Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə148/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   144   145   146   147   148   149   150   151   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

369



üslubu yazıçının əfsanə və xalq rəvayətlərindən bəhrələndiyi bütün əsərlərində 

özünü göstərdiyi kimi, mövzusu əsasən Sovet kənd və kəndlisinin həyatından 

götürülmüş  digər  əsərlərində  də  ıks  olunmuşdur.  Məzmun  baxımından  əsəri 

qiymətləndirdikdə  yazışının  çox  böyük  bir  iş  gördüyü  üzə  çıxır.  Hakim 

idealogiyanın hər cür əks hərəkətin repressiya ilə qarşısını aldığı illərdə sistemin 

tənqid  hədəfi  olacaq  bir  mövzunu  hekayədə  ana  mövzu  kimi  işləmək  əks-

reaksiya  doğurmuşdur.  Müəllifin  Sovet  İttifaqı  dağıldıqdan  sonra  yazdığı 

əsərlərini təhlil etdikdə bu hekayədə simvolik ünsürlər  kimi verilən rəmzlərin 

əslində reallıqları əks etdirdiyi aydın olur. [10] 

 

Sənətkar əfsanə, rəvayət, nağıllardan  və  qəhrəmanlıq  dastanlarından 



bəhrələnərək  hekayələrinin  mövzusunu  və  qəhrəmanlarını  müəyyənləşdir-

miş,  gözəl  sənətkarlıq  nümunələri  ərsəyə  gətirmişdir.  Yazıçı  nəinki  hekayə-

lərində həmçinin romanlarında da xalq ədəbiyyatı nümunələrinə geniş müraciət 

etmişdir. Qələmə aldğı əsərlərində böyük ustalıqla xalq mədəniyyəti elementlə-

rini,  xalq  həyatını,  xalqımızın  adət-ənənələrini  əks  etdirmişdir.  “Dağlar 

arxasında üç dost”, “Üçatılan”, “Geriyə baxma qoca”, “Sarıköynək və Valehin 

nağılı”  romanlarında  atalar  sözləri,  bayatılar  və  nağıl  elementləri  ilə  yanaşı 

xalqımızın  adət-ənənələri,  məişəti,  ənənəvi  həyatı  təsvir  olunmuşdur.  Əmin 

Əfəndiyev  “İlyas  Əfəndiyevin  yaradıcılğı”  kitabında  sənətkarın  özünəməxsus 

təhkiyə  üslubu  haqqında  qeyd  edir  ki,  “İlyas  Əfəndiyev  müasir  həyat  üçün 

aktual səslənən mövzulara müraciət edir və həmişə gələcək nəsillərə örnək ola 

biləcək, xalqın ən yaxşı adət-ənənələrini özündə birləşdirən ədəbi qəhrəmanlar 

yaradırdı...” [1] 

 

XX əsrin ikinci yarısında milli nəsrimizin mövzu və üslub baxımından 



təşəkkül  tapmasını  İlyas  Əfəndiyevin  yaradıcılığı  ilə  bağlasaq  yanılmarıq. 

Yeknəsək  və  şablon  mövzuları  ehtiva  edən  əsərlərin  yazılması  həmin  dövrdə 

ədəbiyyatımızın  inkişafını  nəinki  ləngidir,  həmçinin  ədəbi  süstlüyə  gətirib 

çıxarırdı. Məhz belə bir ədəbi mühitdə sənətkar özünəməxsus təhkiyə üslubu ilə 

nəsrimizi  orijinal,  rəngarəng  mövzuya  malik,  fərqli  təhkiyə  üslubu  ilə 

fərqlənən  əsərlərlə  zənginləşdirdi.  “Bədii  ədəbiyyatda,  xüsusən  xalq 

yaradıcılığında  bir  növ,  “calaq  etmə”  mənasında  işlənən  “kontaminasiya” 

termini var. Yəni zaman keçdikcə, əsrlər ötdükcə xalq öz yaratdıqlarına bir 

də  qayıdıb  nəzər  yetirir,  onu  köhnəlikdən  təmizləyir,  dövrə  müvafiq 

əlavələrlə  təzələyir.  İlyas  Əfəndiyev  də  böyük  sənətkarlıq  intuisiyası  ilə 

qələmini dövrə uyğun üslubi məziyyətlərlə zənginləşdirib təzələyir, həmişə 

ədəbiyyatın ön sıralarında gedir”. [9]  

İlyas  Əfəndiyev  öz  dərin  məzmunlu  əsərlərində  xalqımızın  keçdiyi 

tarixi yolun milli həyatımızda, məişətimizdə, şüurumuzda, psixologiyamızda 

baş  verən  hadisələri  işıqlandırmışdır.  Yaşar  Qarayev  bu  prosesi  belə  şərh 

edir:  “İlyas  Əfəndiyev  əfsanə,  mahnı  və  nağıl  kimi  qələmə  aldığı  ilk 

hekayələrlə  nəsrə  gəlmişdir...  Özü  də  “nağıl”,  “əfsanə”  sözlərini  müəllif 



Filologiya məsələləri, № 15 2017 

 

370



zahirən  də  gizlətmir,  onu  hətta  başlığa,  sərlövhəyə  çıxarır.  “Sarıköynəklə 

Valehin nağılı”nda belə səciyyəvi “nağıl ifadələri”, təhkiyə və kompozisiya 

əlamətləri də vardır: - “aldı Valeh, aldı Sarıköynək” və s. Sanki aşıq dastan 

danışır. [4, s.5] 

Sənətkar  özünəməxsus  fərdi  üslubu  ilə  müasiri  olduğu  dövrün 

yazıçılarından fərqlənir. Onun fərdi üslubunun ən mühüm cəhətlərindən biri 

şifahi  xalq  ədəbiyyatına  məxsus  təhkiyə  tərzidir.  Bununla  yanaşı,  İlyas 

Əfəndiyev öz roman və hekayələrində folklor nümunələrinə geniş yer verir. 

“Söyüdlü  arx”,  “Körpüsalanlar”,  “Dağlar  arxasında  üç  dost”,  “Sən  həmişə 

mənimləsən”,  “Üçatılan”  və  başqa  əsərlərində  atalar  sözləri,  məsəllər, 

bayatılar, xalq mahnıları təhkiyəyə xüsusi bir rəng qatır. 

 

Yazıçı  əsərlərinin  təhkiyəsini  zənginləşdirmək  və  məna  genişliyi 



yaratmaq  üçün  bayatı  və  mahnılardan  da  geniş  istifadə  edir.  Şifahi  xalq 

ədəbiyyatına  aid  bayatı  və  xalq  mahnılarından  istifadə  qəhrəmanlarının 

duyğu  və  düşüncələrini  daha  yaxşı  ifadə  etməyə  kömək  olur.  “Sən  həmişə 

mənimləsən”  pyesində  Nargiləyə  qarşı  səmimi  hisslər  bəsləyən  Rəşid  öz 

sevgisini “Qaragilə” mahnısını ifa edərək bildirir: 

 

Rəşidin mahnısı eşidilir: 



 

Gəlmişəm otağına oyadam səni

Qaragilə, oyadam səni. 

Nə gözəl xəlq eləyib yaradan səni, 

Qaragilə, yaradan səni. [5, s. 100] 

 

 



Sənətkar  “Körpüsalanlar”  romanında  Səriyyə  və  Qəribcanın  bir-

birinə  qarşı  bəslədikləri  duyğuları  dilə  gətirmək  üçün  bayatı  və  mahnılara 

müraciət edir: 

 

Pəncərədən daş gəlir, 



Ay bəri bax, bəri bax. 

Xumar gözdən yaş gəlir, 

Ay bəri bax, bəri bax.  [4 s. 172] 

 

Ay dadaş, 



Atma daş. 

Mən yaralıyam, 

Şəkinin, Şirvanın 

Mən maralıyam. [4 s. 197] 

 



Filologiya məsələləri, № 15 2017 

 

371



Şifahi  xalq  yaradıclığı  nümunələrini  əsərə  daxil  edən  yazıçı  yüksək 

təhkiyəçilik bacarığını nümayiş etdirir. Bayatı və mahnılarla yanaşı sənətkar 

“Körpüsalanlar”  romanında  təhkiyəni  zənginləşdirmək  üçün  atalar 

sözlərindən də istifadə edir: 

“Ağıl  yaşda  deyil,  başdadır”,  “İlan  vuran  al  çatıdan  da  qorxar”,  “Köhnə 

yurdun  dəyərini  yeni  yurdda  bilərlər”.  “Üçatılan”  romanında  təhkiyəni 

zənginləşdirən  atalar  sözləri  və  məsəllər  bunlardır:  “Yuxarı  tüpürsən  bığ, 

aşağı tüpürsən saqqal”, “İpin üstünə odun yığmaq olmaz” və s. 

 

İlyas  Əfəndiyev  “Dağlar arxasında üç dost” romanında Bağdagülün 



ifa  etdiyi  bayatılar  vasitəsilə  Səlimənin  dilə  gətirə  bilmədiyi  duyğular  əks 

olunur: 


Əzizim gül üşüdü

Meh düşdü, gül üşüdü, 

Güldün ağlım apardın, 

O necə gülüşüdü. 

 

Əzizim gülə bəndəm 



Bülbüləm, gülə bəndəm 

Qəribəm ölkənizdə 

Bir şirin dilə bəndəm.[7, s. 56] 

 

Bu nümunədən də göründüyü kimi yazıçı folklora ən sıx tellərlə bağlı 



olmuşdur  və  yazıçının  əsərlərində  xalqdan,  xalq  təfəkküründən  süzülüb 

gələn  ənənələr  yaşayır.  Sənətkarın  yaradıcılığında  xalqımızın  ruhundan 

qopan bayatı, əfsanə və rəvayətlərdən istifadə etməsi səbəbsiz deyildir. Xalq 

yazıçısı  müsahibələrindən  birində  valehedici  el  ədəbiyyatımızın  ona  çox 

təsiri olduğunu, uşaqlıqdan el nağıllarını, el qoşmalarını çox eşitdiyini qeyd 

edir. [8] Buradan məlum olur ki, sənətkarın uşaqlıq çağları el bayatılarının, 

nağıllarının  zəngulələri  üzərində  köklənmişdir.  Xalq  təfəkkürünün  zəngin 

xəzinəsindən  istifadə  edərək  İlyas  Əfəndiyev  əvəzolunmaz  əsərlərə  imza 

atmışdır. Hər bir sənətkar yaşadığı dövrdən və cəmiyyətdən asılı olmayaraq 

öz milli-mənəvi köklərinə qırılmaz tellərlə bağlı olduqda və elinə, obasına, 

xalqına  dərin  məhəbbətindən  qaynaqlanan  mənalı,  məzmunlu,  yüksək 

ideyaları özündə birləşdirən əsərlər qələmə aldıqda xalqın sevgisini qazana 

bilər.  İlyas  Əfəndiyev  mənsub  olduğu  xalqın  təfəkkür  tərzini,  ideoloji 

duyumunu,  bəşəri  hisslərini  bir  yazıçı  həssaslığı  ilə  duymuş  və  öz 

yaradıcılığında sənətkarlıqla təcəssüm etdirməyə qadir olmuşdur. Məhz buna 

görə  də  xalq  tərəfindən  qəbul  edilmiş,  xalqın  böyük  sevgisini  qazanaraq 

“Xalq yazıçısı” adına layiq görülmüşdür. Hər bir xalqın tarixi həmin xalqın 

yetişdirdiyi  ayrı-ayrı  tarixi  şəxsiyyətlərinin,  sənətkarlarının  adı  ilə  bağlıdır. 

İlyas  Əfəndiyevin  əsərləri  bu  mənada  Azərbaycan  tarixinin  bədii 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə