Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə147/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   143   144   145   146   147   148   149   150   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

366



considered  by  far  the  most  fruitful  period  in  terms  of  establishment  of 

literary  gatherings.  One  of  such  prominent  gatherings  was  “Majlisi-Uns” 

(Gathering of Friends) arranged in Shusha in 1864. 

 Participants  of  “Majlisi-Uns”  did  not  only  exchange  ideas  regarding 

directions of development of poetry, its daily concerns, but also made a lot 

of efforts with the purpose of spreading literary heritage among the masses. 

There  is  no  doubt  that  the  most  outstanding  poet  of  “Majlisi-Uns”  was 

definitely Khurshidbanu Natavan.  

With her leadership and directly under her sponsorship, popularity of 

“Majlisi-Uns”,  which  functioned  over  the  period  of  more  than  20 

years,expanded  to  Karabagh  and  beyond  borders  of  Azerbaijan  to 

Transcaucasia and Dagestan. 

 

 

М.Хумметли  



 

“Хуршудбану Натаван, как руководитель литературного собрания 

“Меджлиси Унс» (“Məclisi Üns”)” 

 

Резюме 



 

Большую  роль  в  развитии  азербайджанской  поэзии  играли,  соз-

давшиеся в разные эпохи, литературные собрания (меджлисы). Самым 

плодотворным  периодом  с  точки  зрения  появления  литературных 

собраний считается XIX век. Одним из таких известных литературных 

собраний  был,  создавшийся  в  1864  году  в  Шуше,  “Меджлиси  Унс” 

(Меджлис  Дружбы).  Участники  этого  собрания  наряду  с  ведением 

дискуссий  о  направлениях  развития  стихов  и  искусства,  об  его 

повседневных  заботах,  также  старались  широко  расспространять 

литературное  наследие  среди  народной  толпы.  Несомненно  самым 

мудрым  писателем  “Меджлиси  Унс”  была  Хуршудбану  Натаван.  Слава, 

действовавшей  под  её  руководством  и  покровительством  более  20  лет 

“Меджлиси Унс”, преступив границы Карабаха и, в целом, Азербайджана, 

распространялась во всё Закавказье и Дагестан. 

 

Rəyçi:             Nurlanə Mustafayeva 



              filologiya üzrə fəlsəfə doktoru, dosent  

 

 




Filologiya məsələləri, № 15 2017 

 

367



İLAHƏ MƏMMƏDZADƏ  

ADU 


 ilahememmedzade94@gmail.com 

 

İLYAS ƏFƏNDİYEV YARADICILIĞINDA FOLKLOR 



 

Açar sözlər: İlyas Əfəndiyev, Azərbaycanın xalq yazıçısı, folklor 

Key words: Ilyas Afandiyev, People’s writer of Azerbaijan, folklore 

Ключевые слова: Ильяс Эфендиев, Народный писатель Азербайджана

фольклoр 

 

Görkəmli  nasir,  dramaturq,  Azərbaycanın  xalq  yazıçısı  İlyas  Əfən-



diyev zəngin yaradıcılığı ilə özündən sonra böyük irs qoymuşdur. Sənətkarın 

yaradıcılığına nəzər yetirdikdə xalq mədəniyyəti ünsürlərindən geniş istifadə 

etdiyinin  şahidi  oluruq.  İlyas  Əfəndiyev  əsərlərində  şifahi  xalq  yaradıcılığı 

nümunələrinə tez-tez müraciət etmişdir. Xalqın yazıçısının formalaşmasında 

ədəbi  mühit  böyük  əhəmiyyət  kəsb  etmişdir.  İlyas  Əfəndiyevin  atası  rejim 

düşməni  adı  ilə  damğalanmış,  gənc  yaşda  dünyasını  dəyişmişdir.  Bu 

səbəbdən ailə ağır şəraitdə yaşamışdır. Belə çətin zamanlarda İlyasın təhsili 

ilə anası Bilqeyis xanım məşğul olmuşdur. Gələcəyin sənətkarının formalaş-

masında yüksək mədəniyyətə malik Bilqeyis xanımın rolu əvəzolunmazdır.  

Sənətkar  iki  fərqli  mühitdə  yetişmişdir.  Anası  Bilqeyis  xanım  ona 

xalqımızın  ruhunu  özündə  ehtiva  edən  gözəl,  axıcı  nağıllar,  əfsanələr 

söyləmişdir.  Yazıçı  bununla  əlaqədar  qeyd  edir  ki,  "Uşaq  vaxtı  eşitdiyim 

nağıllar, əfsanələr uzun illər boyunca mənimlə olmuşdur və qəribədir ki, illər 

keçdikcə  elə  bil  ki,  onlar  mənim  üçün  yeni  boyalar,  çalarlar  əldə  etmişdir. 

Sonralar  məlum  olmuşdur  ki,  mənim  uşaq  təfəkkürümü  tamam  sehrli  bir 

aləmə çəkib aparan həmin əhvalatların bir qismi Azərbaycan nağıllarından, 

qədim  inanc  və  ayinlərimizdən,  bir  qismi  də  hədislərdən,  dini  şərhlərdən 

gəlir,  onların  bəzisini  qələmə  alarkən  mən  ilkin  mənbələri  yox,  öz 

yaddaşımı, hisslərimi əsas götürmüşəm." [2] 

Digər  tərəfdən  İlyas  məkətəbə  getməzdən  əvvəl  klassiklərə,  onların 

əsərlərinə maraq göstərmişdir. 

İlyas Əfəndiyev əsərlərində şifahi xalq yaradıcılığı nümunələrindən, 

ifadə  üslubundan  və  formasından  bəhrələnərək  gözəl  əsərlər  ərsəyə  gətir-

mişdir.  Xalq  yazıçısı  öz  yaradıcılığında  şifahi  xalq  ədəbiyyatı  ünsürlərinə 

geniş  yer  verməsinin  səbəbini  bu  cür  izah  edir:  “Öz  xalqının  folklorunu 

dərindən bilmək istedadlı sənətkarı xalqına daha da yaxınlaşdırır, onun buna 

nüfuz etməyə, onun milli xarakterini, koloritini hiss etməyə kömək edir” [3] 

Sənətkar  bəzi  hekayələrinin  mövzusunu  birbaşa  əfsanələrdən  və 

nağıllardan  götürmüşdür.  “Apardı  sellər  Saranı”,  “Qarı  dağı”,  “İsa  Musa” 



Filologiya məsələləri, № 15 2017 

 

368



əsərlərində yazıçı yer və heyvanlarla bağlı əfsanələri modern şəkildə qələmə 

alaraq  hekayə  janrına  uyğunlaşdırmağı  bacarmışdır.  Eyni  adlı  əfsanədən 

bəhrələnərək  qələmə  aldığı  “Apardı  sellər  Saranı”  hekayəsində  qızının 

namusunu  qurtarmaq  üçün  onu  dərəyə  ataraq  öldürən  atadan  nəql  olunur. 

Başqa biri ilə evli olan Saranı sultan özünə övrət etmək istəyir. Bu hekayədə 

iki  zidd  qütblərdə  yer  alan  zülm  və  ədalət  qarşıdurması  gözəl  bir  şəkildə 

təhkiyə  olunur.  Yaradıcılıq  fəaliyyətinin  hələ  ilk  dövrlərində  bu  hekayəni 

qələmə alan sənətkar buna baxmayaraq güclü təhkiyə texnikasına və mədəni 

bazisə  malik  olduğunu  sənət  dünyasına  nümayiş  etdirmişdir.  İlyas 

Əfəndiyevin  hekayələri  öz  lirizmi  ilə  fəqlənir.  Yazıçı  öz  hekayələrində 

xalqın ruhundan qopub yaranmış bayatılara, mahnılara geniş yer verdiyi kimi 

bu  hekayənin  sonunda  da  mahnıya  müraciət  edərək  əsəri  tamamlamışdır. 

Əsərin sonundakı mahnı sanki hekayəni xülasə edir: 

 

Gedin deyin Xançobana, 



Gəlməsin bu il Muğana. 

Muğan batıbdır al qana, 

Apardı sellər Saranı, 

Bir ucaboylu balanı... [4 səh. 29] 

 

“Qarı dağı” əsərində eyni adlı dağın yaranması ilə bağlı əfsanəndən 



bəhrələnərək hekayəni qələmə almışdır. Zalım bir pardşah şəhəri mühasirəyə 

alaraq zəbt edir. Şəhər əhalisinin əksəriyyətini qılıncdan keçirdikdən sonr öz 

qalibiyyətini  qeyd  etməyə  hazırlaşır.  Elə  bu  anda  oğlu  xəstələnərək  yatağa 

düşür. Oğlunu sağaltmaq üçün təbib axtarır. Oğlunu sağaltmaq qabiliyyətinə 

malik  olan  yeganə  insan  şəhərdəki  yaşlı  falçı  qadındır.  Falçı  oğlanı 

sağaltmaq  üçün  dağdan  otlar,  şəfalı  bitkilər  toplayaraq  dərman  hazırlayır. 

Xalqa zülm edən padşahın oğlunu sağaltmaq istəyən bu qarıya şəhər əhalisi 

qarğış  tökür.  Padşahın  oğlunu  sağaldan  qarı  onun  inamını  qazanır  və  daha 

yaxşı  bir  dərman  hazırlayacağını  və  həmin  dərman  vasitəsilə  bir  daha 

xəstələnməyəcəyini söyləyir. Beləliklə zalım padşahı və oğlunu zəhərləyərək 

öldürür.  Padşahın  vəziri  qarını  komasına  dustaq  edir  və  hər  əsgər  o  evin 

üstünə  bir  at  torbası  torpaq  tökür.  Günün  sonunda  qarının  koması  üstündə 

böyük  bir  təpə  qalxır.  Təpəyə  “Qarı  dağı”  deyiblər.  “Sonrakı  əsrlərin 

küləkləri, selləri şəhərin xərabəliklərindən heç bir əsər qoymadı. Onun yeri 

hər  bahar  qızıl  lalələrlə  örtülən  bir düzənlik  oldu.  Şəhərdən  yadigar  yalnız 

Qarı  dağı  qaldı.  O  vaxtdan  bəri  Qarı  dağının  altında  bir  çeşmə  qaynayır. 

Uzaq  mənzildən  gəlib  keçən  yolçular  onun  suyundan  içib,  ürəklərinin 

yanğısını söndürürlər...” [4, s. 45] 

Dos.  Dr.  Sədat  Adıgözəl  “İlyas  Əfəndiyev.  Zaman  və  sənətkar” 

kitabında yazıçının təhkiyə üslubunu təhlil edərək qeyd edir ki, “bu təhkiyə 




Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə