23
Həmçinin - Kimiləri möminlərin ruhlarını rahatlıqla alırlar:
«And olsun
(möminlərin canını) rahatlıqla alanlara». (ən-Nəziat 2). Şübhəsiz ki:
«Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə (ölüm ayağında)
mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə
vəd olunan Cənnətlə sevinin!». (Fussilət 30).
Həmçinin - Kimiləri kafirlərin ruhlarını zorla alırlar:
And olsun
(kafirlərin canını) zorla alanlara». (ən-Nəziat 1). «Kaş ki, sən zalimləri
ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb: «Çıxarın
canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun
ayələrinə təkəbbürlük göstərdiyinizə görə alçaldıcı bir əzabla
cəzalandırılacaqsınız» dediyini görəydin. (əl-Ənam 93).
Həmçinin - Kimiləri insanın ana bətnində olduğu müddətdə qədərini
yazmaq ilə: Əbu AbdurRahmən Abdulla b. Məsud
- radıyallahu anhu –
rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah
–
sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər birinizin yaradılışı
onun anasının qarnında qırx
gün nütfə
63
şəklində olaraq bir yerə gətrilir.
Sonra bu müddət ərzində aləqa
64
şəklində olur. Sonra yenə bu müddət
ərzində mudğa
65
şəklində olur. Sonra ona bir mələk göndərilir, hansı ki,
ona ruh üflədikdən sonra dörd xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini,
əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını»
66
.
Həmçinin - Onlardan möminlərə məğfirət diləyən, onlara
dua edən,
möminləri sevən kimsələr olduğu kimi elm məclislərinə gələrək onları
əhatəyə alan, onların etdiklərini Allaha çatdıran, elm öyrənən və öyrədən
üçün dua edən mələklər də var.
«Həqiqətən Allah və mələkləri
Peyğəmbərə salavat göndərirlər…». (əl-Əhzab 56). Əbu Uməmə
-
radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və
səlləm - buyurdu: «Həqiqətən Allah, mələkləri,
göydə və yerdə olanlar,
qarışqa öz yuvasında hətta balıqlarda elm öyrədənə dua edirlər»
67
. Əbu
Dərda
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi
və səlləm - buyurdu: «Hər kim elm öyrənmək üçün müəyyən bir yola
çıxarsa Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Mələklər elm
tələbəsinin bu əməlindən xoş olduqları üçün qanadlarını onun üzərinə
açarlar. Göylərdə və yerdə olan hər bir şey onun üçün bağışlanma
diləyər»
68
. Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
–
63
Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.
64
Aləqa – laxtalanmış qan, ziyil deməkdir.
O, insanı laxtalanmış qandan yaratdı. (əl-Ələq 2).
65
Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün ona bu ad verilmişdir.
66
Buxari 3208, Müslim 2643.
67
Səhih Sünən Tirmizi 2161, 2686.
68
Əbu Davud 3641, Səhih Sünən Tirmizi 2159, 2683.
24
sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim elm
öyrənmək üçün
müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asantlaşdırar.
Bir topluluq Allahın evlərindən birində toplanıb, Allahın kitabını oxuyar
və öz aralarında onu müzakirə edərlərsə onlara Allah tərəfindən sakitlik
enər, Allahın rəhməti onları örtər, mələklər onları əhatəyə alarlar, Allah
onları öz dərgahında olanların yanında yad edər. Hər kim bu əməlləri
gecikdirərsə, nəticəsi onu irəli hərəkət etməyə qoymaz (geri düşər)»
69
.
Həmçinin - Mələklərin möminlərin dostları və onları sevmələri.
Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə
(ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və
kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada və
axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfslərinizin
çəkdiyi, istədiyiniz hər şey vardır». (Fussilət 30-31). Əbu Hureyrə
-
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm - buyurdu: «Əgər Allah bir qulu sevərsə əmr edir Cəbrailə:
«Şübhəsiz Allah filan qulu sevər, sən də onu sev!» deyə nida edər. Cəbrail
də onu sevər. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah
filan qulu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da
onun sözü yer üzündə məqbul (qəbul) sayılar»
70
.
Həmçinin - Mələklərin
kafirləri, müşrikləri, münafiqləri sevməmə-ləri
və onlara nifrət etmələri. Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir
ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər
Allah bir
qulu sevməzsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevmir, sən
də onu sevmə!» deyə nida edər. Cəbrail də onu sevməz. Sonra Cəbrail da
səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevmir, siz də onu
sevməyin!». Səmadakılar da onu sevməzlər. Sonra da yer üzündə olan
insanların qəlbində (Allah tərəfindən) o, kimsə haqqında
nifrət və kin
qoyular»
71
.
Həmçinin - Mələklər birinci səfdə olanlar, namazı gözləyənlər üçün dua
edirlər. Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Namazın girmə vaxtını gözləyən
insanlar üçün mələklər Allaha dua edərək, Ya Rəbbimiz onu bağışla, ona
rəhm et»
72
. Bəra b. Azib
- radıyallahu anhu - rəvayət edir ki,
Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən Allah və mələkləri
birinci səff üçün dua edərlər»
73
. Aişə
- radıyallahu anhə – rəvayət edir ki,
69
Müslim 2699.
70
Buxari 3209, Müslim 2637.
71
Buxari, Müslim.
72
Buxari, Müslim 649.
73
Səhih Sünən Əbu Davud 618, 664.