Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə157/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   154   155   156   157   158   159   160   161   162

Filologiya məsələləri, № 15 2017 

391


traditions, dreams and expectations of the people with artistic dyes.These tales, 

especially domestic tales deal with the ruler, the vizier, the mullah, the  erchant 

and  others  confrontation  with  the  ordinary  mass  of  people,  poverty,  need, 

and  injustice.The  article  gives  a  brief  overview  of  the  fairy  tales  and  the 

shortness of the fairy tales. At the same time, the usage and retelling degree 

roots  of  the  tales  are  also  investigated  here.  The  article  also  searches  the 

regional and geographical features of Ordubadic tales. Historical ersonalities 

in  the  region,  in  particular,  tale  texts  related  to  Shah  Abbas,  have  been 

xplained  in  connection  with  the  region's  historical  heritage.  During  the 

investigation,  it  became  clear  that  in  the  region  there  was  once  a  special 

discourse for fairy tales. However, the existence of this preserved discourse 

still  shows  the  existence  of  a  lively  folklore  environment  in  the  territory. 

Rəyçi:         

Rza Xəlilov  

            filologiya üzrə  fəlsəfə  doktoru, dosent 



Filologiya məsələləri, № 15 2017 

392


SEVİNC BAĞIROVA 

ADİU 


             sevins.@.mai.ru 

RUS ALİM VƏ TƏDQİQATÇILARIN, ƏDƏBİYYATŞÜNASLARIN 

İSLAM DİNİ HAQQINDA FİKİRLƏRİ, RƏY VƏ MÜLAHİZƏLƏRİ 

Açar sözlər:islam, Rusiya,ədəbiyyat, alim, tədqiqatçı, rəy, mülahizə 

Ключевые слова: Россия,ислам, литература,учёный, исследователь 

Key words:islam, Russia,literature, scientist,opinion, investigator 

Vyaçeslav  Serqeyeviç  Polosin 1956-cı  ilin iyun  ayının  26-da  Moskva 

şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor 

və  politologiya  üzrə  isə  namizəddir.1978-ci  ildə  Moskva  Dövlət 

Universitetinin  fəlsəfə  fakültəsini  “sosiologiya”  ixtisası  üzrə  bitirmişdir. 

Diplomu:  “Maks  Veberin  “kapitalizmin  ruhu”  konsepsiyasının  tənqidi” 

olmuşdur.1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü 

ildə  isə Moskva  Ruhani  seminariyasını  bitirmişdir. 1983-1985 illər  arası Orta 

Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində 

baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav 

kilsəsinin  nəşriyyat  şöbəsinin  ştatdankənar  əməkdaşı  olmuşdur.1988-ci 

ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey 

(baş keşişi) vəzifəsində çalışmışdır. 1996-cı ildən isə kilsədə rəsmi fəaliyyətini 

dayandırmışdır  1990-1993-cü  illər  arası  Kaluqa  vilayətindən RSFSR-in  (RF) 

xalq deputatı seçilçmiş, Rusiya Federasiyasının (RF) Ali Sovetinin üzvü, RF-nin 

Ali  Sovetinin  rəyasət  heyətinin  üzvü,  RF-nin  Ali  Sovetinin  vicdan,  din 

azadlıqları,  mərhəmət  və  xeyriyyəçilik  Komitəsinin  sədri  olmuşdur.  Rusiya 

Federasiyasının “Dini  etiqad  azadlığı”  və “Vicdan  azadlığı  və  dini  qurumlar” 

haqqında  qanunlarının  və  onlara  edilən  düzəlişlərin  həmmüəllifidir.  1991-ci 

ildə  Rusiya  Federasiyasının  Prezidentinin  inaqurasiya  mərasimini  işləyib 

hazırlayanlardan  biridir.  1993-cü  ildə  Rusiya  Federasiyasının  Xarici  İşlər 

Nazirliyinin  Diplomatik  Akademiyasını  bitirmiş  və  “1971-1991-ci  illərdə 

SSRİ-də  kilsə  və  dövlət”  mövzusunda  politologiya  üzrə  namizədliyini 

müdafiə etmişdir.1994-cü ilin martından 2000-ci ilin noyabr ayına dək RF-

nin Dumasının eksperti, Dini qurumlar və ictimai təşkilatlar üzrə Komitənin 

məsləhətçisi,  3-cü  dərəcəli  dövlət  müşaviri  olmuşdur.1999-cu  ildə  440 

səhifəlik  “Mif,  din,  dövlət”  adlı  kitabı  işıq  üzü  görmüşdür.  Kitabda  dini 

əfsanə  və  miflərin  cəmiyyətin  siyasi  inkişafına  olan  təsirindən  bəhs 

edilmişdir.  “Mifin  dialektikası  və  siyasi  mif  yaradıcılığı”  mövzusunda  Din 

fəlsəfəsi üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dini və dini-siyasi 

məzmunlu  bi  sıra  publisistik  yazıların  müəllifidir.  1999-cu  ilin mayında 




Filologiya məsələləri, № 15 2017 

393


rəsmi  şəkildə İslam  dinini qəbul  etdiyini  açıqlamış  və  Əli  adını  ikinci  ad 

kimi  götürmüşdür.  1999-cu  ilin oktyabrından Rusiya  Müftilər  Şurasının 

müşaviridir.2000-ci ildə “Tanrıya doğru düz yol” adlı kitabı çap edilmişdir. 

Kitabda xristian din mənsubunun İslamı qəbul etməsinin ilahiyyat nöqteyi-

nəzərdən  əsaslarından  bəhs  olunmuşdur.2001-ci  ildə  isə  “Yeni  Rusiyanın 

manifesti: üçüncü yol – doğru yol!” kitabı və “Bütpərəstliyin aradan qaldırılma-

sı” monoqrafiyası işıqüzü görmüşdür. 2000-ci ilin oktyabrından Moskvada yeni 

yaradılmış  “Doğru  yol”  adlı  müsəlman  dini  icmasının  sədridir.2001-ci  ildə 

Rusiya  Müftilər  Şurasının  buraxdığı  “Rusiya  müsəlmanlarının  sosial  proq-

ramının  əsas  müddəaları”nı  işləyib  hazırlayanlardan  biridir. 2002-ci  ilin fev-

ralından “İslam haqqında hər şey” adlı müstəqil qəzetin baş redaktorudur.2003-

cü ilin mayında təsisedici qurultayda Rusiyanın müsəlman jurnalistlər Şurasının 

Sədri  seçilmişdir.  Lev  Nikolaeviç  Tolstoy  (1828-1910)  -  dahi  rus  yazıçısı, 

mütəfəkkir, rus ədəbiyyatında və tarixində önəmli payı olan biridir. O bizə daha 

çox  yazıçı  kimi  məlumdur.  Onun  fəlsəfi  görüşləri,  Allah,  ruh,  elm, 

məhəbbət,  həyatın  mənası  haqqında  düşüncələri  əks  olunan  traktatları  bizə 

çox  az  məlumdur.  Həyatın  mənasını,  əxlaqi  idealı,  gizli  ümumi  varlığın 

qanunauyğunluğu  üçün  əzablı  axtarışlar,  ruhani  və  sosial  kritisizm  kimi 

məsələlər yazıçının bütün yaradıcılığına hopmuşur. 1870-ci ildən etibarən isə 

ölüm,  günah,  tövbə  və  əxlaqi  dirçəliş  kimi  mövzulara  diqqəti  xüsusilə 

artırmışdır.Onun tamamilə qeyri-adi olan düşüncələri çox vaxt rus cəmiyyəti 

üçün anlaşılmaz olmuşdur. O, kilsədən qovulmuş və lənətlənmiş, dost-tanışları 

ondan üz döndərmişlər. Lev Tolstoy 1910-cu ildə, 81 yaşında evdən çıxmış və 

Astapovo stansiyasında yolda vəfat etmişdir.Rusiya müsəlmanlarının hüquqla-

rının  müdafiəsi,  təşkilatlanması  iki  istiqamətdə  -  Rusiya  Dövlət  Dumasının 

Müsəlman Fraksiyasının fəaliyyəti əsasında və Rusiya müsəlmanları İttifaqının 

rəhbərliyi  altında  getmişdir.  1905-ci  ilin  yazı  və  yayında,  ölkədə  inqilabi 

mübarizənin  gücləndiyi  bir  dövrdə  milli  burjuaziya  və  ziyalılar  burjua-liberal 

hərəkatının sülhpərvər, leqal üsullarından - kollektiv müraciətlərin verilməsi, çar 

üsul-idarəsi  nümayəndələrilə  görüşlərdən  istifadə  edirdilər.  Martın  15-də 

H.Z.Tağıyevin sarayında burjuaziya və ziyalıların nümayəndələrinin müşavirəsi 

keçirildi.  Müşavirədə  Qafqazda  islahatların  keçirilməsinin  vacibliyi  məsələsi 

müzakirə  edildi.  Müsəlmanlara  qoyulan  qadağaların  göstərildiyi  kollektiv 

müraciət  tərtib  edildi.  Bu  müraciət  çar  hökumətinə  Azərbaycan  tərəfındən 

verilən ilk proqram sənəd idi. İslama və islamın müqəddəs kitabına heyran-

lığı  və  Şərqin  mənalar  aləminə  bələdliyi  Tolstoyda,  Nikolay  Qoqolda, 

Bunində, Bolmontda, Lermantovda, Velmir Xlebnikovda və başqa rus yazar-

larında  görmək  mümkündür.  Bu  bələdlik  və  heyranlıq   rus-xristian  təfək-

kürünün  daşıyıcısı  olan  müəlliflərin  yeni  poetik-ədəbi  axtarışlarına  böyük 

təkan  verib.İslami  motivlər  rus  ədəbiyyatında  Puşkinin  ədəbi  mühitində 

formalaşan  və  onun  ənənələrini  davam  etdirən  bir  çox  müəlliflərin  yaradı-



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə