25
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz
Allah və
Mələkləri səflərin sağında olanlara rəhmət və istiğfar diləyərlər»
74
.
Həmçinin - Mələklərin Cümə günü insanları qeyd etmələri. Əbu
Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər– sallallahu
aleyhi və səlləm – buyurdu: «Cümə günü oldu mu məscidin hər bir qapısı
üzərində mələklər durub sıra ilə tez gələnləri qeyd edərlər. İmam xütbə
vermək üçün oturdumu onlar da səhifələri bağlayıb xütbəni dinləməyə
gedərlər»
75
.
Həmçinin - Mələklərin xəstəni ziyarət edən üçün dua etmələri.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Bir
kəs öz
müsəlman qardaşını səhər ziyarət etməyə getsə axşamadək yetmiş min
mələk onun üçün bağışlanma diləyər, axşam getsə səhərədək yetmiş min
mələk onun üçün bağışlanma diliyər»
76
.
Həmçinin - Kiramə və Kətibin mələkləri. Allah onları üzərimizə
əməllərimizi, sözlərimizi və davranışımızı yazmaq üçün mükəlləf edib.
Bizi ancaq ayaq yoluna girdiyimiz və cima halında tək buraxarlar.
«Sizin
üstünüzdə gözətçi mələklər (əməllərinizi) yazan və (Allah dərgahında)
çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-
İnfitar 10-12). «Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri (əməl
dəftərinizə) yazırlar». (Yunus 21). «Yoxsa onlar elə güman edirlər ki, biz
onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik! Xeyr, yanlarında
olan elçilərimiz yazırlar». (əz-Zuxruf 80). «İnsan üçün onu öndən və
arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə
qoruyurlar». (ər-Rəd 11). Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından
başqa sizdən ayrılmayan mələklər vardır. Onlardan həya edin və onlara
ikramınız olsun»
77
.
Həmçinin - Mələklərin möminlər üçün bağışlanma diləmələri.
«Ərşi
daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna
ilə təqdis edir, ona inanır və möminlərin baığışlanmasını diləyərək belə
deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir.
Artıq tövbə edib sənin yolunla gedənləri bağışla, onları cəhənnəm
əzabından qoru». (əl-Mumin 7). «Mələklər də (ondan) bağışlanmağınızı
dilərlər. Allah möminlərə rəhm edəndir». (əl-Əhzab 43).
74
Əbu Davud 676.
75
Buxari, Müslim, əl-Albani "Mişkət" 1384.
76
Səhih Tirmizi 1/286, Səhih İbn Məcə 1/244.
77
Tirmizi 2800.
26
Həmçinin - Mələklərin möminləri salamlamaları.
«Rəbbindən
qorxanlar dəstə-dəstə gətiriləcəklər. Nəhayət ora çatınca onun qapıları
açılacaq və Cənnət gözətçiləri (onlara) Salam aleykum! (Sizə salam
olsun) xoş gəldiniz. Əbədi qalacağınız Cənnətə daxil olun». (əz-Zumər
73).
Həmçinin - Mələklərin sədəqə verənlər üçün dua etmələri. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: «Hər səhər Allahın izni ilə yer
üzünə iki mələk enir və Allaha dua edərək deyirlər: «Ey Rəbbimiz! Allah
yolunda xərcləyənin ruzisini artır, xəsislik edənin ruzisini isə azalt»
78
.
Həmçinin - Mələklərin İbrahim
– əleyhissəlam – ı oğlu İshaqın olması
ilə
79
, Məryəmı İsa
– əleyhissəlam – ın olması ilə
80
, Xədicə
- radıyallahu
anhə – ni Cənnətdə onun üçün hazırlanmış daş-qaşlı saray və Allahın
salamı ilə
81
, Aişə
- radıyallahu anhə – ni Cəbrail
– əleyhissəlam – ın
salamı ilə müjdələmişlər
82
.
Həmçinin - Mələklər Məsih Dəccəlin Məkkə və Mədinəyə girməsinin
qarşısını alacaqlar
83
. Qiyamətə yaxın vaxtlarda İsa
– əleyhissəlam – ın
Şamın şərq tərəfində ağ minarəli (məscidin) üstünə iki mələyin qanadında
enməsi
84
.
Həmçinin - Mələklərin döyüşlərdə müsəlmanlara
kömək etməsi, xüsusi
ilə Bədr döyüşündə.
«Rəbbinizin üç min mələk endirərək imdadınıza
yetişməsi sizə kifayət etməzmi. Bəli əgər səbr edib (Allahdan) qorxsanız,
onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz
artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər». (Ali-İmran 124-
125). (əl-Ənfal 9). Rifa b. Rafi əz-Zurani
- radıyallahu anhu – rəvayət edir
ki, Cəbrail
– əleyhissəlam – Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Siz Bədr döyüşündə iştirak edənləri nə sayırsınız».
(Peyğəmbər) buyurdu: «Müsəlmanların ən xeyirliləri». Cəbrail
–
əleyhissəlam – dedi: «Mələklərdən də Bədr mələkləri belədir»
85
.
Əhli Sünnə Vəl Cəmaat qəbr əzabının olduğuna da inanırlar. Qəbr əzabı
deyildikdə, bildiyimiz qəbr çuxurunda görülən əzab deyildir. Bərzəx adı
verilən aləmdə verilən əzabdır. Əzabı qəbirdə də olsa,
yerin dibində də
olsa, dəniz dibində də və ya balığın qarnında da olsa bərzəxda əzab
78
Buxari 1442, Müslim 1010.
79
Bax: (Hud 71-72).
80
Bax: (Məryəm 19).
81
Bax: Buxari, Müslim 232.
82
Bax: Buxari, Müslim.
83
Bax: Buxari 7125, Müslim 2942.
84
Bax: Müslim.
85
Buxari.