Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə66/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   62   63   64   65   66   67   68   69   ...   79

 
136
Mənə: «Get! Hər kimin qəlbində bir xardal toxumu qədər iman varsa onu 
oradan çıxart!» deyilir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra 
yenə  Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə 
qapanıram». Mənə: «Ya Muhəmməd! Başını qaldır! Söylə, sözün 
dinlənilir!  İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan 
sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə  şəfaət diləyirəm. 
Mənə: «Get! Hər kimin qəlbində bir xardal toxumu ağırlığından daha az, 
daha az, daha az iman varsa onu da atəşdən çıxart!» deyilir. Mən də dərhal 
gedib bunu yerinə yetirdim. 
Bu  Ənəs – radıyallahu anhu – nun bizə  xəbər vermiş olduğu: «Ənəs 
hədisidir». Biz onun yanından çıxdıq. Nəhayət səhranın yüksək bir yerinə 
yetişdiyimiz zaman Həsənul-Bəsrinin yanına çatsaq da, ona salam versək 
də, o, Əbu Xəlifənin evində gizlənmiş bir halda idi. Onun yanına girdik, 
salam verdik və: «Ya Əbu Səid! Biz qardaşın  Əbu Həmzənin yanından 
gəlirdik. Şəfaət haqqında danışdığı hədisi heç eşitməmişdik». O: «Davam 
edin, hədisi söyləyin» dedi. Biz də ona hədisi danışdıq. O, yenə: «Davam 
edin, söyləyin» dedi. Biz: «Ənəs bundan başqasını danışmadı» dedik. O, 
dedi: «O, bizə bunu iyirmi il bundan qabaq danışmışdır. O, vaxt hafizəsi 
və qüvvəsi çox gözəl idi. İndi isə bir qism şeyləri unutmuşdur. Şeyx bunu 
unutdumu, yoxsa sizlərə bunu danışmaq istəmədimi – bilmirəm?!». Biz 
də: «Sən bizə danış» dedik. O, güldü və:  «İnsan tələsən-hövsələsiz 
yaradılmışdır».  (əl-Ənbiya 37) (ayəsini oxudu). Sonra Peyğəmbər  
sallallahu aleyhi və  səlləm – dördüncü dəfə yenə  Rəbbinin yanına 
qayıdacaq. Ona həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanacaq!». 
Mənə: «Ya Muhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə 
verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! 
Mənə izn ver: «Lə  İləhə İlləllah» deyən kimsələr haqqında şəfaət edim. 
Allah – subhənəhu və təalə – ona: «Bu sənin üçün deyil (və ya bu sənə aid 
deyil) deyə buyurdu. Lakin İzzətimə, Kibriyəyə, Əzəmətimə və Cibriyəyə 
and olsun ki: «Lə  İləhə  İlləllah» deyən kimsəni Cəhənnəmdən 
çıxardacağam! (Başqa rəvayətdə:  İzzətimə, Cəlalıma, Kibriyəyə  və 
Əzəmətimə and olsun ki: «Lə  İləhə  İlləllah» deyən kimsəni 
Cəhənnəmdən çıxardacağam!)»
412
. Ənəs – radıyallahu anhu – rəvayət edir 
ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Dörd kimsə 
Cəhənnəmdən çıxarılıb Allahın hüzuruna götürüləcəkdir. Sonra təkrar 
Cəhənnəmə göndərilmələri  əmr edildikdə onlardan biri: «Ya Rəbbim! 
                                                 
412
 Buxari 7510, Müslim 326.  


 
137
Məni Cəhənnəmdən çıxardığında təkrar Chənnəmə geri göndərəcəyini heç 
ummamışdım» deyər. Allah onu Cəhənnəmdən qurtarar»
413

6. Cəhənnəmə girmələri  əmr olunmuş bir qurup insanların Cəhənnəmə 
girməmələri üçün ediləcək şəfaət. Əbu Səid əl-Xudri – radıyallahu anhu – 
rəvayət etdi ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurur: 
«….Nəhayət möminlər atəşdən qurtulduqları zaman, nəfsim əlində olana 
and içirəm ki, sizdən heç kimsənin haqqı  təmamilə  bərqərar etmək 
xüsusunda Allaha yalvarıb yaxarması, qiyamət günündə möminlərdən 
atəşdə olan qardaşları üçün Allaha yalvarmaları  qədər  şiddətli olmaz». 
Onlar: «Ey Rəbbimiz! Bu (Cəhənnəmdə) qalanlar bizimlə  bərabər oruc 
tutar və  həcc edərdilər!» deyirlər. Onlara: «Tanıdığınız kimsələri oradan 
çıxarın! Onların üzləri Cəhənnəmə haram edildi!» deyilir. Atəş onlardan 
kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər yandırır. 
Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra: «Ey Rəbbimiz! 
Cəhənnəmdə  əmr etdiklərindən heç kimsə qalmadı!» deyirlər. Allah 
buyurur: «Geri dönün! Qəlbində bir dinar ağırlığında iman və yəqin olan 
hər kimi tanıyıyırsınızsa onu da oradan çıxarın!». Onlar yenə  də bir 
çoxlarını oradan çıxarırlar. Sonra yenə: «Ey Rəbbimiz! Cəhənnəm 
içərsində  əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah 
buyurur: «Geri dönün! Qəlbində yarım dinar ağırlığında xeyr olan hər 
kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlardan bir çoxunu oradan 
çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Cəhənnəmdə  əmr etdiklərindən 
heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! 
Qəlbində  zərrə  ağırlığında xeyr olan hər kimi tapırsınızsa onu oradan 
çıxarın!». Yenə bir çox insanları oradan çıxarırlar. Sonra təkrar: «Ey 
Rəbbimiz! Orada xeyr sahibi olan heç bir kimsəni buraxmadıq!» deyirlər. 
Əbu Səid  əl-Xudri – radıyallahu anhu – deyir ki, əgər bu hədisə 
inanmırsınızsa bu ayəni oxuyun: «Həqiqətən Allah zərrə  qədər zülm 
etməz.  Əgər yaxşı bir əməl baş verərsə onu iki qat artırar və öz 
tərəfindən də böyük mükafat verər». (ən-Nisa 40).  
Başqa rəvayətdə Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Nəhayət Allahın rəhmətindən olaraq, qulları arasında Cəhənnəm 
əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı  əmr edərək mələklərə: 
«Lə  İləhə  İlləllah» – deyənlərdən, Allahın mərhəmət buyurduğu 
kimsələrdən, Allaha bir şeyi  şərik (ortaq) qoşmamış olanları  Cəhənnəm-
dən çıxarsınlar!» deyə  əmr edir. Mələklər: «Onları  Cəhənnəmdə  səcdə 
yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər 
yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir». Bundan 
                                                 
413
 Müslim «İman» 321.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə