Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə63/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   59   60   61   62   63   64   65   66   ...   79

 
130
Quran və Sünnə ilə isbat olunan şəfaətin (qiyamət günü) bir neçə növü 
vardır.  
1. Bu ən böyük şəfaət olacaqdır. Bu şəfaət də Peyğəmbər  - səllallahu 
aleyhi və  səlləm –  ə  məxsusdur. Allahın ona vəd etmiş olduğu Məqami-
Mahmud da budur. «Ola bilsin ki, Rəbbin səni  (qiyamət günü hamı 
tərəfindən)  bəyənilib təriflənən bir məqama  (axirətdəki  ən böyük şəfaət 
məqamına)  göndərsin».  (əl-İsra 79). Abdullah b. Amr b. əl-As – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - saəllallahu aleyhi və 
səlləm - buyurdu: «Azanı  eşitdikdə müəzzinin ardınca onun dediklərini 
təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə 
Allah on dəfə rəhmət deyər. Bundan sonra Allahdan mənim üçün vəsiləni 
istəyin. Allah onu istədiyi qullarından birinə verəcəkdir və  mən ümüd 
edirəm ki, o mənəm. Mənim üçün Allahdan bunu istəyəcək olana Qiyamət 
günü mənim onun üçün şəfaət etməyim vacib olar»
403
. Cabir b. Abdullah 
–  radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Mənim  şəfaətim vacib olar o, adama ki, azanı 
eşitdikdən sonra deyər: «Ey kamil dəvətin və  qılınacaq namazın Rəbbi 
olan Allahım Muhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd 
etdiyin tərifə layiq məqama yüksəlt»
404
.  
2. Peyğəmbər  - sallallahu aleyhi və  səlləm –  Cənnətliklərin cənnətə 
girməsi üçün şəfaət edəcəkdir. Yəni onlar Cənnətə girməyi haqq qazanmış 
olmaqla birlikdə, ancaq onun şəfaətindən sonra Cənnətə girmələri üçün 
onlara izn veriləcəkdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, 
bir gün Rəsulullah - sallallahu aleyhi və səlləm – ə ət yeməyi gətirildi və 
qol tərəfindən bir parça ayrılıb qabağına qoyuldu. Çünki Rəsulullah  
sallallahu aleyhi və səlləm – ətin bu hissəsini daha çox xoşlayardı. Ondan 
qabaq dişləri ilə bir dişdəm dişlədikdən sonra buyurdu: «Mən Qiyamət 
günü bütün insanların seyyidiyəm. Bu nədən belədir bilirsiniz? Dünyada 
gəlib-getmiş  nə  qədər insanlar varsa bunların hamısını Allah Qiyamət 
günündə düz və geniş bir sahədə toplayır. Elə düz və geniş bir sahə ki, 
carçı  səslədikdə  səsini hər kəs eşidir və baxan bir kişinin gözü məhşər 
xalqını bir baxışda görə bilir. Günəş insanlara yaxınlaşdırılır. Artıq 
insanları  qəm-qüssə bürüyür. Dəhşətli və  ağır (istiyə) dözməkdə onlarda 
nə güc, nə  də  səbr qalır.  İnsanların bir qismi digərinə: «Bizim başımıza 
gələn bu faciəni görmürsünüz!? Bəlkə bizim bu halımıza Allah yanında 
şəfaət edəcək birisini axtaraq!» deyəcəklər. İnsanların bir qismi: «Adəm – 
əlehissəlam – ın yanına gedək?» deyəcəklər. İnsanlar onun yanına gəlib: 
                                                 
403
 Müslim.  
404
 Buxari – bu haqda «Müsəlmanın qalası» kitabına baxa bilərsiniz. Azan bölümü. Səid əl-Qahtani. 


 
131
«Ey Adəm! Sən insanların atasısan. Allah səni  əli ilə yaratdı  və öz 
ruhundan sənə həyat verdi. Sonra mələklərə əmr etdi, onlar da sənə səcdə 
etdilər. Bizim üçün Rəbbimizdən  şəfaət dilə. Ey atamız! Sən bizim bu 
vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» 
deyəcəklər. Adəm – əlehissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk 
qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir
nə  də bundan sonra belə bir qəzəb edəcəkdir. Allah bu ağacdan yəməyi 
mənə qadağan etmişdir. Mən isə ona asi oldum (artıq sizə  şəfaət edə 
bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən 
başqa bir şəfaətçiyə gedin. Nuh –  əlehissəlam – ın yanına» deyəcəkdir. 
İnsanlar Nuhun yanına gələrək: «Ey Nuh! Sən Allahın insanlara 
göndərdiyi ilk rəsulsan. Allah səni (Quranda) «Çox şükr edən qul». (əl-
İsra 3) deyə vəsf edir. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu 
vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» 
deyəcəklər. Nuh: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, 
dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra 
belə bir qəzəb edəcəkdir. Heç şübhəsiz ki, mənə (dünya həyatımda 
Rəbbimə) bir dəfə dua etmək fürsəti verilmişdir. Mən də onu öz 
qövmümün  əleyhinə etdim (artıq sizə  şəfaət edə bilmərəm, indi mən 
özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə 
gedin. İbrahim – əlehissəllam – ın yanına» deyəcəkdir. İnsanlar İbrahim – 
əlehissəlam – ın yanına gələrək: «Ey İbrahim! Sən yer üzündə Allahın 
Peyğəmbəri və Allahın dostusan. Bizim üçün Rəbbimizdən  şəfaət dilə. 
Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti 
görmürsən?» deyəcəklər.  İbrahim: «Şübhəsiz ki, Rəbbim bu gün bərk 
qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, 
nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən üç 
dəfə yalan danışmışam
405
 (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü 
düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. 
Musa – əlehissəlam – ın yanına» deyəcəkdir. İnsanlar Musa – əlehissəlam 
–  ın yanına gələrək: «Ey Musa! Sən Allahın peyğəmbərisən. Allah sənə 
risalətini verməklə  və  səninlə vasitəçisiz danışmaqla insanlar üzərində 
fəzilətli etdi. Bizim üçün Rəbbimizdən  şəfaət dilə. Sən bizim bu 
                                                 
405
  Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – 
buyurdu: «İbrahim – əlehissəlam – bu üç hal müstəsna əsla yalan danışmamışdır. Bu yalanlardan iksi 
Allahın zatı və rizası üçündür. Birinci: «Bütpərəstlərə mən xəstəyəm deməsi, ikincisi isə bütün bütləri 
sındıraraq öz qövmünə: «Bəlkə bu işi bütlərin bu böyüyü edib?!» deməsidir. Üçüncüsü isə İbrahimin 
yanında Sara olduğu halda zalım hökmdarın  ərazisindən keçərkən yoldaşına  əgər səndən kim 
olduğunu soruşarsa de ki, sən mənim bacımsan. Şübhəsiz ki, «Sən mənim İslamda bacımsan». Daha 
geniş məlumat üçün bax: Buxari 1412,1543, Müslim. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə