Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə158/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   154   155   156   157   158   159   160   161   162

Filologiya məsələləri, № 15 2017 

394


cılığında  xüsusi  yer  tutur.  Bestujev-Marlinski,  Benediktov,  Vyazemski, 

Polejayev, Veltman, İlliçevski və başqaları yaradıcılıqlarında şərqi və islamı 

valehliklə  mədh  edib.Ümumiyyətlə  rus  ədəbiyyatında  şərq-islam  motivləri, 

“Qurani-Kərim”in  rus  ədəbiyyatına  təsiri  ciddi  elmi  tədqiqat  mövzusudur. 

Bu baxımdan tanınmış ədəbiyyatşünas professor Asif Hacılının 2009-cu ildə 

nəşr olunmuş “Qurani-Kərim” rus ədəbiyyatında” adlı kitabını çox qiymətli 

mənbə  hesab  etmək  olar.  Kitabın  elmi  redaktoru  professor  Kamal  Abdulla 

kitaba  yazdığı  ön  sözdə  bu  sahənin  nə  qədər  aktual  və  lazımlı  olduğunu 

vurğulayır: “Əlbəttə ki islama digər dinlərin zəka, elm, sənət nümayəndələrinin 

ehtiramını,  islamı  dəyərlər  ətrafında  mənəvi-fəlsəfi  axtarışlarını  bilmək  və 

xatırlamaq  zəruridir  .  Bu  baxımdan,  tarixən  müsəlmanlarla  mənəvi,  coğrafi 

təmasda olmuş rusiyalı görkəmli alim və sənətkarların, yazıçı və şairlərin islama 

diqqət və sayqısı böyük maraq kəsb edir”.“And olsun cütə və təkə\And olsun 

qılınca  və  haqq  döyüşə,\And  olsun  dan  ulduzuna,\And  olsun  axşam  na-

mazına.”(A.Puşkin),   “Hey  şirin  Quranı  oxumuşam  mən,\  gizli  mağarada, 

didərginlikdə” (A.Puşkin), “Ya Məhəmməd! müjdə\Palma ağacı kimi yetişəcək. 

Bunu  eşidib,  sənin  xalqın\Qoy  yeni  güclə  möhkəmlənsin!”  (A.Q.  Rotçev), 

“...Hər  şeyi  bilənə  gizlin  aşkardır..”  (Manassein),   “...lütfən  mənə  xeyirxah 

müsəlman kimi baxın” (L.Tolstoy), “Allahdan başqa Allah yox! \ Sirdən güclü 

güc yoxdur!(İ.Bunin) – rus ədəbiyyatının məşhur simalarının qələmə aldıqları 

bu  fikirlər  onların  ciddi  şəkildə  “Qurani-Kərim”dən  təsirləndiklərini,  islam 

təfəkkürünə bələd olduqlarını göstərir.Rusiya bu gün də Şərqə, xüsusilə islam 

Şərqinə  ciddi  şəkildə  maraq  göstərir.  Eyni  zamanda  Rusiya  ərazisində 

müsəlmanların  sayının  artması,  islam  dininə  aid  kitabların  çap  olunmasının 

genişlənməsi onu göstərir ki, Rusiya özü bu məsələdə maraqlıdır. Düşünürəm 

ki,  nəinki  rus  ədəbiyyatında,  ümumiyyətlə  dünya  ədəbiyyatında  islam,  şərq, 

“Qurani-Kərim” motivlərini araşdırmaqda böyük fayda var. Artıq bu sirr deyil 

ki, İslami düşüncə və “Qurani-Kərim” faktoru dünya ədəbiyyatına ciddi şəkildə 

təsir   edib.Professor  Asif  Hacılının  “Qurani-Kərim”  rus  ədəbiyyatında”  kitabı 

rus  ədəbiyyatını  dərindən  anlamaq,  rus  fikrinə,  təfəkkürünə  dərindən  bələd 

olmaq  üçün  qiymətli  vəsaitdir.   Eyni  zamanda  gənc  tədqiqatçılar  və  ədəbiy-

yatşünaslar  üçün  əvəzsiz  mənbədir.  Rus  ədəbiyyatında  məşhur  olan  “Şərq 

hekayətləri”  silsiləsi  tanınmış  yazar  və  şərqşünas  O.  İ.  Senkovskinin  adı  ilə 

bağlıdır.  Həcc  ziyarətinə  gedən  O.  Senkovski  ərəb  şərqini  üç  il  müddətində 

səyahət  etmiş,  səfər  zamanı  görüb-eşitdikləri  ilə  bağlı  çoxlu  yazılar  yazmış, 

islam  dünyası  haqqında  bir  çox  elmi  araşdırmalar  aparıb.  Belə  məşhur 

şərqşünaslar  sırasında  N.  N.  Berezin,  X.  D.  Fren,  A.  V.  Boldırev  və  başqa 

tədqiqatçıların  adlarını  da  çəkmək  olar.  Bu  müəlliflər  hesab  edirdilər  ki, 

“Quran”ı  öyrəndikdən  sonra  Şərq  dünyasının  mental  xüsusiyyətlərini  nəzərə 

alaraq, hətta “İncil”i də fərqli rakursdan dəyərləndirmək olar. Belə fikirlər rus 

romantiklərinin  yaradıcılığında  Şərq  motivlərinin  yer  almasında,  üslub 



Filologiya məsələləri, № 15 2017 

395


cəhətdən  formalaşmasında  əhəmiyyətli  rol  oynayıb.Bir  çox  rus  ziyalıları 

müsəlman  şərqini  yalnız  elmi  materialların  deyil,  eyni  zamanda,  bədii 

əsərlərin  köməyilə  öyrənməyə,  tanımağa  başlamışlar.  Belə  ki,  Sədi,  Hafiz, 

Nizami,  Firdovsi,  Cami  kimi  klassiklərin  əsərləri  Şərq  dünyasına  və  İslam 

təfəkkürünə bələd olmaq üçün əsl xəzinə idi. Bəzi müəlliflər hesab edirlər ki

rus ədəbiyyatında  Şərq və İslam mövzusu sadəcə ornament rolunu oynayıb, 

rus  sənətkarlarına  özlərinə  tənqidi  yanaşma  üçün  istifadəyə  imkan 

yaradıb. XIX  əsr  sənətkarları  içərisində  A.Qriboyedov,  P.  Vyazemski,  S. 

Qlinka,  P.Çaadayev,  xüsusilə,  M.  Lermontov  və  A.  Puşkinin  əsərlərində 

islam  komponentləri  mövcud  idi.  Böyük  rus  filosofu  V.  Solovyovun 

“Məhəmmədin həyatı”, Qoqolun “Əl-Məmun” kimi əsərləri Rusiyada Şərqə 

olan marağın yalnız etnoqrafik deyil, eyni zamanda, mənəvi-poetik səciyyə 

daşıdığına  işarədir.  İnsanların  bərabərliyi  ideyasının  sadiq  tərəfdarı  olan 

filosof və şair V.Solovyov 1896-cı ildə “Məhəmməd. Həyatı və dini təlimi” 

adlı  oçerkində  yazırdı  ki,  İslam  Peyğəmbəri  həqiqi  dinin  məzmun  və 

mahiyyətini  tovhiddə  görmüşdür.  Solovyov  İslamın  ən  mühüm  özəllikləri 

arasında  niyyət  və  əməllərin  gözəlliyini  görürdü.  Alim  İslam  dininə  şamil 

olunan  “cəhaləti  və  fanatizmi  yayan,  zor  və  güc  hesabına  yayılmış  din” 

anlayışlarının əslində bu dinə və Məhəmməd peyğəmbərə (s.) qarşı haqsızlıq 

olduğunu cəsarətlə vurğulayırdı. O yazırdı: “Məhəmmədin dini bundan sonra 

inkişaf etməsə də, geniş əhatədə yayılacaq; çünki “Quran”ın mənəvi qidası 

bütün  bəşəriyyət  üçün  gərəklidir”. Rus  ədəbiyyatında  islami  mətnlərin 

yaranmasının səbəblərindən biri də Qafqaz faktoru  idi.  Çar  Rusiyası  siyasi 

fəaliyyətinə görə narazı olduğu sənətkarları, adətən, Qafqaza sürgün etdirirdi 

və  bu  fakt  həmin  söz  adamlarının  yaradıcılığına  təsirsiz  ötüşmürdü.  A.  S. 

Puşkin  də  Cənuba  sürgün  olunduğu  zaman  çərkəzlər,  arnautlar,  Krım 

tatarları  kimi  müsəlman  əhali  ilə  sıx  ünsiyyət  qurub,  onların  məişəti  və 

mədəniyyəti  ilə  yaxından  tanış  olub.  Şairin  yaradıcılığına  nəzər  salsaq, 

görərik  ki,  onun  əsərlərində  Şərq  anlayışı  İslam  mədəniyyəti  kontekstində 

meydana  çıxır.  O,  “Quran”a  müraciət  edən  ilk  rus  yazarı  olub.  Tədqiqatçı 

K.Qordeyev  qeyd  edir  ki,  “Qurana  nəzirələr”  adı  ilə  yazdığı  şeirlərdə 

müəllifin məqsədi heç də rus oxucusunu Müqəddəs Kitabda yer almış dini-

hüquqi  məsələlərlə  tanış  etmək  olmayıb,  bu  əsərlər  sırf   lirik  poeziya 

nümunələri olaraq meydana çıxıb. 

Ədəbiyyat: 

 1.J.A.Belyayev:Müsəlman təriqətləri.Tarixi oçerklər.Bakı 1958 il. 

 2.Ə.Ə.Məmmədov:”Ərəb dili”.Zərdabi LTD.MMC.nəşr.Poliqrafiya 

Müəssisəsi. 




Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə