Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə151/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   147   148   149   150   151   152   153   154   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

377



xanımla  birgə  Çənlibeldə  onlarla  birgə  yaşamağa  başladığını  görürük.  O, 

qoçaq,  ağıllı,  tədbirli,  hiyləgər  biri  kimi  romanda  çıxış  etsə  də  ,  Koroğlu 

dəlisi kimi təsvir olunmur: ‹‹... tutalım, Mirzə Səlim dedi ki, mən adlı sanlı 

xəttatıydım, Toxmaqvuran dedi ki, mən adlı sanlı dəliydim. Aya , görəsən, o 

dəm  mən  nə  deyəcəm-adlı  sanlı  keçəl  idim?  ››  [2,155].  Və  Keçəl  Həmzə 

əsərdə də düşüncəsi və hərəkəti ilə bildirir ki, Qara Mahmud kimilərini tutmaq 

dəlilərin deyil, məhz onun işidir:  “– Həmzə, deyirəm bəlkə kəndlilərin yarısına 

bizim  adamlar  getsin,  yarısına  da  o  biri  dəlilər”.  Həmzə  qaşlarını  çatıb  etiraz 

elədi : “-Yox əşi, gizlincə adam pusmaq, kiməsə göz qoymaq, belə şeyləri hər 

kəs  bacarmaz.  Bu  xəncər  oynatmaq  deyil  ki,  beş-altı  gün  Koroğlunun  əlinə 

baxıb  öyrənəsən››.  [  2,  43  ]    Əsərdə  Keçəl  Həmzənin  gücü  “tülkülüyü”  ilə, 

Koroğlunun gücü isə “xəncəri” ilə dar çərçivəyə salınır. 

Postmodernizmin  əsas  tezislərindən  biri  də  intertekstuallıqdır.  Y.Kris-

teva  “intertekstuallıq”  konsepsiyasını  təqdim  edərək  qeyd  etmişdir  ki,  “hər 

bir söz (mətn) başqa sözlərin (mətnlərin) kəsişdiyi yerdir.[ 1, 37 ] Müəllif, 

özündən əvvəl mövcud olmuş əsərlərə istinad edərək, yeni mətn yaradır ki, 

əvvəlki mətnlə, sonradan yaradılmış mətn arasında əlaqələr özünü göstərir. 

.‹‹..Mətnin  başa  düşülməsi  yalnız  mədəniyyətin  diskursu  sahəsində”  ,yəni 

başqa  mətnlərlə  əlaqəli  şəkildə  mümkündür.  Bu  əlaqəlilik  heç  də,  hansısa 

hərfi mənalılıq və ya normativ həqiqətlə bağlı deyil. Əvvəlki mətnlərin zə-

ruri şəkildə iştirakı intermətnlilik hadisəsi yaradır›› [7 ]. “Qarğa yuvası”  ro-

manı  isə  Cəlalilər hərakatı  zamanında xalqın  qəhramanına  çevrilmiş, adına 

dastanlar qoşulmuş “Koroğlu” dastanı ilə intertekstual əlaqəyə girir. Biz bu 

əlaqəni,  Koroğlunun    Aşıq  Cünunla  dostluğunda,  Keçəl  Həmzəylə  sirdaş-

lığında ona Kaloğlan adı verməsində, Eyvaz xanla ata-oğul münasibətində, Alı 

kişi və Rövşən xatırlamalarında, rəmzə çevrilmiş Misri qılıncda, Qıratda və b. 

sezirik:  “...  Koroğlu  cəld  Misri  qılıncını  taxdı,  altdan  geyinib  üstdən  qıfıllan-

dı,üstdən geyinib altdan qıfıllandı. Qıratı minib dəlilərin qabağına düşdü...” [ 2, 

91 ]. Həmin bu cümlələri elə müəllifin müraciət etdiyi dastanda da görməmək 

mümkün  deyil  :  “  Koroğlu  altdan  geyindi,  başdan  qıfıllandı,başdan  geyindi,-

ayaqdan qıfıllandı, Misri qılıncı bağladı...” [3, 177 ]. 

Postmodernizmin  əsas  sütunlarından  birini  həmçinin  hipertekstuallıq 

təşkil  edir.  Keçən  əsrin  60-cı  illərində  T.Nelson  tərəfindən  irəli  sürülən  bu 

konsepsiyada başqa mətnlərə keçid görünür , ancaq sonda oxucu təxəyyülündə 

bu  mətnlər  bir  birilə  əlaqəli  şəkildə  tamamlanır.    Salidə  Şərifova  “Çağdaş 

Azərbaycan  postmodern  romanı”  monoqrafiyasında  izahını  bu  cür  verir  :  ‹‹ 

Hipertekstin əsas xarakterik cəhəti oxucu mövqeyinin gözlənilməz qarışıqlığının 

imkanı  sayəsində  təhkiyə  mətni  şaxələnir,  oxucuya  müxtəlif  alqoritmləri 

(müxtəlif ardıcıllıq) seçməklə mətnin hissələri ilə tanış olmağa imkan verir 

››[  8,  27  ].    İ.Fəhminin  adın  çəkdiyimiz  romanında  demək  olar  ki,  üç 

şaxələnmiş  təhkiyə  görürük.  Ümumilikdə  birinci  mətn  Koroğluya  meydan 



Filologiya məsələləri, № 15 2017 

 

378



oxuyan  Qara  Mahmud,  onun  izinə  düşən  Keçəl  Həmzə  və  ona  etibar  edən 

Koroğlu müstəvisində əks olunur. “Seyid qanı və qarğış iyi” , “Dərvişlərin 

söhbəti  və  Əhvaz  iyi”    başlıqlı  fəsillərində  olan  əhvalat  başqa  ikinci  mətni 

təşkil edir. “Qırmızı kölgə və ləvvatlıq iyi” , “İzdivac və kəndir iyi”  başlıqlı 

fəsillərdə  nəql  olunan  hadisələr  isə  digər  üçüncü  mətni  təşkil  edir. 

“Müqəddimə” ilə hadisələrin necə olacağına zəmin yaradan  roman “təmamiyi-

süxən”lə bütün mətnləri bir-biri ilə əlaqəli şəkildə yekunlaşdırır.İkinci mətndə 

Pirbudaq kəndinin ən varlı adamı olan tacir Məhəmməd Rza ağanın qızı toyuna 

üç  gün  qalmış  yoxa  çıxır.  Beş-altı  gün  sonra  isə  ağa    qızının  Xallı  qayada 

olduğunu öyrənib evdən çıxır və qayıtmır, ardınca gedən oğlanları da, həmçinin 

qızın xiffətin çəkən yetim bir ovçu da Xallı qayada yoxa çıxır. Sonda məlum 

olur  ki,  qoşulub  qaçan  yetim  ovçu  ilə  qız  Xallı  qayada  gizlənərkən  onların 

arxasınca gələn Məhəmməd Rza ağa bilmədən xəncərlə qızı öldürür, bunun 

təsiriylə  ovçu  da  ağanı  və  sonradan  gələn  oğlanlarını  doğrayır  və  Qəzvinə 

gedir.Romandakı hipertekstuallıq da məhz bura da özünü göstərir ki, həmin 

yetim ovçu qoca vaxtında küçələrdə gəzərkən deyirmiş ki, “... mənə imkan 

versələr,üç günə Koroğlunu zəbun eləyərəm, o tərəflərin bütün dağ-daşına, 

mağaralarına  beş  barmağım  kimi  bələdəm”.  [  2,  244  ]  Və  bu  sözünə  görə 

Qara  Mahmud  Çənlibel  mahalına  üz  tutarkən  ,  qocanı  da  özüylə  aparır  və 

həmin  qocanın  sirli  mağarası  quldurların  gizlənəcəyi  yerə    çevrilir. 

Hipertekstual əlaqələrin özünü əks etdirdiyi digər mətn isə Ərdəbildə şeyxin 

gizli  kitabxanasına  daxil  olmaq  istəyərkən  tələyə-quyuya  düşən  Həmzə  və 

dostlarına quyudakı digər başqa bir əsir  Əli bəy Şamlu tərəfindən danışılan 

əhvalatdan  ibarətdir.  Əli  bəy  Şamlu  Səfəvi  şahı  Təhmasibin  oğlu  Heydər 

Mirzənin  hərəminin  eşikağası  olub.  Şah  öləndən  sonra  Ustaclu  tayfası 

Heydər Mirzəni , digər Qızılbaş tayfaları isə şahın Qəhqəhə qalasına saldığı  

oğlu İsmayıl Mirzənin varisliyini müdafiə etməyə başlayırlar. Digər tayfalar 

Heydər Mirzəni öldürmək üçün saraya hücum edəndə şahzadə Əli bəy Şamlu 

tərəfindən  ələ  verilir  və  başı  kəsilir.  Şahzadəni  ələ  verməyinin  səbəbi  isə 

onun  qaçış  üsulu  idi.“...Qabağımdakı  kəniz...şahzadə  Heydər  Mirzəydi, 

əyninə arvad paltarı geyib ləçək bağlamışdı...”[ 2, 159 ]. Əli bəy Şamlunun 

Həmzəyə  nəql  etdiyi  əhvalat  isə  Qara  Mahmudun  keçmişi  ilə  əlaqələnir, 

çünki  Şah  Təhmasibdən  xəbərsiz  Heydər  Mirzənin  öz  kənizindən  bir  oğlu 

olmuşdu  ,  sarayda  şahzadə  öləndən  sonra  onun  tərəfdarları  uşağı  gizlincə 

Əhvaza  aparır  və  burada  böyüyüb  quldur  olan  həmən  uşaq    isə    Qara 

Mahmud  idi.  Göründüyü  kimi  fragmentar  formada  verilənr  sonda  vahid 

mətndə birləşir. 

Postmodernist  romanın  dayaqlarından  biri  həm  də  istehzadır  ,  desək 

yanılmarıq.  Çünki  postmodernizm  ciddiliyi  sevmir  və  keçmişdən  imtina 

etmir ,qəbul edir ancaq istehza ilə. Bu mənada U.Ekonun dediyinə görə  “... 

İstehza  kvadrat  içərisində  təkrar  edilən  söz  oyunudur  .Buna  görə  də  əgər 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə