21
əksər vaxtlarda gözəl səhabə olan Dihyə b. Xəlifətil əl-Kəlbi
–
radıyallahu anhu – nun qiyafəsində gələrdi
59
.
Həmçinin - Mələklərin çox qanadlı olmaları.
«Göyləri və yerləri
yoxdan yaradan, iki qanadlı, üç qanadlı, dörd qanadlı mələkləri elçi
edən Allaha həmd olsun». (Fatir 1).
Həmçinin - Mələklər Allahın ordularıdır.
«Rəbbinin ordularını
özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir».
(əl-Muddəssir 31).
Həmçinin - Allahın izni ilə insanları qoruyurlar.
«İnsan üçün onu
öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri
ilə qoruyurlar». (ər-Rəd 11). Əbu Hureyrə
– radıyallahu anhu – rəvayət
edir ki, Əbu Cəhl: «Muhəmməd sizin aranızda üzünü torpağa sürtürmü?»
Ona: «Bəli, sürtür» - dedilər. O, dedi: «Lat və Uzzaya and olsun ki, əgər
onun belə etdiyini görsəm boynundan tutub torpağa sürtəcəyəm».
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – namaz qılmağa başladığı vaxt
Əbu Cəhl gəldi və onun boynunu basmaq istədi.
Bu vaxt sanki əlləri ilə
özünü qoruyaraq geri çəkildi. Ona: «Sənə nə oldu?» deyə soruşduqda o
dedi: «Mənimlə onun arasında içi odla dolu xəndək var idi və mənim ona
yaxınlaşmağıma mane olurdu». Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Əgər o, mənə yaxınlaşmış olsaydı mələklər onu parça-parça
edərdilər»
60
.
Həmçinin - Mələklər Allaha yaxınlaşdırılmış varlılıqlardır.
Kişi və
qadın vəsfləri yoxdur.
«Onlar Rəhmanın qulları olan mələkləri dişi
saydılar. Məgər onlar mələklərin yaradılışına şahidmi olmuşlar. Onları
bu şəhadəti yazılacaq və sorğu-sual olunacaq». (əz-Zuxruf 19). «Kafirlər
Rahmən övlad götürdü dedilər. O, pak və müqəddəsdir. Xeyr mələklər
möhtərəm qullardır». (əl-Ənbiya 26).
Həmçinin - Yeməzlər, içməzlər.
«Həqiqətən elçilərimiz (mələklər)
İbrahimin yanına müjdə ilə gəlib salam verdilər. İbrahim də: «Salam!»
deyə cavab verdi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi.
İbrahim (qonaqların) əllərini yeməyə uzatmadıqlarını gördükdə onların
bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü». (Hud 69-70).
Həmçinin - Onların qidaları Allahı zikr etməkdir. Bundan da əsla
usanmaz və buna ara verməzlər, yorulmazlar.
«Onlar Allaha ibadət
etməkdə təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-
gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər».
(əl-Ənbiya 19-20). «Rəbbinin yanında olanlar ona ibadət etməyi özlərinə
59
İmam Əhməd, İbn Sad "Təbaqat".
60
Müslim 2797.
22
ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq
ona səcdəyə qapanarlar». (əl-Əraf 206).
Həmçinin - Həya və utanmaq kimi sifətlərə sahibdilər. Aişə
–
radıyallahu anhə – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və
səlləm – ayaqları baldıra (və ya diz qapaqlarına) qədər açıq vəziyətdə
uzanmışdı. Əbu Bəkr, Ömər
– radıyallahu anhum – onun yanına içəri
girdikdə o, ayaqlarının üstünü örtmədi. Lakin Osman
– radıyallahu anhu
– onun yanına girən kimi ayaqlarının üstünü örtdü.
Niyə belə etdiyini
soruşduqda: «Mələklərin həya etdiyi bir kəsdən mən necə həya
etməyim»
61
.
Həmçinin - Allaha itaət və ona üsyan etməmək fitrəti ilə yaradılıblar.
«Xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan,
buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən)
və çox sərt təbiətli mələklərdir». (ət-Təhrim 6).
4. Mələkləri Allahın əmrlərini yernə yetirdiklərinə və hər
birinin
müəyyən vəzifəsi olduğuna iman gətirməliyik.
Cəbrail
– əleyhissəlam – Allahın vəhyinin əminidir. Allah vəhy ilə onu
Rəsullara və Peyğəmbərlərə göndərir. Mikail
– əleyhissəlam – yağış və
bitkilərlə, İsrafil
– əleyhissəlam – Qiyamətin qopacağı və insanların
diriləcəgi vaxt sura üfürəcək, Ölüm mələyi ölüm anında ruhları almaqla
əmr olunur.
De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır».
(əs-Səcdə 11). O, yaradılmış olaraq mələklərin ən əzəmətlisidir. Onun
haqqında Quran və Sünnədə bəlli bir ad yoxdur. Bəziləri Əzrail deyə
adlandırırlar. Lakin bu haqda heç bir yerdə məlumat yoxdur.
Həmçinin - kimilərinə Ərşi daşımaq:
«Həmin gün sənin Rəbbinin
ərşini onların başı üstündə səkkiz mələk daşıyacaqdır». (əl-Həqq 17).
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənə Ərşi
daşıyan mələklərin biri haqqında danışmağa icazə vermişdi. Onun
qulağının ucu ilə çiyni arasındakı məsafə yeddi yüz (Quş uçuşu) ilə
bərabərdir»
62
.
Həmçinin - Kimisinə Cəhənnəmin atəşini qorumaq Məlik və
Cəhənnəmin mələkləri Zəbanilər:
«Onlar müraciət edib deyəcəklər: Ey
Məlik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq). O, isə (min
ildən sonra onlara) Siz (həmişəlik burada) qalacaqsınız». (əz-Zumər 77).
«Biz də Zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq». (əl-
Ələq 18).
61
Müslim 2401.
62
Əbu Davud 4729. əl-Albani "Səhih".