Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 

 

21 



stehsal  infrastrukturunun    əsas  istehsal    agentləri  müəyyən  subyektlərin 

formalaşmasında  xərclərin  azaldılmasına,  səmərəliliyin  yüksəldilməsinə  və 

buraxılan  məhsulun keyfiyyətinin artırılmasında başlıca yer tutur. Burada istehsal 

infrastrukturlarının    əsas  meyarları  kimi  aşağıdakıların  qəbul  olunması 

məqsədəuyğun hesab edilir. 

-əsas istehsal prosesinə birbaşa və dolayısı münasibət; 

-müəssisənin fəaliyyəti ilə əlaqədar istehsal xərclərinin ölçülə bilən olması. 

qtisadi nəzəriyyədə infrastruktur bir çox xüsusiyyətlərinə görə səciyyələndirilir. 

Bu  təsnifat  sistemində  infrastrukturun  funksional  təyinatı  daha  çox  maraq  doğurur. 

Bu  baxımdan  infrastruktur  –  istehsal,  sosial  və  təsisat  infrastrukturu  qruplarına 

bölünür.  stehsal  infrastrukturunun  əsas  funksional  təyinatı  ictimai  istehsalın 

fasiləsizliyini  təmin  etməkdir.  Sosial  infrastruktur  özündə  istehsal  və  qeyri-istehsal 

sferalarının  bir  sıra  sahələrini  cəmləşdirməklə,  işçi  qüvvəsinin  təkrar  istehsalını, 

şə

xsiyyətin inkişafını, əhalinin ictimai fəallığını təmin edir. Təsisat infrastrukturunun 



ə

sas  funksional  təyinatı  elmi,  idarəetmə,  hüquq  və  məsləhət  xarakterli  xidmətlər 

göstərməklə,  ictimai  həyatın  və  istehsalın  normal  fəaliyyətinə  və  səmərəliliyinin 

artırılmasına şərait yaratmaqdır. Təsisat infrastrukturuna daxil olan sahələrdən biri də 

bazar iqtisadiyyatı şəraitində mühüm əhəmiyyət kəsb edən auditidir.  

nfrastrukturların  formalaşması  xüsusiyyətlərini  aşağıdakı  kimi  qruplaşdırmaq 

mümkündür: burada  maddi nemətlər  istehsal olunmasa  da,  ən əsas  və başlıca  cəhət 

kimi  başqa  sahələrə  xidmət  göstərmək  funksiyası  yerinə  yetirilir;  burada  maddi 

nemətlər istehsal olunmadığına görə əməyin ictimai təşkilində ixtisaslaşma predmet, 

yarımdetal və texnoloji, yaxud pilləli formalarda deyil, spesifik formalarda baş verir; 

elmi-texniki tərəqqinin, sosial amillərin təsiri nəticəsində əmək bölgüsü dərinləşdikcə 

yeni  xidmət  növlərinin  yaranması,  yeniləşməsi  prosesi  baş  verir;  iqtisadi  tərəqqi  və 

kooperasiyanın,  inteqrasiyasının  inkişafı  infrastrukturların  dar  və  geniş 

ixtisaslaşmasına, profil istiqamətlərinin artmasına səbəb olur.  

Qeyd  etmək  lazımdır  ki,  infrastruktur  qurumların  fəaliyyəti,  iqtisadi  sistemin 

mahiyyətindən  asılı  olmayaraq  obyektiv  zərurətdən  doğur  və  cəmiyyətin  ümumi 

tərəqqisində,  sosial-iqtisadi  proseslərin  dinamik  inkişafında  mühüm  rol  oynayır. 



 

 

22 



Lakin  sosialist  təsərrüfatı  sistemində  infrastruktur  qürumlar,  əsasən,  dövlət 

mülkiyyəti  çərçivəsində  idilərsə,  bazar  sistemi  ölkələrində  bu  qurumlar  müxtəlif 

mülkiyyət  münasibətlərinə  uyğun  olaraq  fəaliyyət  göstərirlər.  Belə  ki,  bazar 

iqtisadiyyatı  ölkələrində  dövlət  mülkiyyəti  ilə  yanaşı,  müxtəlif  çeşidli  xüsusi 

mülkiyyət  formaları  (səhmdar  cəmiyyəti,  bələdiyyə)  böyük  üstünlük  təşkil  edir.  Bu 

isə, xeyli dərəcədə sahibkarlıq fəaliyyətinin inkişafı ilə əlaqədardır.  

Konkret  mülkiyyət  forması  daxilində  fəaliyyət  göstərən  infrastruktur  obyektlər 

mövcud  sistemin  sosial-iqtisadi  münasibətlər  kompleksinə  qoşulmaqla  bu 

kompleksdə öz mövqelərini müəyyənləşdirirlər. Zaman keçdikcə bütövlükdə mövcud 

iqtisadi  sistemdə  öz  yerini  daha  da  möhkəmləndirən  infrastrukturlar,  nəinki  xidmət 

göstərdikləri sahələrin normal fəaliyyətini təmin edirlər, hətta onlarsız təkrar istehsal 

prosesi çox səmərəsiz və müəyyən qurumların fəaliyyət göstərməsi mümkünsüz olur.  

nfrastrukturların  ən  mühüm  əlamətlərindən  biri  də  onların  fəaliyyətinin 

funksional  xarakterə  malik  olmasındadır.  nfrastrukturların  funksional  fəaliyyətinin 

ə

hatə dairəsi geniş və çoxşaxəli olmaqla yanaşı, həm də dinamikdir. Bundan başqa, 



ə

gər  infrastrukturların  fəaliyyətində  effektli  nəticələr  müşahidə  olunmur-sa,  onda 

bunu  cəmiyyətin  tərəqqisi  üçün  xarakterik  hesab  etmək  olmaz.  Belə  ki, 

sivilizasiyanın  müxtəlif  pillələrində  infrastrukturların  fəaliyyəti  nəticə  etibarilə 

faydalılığın,  səmərəliliyin,  sosial-iqtisadi  dəyərliliyin  artmasına  və  bütövlükdə 

sivilizasiyanın  tərəqqisinə  gətirib  çıxarmalıdır.  Deməli,  cəmiyyətin  inkişaf  səviy-

yəsinə  daim  uyğunlaşmaq  və  mütərəqqilik  meyli  infrastrukturların  funksional 

fəaliyyətinin mühüm cəhətlərindən biridir. 



1.3.  nfrastruktur sahələrinin inkişafına təsir göstərən amillə

stehsalın fasiləsiz işini təmin etmək üçün istehsal infrastrukurunun bütün sa-

hələri normal fəaliyyət göstərməlidir. Sosial iqtisadi həyatda infrastrukturun lazımi 

səviyyədə inkişaf etməməsi onun xidmət göstərdiyi əsas istehsal sahəsinin geridə 

qalmasına səbəb ola bilər.  nfrastrukturun normal fəaliyyəti bir tərəfdən məhsuldar 

qüvvələrin  inkişafına,  digər  tərəfdən  ümumi  daxili  məhsulun  çoxalmasına,  təkrar 

istehsalın  genişlənməsinə  təkan  verən  əsas  amilərdən  biridir.  Məhz  bu  səbəbdən 



 

 

23 



də,  istehsal  infrastrukturunun  normal  və  ahəngdar  fəaliyyətini  təmin  etmək 

lazımdır.  Normal  və  inkişaf  etmiş  istehsal  infrastrukturu  sahələrinin  yaradılması 

vacib və əhəmiyyətlidir. 

Bazar iqtisadiyyatına keçid şəraitində ölkə iqtisadiyyatının ümumi inkişafına nail 

olmaq üçün bütün infrastruktur sahələri ilə birlikdə istehsal infrastrukturunun da inki-

ş

af etdirilməsi nəzərdə tutulmalıdır.  nfrastrukturlar haqda danışarkən qeyd etmək olar 



ki, hər bir infrastruktur sahəsinin özünəməxsus tərkib elementləri vardır. Bu elementlər 

məxsus  olduğu  infrastrukturun  mahiyyətinin  daha  da  açılmasına  imkan  verir.  Bu 

baxımdan istehsal infrastrukturunun tərkibinə topdansatış ticarət, istehsal infrastruktu-

runa  xidmət  edəm  tikinti  obyektləri,  elm  və  elektrik  enerjisi  istehsalı  sahələri  də  aid 

edilir. Topdansatiş ticarət istehsal prosesində yaranmış son məhsulun dəyərini forma-

laşdırır. Təkrar istehsalın son fazasını tamamlamaqla istehsal üçün şərait yaradır. Belə 

ki, əldə olunmuş dəyərdən xammal və material alınması, işçi qüvvəsinin saxlanılması, 

kommunal,  elektrik  enerjisi  və  digər  istehsal  xərclərinin  ödənilməsi  üçün  istifadə 

olunur ki, bunlarsız istehsalı təsəvvür etmək mümkün deyildir. Lakin pərakəndə ticarət 

topdansatış ticarətin davamı olsa da istehsala xidmət etmir. O, istehlakçıların bu və ya 

digər formada tələbatının ödənilməsinə xidmət edir. Məhz ona görə də, pərakəndəsatış 

ticarət sosial infrastruktura, topdansatış ticarət isə istehsal infrastrukturuna aid edilir. 

nfrastrukturlar  heç  də  təsadüf  nəticəsində,  kortəbii  surətdə  meydana  gəlmə-

miş, cəmiyyətin artan tələbatına uyğun olaraq obyektiv şəkildə təşəkkül tapmışdır. 

Tarixən ictimai inkişaf formasiyaları bir-birini əvəz etdiyi kimi, infrastrukturlar da 

sadədən mürəkkəbə doğru artmış, struktur tərkibi tədricən dəyişmiş və daha zəngin 

olmuşdur.  qtisadi  tərəqqinin  yüksək  səviyyə-sinin  əldə  edildiyi  şəraitdə  belə, 

infrastrukturlar özünəməxsus spesifikliyi ilə daim təkmilləşməkdə davam edir.  

Tələbatın  artmasına  müxtəlif  amillər  təsir  edir:  sivilizasiyanın  səviyyəsi, 

elmin  və  texnikanın  inkişafı;  ailə  gəlirinin,  sahibkarlıq  meyllərinin  artması  və 

dövlətin qarşısında duran yeni-yeni vəzifələrin artması. Məsələn, bir neçə il bun-

dan  əvvəl  şəxsi  kompüterlər  haqqında,  elektron  saatlar,  videomaqnitofon  və  s. 

haqqında belə düşünülmürdü.  ndi bunlara çox böyük tələbat var. Deməli, ehti-yac 

tükənməz,  tələbat  isə  saysızdır.  Lakin  çox  təəssüf  ki,  qarşıda  duran  tələbləri 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə