Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə64/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   60   61   62   63   64   65   66   67   ...   79

 
132
vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» 
deyəcəklər. Musa: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, 
dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra 
belə bir qəzəb edəcəkdir. (O ki, qaldı  mənə) Mən isə öldürülməsinə heç 
bir qərar olmayan insanı öldürmüşəm
406
 (artıq sizə  şəfaət edə bilmərəm
indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir 
şəfaətçiyə gedin. İsa– əlehissəlam – ın yanına» deyəcəkdir. İnsanlar İsa– 
əlehissəlam – ın yanına gələrək: «Ey İsa! Sən Allahın Rəsulu, Allahın 
Məryəmə dediyi söz və ondan gəlmə bir ruhsan. Sən beşikdə ikən 
insanlarla danışdın. Bizim üçün Rəbbimizdən  şəfaət dilə. Sən bizim bu 
vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» 
deyəcəklər.  İsa: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, 
dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra 
belə bir qəzəb edəcəkdir. Özü haqqında heç bir günahı zikr etməyərək 
(artıq sizə  şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm) (Başqa 
rəvayətdə: Mən Allahdan başqa tanrı edildim
407
). Vay nəfsim, nəfsim! Siz 
məndən başqa bir şəfaətçiyə gedin. Muhəmməd  - sallallahu aleyhi və 
səlləm – in yanına» deyəcəkdir. Nəhayət onlar mənim yanıma gələrək: 
«Ey Muhəmməd! Sən Allahın Rəsulu və Peyğəmbərlərin sonuncususan. 
Allah sənin keçmiş  və  gələcək günahlarını bağışlamışdır. Rəbbimizin 
hüzurunda bizə  şəfaət et. Sən bizim bu vəziyyətimizi görmürsən? 
Başımıza gələn bu müsibəti də görmürsən?» deyəcəklər. Bundan sonra 
mən həmən Ərşin altına gələrək Rəbbimin qarşısında səcdəyə qapanıram. 
Sonra səcdə də, Allaha edilən həmd-sənadan sonra (Allah) məndən əvvəl 
heç bir Peyğəmbərə deyilməyən təriflər deyər: «Ya Muhəmməd! Başını 
qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul 
edilir!» buyurur. Mən səcdədən başımı qaldırıb: «Ya Rəbbim! Ümmətim, 
ümmətim!» deyə  şəfaət edərəm. Bundan sonra: «Ya Muhəmməd! 
Ümmətindən sorğu-sual olunmayanları  Cənnətin qapılarından olan sağ 
qapıdan içəri sal. Lakin onlar digər qapılardan da içəri girə bilərlər». 
Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan 
Allaha and olsun ki, Cənnətin qapı qanadlarından iki qanadın arası Məkkə 
ilə  Həcər və ya Məkkə ilə Busra arası  qədər genişdir». Başqa bir 
rəvayətdə Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Allah 
(Qiyamət günü) insanları toplayır, möminlər ayağa qalxırlar. Nəhayət 
                                                 
406
 Fironun adamlarından bir Misirli Musa –  əlehissəlam – qövmündən biri ilə döyüşürdü. Musanın 
qövmündən olan Musadan kömək istədikdə, Musa da kömək edərək düşmənin sinəsinə yumruqla 
vurur. Bu yumruq da onu öldürür. (əl-Qəsəs 18)-ci ayəsinə bax. 
407
 Əhməd 2/281,282. 


 
133
Cənnət onlara yaxınlaşdırılır».  İnsanlar Adəm  –  əlehissəlam – gələrək: 
«Ey atamız! Cənnəti bizə açdır» deyəcəklər. Adəm: «Sizləri Cənnətdən 
ancaq atanız Adəmin xətası  çıxartdı. Mən bunun sahibi deyiləm. Sizlər 
mənim oğlum  İbrahim  –  əlehissəlam – ın yanına gedin» deyəcəkdir. 
İbrahim: «Mən bunun sahibi deyiləm. Mən ancaq pərdə arxasından xəlil 
(dost) olmuşdum. Sizlər Allahın Kəlimətullahı olan Musa – əlehissəlam – 
ın yanına gedin» deyəcəkdir. Cəmaat Musa –  əlehissəlam – ın yanına 
gəlirlər. Musa: «Mən buna sahib deyiləm. Sizlər Allahdan gəlmə söz və 
ondan gəlmə bir ruh olan İsa – əlehissəlam – ın yanına gedin» deyəcəkdir. 
İsa: «Mən buna sahib deyiləm!» deyəcək və insanları Muhəmməd  
sallallahu aleyhi və səlləm – in üstünə göndərəcəkdir»
408
.  
3.  Cəhənnəmdə  bəzi müşriklərin cəzasının yüngülləşdirilməsi üçün 
ediləcək şəfaət. Səid b. Musəyyibin atası deyir ki, Əbu Talib ölüm anında 
ikən Peyğəmbər - sallallahu aleyhi və səlləm – onun yanına gəldi. Onun 
yanında  Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə  də var idi. 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Ey əmi!  Lə  İləhə 
İlləllah  –  kəlməsini de ki, bununla Allah yanında sənin lehinə  şəhadət 
edim».  Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə  də: «Ya Əbu 
Talib! AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər  
sallallahu aleyhi və  səlləm – sözünü əmisinə deməkdə davam edirdi. 
Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət  Əbu Talibin 
onlara söylədiyi son söz: «AbulMuttalibin milləti üzərindəyəm!» oldu və: 
«Lə  İləhə  İlləllah» deməkdən çəkindi. Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm – buyurdu: «Yaxşı bil ki, Allaha and olsun ki, qadağan olunanadək 
sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». Bundan sonra Allah ayə 
nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları  (müsəlmanlara)  bəlli 
olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə  və iman 
gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz».  (ət-Tövbə 113). 
«(Ya Muhəmməd!)  Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə 
bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq 
kəsləri  (öz  əzəli elmi ilə) daha yaxşı o bilir».  (əl-Qəsəs 56).  Başqa 
rəvayətdə Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: «Ey əmi! 
Lə  İləhə  İlləllah  –  kəlməsini de ki, bununla Allah yanında sənin lehinə 
şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması  və haqqımda: 
«Əbu Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib 
səni məmnun edərdim»
409
. Abbas b. AbdulMuttalib – radıyallahu anhu – 
deyir ki: «Ya Rəsulallah!  Şübhə yox ki, Əbu Talib daima səni 
                                                 
408
 Müslim.  
409
 Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə