyü kimi Müasir Azərbaycan dilində  
əvəzliyin məlum beş məna növü (qayıdış əvəzliyi istisna olmaqla) eyni məna 
növü kimi ingilis dilində  də  işlənməkdədir. Bununla yanaşı ingilis dilində 
əvəzliyin bir məna növü də nisbi əvəzliklərdir ki, əvəzliyin bu məna növünə 
Azərbaycan dilinin qrammatikasına aid yazılmış  dərsliklərdə rast gəlinmir. 
Ingilis dilindəki nisbi əvəzliklər bunlardır: Who, which, that, whose, as.  
Ingilis dilindəki nisbi əvəzliklər  əksərən nitqdə eyni vaxtda iki dəfə yerinə 
yetirilir. Onlar bir tərəfdən cümlə üzvü olur, müəyyən sintaktik funksiya 
daşıyır, digər tərəfdən təyin budaq cümləsini baş cümləyə bağlayır. Bir növ 
bağlayıcı funksiyasını yerinə yetirir. Məsələn,  The man who is standing in 
the corridor is our teacher. The books which are on the table must be 
returned to them.  
Nisbi  əvəzliklər Azərbaycan dilinə  tərcümə olunmur. Çünki ingilis 
dilində  işlədilən təyin budaq cümlələri, mürəkkəb cümlələr Azərbaycan 
dilinə əksər hallarda sadə geniş cümlə vasitəsilə tərcümə edilir, təyin budaq 
cümlə təyinlə əvəz olunur. Budaq cümlə olmadığına görə onu baş cümləyə 
bağlamaq üçün işlənən nisbi əvəzliyə də ehtiyac qalmır. Buna görə də nisbi 
əvəzliklər qeyd olunduu kimi dilimizə tərcümə olunmur.  
  
       


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə