Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə161/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   154   155   156   157   158   159   160   161   162

Filologiya məsələləri, № 15 2017 

401


Rus dilindən dilimizə keçən terminləri müəllif iki qismə - rusizmlər və 

sovetizmlərə bölür. Onların hüdudlarını, fərqlərini və tarixi dünyagörüşünü 

ifadə  edən  milli  leksik  vahidlər,  işarələrdir,  tarixən  formalaşmış  rus  sözlə-

ridir. Sovetizmlər isə sovet gerçəkliyini əks etdirən söz-terminlərdir, müəy-

yən ictimai quruluşun terminoloji fondudur və sovet həyat tərzini, varlığını 

əks etdirir. 

Müəllif rus mənşəli terminlərin işlənmə tezliyini nəzərə almaqla, aşa-

ğıdakı kimi qruplaşdırır: 

 Texnika  terminləri  (vater,  viklüçatel,  porşen,  prokat,  rubilnik,

zolotnik, domna və s.); 

 Hərbi terminlər (vzvod, polk, piletka və s);

 Dənizçilik terminləri (burtuk, teploxod və s.);

 Tarix terminləri (votçina, qrivna, duma, izqoy, kerenka, atkup, pristav

və s.); 


 Mətbəə terminləri (babuşka, qranka, kipsey, podborka, podval, nabor

və s.); 


 Zoologiya  terminləri  (qorbuşka,  zubr,  korsak,  nelma,  prişak,  sayra,

treska, xamsa və s.); 

 Tibb terminləri (salol, santonin, sinqa və s.);

 Etnoqrafiya terminləri (veter, klubyaka, murmolka, zarenik, duxovka

və s.); 

 Botanika terminləri (qummor, zubrovka, ryanka, krijovnik və s.);

 Idman terminləri (konki, brus, bulava);

 Mühasibat terminləri (uçot, ssuda, kopiruçot və s.)

 Ədəbiyyatşünaslıq terminləri (koşey, novina, oçerk, povest, çastuşka,

zavyazka və s.) 

 Kənd  təsərrüfatı  terminləri  (kustovka,  sovka,  bolomonaj,

yarovizasiya və s.) 

 Musiqi terminləri (kuçkist, skripka və s.)

 Kulinariya  terminləri  (selyanka,  xolodets,  peçenye,  piroq,  pirojna,

pirojki və s.) 

 Geologiya terminləri (opoka, yarus və s.)

 Ticarət terminləri ( yarmarka və s.)

Professor rus mənşəli alınma terminlərin sinonimliyinə, çoxmənalılığı-

na və habelə metonimik və metaforik mənalar daşımasına da münasibət bil-

dirir, bu sahənin tanınmış mütəxəssisləri ilə elmi polemika aparmaqdan belə 

çəkinmir və konkret dil faktları ilə sübutlayır ki, rus mənşəli alınma termin-

lərdə  (əlbəttə,  hamısında  yox)  sinonimlik,  ominimlik,  çoxmənalılıq  və  mə-

cazilik bu və ya digər şəkildə özünü göstərir. Terminlərin sinonimlik keyfiy-

yətindən  danışan  müəllif  belə  bir  elmi  müddəa  irəli  sürür:  “Dilimizdə  rus 




Filologiya məsələləri, № 15 2017 

402


mənşəli terminlərin sinonim kimi işlənmə səbəblərindən biri eyni əşya və ya 

eyni obyektin funksionallaşması sferasından asılılıqdır” (səh.170-171). 

Bu müddəanı əsaslandırmaq məqsədilə yazır: “Maşınqayırma texnolo-

giyası terminlərinin həmçinin başqa sahə terminologiyasında öz sinonimləri 

vardır: şnur-qaytan-bağ; şnur-elektrik  məftili (izolyasiya edilmiş);  şov-qay-

maq  yeri-bənd  yeri;  şov-tikiş;  brak-zay;  uçot-hesablama-siyahıya  alma; 

rubilnik-açar;  podrat-öhdəlik;  poçt  kartoçkası-üzvlük  kartoçkası-kataloq 

kartoçkası; parnik-istixana, nabor-düzmək; bristir-dirək; qotman-dərz qalığı-

ot qalığı və s. 

Müəllif dublet sinonimlərə münasibət bildirərkən yazır ki, dubletlik si-

nonimlə həmhüdud hadisələrdən biri olsa da, onlardan kəskin şəkildə fərq-

lənir: 1) leksik sinonimlər kimi formaca müxtəlif olsalar da, vahid mənaya 

malikdirlər; 2) elmi üslubda onlardan tavtologiyaya yol verməmək məqsədilə 

istifadə olunur; 3) dominantlıqdan məhrumdurlar; 4) kontekstdən asılı olma-

yaraq, bir-birini əvəz edir və heç bir incəliyi ilə fərqlənmirlər (səh 180-181). 

Professor rus mənşəli alınma terminlərin çoxmənalılığını özünəməxsus 

bilik  və  bacarığı  ilə  şərh  edərkən  yazır  ki,  hər  bir  termin  təkcə  müvafiq 

terminoloji  sistemin  üzvü  olmayıb,  həm  də  dil  hadisəsidir.  Ona  görə  də 

termin  (xüsusilə,  bir  sözdən  ibarət  olanlar)  işləndiyi  və  ya  alındığı  dildə 

çoxmənalılıq  keyfiyyəti  qazana  bilir  (səh.184-185).  Fikrini  əsaslandırmaq 

üçün müəllif yazır: “Stol” sözü rus dilindən dilimizə “miz, masa” mənasında 

keçmişdir. Bu sözün rus dilində müxtəlif birləşmələrlə terminoloji mənaları 

vardır:  pasportnıy  stol,  spavoçnıy  stol.  Bu  birləşmələr  Azərbaycan  dilində 

milli  ekvivalentlərlə  əvəzlənir:  pasport  şöbəsi,  soraq  şöbəsi.  Hətta  “stol” 

sözünün  “menyu,  yemək”  mənasının  da  dilimizdə  müvafiq  ekvivalentləri 

vardır: boqatıy stol-zəngin süfrə, prazdniçnıy stol-bayram süfrəsi, myasnoy 

stol-ət  xörəkləri  (səh.190-191-192-193).  Bu  nümunənin  təqdimindən  sonra 

alim “... çoxmənalılıq söz strukturunda leksik-semantik variantların qruplaş-

masıdır” qənaətini oxucularla bölüşür (səh.192-193). 

Aydındır  ki,  rus  mənşəli  sözlər  dilimizdə  metonimik  və  ya  metaforik 

keçidlə  terminləşə  bilmir.  Terminoloji  çoxmənalılıq  metafora,  metani-

miya, sinekdoxa əsasında mənbə dilin özündə yaranıb hazır şəkildə dili-

mizə keçir və dilimzdə asanlıqla determinləşir ( səh.192-193). Müəllif nə-

zər  diqqəti  dənizçilik  termini  “mayak”  sözünə  yönəldir  və  göstərir  ki, 

“mayak”ın məcazi mənası “yenilikçi, qabaqcıl işçi”dir. “Toxucuların ma-

yakları ən yüksək əmək məhsuladrlığına nail olmuşlar” cümləsində “ma-

yakları”  sözü  artıq  məcaz  səviyyəsindədir  ki,  belə  terminlərin  deter-

minləşməsi iki mərhələdən keçib: 1) söz terminoloji mənasında dilə daxil 

olur;  2)  dildə  metonimik,  metaforik  çalarları  qazanaraq  məcazi  mənada 

məişət, canlı danışıq sözünə çevrilir (səh. 192-193). 




Filologiya məsələləri, № 15 2017 

403


Terminlərin  omonimliyindən  danışan  alim  qeyd  edir  ki,  Azərbaycan 

dilində rus mənşəli elmlərarası, yəni ayrı-ayrı terminoloji sistemlərə mənsub 

terminoloji omonim nümunələrə rast gəlmək mümkündür: val inşaat termi-

nologiyasında,  “bənd,  sədd,  tikmə”,  val  maşınqayırma  terminologiyasında 

“fırlanan silindr”, val iqtisadiyyat terminologiyasında “müəyyən müddət ər-

zində  istehsal  olunmuş  məhsulun  dəyərlə  ölçülən  ümumi  həcmi”  mənasın-

dadır. “Babşka” ovçuluq termini kimi “üzgəc”, “babaşka” mətbəə termini ki-

mi “naborun boş yerlərini doldurmaq üçün qurğuşun parçası deməkdir. Bu 

və buna bənzər omonimlər leksik omonimlər adlanır və bunlar fonetik və ya 

qrammatik şəraitdən asılı deyil. 

Avropa  dillərindən  vasitəli  və  vasitəsiz  alınan  leksik  vahidlər  Azər-

baycan  dilinin  lüğət  tərkibini,  xüsusilə  termin  yaradıcılığını  kəmiyyət-key-

fiyyət  baxımından  zənginləşdirir  və  dilin  müxtəlif  üslublarında  leksik-se-

mantik çalarlar yaradır. Bu, müstəqillik qazandığımız dövrdə daha da fəal-

laşmış  terminologiyada  Avropa  qatının  dinamizmini  nəzərəçarpacaq  dərə-

cədə intensivləşdirmişdir. 

Alınma terminlər haqqında namizədlik və doktorluq dissertasiyası yazan 

alimlərin tədqiqatlarına hörmət və sayğı ilə yanaşan professor Nadir Məmmədli, 

onlardan  fərqli  olaraq,  öz  fundamental  monoqrafiyasında  Azərbaycan  dilində 

Avropa nənşəli terminlərin təsnifatını, o cümlədən alınma amillərini, geneoloji 

tərkibini,  areallarını,  struktur-semantik  xüsusiyyətlərini,  termin  hissəciklərini, 

formatların termin yaradıcılığında funksiyasını elmi-nəzəri aspektdə araşdırır və 

indiyədək  dilçilik  ədəbiyyatlarındakı  bu  boşluğu,  natamamlığı  inadla,  həm  də 

uğurla aradan qaldırır.  

Professor  Avropa  mənbəli  alınma  terminləri  ümumi  dilçilikdə  mövcud 

təsnifat  prinsiplərinə  uyğun  təsnifləşdirdikdən  sonra  Azərbaycan  dilinin  lüğət 

tərkibi  və  terminologiyasını  zənginləşdirən  Avropa  mənbəli  terminləri 

qruplaşdırır (səh.226-227; 228-229). 

Müasir  Azərbaycan  dilindəki  Avropa  mənşəli  alınma  terminləri  iki 

qrupa  a)yeni  əşya,  hadisə  və  mücərrəd  anlayışların  adını  bildirən,  əvvəllər 

Azərbaycan  dili  lüğət  tərkibində  nomenklatur  ifadəsi  olmayan  alınma 

terminlər; b)yeni reallıq, əşya, hadisə və mücərrəd anlayışla bağlı olmayan 

alınma  terminlər  ayıran  müəllif  hər  iki  qrupun  özünəxas  özəl  xüsusiy-

yətlərini misallarla izah edir və göstərir ki, onların xeyli hissəsinin mövqeyi 

kifayət  qədər  sabit  olmadığından  funksionallaşma  ehtimalları  məhdudlaşır, 

bəzilərinin  isə  dilimizdə  və  müvafiq  elm  sahələrində  semantik  və  tematik 

dairəsi  genişlənir.  Lakin  bəzi  hallarda  milli  və  alınma  terminlər  arasındakı 

tənasüb  pozulur,  onlardan  biri,  əksər  hallarda  milli  vahidlər  süni  olaraq 

sıxışdırılır,  hətta  dilimizdə  sabitləşmiş  terminər  alınma  prototipi  ilə  əvəz 

olunur (səh.246-247). 




Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə