Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə65/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   61   62   63   64   65   66   67   68   ...   79

 
134
düşmənlərdən qoruyur və  sənə kömək edirdi. Bunlar ona fayda 
verəcəkmi?» Peyğəmbər: «Bəli, mən onu böyük Cəhənnəm atəşi içində 
olduğunu gördüm və sonra onu oradan topuğuna qədər olan bir atəş 
çuxuruna çıxardım. Oradan belə beyni qaynayır»
410
.  
4. Bir qurup insanların sorğu-sualsız olaraq Cənnətə girmələri üçün 
ediləcək şəfaət. Hüseyn b. AbdurRahman deyir ki: «Mən Səid b. Cubeyrin 
yanında idim. Dünən sizin hansınız düşən ulduz gördünüz?» dedim. O: 
«Mən gördüm» dedi. Sonra əlavə etdi ki: «O, vaxt mən namazda 
deyildim. Məni əqrəb sancmışdı». O: «Bəs sən nə etdin?» deyə soruşdu. 
Mən: «Ruqiyyə (dua) etdim» dedim. O: «Səni buna sövq edən nə idi?» 
dedi. Mən: «Şabinin rəvayət etdiyi hədisdir» dedim. O: «Şabinin sizə 
rəvayət etdiyi nədir» dedi. Mən belə rəvayət etdim: «O, bizə Burəydə b. 
Huseyn  əl-Əsləmdən rəvayət edib» dedi: O: «Göz dəyənə yaxud ilan 
çalana ruqiyyə (dua) ilə əlac etmək olar» demişdir. Bunun üzərinə o, dedi: 
«Eşitdiyinə (eşitdiyi kimi) əməl edən insan nə gözəl insandır». Lakin İbn 
Abbas – radıyallahu anhu – bizə Peyğəmbər - sallallahu aleyhi və səlləm 
  dən belə bir hədis nəql etmişdi: «Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm – buyurmuşdu: «Mənə bütün ümmətlər göstərildi. Peyğəmbər 
gördüm ki, ətrafında çox kiçik bir cəmaat var idi. Peyğəmbər gördüm ki
ətrafında bir və ya iki nəfər var idi. Bir Peyğəmbər də gördüm ki, 
ətrafında bir nəfər də belə yox idi» deyərkən, mənə üzaqdan bir qaraltı 
göstərildi. Mən onları ümmətimdən zənn etdim». Mənə: «Bu Musa – 
əlehissəlam – ın qövmüdür» dedilər. Sən üfüqə doğru bax! Mən baxdıqda 
bir də  nə gördüm? Böyük bir qaraltı. Mənə  təkrar: «Digər üfüqə doğru 
bax!» deyildi. Yenə  də böyük bir qaraltı gördüm. Mənə: «Bu sənin 
ümmətindir. Bunlar ilə  bərabər yetmiş min nəfər hesabsız və  əzabsız 
olaraq Cənnətə girəcəkdir» deyildi. Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm – bu xütbəsindən sonra qalxıb evinə girdi. Bunun ardından 
insanlar, hesabsız və  əzabsız olaraq Cənnətə girəcək olan bu kimsələr 
haqqında müzakirəyə başladılar. Bəzisi: «Şübhəsiz ki, bunlar Peyğəmbər 
sallallahu aleyhi və  səlləm – in dost-yoldaşlarıdır». Bəziləri də: «Bəlkə 
onlar  İslamda doğulan və Allaha şərik qoşmayanlardır» dedilər. 
Bunlardan başqa bəzi fikirlər irəli sürüldü. Bu vaxt Peyğəmbər  
sallallahu aleyhi və səlləm – onların yanına gəldi və: «Haqqında müzakirə 
etdiyiniz  şey nədir?» deyə buyurdu. Ona məsələni başa saldıqdan sonra 
Peyğəmbər: «Cənnətə haqq-hesabsız girən möminlər, ovsun oxumazlar və 
tələb etdirməzlər. Təşəəüm, Tətəyyür etməzlər və hər şeydə öz Rəblərinə 
təvəkkül edərlər» buyurdu. Bu vaxt Ukkaşa b. Mihsan ayağa qalxıb: «Mən 
                                                 
410
 Müslim.  


 
135
də onlardan etməsi üçün Allaha dua et» dedim. Peyğəmbər  - sallallahu 
aleyhi və səlləm – buyurdu: «Sən onlardansan». Onun ardınca başqa birisi 
qalxıb dedi: «Məni də onlardan etməsi üçün Allah dua et» dedi. 
Peyğəmbər: «Bu işdə Ukkaşa səndən qabağı düşdü» buyurdu. Başqa bir 
rəvayətdə Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurur: 
«Ümmətimdən bir zümrə  Cənnətə girər ki, onlar yetmiş mindir. Onların 
üzləri ayın bədr gecəsindəki parlaması kimidir. Onlar qızğın dəmirlə 
bədənlərini dağlamayanlardır»
411

5. Bir qurup Cəhənnəmə düşmüş Muvahhidlərin (Tövhid əhlinin) 
cəhənnəmdən çıxarılması üçün ediləcək  şəfaət. Məbəd b. Xəlil  əl-Ənəzi 
dedi: «Sabit şəfaət hədisini eşitməkdən ötrü Ənəs b. Məlikin yanına 
getdik. Duha namazını  qılan vaxtı onun yanına çatdıq. Sabit bizim üçün 
izn istədi. Yanına girdik». Sabit ona: «Ey Əbu Həmzə! Bəsrə əhalisindən 
olan bu qardaşların səndən  şəfaət hədisini eşitmək üçün gəliblər» dedi. 
Ənəs – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi 
və səlləm – buyurdu: «Qiyamət günü insanlar çaşqın düşəcəklər. Nəhayət 
Adəmə gəlib: «Zürriyətinə şəfaət et!» deyəcəklər. Adəm: «Mən ona layiq 
deyiləm, lakin sizlər  İbrahim  –  əlehissəlam – ın yanına gedin. Çünki o, 
Xəlilullahdır» deyəcəkdir.  İnsanlar  İbrahim  –  əlehissəlam – ın yanına 
gəlirlər. O, da: «Mən buna layiq deyiləm, lakin siz Musa – əlehissəlam – 
ın yanına gedin. Çünki o, Kəlimullahdır» deyəcəkdir.  İnsanlar Musa – 
əlehissəlam – ın yanına gəlirlər. O, da: «Mən buna layiq deyiləm, lakin siz 
İsa  –  əlehissəlam – ın yanına gedin. Çünki o, Allahdan gəlmə ruh və 
Ondan olan sözdür» deyəcəkdir.  İnsanlar  İsa  –  əlehissəlam – ın yanına 
gəlirlər. O, da: «Mən buna layiq deyiləm, lakin siz Muhəmməd  
sallallahu aleyhi və səlləm – in yanına gedin» deyəcəkdir. Nəhayət mənim 
yanıma gəlirlər. O, da: «Mən bunun üçün yaradıldım!» deyir və Allahın 
hüzuruna izn istəmək üçün gedər. «Mənə izn verilir, hüzurunda dikilərək 
və Allaha həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram». 
Mənə: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə 
verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! 
Ümmətim, ümmətim!» deyə  şəfaət diləyirəm. Mənə: «Get! Qəlbində bir 
buğda və ya arpa dənəsi qədər iman olan hər kim varsa onu oradan 
çıxart!» deyilir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə 
Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə 
qapanıram». Mənə: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün 
dinlənilir!  İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan 
sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə  şəfaət diləyirəm. 
                                                 
411
 Buxari, Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə