Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə159/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   154   155   156   157   158   159   160   161   162

Filologiya məsələləri, № 15 2017 

396


4. Ə.Həsənov,Q.Mustafayev:”İslamın mahiyyəti”.Bakı.1967 il.

S.Bagirova 

 Russiant scientificts investigator and literary crities thoughts,opinion 

and references about the Islam religion 

Summary 

 The articlespeaks of the image a Islam in Russian classic literature and 

some  of  great  Russian  fush  as  L.Tolstoy,A.Pushkin,M,Lermantov,-

Agriboedov  and  other  writes  a  know  the  narrative  esternetives  and  other 

shand  dorries  and  works  of  M.Lermontov  pake  special  place  among  his 

productive works.Ayong investigator mar wash prouved that M.Lermontov 

fnd  the  L.Tolstoy  always  approche  to  arabiencast  and  Islam  wits  gread 

love.Said that everion should approsh to the world as prophet Mushammmed 

and then your opinionlife world change to better side.It isshown in the article 

that the first religious views are devoloped during years and made a wiole 

system.It is accepted that it is complcated,durable period. 

С.Багирова 

Некоторые мысли и оценки русских писателей и исследователей,а 

также учёных о религии Ислама 

Резюме 

 В  статье  рассматривается  образ  мусилманина  в  русской  клас-



сической литературе и некоторые мысли и выссказивания великих рус-

ских  классиков  как  Л.Толстой,А.С.Пушкин,М.Лермонтов,А.Грибоедов 

и  др.писателей.Как  известно,в  своих  произведениях  М.Лермонтова 

особое место занимает его повест «Восточные мотивы»и др.новеллы и 

произведения.Автор утверждала что Л.Толстой всегда и всем любовно 

отнеслись  к  арабским  Востоком  и  Исламу.Л.Толстой  всегда  говорил 

что,к миру надо отнестись к лучшему. Как известно,что религия одно 

из  форм  отражения  дейстивительности  в  фантастических  образов,-

представлениях,понятиях.Главным  определяюшим,признаком  религии 

является  вера  в  реальность  сверхестественного  религия  представляет 

собой сложное социальное образование,иключающие религиозное соз-

нание и религиозный култь. 

  Rəyçi:                   Həbib Mirzəyev 

Filologiya üzrə fəlsəfə doktoru,dosent 

3. A.Masse.”İslam”.Bakı.1964 il.



Filologiya məsələləri, № 15 2017 

397


RƏY 

ƏLİRZA ƏLİYEV  

LDU-nun dosenti, filologiya elmləri namizədi 

MUSA XANBABAZADƏ  

Yazıçı-jurnalist, AYB-nin üzvü 

FUNDAMENTAL  MONOQRAFİYA 

Azərbaycan dilinin, eləcə də, dünya dillərinin terminologiya sistemi za-

man-zaman  zənginləşir,  təkmilləşir  və  dilin  lüğət  tərkibində  universal 

həlqələrdən  birinə  çevrilir.  Əlbəttə,  bu  universallıq  cəmiyyətin  bütün  üzv-

lərinə deyil, ən çox elmi təfəkkür sahiblərinə xidmət edir, onların leksikası-

nın spesifik layını, qatını şərtləndirir.  

Məlumdur  ki,  terminlər  mənşəyinə  görə  iki  qrupa  bölünür:  milli  və 

alınma  terminlər.  Milli  terminlər  dilin  daxili  ehtiyatları,  söz  yaradıcılığının 

imkanları  hesabına  yaranır,  dildə  yaşamaq  hüququ  qazanır.  Milli  terminlər 

daha çox ədəbi dilin humanitar elm sahələri (fəlsəfə, tarix, məntiq, psixolo-

giya, hüquq, sosiologiya, filologiya vəs.) üçün səciyyəvidir.  

Alınma  terminlər  dilin  lüğət  tərkibində  milli  terminlərə  nisbətən 

kəmiyyətcə  çoxluq  təşkil  edir,  özünü  daha  çox  təbiət  və  texniki  elmlərdə 

göstərir. Alınma terminlər əsas etibarilə sözalan dilin informasiya ifadəetmə 

ehtiyaclarını təmin etmək üçün bu və ya başqa dildən hazır şəkildə dilə gə-

tirilmiş  maddi  faktorlardır.  Bu  maddi  fakt-terminlər,  obrazlı  şəkildə  desək, 

dilin  beynəlmiləl  ailəsidir  və  bu  ailə  doğma  sözlərimizə  qaynayıb-qarışmış 

və dilimizin fonetik, leksik-semantik, qrammatik sisteminin inkişaf qanunla-

rına uyğunlaşmışdır. 

Lakin  dilçiliyimizdə  alınma  terminlərin  leksik-qrammatik,  milli  ter-

minologiyanın  formalaşmasında funksional xüsusiyyətləri, mənşəyi,  alınma 

prosesinə  təsir  göstərən  amilləri,  onların  inkişaf  istiqamətləri,  ümumişlək 

leksikaya cəlb olunması, mənimsəmə prosesi və mərhələləri, lüğət tərkibi və 

lüğət fonduna güclü təsiri, kəmiyyət və keyfiyyət dəyişiklikləri, eyni mənşə-

dən törənib formaca dəyişən morfemlərin genetik əlaqəsi, rus mənşəli alınma 

terminlərin leksik-semantik xüsusiyyətləri, bilinqvizm şəraitində Azərbaycan 

və rus dillərinin funksional və daxili struktur təsirlərinin kompleks araşdırıl-

ması və s. indiyədək küll halında, sistemli şəkildə tədqiqata cəlb olunmamış, 

praktik təcrübi təqdimat verilməmişdir.  




Filologiya məsələləri, № 15 2017 

398


Filologiya emləri doktoru, professor Nadir Məmmədlinin “Azərbaycan 

dilində  alınma  terminlər”  (“Elm  və  təhsil”,  Bakı-2017)  monoqrafiyası  bu 

istiqamətdə ilk sanballı əsərdir. 

Monoqrafiyanı  oxuduqca  alimin  elmi-nəzəi  erudisiyasına,  bilik  və 

savadının  intəhasızlığına,  vüsətli  və  əhatəli  dünyagörüşünə,  tədqiqatçı  və 

araşdırmaçı  bacarığına,  ağır  və  məsuliyyətli  bir  yükə  çiyin  verməsinə, 

yuxusuz və narahat gecələrinə, dörd yüzə yaxın elmi mənbə və məxəzi səbir 

və təmkinlə araşdırmasına heyrətlənməmək mümkün deyildir.  

Akademik Nizami Cəfərov monoqrafiyaya yazdığı həcmcə kiçik, lakin 

məna-məzmun baxımından dərin “Ön söz”ündə haqlı olaraq, göstərir ki, ki-

tabın ümumi mənzərəsi, başqa sözlə, əsərin sxemi hələ məzmun mündərəcə-

sinə o qədər də dərindən müdaxilə etmədən öz-özlüyündə aparılan araşdır-

maların  ciddi  intellektual-metodoloji  struktura,  yaxud  modelə  əsaslandığını 

göstərir.  Və  həmin  əsaslılıq,  bir  tərəfdən,  müəllifin  elmi  təfəkkürünün 

konseptuallığını nümayiş etdirirsə, digər tərəfdən, monoqrafiyanın akademik 

dilçilik  mühitində  adekvat  dərk  olunmasını,  bu  cür  hallar  üçün  heç  də  az 

səciyyəvi  olmayan  pərakəndə,  yaxud  ziddiyyətli  mülahizəçilikdən,  artıq 

təfərrüatdan  qaçılmasını  təmin  edir.  Hörmətli  akademik  əsərin  elmi-nəzəri, 

praktik-təcrübi məziyyətlərini yüksək qiymətləndirərkən “Ön söz”ün son ab-

zasında yazır: “... professor Nadir Məmmədlinin “Azərbaycan dilində alınma 

terminlər”  monoqrafiyası  Azərbaycan  dilçiliyinin  son  illərdə  meydana  çıx-

mış  ən  dəyərli  əsərlərindən  biridir.  Və  bu  əsər  milli  linqvistik  təfəkkür 

mədəniyyətimizi əhəmiyyətli dərəcədə zənginləşdirir”.  

Nadir  Məmmədlinin  “Azərbaycan  dilində  alınma  terminlər”  monoq-

rafiyası  giriş,  dörd  fəsil  və  nəticədən  ibarətdir.  Belə  ki,  monoqrafiyanın 

birinci fəsli ərəb və fars, ikinci fəsli rus, üçüncü fəsli Avropa mənşəli alınma 

terminlərə həsr olunmuşdur. Dördüncü fəsil isə hər üç mənşə-mənbədən gə-

lən  terminoloji  leksikanın  azərbaycandilli  təfəkkür  kontekstində  mənim-

sənilməsi prosesindən və ya terminologiyalarından bəhs edir.  

Müəllif ərəb və fars mənşəli alınma terminləri şərh edərkən göstərir ki, 

ərəb və fars mənşəli terminlər Azərbaycan dilində daha çoxdur. Həmin ter-

minlər dilimizin tələblərinə uyğun fonetik assimilyasiyaya uğramış, yəni ter-

min-söz  bizim  dildə  işlənərək  fonetik-qrafik,  orfoqrafik  qiyafəsini  dəyiş-

dirmişdir. Elə buna görə də ərəb və fars mənşəli terminlər dilimizdə mənbə 

dildən  fərqli  işlənə  bilir.  Bu,  terminlərin  təhrifi  demək  deyildir,  sözün 

milliləşməsidir. Ərəb və fars mənşəli terminlər təkcə Azərbaycan dilində de-

yil,  başqa  türk  dillərində  də  milliləşir.  Məsələn,  ərəb  mənşəli  cisim, 

Azərbaycan  dilindən  fərqli  olaraq,  başqırd  dilində  yisim,  dərəcə  uyğur 

dilində  dəriçe,  fars  mənşəli  pər  özbək  dilində  pərrək  şəklində  dəyişikliyə 

məruz qalması terminin təhrifi yox, həmin formanın milliləşməsi kimi qəbul 

olunmalıdır (səh.64-65). 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə