Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə155/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   151   152   153   154   155   156   157   158   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

386



 Sən gördün bir dənə qoç, ye qalsın quru qıç. Sən neyləyirsən neçə cüt 

qoc? Məgər qoç döyüşdürməyə gedəcəkdin? 

 Sən gördün bir dənə qoyun, ye qalsın quru boyun. Sən neyləyirsən 

oyun-moyun? Məgər oyunçuluğa gedəcəkdin? 

 Sən gördün bir dənə keçi, ye qalsın quru qıçı. Sən neyləyirsən çoxlu 

keçi? Məgər çobanlığa gedəcəkdin? 

 Sən gördün bir dənə eşşək, ye qalsın köşşək. Sən neyləyirsən yorğan-

döşək? Məgər yorğan-döşəkdə yatacaqdın? 

 Sən gördün bir dənə at, ye qalsın yerdə mat. Sən neyləyirsən kağız-

barat? Məgər qasid olacaqdın? 

Bu  sözləri  deyib  ağlayır.  Qurd  muradına  çatmadı.  Siz  muradınıza 

çatasınız....”  (5,  129). Bu  nağılı  zəncirvari  nağıllar sırasına  aid etmək olar. 

Zəncirvari nağıllar bu və ya digər bir fəaliyyətin təkrarı üzərində qurulur və 

bu sıralanma zəncirləməni yaradan səbəbin aradan qaldırılması ilə tamamlanır. 

Bu  nağıllarda  zəncirləməni  yaradan  əsas  səbəblərdən  biri  əşyaların 

dəyişdirilməsidir. Dəyişmə ya azalan, ya da artan istiqamətdə aparılır (14, 33). 

Ordubad nağılları içərisində sehrli nağılların xüsusi yeri vardır. Ərazidən 

əldə  etdiyimiz  18  nağıl  mətnindən,  eləcə  də  müxtəlif  kitablarda  verilən 

“Səxavətli  çoban”  (4,  134)  nağılı,  “Naxçıvan  folkloru  antalogiyası”nda  nəşr 

olunan  “Hurilər  padşahının  qızları”,  “Kasıb  kişi  ilə  dərviş”  (11,  193),  “Beçə 

Dərvişin  nağılı”  (2,  110),  “Kuzəçioğlunun  nağılı”  (7,  54),  “Balıxçı  oğlu 

Əhmədin nağılı” (7, 70), “Tacirin nağılı” (7,70), “Kiçik qızın nağılı” (7,74) və 

bu kimi nağıl mətnlərinin çoxu sehrli nağıllar sırasındadır. Sehrli nağıllarda 

ümumi daimi formulalar, tipik yerlər, keçid cümlələr qorunub saxlanılır ki, 

bu  da,  demək  olar  ki,  heç  bir  dəyişikliyə  uğramadan  bir  nağıldan  digərinə 

keçir (121,7). 

Sehrli  nağıllar  süjet  baxımından  daha  zəngin  və  müxtəlifdir.  Onların 

tematik  (mövzu)  müxtəlifliyi  yalnız  Orta  Asiya  xalqları  arasında  dolaşan 

(yayılmış) fabulalardan deyil, bütün Şərqin folklor süjetləri, həmçinin digər 

çoxsaylı  xalqların  şifahi  yaradıcılığının  qarşılıqlı  təsiri  ilə  də  şərtlənir  (17, 

82). Sehrli nağılların ən xarakterik cəhəti onun çoxşaxəli olması, sehr, cadu, 

tilsim  kimi  ünsürlərin  süjet  xəttində  yer  alması,  antoqonistin  və  köməkçi 

personajların  çevrilmədən  istifadə  etmələri,  fantastikanın  geniş  yer 

tutmasıdır.  Bəzi  sehrli  nağıllar  kontominasiyalı  olub  bir  neçə  nağılı 

birləşdirməklə  nağıl  içində  nağıl  yaratmış  olur.  Mürəkkəb  quruluşa  malik 

olan  sehrli nağıllarda mifik təsəvvürlər  özünəməxsus şəkildə  işlənir. Sehrli 

nağıllarda  quşlar  bir  göz  qırpımında  insanı  dünyanın  ən  uzaq  nöqtəsinə 

aparır, ilanlar adamın ağzına tüpürməklə ona heyvanların, quşların, bitkilərin 

dilini  öyrədir,  otlar,  çiçəklər,  meyvələr  cansıza  can  verir,  qocanı 

cavanlaşdırır, divlər uçur, əjdahalar ağzından od püskürür. Sehrli nağıllarda 

hər şey fövqəltəbii qüvvəyə malik olub, süjet xəttinin qurulmasında başlıca 



Filologiya məsələləri, № 15 2017 

 

387



rol  oynayır  (6,  122).  V.Y.  Propp  qeyd  edir  ki,  sehrli  nağıllar  öz  strukturu 

etibarilə  kumilyativ  və  digər  mövzulu  nağıllardan  fərqlənir  (20,148).  Bu 

baxımdan  Ordubaddan  toplanmış  və  nəşr  olunmuş  “Kuzəçioğlunun  nağılı” 

səciyyəvidir  (7,  55).    Bəhs  olunan  nağılda  müasir  məişət  elementlərinin 

mətnə daxil olması da istisnasızdır: “...Bıllar dost olullar. Gethaget-gethaget, 

bir şəhərə çatdılar. Baxıllar ki, bı şəhərdə elə gözəl, uca-uca binalar var...” 

(7, 57). Bəzən nağıllar “müasirliyin təzyiq”inə məruz qalır. Bu təzyiq nəinki 

maraqlı məişət mühakiməsinin düzgün başa düşülməsinə cəhddə, həmçinin 

onları məntiqi cəhətdən motivləşdirməkdə də təzahür olunur (22,12).  

Bu  nağıl  mifik  elementlərlə,  sehrli  məqamlarla  zəngin  olmaqla  yanaşı,  

məzmun  baxımından  başqa  Azərbaycan  nağılları  ilə  də  səsləşir.  “Məlik 

Məmmədlə Məlik Əhməd” (1, 53) nağılında qarşılaşdığımız obrazlarla burada 

da qarşılaşırıq.  

Sehrli nağıllarda qadın qəhrəmanları bəzən sehrbazlar, pəri qızlar olurlar. 

Bir çox nağıllarda pəri qızlar çətinliyə düçar olmuş nağıl qəhrəmanına kömək 

etməsi ilə xeyirxah xüsusiyyət daşıyır. Ərazidən toplanan “Hurilər padşahının 

qızları” nağılında isə pəri qızı qəhrəmanı ürəkdən sevir, onun əvəzsiz kömək-

çisi,  xeyirxahı  olur  (3,116).  Nağılda  sehrli  əşyaların  köməyi  ilə  qəhrəman  öz 

arzusuna doğru inamla addımlayır, məqsədinə çatacağını əvvəldən bilir. Bu tip 

nağıllarda  sehrli  əşyalar  və  sehrli  köməkçi  obrazlar  bir-birindən  fərqlənmir. 

Onlar eyni tərzdə hərəkətə və qüvvəyə malikdirlər (21, 166).  Göründüyü kimi, 

Ordubad  bölgəsinə  məxsus  sehirli  nağılların  əsas  ünsürləri  xeyir  və  şərin 

mübarizəsi,  sehrli  qüvvələrin  iştirakı  ilə  iki  qarşıduran  tərəf    arasındakı 

ziddiyyətdir. 

Məişət  nağıllarının,  Prof.  F.Bayatın  qeyd  etdiyi  kimi,  əsas  cəhəti 

reallıqdır. Ümumiyyətlə, nağıllardan, xüsusən də məişət nağıllarından xalqın 

gerçək  yaşamını,  nə  ilə  məşğul  olduğunu,  hansı  təsərrüfat  sistemindən 

yararlandığını  öyrənmək  mümkündür.  Əsası  da  məişət  nağılları  milli 

psixologiyadakı milli təfəkkürü və düşüncəni yansıtan güzgü kimidir. Orada 

biz özümüzü aydın şəkildə görürük  (6,125). 

Ərazinin  məişət  nağılları  sırasında  “Bacıların  nağılı”  (7,  67),  “Üç 

gəlin” (5, 153), “Oynağan arvad” (5, 155), “Kasıb kişi və dərviş” (3, 118) 

nağılları  dərin  əxlaqi  nəticə  ilə  bitir.  “Bacıların  nağılı”  bu  baxımdan  daha 

çox  səciyyələnir.  Nağılda  üç  bacının  adi  arzusundan,  kiçik  bacının  isə 

“qeyri-adi”  istəyinin  hasil  olmasında  Allaha  inamın  böyük  rolundan  bəhs 

edilir. Nağılın məzmununa diqqət edək: “İki bacı vəzirin və vəkilin oğluna 

ərə getməyi arzulayır. Üçüncü bacı isə arzu edir ki, “Allah köməh ola, mən 

elə olum ki, padşah məəm hamam boxçamı götürsün”. Vaxt gəlir, bu bacının 

arzusu  gerçəkləşir  və  o  zaman  kiçik  qız  arzusunu  padşaha  xatırladır: 

“Allahdan arzum oldu ki, şah mənim boxçamı götürsün. Mən həmin qızam. 

Allaha  inanmayana  lənət”.  Şah  qızdakı  bu  inama  heyran  qalır,    onu  öz 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə