Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə156/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   152   153   154   155   156   157   158   159   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

388



oğluna alır” (7, 67-70). Kiçik bacı nağıllarda hər zaman öz ağlı və fərasəti ilə 

böyüklərdən  seçilir.  Bu  haqda  O.Əliyev  belə  yazır:  “Üç  bacı  haqqındakı 

nağıllarda öz böyük bacıları ilə müqayisədə kiçik bacı həmişə tərbiyəli, ağıllı 

təsvir  edilir.  O,  valideynlərinə  və  böyük  bacılarına  qarşı  mehriban  və 

qayğıkeşdir.  Bu  tipli  nağıllarda  xalqın  rəğbəti  tamamilə  kiçik  bacının 

tərəfindədir,  o,  həmişə  xeyirxahlığına,  sadəliyinə  və  əməksevərliyinə  görə 

xoşbəxtlik əldə edir” (9, 41).  

Ərazinin  nağılları  sırasında  az  da  olsa,  tarixi  şəxsiyyətlərlə,  məsələn, 

Şah  Abbasla  bağlı  mətnlərə  təsadüf  edilir.  “Səxavətli  çoban”  nağılı  bu 

baxımdan  səciyyəvidir:  Dərviş  libasında  idarə  etdiyi  əyaləti  gəzən  Şah 

Abbas  öz  sualına  cavab  axtarır:  “Səxavət  vardandı,  ya  yoxdan”.  Bir  kasıb 

çobanın evində qonaq olarkən sualına cavab tapır. Bir illik əmək haqqını bir 

gecədə  Allah  qonağı  bildiyi  dərvişin  –  Şah  Abbasın  yolunda  xərc  edən 

səxavətli  çoban  şahın  rəğbətini  qazanır.  Xalqa  zülm  edən  Qara  vəzir  isə 

səxavətin  ancaq  vardan  olması  fikrindən  əl  çəkmir.  Şah  zülmkar  vəzirin 

boynunu vurdurur, Allahverdi çobanı özünə vəzir təyin edir. Onun vəzirliyi 

dövründə  xalq  əmin-amanlıqda  yaşayır  (4,  134).  Alim  Y.  Səfərov  Şah 

Abbasın  Azərbaycan  nağıllarında  müsbət  obraz  kimi  verilməsinin  bəzi 

səbəbləri olduğunu söyləyir: “1. Şah Abbasın xalq kütlələri arasında şiəliyi 

təbliğ etdirməsi.  2. Ordubadlı Hatəm  bəyin Şah  Abbas  sarayında  baş vəzir 

yerini tutması. Şübhəsiz ki, xalq arasında şiəliyin təbliğ olunduğu yerlərdən 

biri Naxçıvan ərazisi, xüsusən, onun Ordubad regionu və şəhəri idi. Tarixdən 

məlumdur ki, Şah Abbas 1606-1607-ci illərdə Azərbaycanı Osmanlıdan geri 

alandan  sonra  Ordubad  şəhərinin  şiəlik  tərəfdarı  olduğunu  və  Səfəviləri 

müdafiə etdiyini nəzərə alaraq, onu “xəzinəyə verilən bütün vergilərdən azad 

etmişdir.  Belə  görünür  ki,  Hatəm  bəy  Ordubadinin  o  zaman  şahın  birinci 

vəziri olması burada az rol oynamamışdır. Bu kimi tarixi hadisə və tədbirlər 

xalq  yaradıcılığına da öz  təsirini  göstərmişdir. Buna  görə  də  folklora  daxil 

olmuş hər bir motivin arxasında müəyyən tarixi həqiqətlər gizlənmişdir” (15, 

161). 


Milli  folklorun  qorunub  saxlanmasında  nağılların  xüsusi  yeri  var.  Bu 

baxımdan  xalq  yaradıcılığı  ənənələrini  özündə  qoruyub  saxlayan  Ordubad 

ərazisinə xas olan nağıl janrı da böyük əhəmiyyət daşıyır. Ordubad folklor 

mühiti öz nağıl janrı ilə tarixi keçmişini qoruyub saxlamağı da yerinə yetirir. 

 

Ədəbiyyat 



 

1.Azərbaycan nağılları: 5 cilddə, I cild, Bakı: Şərq-Qərb, 2005, 360 s. 

2.Azərbaycan nağılları: 5 cilddə, III cild, Bakı: Şərq-Qərb, 2005, 296 s. 

3.Azərbaycan nağılları.  Naxçıvan. I cild, Bakı: MBM, 2005, 296 s. 




Filologiya məsələləri, № 15 2017 

 

389



4.Azərbaycan  folkloru  antologiyası.  I  kitab.  Naxçıvan  folkloru    Tərtib 

edənlər:  Fərzəliyev T., Qasımlı M, Bakı:  Sabah, 1994, 388 s. 

5.Azərbaycan folkloru antologiyası. XXIII kitab. Naxçıvan örnəkləri, II cild 

  Toplayanı:  Cəfərova  A.,  tərtib  edənlər:  Ələkbərli  Ə.,  Cəfərova  A. 

Bakı: Elm və təhsil, 2012, 332 s. 

6.Bayat F. Folklor dərsləri. Bakı: Elm və təhsil, 2012, 424 s. 

7.El  sözü,  yurd  yaddaşı.  Folklor  toplusu    Toplayıb  tərtib  edəni  və  çapa 

hazırlayanı: İsmayıl M.  Bakı: Elm, 2010, 168 s. 

8.Əfəndiyev  P.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı:  Pedaqoji  institutların 

tələbələri üçün dərslik . Bakı: Maarif, 1981, 403 s. 

9.Əliyev  O.   Azərbaycan nağıllarının poetikası. Bakı: Səda, 2001,192 s. 

10.  Mənbə  verilməyənlər  müəllifin  toplayıb,  lakin  çap  etdirmədiyi  şəxsi 

arxivindəndir. 

11.  Naxçıvan  folkloru  antologiyası.  II  cild    Tərtib  edənlər:  Cəfərli  M., 

Səfərov Y., Babayev R.  Naxçıvan: Əcəmi - NPB, 2011, 496 s. 

12.  Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə (orta əsr və yeni dövr 

folklor yaradıcılığı), Bakı: Elm, 2006, 648 s. 

13.  Paşayev Q. Kərkük folklorunun janrları. Bakı: Elm, 2003,  320 səh. 

14.  Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi. Bakı: Elm və 

təhsil, 2013, 368 s. 

15.  Səfərov Y.  Azərbaycan folklorunda tarixilik. Bakı:  Elm, 2005, 240 s. 

16.  Təhmasib  M.  Azərbaycan  xalq  dastanları  (orta  əsrlər).  Bakı:  Elm, 

1972, 397 s. 

 

Rus dilində: 



 

17.  Джалалов Г. Узбекский народный сказочный эрос. Ташкент: Фан,  

1980. 270 с 

18.  Леонова Т. Русская литературная сказка XIX века в ее отношение 

к  народной  сказке:  Поэтическая  система  жанра  в  историческом 

развитии. Томск : Изд-во Томск. ун.та, 1982, 196 с 

19.  Мелетинский  Е.  Поетика  мифа.  Исследованийа  по  фолклору  и 

мифологии востока. Москва: Наука, 1976, 407 с 

20.  Пропп  В.  Принципы  классификации  фольклорных  жанров  // 

Советская этнография. Москва: Наука, 1964, №4, с.147-154.  

21.  Пропп  В.  Исторические  корни  волшебной  сказки  Лениниград: 

Издательство Ленинградского Университета, 1986, 365  с 

22.  Шастина  Е.  Сказки  Ленских  берегов.  Иркутск:  Восточно-

Сибирское книжное издательство, 1971, 167 с 

 

 



Filologiya məsələləri, № 15 2017 

390


А

.Джафарова 

Сказки в ордубадском фольклорном среде и их общая 

характеристика 

Резюме 

Сказки,  будучи  одним  из  видов  эпического  жанра,  имеют 



своеобразное место в ордубадской фольклорной среде. Сохранивщиеся 

в  этом  регионе  сказки  разнообразны  по  своей  теме  и  форме.    Сказки, 

существующие в ордубадском фольклоре отражают образ жизни, быт, 

обычаи,  традиции,  желания  и  надежды  народа,  в  художественной 

форме.  В  этих  сказках,  особенно  в  бытовых,  также  рассказывается  о 

встрече  простой  народной  массы  с  правителями,  визирями,  мулла, 

купцами, о бедности, нужде, несправедливости и т.д. 

В статье предоставлена информация о лаконичности бытовых и о 

скоротечности волшебных сказок. Наряду с этим, исследовались корни 

степени  обработки  и  рассказывания  сказок.  В  исследовании  также 

изложены  регионально-географические  особенности  сказок,  присущих 

ордубадскому  региону.  Тексты  сказок,  связанных  с  историческими 

личностями,  в  частности,  с  Шах  Аббасом,  было  разъяснено 

соотносительно  прошлому  этого  региона.  В  ходе  исследования  стало 

известно,  что  в  прошлые  времена  на  этой  территории  существовала 

особая  обстановка  для  рассказывания  сказок.  Однако,  существование 

этой  обстановки  следы,  которой  все  еще  сохранились  на  этой 

территории,  свидетельствует  о  наличии  живой  фольклорной  среды  в 

этом регионе.   

A

.Jafarova 



Fairy tales in Ordubad folklore environment and  

their general characters 

Summary 

       As part of the epic genre, tales are also widely used in Ordubad folklore 

environment . The tales are colorful in content and shape here.Tales existing in 

Ordubad  folklore  reflect  the  lifestyle  of  the  people,  its  living  standards,  its 

traditions and customs, its wishes and hopes with the artistic colors. The tales 

here are colorful in content and shape. Ordubad folklore shows tales, lifestyle, 




Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə