III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1441
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
RUSIYA GEOSIYASƏTINDƏ QAFQAZDAN KEÇƏN ENERJI
DƏHLIZININ ƏHƏMIYYƏTİ
Əzim HEYDƏROV
Bakı Dövlət Universiteti
“Qafqaz xalqları tarixi” kafedrasının doktorantı
azimheydar@gmail.com
AZƏRBAYCAN
Qafqaz bölgəsi Rusiyanın geosiyasi və iqtisadi mənafeləri baxımından son dərəcə
həssas bir bölgədir. Avropa ilə Asiya arasında körpü olmaqla yanaşı, Qara dəniz və Xəzərin
sahili olması, Türkiyə və İran ilə görüşmə nöqtəsində dayanması, Orta Şərq yolu üzərində
olması bölgənin Rusiya üçün əhəmiyyətini artıran faktorlardır. Strateji səbəblərin xaricində
bölgənin iqtisadi əhəmiyyəti də böyükdür. Hər şeydən əvvəl Qafqaz Rus iqtisadiyyatı üçün
əhəmiyyətli miqdarda xammal qaynağıdır. Cənubi Qafqazda Azərbaycan Respublikasının əra-
zisində olan neft yataqlarıda Rusiyanın maraq dairəsindədir. Xəzər neftinin qərbə nəql edil-
məsi üçün düşünülən boru kəmərlərinin üzərində dominant mövqe qazanmaq istəyi Qafqazın
Rusiya üçün dəyərini artırmaqdadır. Yeni neft sahələri kəşf edildikcə bölgənin strateji
əhəmiyyəti artırdı. Xəzər dənizində 200 milyard bareli aşan Bəsrə Körfəzindən sonra ikinci
yer tutan neft ehtiyatlarının mövcudluğu faktı enerji ehtiyatlarının Rusiyanın nəzarətində olan
köhnə, kiçik tutumlu texniki baxımdan geri qalan boru kəmərləri ilə daşınmasının mümkün
olmaması, yeni boru kəmərlərinin inşa edilməsi faktını da ortaya qoydu. Ancaq bu fakt özü ilə
birlikdə Rusiya, Türkiyə, İran, Çin və Qərb ölkələrinin Qafqaz və Orta Asiya ilə əlaqədar
siyasi qarşıdurmaları da gətirdi.
Qərb Xəzər enerji qaynaqlarının ixracı üçün şərqdən qərbə doğru Avrasiya enerji dəhlizi
yaratmağı qarşısına məqsəd qoymuşdur. Doğurdan da şərqdən qərbə istiqamətlənən mövcud
bütün enerji xətlərinin keçdiyi Rusiya Federasiyasının meydana gətirdiyi manapoliyanı nəzərə
alsaq, Cənubi Qafqaz, Orta Asiya ölkələrinin Rusiyadan bu və ya digər şəkildə asılılığı
ortadan qaldıran yeni enerji dəhlizini Orta Asiya və Qafqazın rifahının təmin edilməsində
əhəmiyyətli bir addım hesab etmək olar. Xəzər neftinin istismarı ilə bağlı olaraq 20 sentyabr
1994-cü il tarixində Bakıda imzalanmış və “Əsrin müqaviləsi” adı ilə xatırlanan Xəzər
dənizinin Azərbaycan sektorunda olan Azəri, Çıraq və Günəşli yataqlarında 500 milyon tonu
aşan neftin birlikdə istismarı və pay bölgüsü haqqında müqavilə 30 il müddətinə Azərbaycan
ilə ABŞ, İngiltərə, Azərbaycan, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı neft şirkət-
lərindən ibarət Beynəlxalq neft Konsorsiumu (AIOC) tərəfindən işlənməsi qərarlaşdırıldı.
Rusiyanın neft və təbii qaz siyasəti Qafqaz və Orta Asiyada çıxarılan neft və təbii qazın,
əsasən, Qafqaz–Rusiya–Avropa dəhlizi ilə ixracı tələbi üzərində qurulub. Rusiya neftin
boğazlardan keçişinə gətirilən məhdudiyyətlərə da qarşı çıxır. Resursları və mövqeyi etibarilə
Rusiya bu gün neft və təbii qazı, bütün dünyada hegemoniya yaratmaq üçün silah olaraq
istifadə edir. Əvvəlcə Xəzər hövzəsində və Orta Asiyada çıxarılan bütün neft və təbii qazın öz
ölkəsində emal müəssisələri və xətlər vasitəsi ilə ixracını tələb edən Rusiyanın bu ambisiya-
larına Bakı-Tbilisi-Ceyhan xəttinin inşası ilə böyük zərbə vuruldu. Rusiya isə neft daşımaları
üçün alternativ yollar təklif etməkdə israrlıdır. Belə ki, neftin Şimal marşrutu ilə
Novorossiyskə oradan da Bolqarıstanın Burqaz limanına və boru xəttləriylə Yunanıstanın
Aleksandropolis şəhərinə nəql edilməsinin daha sərfəli olduğunu, beləcə neftin boğazlardan
keçməyəcəyini iddia edərək bu marşrutun daha ucuz başa gələcəyini deyir. Boru xəttləri
mövzusunda Rusiyanın əsas məqsədi enerji resurslarının ixrac ediləcəyi nöqtəni nəzarətdə
saxlamaq yolu ilə neftdən Orta Asiya ölkələrivə Azərbaycana qarşı təzyiq vasitəsi kimi
istifadə etmək, qiymətlərə qismən də olsa təsir etməkdir. 1990-cı illərdə SSRİ-nin dağılması
və mərkəzi iqtisadiyyatın çöküşü ilə neft istehsalı, istehlakı və ticarətində böyük bir sarsıntı
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1442
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
keçirən Rusiya neft və təbii qaz istehsalını Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbə-
kistan ilə, neft emalı müəssisələrinin əhəmiyyətli bir hissəsini isə Belarus, Ukrayna, Azər-
baycan ilə paylaşmaq məcburiyyətində qaldı. SSRİ-nin neft emalı tutumunun 35-%-i Rusiya
xaricində qaldı. Neft və təbii qaz istehsalında istifadə olunan maşınqayırma müəssisələri
Azərbaycanda, neftin ixrac edildiyi limanlar, terminallar Ukrayna, Gürcüstan, Litva və
Latviya da qalmışdı. Lakin Rusiya SSRİ-nin varisi kimi düşdüyü iqtisadi vəsiyasi çətinliyə
baxmayaraq, bölgədəki ambisiyalarından imtina etmədi. Hazırda Rusiya öz iri neft şirkət-
lərinin bölgədəki bütün konsorsiyumlarda iştirakı ilə qənaətlənmir, eyni zamanda öz nəqliyyat
təklifləri ilə çıxış edir. Enerji siyasətinin Rusiya üçün mühümlüyünə daha bir nümunə odur ki,
məhz Bakı-Novorosisk xəttininetibarlı olduğunu sübut etmək üçün, bu ölkə 1996-cı ildə bi-
rinci Çeçenistan müharibəsinin özünə sərfəli olmayan şərtlərlə sonlandırdı. Eyni zamanda tək
bir Avrasiya dəhlizinə qarşı çıxaraq, coğrafi miqyası genişlədərək təklif sayını da artırmışdır.
Şimali Qazaxıstan-Novorossiysk boru kəmərlərinin tamamlanmasına əlavə olaraq Ankara ilə
Rus təbii qazının Qara dənizin altından Türkiyəyə çatdırılması mövzusunda da müzakirələr
aparılır. Ayrıca Yunanıstanla Balkan boru xəttləri layihəsi üzərində işlənilir. Belə strateji layi-
hələrdən biri də 20.9.2014 tarixində təməli atılan “Cənub” qaz dəhlizi layihəsidir ki, Avropa
rəsmiləri onu XXI əsrin müqaviləsi adlandırıb və Rusiyanın hazırki mürəkkəb beynəlxalq
vəziyyətdə özünə qarşı ağır iqtisadi sanksiyalar tətbiq edildiyi bir dövrdə regionda baş
verənlərə tam nəzarət edə bilmədiyi də aydın görünür.
NAXÇIVAN DİYARI ƏHALİSİNİN ETNİK VƏ DİNİ TƏRKİBİ TARİXİ
MƏNBƏLƏRDƏ (XII-XIV əsrlər)
Elnur KƏLBİZADƏ
Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsi
caspianman@mail.ru
AZƏRBAYCAN
Həşim KƏLBİYEV
Lənkəran Dövlət Universiteti
AZƏRBAYCAN
Tarixən mövcud olmuş qüdrətli Azərbaycan imperiyalarının – Sacilər, Atabəylər, Ağqo-
yunlu, Qaraqoyunlu və Səfəvi dövlətlərinin mərkəzi vilayətlərindən biri olmuş Naxçıvan
Azərbaycan üçün hər zaman strateji əhəmiyyət daşımışdır. Bu baxımdan bütün hüquqi və
tarixi Azərbaycan torpaqları kimi Naxçıvanın tarixi coğrafiyasının, əhalisinin etnik və dini
tərkibinin ciddi tarixi mənbələr əsasında araşdırılması təkcə, tarixi baxımdan deyil, həm də
müasir dövrün beynəlxalq siyasi reallığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi de-
yildir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tarixi nitqlərində bu mövzu-
nun araşdırılmasını dəfələrlə diqqət mərkəzinə çəkmiş və belə çıxışlarından birində demişdir:
“Naxçıvanın ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-
memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. ...Azərbaycanın siyasi, iqtisadi, mədəni
və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin
canlı şahididir”.
Tarixi-coğrafi baxımdan Azərbaycan ərazisində yaranmış bütün dövlətlər üçün strateji
əhəmiyyət daşımış Naxçıvanın əhalisinin XII-XIV əsrlərdəki etnik və dini tərkibinin öyrə-
nilməsi də bu gün tarix elmimizin qarşısında duran mühüm məsələlərdəndir. Məlumdur ki,
1136-cı ildə Azərbaycan Atabəyləri dövlətinin yaranması ilə bütün Azərbaycan torpaqları va-
hid dövlətin tərkibində birləşdirilmişdi. Bu isə öz növbəsində Azərbaycan əhalisinin etnik,
din, dil, mədəniyyət birliyinin formalaşmasında önəmli rol oynamışdır. Azərbaycanın ayrıl-
maz tərkib hissəsi olan Naxçıvan diyarı bəhs olunan dövrdə Atabəylər dövlətinin mərkəzi
vilayəti, Eldənizlər sülaləsinin xass torpağı olmuşdur.