Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə154/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   150   151   152   153   154   155   156   157   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

384



edərdi. Folklorşünas M.Təhmasibin bu haqda fikirləri yerinə düşür: “Nağılı 

danışanlar  özləri  əsli  olmayan,  uydurma”  danışdıqlarını  bildikləri  kimi, 

dinləyənlər də “uydurmaya” qulaq asdıqlarını bilirlər. Hətta ustad nağılçılar 

nağıla  başlamazdan,  yəni  hələ  “biri  var  imiş,  biri  yox  imiş”  deməmişdən 

qabaq  qəsdən  xüsusi  bir  “pişrov”  deyir,  öz  dinləyicilərini  fantaziya, 

fantastika, xəyal aləminə aparmaq üçün, bir növ, zəmin, şərait yaradırlar (16, 

60). Ərazidə tanınmış nağıl söyləyənlər – nağılçılar olmuşdur: Hüseynqulu, 

Nazir  Kəblə  Səttar,  Məşədi  Ələkbər.  Onlar  nağıla  başlayanda  daha  cox 

söylədikləri pişrov belə olardı: 

Həmam həmam içində

Xəlbir səman içində. 

Dəvə dəlləyhlix elər, 

Köhnə həmam içində. 

Həmamçının tası yox, 

Baltaçının baltası yox. 

Burda bir tazı gördüm, 

Onun da xaltası yox  (10). 

Bəzən nağıllar müxtəlif xüsusiyyətlərinə görə miflə eyniləşir. Yuxarıda 

verdiyimiz  pişrov  ənənəvi  nağıl  formullarına  daxildir.  “Ənənəvi  nağıl 

formulları nağılı mifdən əsaslı şəkildə ayırır” (19, 265). 

Məlumdur ki, nağıllar mövzu, ideya, təsvir vasitəsi və üsullarına görə 

müxtəlif  və  rəngarəngdir.  Nağılların  öyrənilməsi  və  tədqiqatını  asanlaşdır-

maq  üçün  bölgü  aparmaq,  onları  qruplaşdırmaq  lazımdır.  P.Əfəndiyev 

nağılların aşağıdakı təsnifini verir: heyvanlar haqqında  nağıllar, sehrli nağıl-

lar, tarixi nağıllar, ailə-məişət nağılları, satirik nağıllar (8,115).  A.Nəbiyev 

isə Azərbaycan nağıllarını aşağıdakı kimi qruplaşdırır: 

I.  Heyvanlar haqqında nağıllar 

a)  ilkin təsəvvürləri və totemist görüşləri əks etdirən nağıllar; 

b)  alleqorik nağıllar; 

II.  Sehrli nağıllar. 

III. Məişət nağılları. 

IV. Uşaq nağılları (12, 315).  

Folklorşünas-alim  F.  Bayat  Qrimm  qardaşlarının,  J.Jakobsun,  A.Aar-

nenin, P.N.Boratavın, Andersonun və başqalarının çalışmalarını nəzərə alıb 

Azərbaycan nağıllarını göstərilən formada qruplaşdırmışdır: 

1.Heyvanlar haqqında nağıllar. 

2.Sehrli nağıllar. 

3.Məişət nağılları ( 6,117). 

Tədqiqatçı-alim  Yusif  Səfərov  ümumən  Naxçıvan  Muxtar  Respub-

likasından toplanmış nağılları aşağıdakı kimi qruplaşdırır: 

1.  Məişət nağılları. 



Filologiya məsələləri, № 15 2017 

 

385



2.  Yarımtarixi nağıllar (15,146). 

Ordubad  rayonunun  Naxçıvan  Muxtar  Respublikasının  bir  bölgəsi 

olmasına  baxmayaraq,  biz  ərazinin  nağıl  mətnlərini  Prof.  Füzuli  Bayatın 

apardığı bölgüyə uyğun qruplaşdırmağı məqsədə müvafiq bildik. 

Nağılların  müxtəlif  söylənmə  məqamları  da  vardır.  Novruz  bayramı 

ərəfəsində  Yeddiləvində  –  axır  çərşənbə  günündə  qız-gəlinlər  bir  yerə 

toplaşar, gecəni maraqlı keçirmək məqsədilə bir nəfər nağıl danışar, ətrafda 

oturub  onu  dinləyənlər  isə  nağılçıya  təşəkkür  borcu  olaraq  bişirdikləri 

şəkərbura,  paxlava,  cəvizli  kükə  və  s.  bayram  çörəklərindən  verərdilər. 

Hazırda  isə  bu  adət,  demək  olar  ki,  icra  olunmur.  Ərazidə  məxsusi  olaraq 

uşaqlar üçün də söylənilən nağıllar vardır. Bu zaman çalışırlar ki, söylənilən 

nağıl uşağa qorxu gətirməsin. Bunun üçün heyvanlar üçün nağıllardan, bəzi 

məişət nağıllarından istifadə edilir. Məsələn, “Şaxseyen bacının nağılı” (10) 

adlı  mətn  uşaqların  tərbiyəsi  üçün  özəl  mahiyyət  kəsb  edir.  Nağılda 

yalançılıq, acgözlük, hiyləgərlik tənqid edilir. Azərbaycan nağılları sırasında 

yer alan “Tülkü və leylək” nağılındakı tülkü və leylək “obrazları” eyni süjet 

xəttinə malik olan “Şaxseyen bacı” nağılında qarğa və qurd ilə əvəzləşdirilir. 

Uca  çinar  ağacının  başında  yuva  quran,  yumurta  qoyub  üç  bala  çıxaran 

qarğanın  balalarına  meşədə  ac-yalavac  gəzən  qurdun  “gözü  düşür”  və 

hiyləyə  əl  atır.  Qarğanı  ağacı  kəsəcəyi  ilə  hədələyərək  iki  balasını  əlindən 

alıb  yeyir.  Başqa  bir  xeyirxah  qarğanın  bu  ana  qarğanı  –  Şaxseyen  bacını 

başa  salması  sayəsində  üçüncü  bala  xilas  olur,  qurd  isə  öz  hiyləsini  sona 

qədər  sürdürə  bilmir.  “Qurdun  naləsi”,  “Birlik”,  “Şaxseyen  bacının  nağılı” 

ərazinin heyvanlar haqqında nağıllarına ən yaxşı nümunədir. Belə nağıllarda 

heyvanlar  dilləndirilir  –  insana  aid  xüsusiyyətlər  heyvanlar  üzərinə 

transformasiya  olunur.  Bu  barədə  O.Əliyev  yazır:  “Heyvanlar  və  quşlar 

nağıllarda düşünür və danışır. Bu nağıllarda heyvanlar aləmi insan fikri və 

hissi,  onun  həyati  görüşlərinin  əski  forması  kimi  ifadə  olunur.  İnsan  kimi 

düşünən, özünü insan kimi aparan, danışan heyvanlar poetik şərtilik daşıyır” 

(9,  43).  Q.Paşayev  isə  qeyd  edir  ki,  bu  nağılların  süjet  xəttində  əsas  yeri 

yemək  uğrunda  mübarizə  tutur.  Yuxarıda  təsvirini  verdiyimiz  “Şaxseyen 

bacının  nağılı”  fikrimizi  dəqiqləşdirmək  üçün  yaxşı  nümunədir.  Belə 

nağıllarda xeyirlə şərin mübarizəsi önə çıxarılır. Nəticədə hiylənin, yalanın 

ümumiləşməsi  olan  şər  xeyirə  məğlub  olur.  Söyləyicinin  nağılı  əraziyəxas 

dialekt  ünsürləri  ilə  söyləməsi  nağıla  ərazinin  “möhür”ünü  vurur.  “Qurdun 

naləsi”ndə isə qoça aldanan qurd nəhayət, ata da aldanır. Nağılın süjet xətti 

Kərkük nağıl variantı ilə eynidir. Sonda qurdun gileyi poetik şəkildə verilir. 

Bu parçalar hər iki variantda var, lakin kiçik də olsa, fərqlər nəzərə çarpır: 

“Haldan  düşmüş  qurd  ağlaya-ağlaya  dağın  başına  çıxır,  sonra  bu  sözləri 

oxuyur: 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə