Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə150/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   146   147   148   149   150   151   152   153   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

375



ümumhumanitar  konsepsiyadır  ››[4,  254  ].  Fikrimizcə,burdan  belə  nəticə 

çıxarmaq  olar  ki,  postmodernizmdə  lokal,  ritorik,  qeyri-xətti,  irrasional, 

məntiqsiz,  xaotik,  anarxik  və  b.əlamətlərin  təzahürü  tarixi,sosial  və  milli 

kontekstlərdən  asılıdır.Həmçinin  postmodernizm  insanın  dünyada  yeri  və 

rolunu, dəyərlərini üzə çıxarmaqla bərabər,həmin dəyərləri dağıdıb yenidən 

özünəməxsus  şəkildə  dəyərləndirir  (F.Nitşe  ),  insanda  vahid  mənlik 

anlayışını aradan çıxararaq şaxələnmiş, çoxalmış  kimliklər ortaya qoyur. Bu 

mənada  cərəyanın  özülünü  təşkil  edən  əsas  kateqoriya  və  konsepsiyalar 

prinsipal  olaraq  bu  üslubda  yazılmış  əsərlərdə  təzahür  edir.  Postmodernist 

dünyaduyumunun  Azərbaycan  romanında  ilk  izləri  K.Abdullanın 

yaradıcılığında (“Yarımçıq əlyazma”, “ Sehrbazlar dərəsi” , “Unutmağa kimsə 

yox” ) nəzərə çarpırsa, sonralar yazılmış başqa romanlarda da görünür : İ.Fəhmi 

(  “Akvarium”  )        Ş.Sadiq  (  “OdƏrlər”)  ,  T.  Cəfərov  (  “Fələk  qırmancı”  ), 

N.Kamal  (  “Aç,  mənəm”  )  və  b.  Postmodernizm  elementləri    həmçinin  İlqar 

Fəhminin “ Çənlibel tülküsü ” ədəbi  layihəsinə daxil etdiyi “ İlk sui - qəsd”, 

“Qarğa  yuvası”  və  “Kölgədə  əqrəb”  romanlarında  özünü  göstərir,  belə  ki  bu 

əsərlər postmodernist üslubda və onun (postmodernizmin ) tələb etdiyi sxemdə 

yaradılmışdır. Bu layihəyə daxil olan “Qarğa yuvası” romanı  , digər əsərlərlə 

birlikdə  ,  müəllif    tərəfindən  “tarixi  -  detektiv”    adlandırılıb.  Bu  əsərin 

yarımtarixi roman kimi təqdim olunması , əsərin xalq qəhramanlıq dastanlarının 

unudulmaz  fenomeninə  çevrilmiş  Koroğluya  həsr  edilməsi  və  reallıqla  qeyri-

reallığın  çulğalaşmasından  irəli  gəlir.  Və  göründüyü  kimi,  romanın  tarixi- 

detektiv adlandırılması isə özündə detektiv janrın xüsusiyyətlərini göstərməsi ilə 

bağlıdır.  Hər  şeydən  əvvəl  isə  bu  əsər  postmodernizm  struktruna  uygun 

yazılıbsa,deməli,romanda  postmodernizmin  prinsipləri  nəzərə  alınmışdır. 

Postmodernizmi  dörd  sütun  üzərində  tikilən  binaya  bənzətsək,  onun  əsas 

sütunlarının dekonstruksiya, intertekstuallıq , hipertekstuallıq, istehza olduğunu 

və çoxmədəniyyətlilik, polifoniklik, oyun, ironiya, pastiş, kollaj, qeyri-ciddilik, 

təsadüf,  müəllif  maskası,  ikili  kod,  məkansızlıq,  zamansızlıq,  səbəb-nəticə 

əlaqələrinin  qırılması,  təsadüf,  ziddiyyətlilik,  təhkiyənin  fraqmentarlığı  və  b 

materialların - elementlərin də binanın tikilib başa çatdırılmasına köməyini  

görə  bilərik.  Elə  isə  “Qarğa  yuvası”əsərində  postmodernizmin  təzahür 

formalarına diqqət yetirək.  

Dekonstruksiya   ( fr.deconstruction )-   J.Derridanın adı ilə bağlı olan 

bu termin “destruksiya”(“dağıtma”, “sökmə”) və “konstruksiya” ( “quraşdırma” 

,  “tikmə”)  sözlərinin  birləşməsindən  yaranaraq  “dağıdıb  yenidən  qurma” 

anlamında  işlənmişdir.  Mətndə  Koroğlu  ilə  bağlı  baş  verən  hadisələrin  deyil, 

məhz  Koroğlu  şəxsiyyətinin,  dəlilərinin  ,ümumilikdə,  obrazların  dekonstruk-

siyası görünür. Dastanda qorxusuz, adı çəkiləndə belə bəyləri ,ağaları titrədən, 

güclü,  tayı  bərabəri  olmayan  əlçatmaz  qəhraman  romanda  qorxuları  olan,-

düşünən,  ehtiyat  edən,  ancaq  buna  baxmayaraq  aldanan,  əsəbiləşəndə  sir-



Filologiya məsələləri, № 15 2017 

 

376



sifəti dəyişən, adi insanlar kimi xəstələnib müalicə edilən , özünü aciz görüb 

bunu  etiraf  edən  bir  insan  təsvir  olunur.Ancaq  dastan  və  romandakı 

Koroğlunu birləşdirən incə bir xətt var, bu da onun xalq içindən çıxması və 

xalqı  düşünüb  ,  xalq  üçün  addım  atmasıdır  :  ‹‹...  həm  də  əsl  Koroğluluq 

Çənlibeldə yeyib içmək , paşaların karvanların çapıb talamaq, bac-xərac al-

maq deyildü axı. Hərgah elə olsaydı, day Koroğlunun o biri qaçaq-quldurdan 

təfavütü  olmazdı  ki  ?  İlxıçı  Alı  kişinin  oğlu  Rövşənə  Allah-təala  elə  o 

səbəbdən bu zərbəti vermişdiki, məzlum xalqın haqqını qorusun, zalımların 

gözünün odunu alsın ››. [ 2,19 ]    

Əsərdə    dastandan  fərqli  olaraq  qəhramanda  qorxu  hissini  görürük. 

Ancaq  qeyd  etmək  lazımdır  ki,  bu  qorxu  hissi  Qara  Mahmudun  gücü 

qarşısında gücsüzlüyündən  irəli gəlmirdi, əlbəttə , xalqı düşünən igidi xalqın 

gözündə hörmətdən düşmək qorxudurdu , istəmirdi ki, xalqın gözündə fağır 

,aciz görünsün : «... kişi ona görə qəhraman olur ki, öz qorxaqlığın boynuna 

almağa xəcalət çəkir, utanır, xəlqin onu fağır güman eləməsindən qorxur »      

[ 2, 57 ].  Düzü, belə bir mövqedən yanaşdıqda, Koroğluda hardasa özündən 

razılıq əlaməti duyulur, ancaq unutmaq da olmaz ki dastandan fərqli olaraq 

romanda  hərtərəfli  real  insan  kimi  verilir.  Həmçinin  o,  daxilən  əzab  çəkir, 

aciz  olduğunun  fərqinə  varır,  ancaq  bunu  gizlətməyə  də  çalışırdı.  Onun 

acizliyinin  səbəbi  isə  düşməninin  yenilməzliyi  deyil,  əksinə  Koroğlunun 

dastandakı kimi Misri qılıncı, qolundakı qüvvəti, Qıratı və dəliləri ilə birgə 

həddindən  artıq  çox  güclü  olması  idi.  Çünki  paşalarla  vuruşan,  xanlarla 

kəllə-kəlləyə gələn , kişi kimi cəng edən Koroğlunun qarşısına çıxan düşmən 

onunla  üz-üzə  deyil,  bir  igidə  yaraşmayan  hiylə,  yalan,  kələklə  savaşırdı-

“oynayırdı”.  Məhz  buna  görə  də,  Koroğlu,    dastandakı  gücü  ilə  bərabər 

“qəhraman”-romanda isə aciz qalan “insan” paralelliyində çıxış edir. Dastanda 

Keçəl  Həmzəyə  aldanıb  Qıratı  əldən  verən  Koroğlunun  ehtiyatsızlığını, 

romanda da görürük. O, Qara Mahmudun namələrinə aldanıb, “görüşə” gedir, 

bu fürsətdən istifadə edən quldurlar müdafiəsiz qalan kəndi talayır,  hətta Sınıq 

körpüdə dəstəbaşı ilə  görüş zamanı Dəli Həsənlə birlikdə axan çaya düşürlər. 

Əsərdə Koroğlu ilə eyni səviyyədə Keçəl Həmzə də çıxış edir ,  onu isə bu 

səviyyədə  təqdim  edən  məhz  Koroğlunun  özüdür.  Çünki  Qara  Mahmudu  ələ 

keçirmək “...şirü-pələngin siçan axtarmağına bənzəyirdi” [ 2, 20 ] Siçanı tutmaq 

isə tülkü işi olduğu üçün “Çənlibel tülküsü” adlandırdığı Keçəl  Həmzəni bu 

axtarışın  başına  gətirir.  Əslində  Koroğlu  bir  kölgənin  izinə  düşməyi  özünə 

yaraşdırmırdı, o ancaq döyüş meydanında vuruşmağa öyrəşmişdi. Və burda 

səviyyə parallelliyi yaranır : gücdə Koroğlu- hiylədə Həmzə. 

“Həmzənin Qıratı aparması” qolundan məlumdur ki,  “... Koroğlu,mən 

dəyirmandakı  vədəmi  yerinə  yetirdim”  [3,184]  deyən  Həmzənin  taleyi 

romanda  bəlli  olur.  Qıratı  qaytardıqdan  sonra  sözünə  xilaf  çıxmayan 

Həmzənin,  Koroğlunun  inamını  ,  etibarını  yenidən  qazandığını  və  Dona 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə