Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə153/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   149   150   151   152   153   154   155   156   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

381



Ədəbiyyat  

 

1.  Dilbər  Zeynalova  “Modernizm.Postmodernizm”  (  terminoloji  lüğət  )      



“Elm və təhsil” Bakı 2015 

2.  İlqar Fəhmi “Qarğa yuvası” yarımtarixi roman. “Yurd” NPB, Bakı, 2008 

3.  “Koroğlu” dastanı. “Lider Nəşriyyat”. Bakı-2005. 

4.  Qorxmaz Quliyev “XX əsr Ədəbiyyatşünaslıq Konsepsiyaları”. Bakı 

2012 

5.  Nərmin Kamal. “Umberto Eco və Postmodernizm Fəlsfəsi”  Bakı, Qanun 



Nəşriyyatı, 2012 

6.  Postmodernizm. İstehza və zövq. (Umberto Eko )     “Ədəbiyyat”  qəzeti. 

20.02.2015 .Tərcüməçi Zakir Abbas (əməkdar jurnalist ) 

7.  Postmodernizm - ədəbiyyatlaşan dünya. A.Əsədova. “525” -ci qəzet. 

19.09.2012 

8.  Şərifova Salidə “Çağdaş Azərbaycan Postmodern Romanı” Bakı- ‹‹ Elm 

və təhsil ›› - 2015 

9.  Şəfa 

Cəbiyeva 

“Qarğa 


yuvası” 

haqqında. 

25.01.2012 

http://profliqa.blogspot.com/2012/01/sfa-cbiyeva-qarga-yuvas-

haqqnda_25.html 

10. Vaqif  Yusifli  “Azərbaycan”  jurnalı.  “Böyük  kitab”  layihəsinin  “İkinci 

məqalə”si.  “Müasir  Azərbaycan  romanı  haqqında  tənqidi-publisistik 

düşüncələr”. 20.11.2014 

 

Gunay Hamidli Azizaga 



 

The character of postmodernism in the roman of “Qargha yuvasi” 

written by Ilgar Fahmi 

 

Summary 



 

“Qargha yuvasi” has been written by Ilgar Fahmi in the postmodernist 

style  is  interesting  poem…  This  poem  deals  with  Koroghlu  and  his 

personality during the movement of “Jalalilar”.Koroghlu is presented such as 

strong and weak human in the poem.Bald Hamza is performed in the same 

level as Koroghlu in the text.Koroghlu is himself who presented him in the 

same level.It is opened the theme of the stories through the dialogues of the 

personages and the internal characters, personal views, external characters of 

them are clarified. We are in the world where Qara Mahmud is discovered, 

Bold Hamzas cheat, humans like Koroghlu rely on power. Thus the text is 

connected intertextually üith the epos of “Koroghlu” creating deconstruction 

of the plots and characters of the epos. In the postmodernist text appeal to 




Filologiya məsələləri, № 15 2017 

 

382



the past, originating from the past are based on irony, parody, “pastush” and 

the game principle. And in the article it is highlighted the points of using this 

and other elements of postmodernism. 

 

Гюнай Хамидли Азизага 



Особенности постмодернизма в романе « Воронье гнездо »  

Ильгара Фахми 

 

Резюме 


 

Роман "“Qarğa yuvası” Ильгара Фахми - образец интересной прозы 

в постмодернистском стиле ... Этот роман рассказывает о личности Ко-

руглу,во  время  движения"Джалилалар".Коруглу  представлен  в  романе 

одновременно сильным и слабым человеком.В этом перессказе Лысый 

Хамза выступает на одном уровне с Короглу.По рассказу видно что сам 

Короглу  ставит  его  на  этот  уровень.  В  рассказе  по  диалогу  и  настро-

ению можно определить их внутренний мир,их собственное мышление 

и их видимые личные признаки выходят наружу.Мы в таком мире где 

истинное  лицо  Гара  Махмуда,хитрость  Лысого  Хамзи  и  сила  таких 

людей  как  Короглу  выходят  наружу.  Текст  вступает  в  интертекс-

туальную  связь  с  эпосом  "Кероглу",  что  приводит  к  деконструкции 

сюжета  и образов В постмодернистском тексте прошлое  подвергается 

иронии  и  пародии,  В  статье  также  основное  внимание  уделяется 

разработке этих и других постмодернистских элементов. 

 

Rəyçi:             Dilbər Zeynalova 



                          filologiya üzrə fəlsəfə doktoru, dosent  


Filologiya məsələləri, № 15 2017 

 

383



AYTƏN CƏFƏROVA 

Naxçıvan Dövlət Universiteti 

ceferli_ayten@mail.ru 

 

ORDUBAD FOLKLOR MÜHİTİNDƏ NAĞILLAR VƏ 



ONLARIN ÜMUMI SƏCİYYƏSİ 

 

Açar sözlər: Ordubad, folklor, nağıl məişət, adət-ənənə, xalq, ərazi. 



Ключевые слова:  Ордубад, фольклор, сказка, быт, обычай, традиция     

Key words: Ordubad, folklore, fairy tale,domestic, tradition, people, territory. 

 

 Azərbaycan  xalq  nəsrinin  zəngin  poetik  qəlib  və  ölçülərini,  şifahi 



nitqin ifadə gözəlliklərini əks etdirən, geniş həyat faktı və hadisələrini əhatə 

edən  nümunələrindən  biri  də  nağıllardır  (12,  312).  Nağıllar  çox  funksiyalı 

janrdır. Onun ən əsas funksiyası estetik funksiyadır ki, bu da özündə sosial, 

mənəvi,  məntiqi,  düşündürücü,  əyləncəvi  xüsusiyyətləri  qoruyub  saxlayır 

(18, 5). 

Ordubadda nağılı gündüz söyləməyin məqbul sayılmaması barədə inam 

mövcuddur:  “İnkir-minkir  deyir  ki,  gündüz  nağıl  deməzdər,  gecə  dırnax 

tutmazdar,  həlbət  bir  gün  gələrsən  yanıma,  onda  bilirsən  səə  neyniyərəm? 

Gündüz nağıl desən, işdən olarsan, gecə dırnax tutmazdar ki, atılar xörəyə” 

(10).  Kərkük  folklorunda  da  bu  inama  rast  gəlirik.  Folklorşünas-alim 

Qəzənfər  Paşayev  bu  haqda  yazır:  “Kərkük  dolaylarında  gündüz  nağıl 

söyləmək  məsləhət  görülmür.  Uşaqlara  belə  bir  inam  təlqin  edilib  ki,  kim 

gündüz  nağıl  danışsa,  nağıl  bitəndə  çoqu  çıxar,  yəni  başında  buynuz  bitər. 

Böyüklər arasında isə belə bir inam var ki, kim gündüz nağıl danışsa, parası 

pul (qəpik-quruş) olar, yəni müflisləşər” (13, 182). Ordubadda son dövrlərə 

qədər uzun qış gecələrində eyni məhəllədə yaşayan qonşular bir evə yığışar, 

nağıl dinləmək, nağıl məclisində iştirak etmək məqsədilə “nağıl səccadəsi” 

qurardılar.  Bəzi  evlərdə  təndir  olardı.  Təndir  nağıl  məclisi  olan  otağın 

ortasında  düzəldilərdi  və  yerdən  olardı.  Yəni  təndirin  ağzı  döşəmə  ilə  tən 

olardı. Həmin təndirin üstünə böyük bir dəmir parçası qoyulardı. Əvvəldən 

yanan təndir artıq sönmək üzrə olanda həmin dəmirin üstünə ya bir palaz, ya 

da  böyük  bir  yorğan  salardılar.  Nağılçı  tən  ortada,  dinləyicilər  də  onun 

ətrafında – isinən yorğanın və ya palazın üstündə bardaş qurub əyləşərdilər. 

Gecənin  ləzzətinə  daha  bir  ləzzət  qatmaq  üçün  hərə  evindən  “cəviz”,  tut 

qurusu, “basdıx”, “alana”, “meviz” (üzüm növü), Ordubada xas meyvə quru-

larından  hazırlanmış  şirələr-  kompotlar  da  gətirərdilər  ki,  bu  da  “nağıllı 

gecə”ni daha da maraqlı, dadlı-duzlu edərdi. Nağılçı dinləyənlərin diqqətini 

söylədiyi nağıla cəlb etmək üçün xüsusi mətnlərdən – pişrovlardan istifadə 




Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə