Microsoft Word Avropa Amerika 2015. doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23178
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

 

23 


genişlənməsi.  Əmək  bazarının  milliləşdirilməsi.  Ümumi  əmək  mükəlləfiyyəti. 

qtisadiyyata dövlət nəzarəti sisteminə cəmiyyətin müxtəlif təbəqələrinin münasibəti. 



1914-1917-ci illərdə Almaniya bloku ölkələri. 

Almaniya.  qtisadiyyatın  dövlət  tənzimlənməsi  və  onun  hərbi  relsə  keçirilməsi. 

Siyasi  həyatın  hərbiləşdirilməsi.  Seperatçı  sülh  və  qeyri-məhdud  sualtı  döyüş  problemi. 

Hindenburq-Lüdendorf hərbi diktaturasının yaradılması. “Hindenburq proqramı.” 1917-ci 

ildə daxili siyasi vəziyyətin kəskinləşməsi.  yul böhranı və reyxstaqın “sülh qətnaməsi”.  



Avstriya-Macarıstan. Müharibə dövründə iqtisadi vəziyyət. Böyük və uzun sürən 

müharibəyə hazırlığın olmaması. Cəbhələrdə məğlubiyyət və onların nəticələri. Hərbi və 

siyasi cəhətdən Almaniyadan asılılığın artması. Sülh sazişinin bağlanmasına cəmiyyətin 

və hakim dairələrin müsbət münasibəti.  ctimai və milli ziddiyyətlərin kəskinləşməsi. 



Osmanlı 

mperiyası.  Müharibə  dövründə  iqtisadi  vəziyyət.  Müharibəyə 

hazırlıqsızlıq.  Hərbi  əməliyyatların  aparıldığı  əsas  cəbhələr.  Cəbhələrdə  uğursuzluq. 

Almaniyadan asılılığın artması. 

Bolqarıstan. Müharibəyə qoşulma. Hərbi əməliyyatların aparıldığı əsas cəbhələr. 

1914-1917-ci illərdə Antanta ölkələri. 

ngiltərə.  qtisadiyyata dövlət  müdaxiləsinin  xüsusiyyətləri. “Adi busnes kimi”  və 

“sənaye sülhü”. Mərmi böhranı və ilk koalisiya hökumətinin yaradılması. “Silah istehsalı 

haqqında qanun”. Ümumi hərbi mükələfiyyətin tətbiq olunması və “milli xidmət” sistemi 

yaratmaq  cəhdləri.  1916-cı  ildə  rlandiyada  “Pasxa  üsyanı”.  Lloyd  Corcun  koalisiya 

hökuməti. Liberal partiyasının parçalanması. 

Fransa.  Müharibə  illərində  iqtisadi-siyasi  vəziyyət.  qtisadiyyatın  hərbi-dövlət 

tənzimlənməsi. “Müqəddəs birlik“. Sosialist partiyası və həmkarlar ittifaqları liderlərinin 

müharibəyə  köməyi.  Cəmiyyətdə  antimüharibə  müxalifətinin  formalaşması.  1917-ci  ilin 

yazında  və  yayında  antimüharibə  hərəkatının  yüksəlişi.  1917-ci  ilin  payızında  siyasi 

böhran. “Milli birlik” və Klemonsonun ikinci hökuməti. 

taliya.  Müharibənin  əvvəllərində  bitərəflik.  Müharibəyə  münasibət  məsələsində 

iqtidar(hakim) düşərgəsində parçalanma (neytralistlər və interventistlər). Müharibə edən 

koalisiyalarla  danışıqlar.  1915-ci  il  London  sazişi  və  taliyanın  müharibəyə  qoşulması. 

Sosialistlər  və  müharibə.  Antimüharibə  əhval-ruhiyyəsinin  artması.  Turin  üsyanı. 

Kaporettonun dövründə hərbi fəlakət. Siyasi böhranın yetişməsi. 

Rumıniya.  Gözləmə  neytrallığı  və  onun  səbəbləri.  Müharibə  edən  koalisiyalarla 

danışıqlar.  Antanta  tərəfində  müharibəyə  qoşulma.  Rumıniyanın  hərbi  uğursuzluqları, 

Alman işğalı. 

Yunanıstan. Müharibəyə qoşulma məsələsinə dair hakim dairələrin almanpərəst və 

ingilispərəst  fraksiyalarının  mübarizəsi.  Antanta  qoşunlarının  Solonikə  yeridilməsi  və 

Müvəqqəti  Milli  Müdafiə  Hökumətinin  yaradılması.  Müttəfiq  qoşunlar.  Kral 

Konstantinin taxtdan salınması. Yunanıstanın Almaniyaya qarşı müharibə elan etməsi. 



ABŞ. 1917-ci ilə qədər neytrallığın səbəbləri. Müharibədə ABŞ-ın varlanması, onun 

dünya  kreditoruna  çevrilməsi.  ABŞ-ın  Latın  Amerikası,  Kanada  və  Sakit  Okean 

hövzəsində mövqelərinin möhkəmlənməsi. Müharibəyə qoşulma məsələsi uğrunda siyasi 

mübarizə.  qtisadiyyatın və əmək münasibətlərinin dövlət tənzimlənməsi. 



Rusiyada  müharibə  və  inqilab.  Mütləqiyyətin  böhranı.  Fevral  inqilabı  və  onun 

müharibə edən ölkələrə təsiri. Müvəqqəti hökumət və Rusiyanın müttəfiqlik öhdəlikləri. 

Orduda  anti-müharibə  əhvali-ruhiyyəsinin  artması.  Cəbhədə  vəziyyət.  Bolşevik 

təşviqatında sülh şüarı. Oktyabr inqilabı və Rusiyanın müharibədən çıxması. Brest sülhü. 

Antanta dövlətləri və Sovet Rusiyası. 



 

24 


1917-1918-ci  illər  müharibəsinin  gedişi  və  onun  başa  çatması.  1917-ci  il  hərbi 

yürüşündə tərəflərin planı. ABŞ-ın müharibəyə qatılması. Şərq cəbhəsində vəziyyət. Qərb 

cəbhəsində  hərbi  əməliyyatlar.  taliya  cəbhəsinin  yarılması.  Saloniki  cəbhəsi.  Asiya 

cəbhələri. Dənizdə hərbi əməliyyatlar. 1918-ci ilin hərbi əməliyyatları. Brest-Litovsk və 

Buxarest  müqavilələri.  Müharibənin  son  mərhələsində  tərəflərin  hərbi  və  iqtisadi 

potensialının  nisbəti.  Qərb  cəbhəsində  hərbi  əməliyyatlar.  Saloniki  cəbhəsi.  Almaniya 

blokuna  daxil  olan  ölkələrdə  daxili  siyasi  böhranın  dərinləşməsi.  Rusiya  inqilabının 

Almaniyaya təsiri. 1918-ci il yanvar tətili.  

ASDP  və  ANSDP  sol  qanadının  fəallaşması.  Müharibənin  son  mərhələsində 

Almaniya  hərbi  komandanlığının  planlarının  iflasa  uğraması.  Maks  Baden  hökumətinin 

yaradılması  və  imperiyanın  parlamentləşdirilməsinin  başlanması.  Avstriya-Macarıstan: 

milli dövlətlərə parçalanma perspektivi. Antanta ölkələrinin Habsburqlar monarxiyasının 

bölüşdürülməsi  mövqeyinə  keçməsi.  Hərbi  məğlubiyyətlər  və  Mərkəzi  dövlətlər 

koalisiyasının dağılması. Bolqarıstanda inqilab və onun təslim olması. Türkiyənin təslim 

olması. Avstriya-Macarıstan və Almaniyada inqilabın başlanması. Avstriya-Macarıstanın 

təslim olması. Almaniyanın təslim olması. Barışıq şərtləri. Birinci Dünya müharibəsinin 

nəticələri və yekunları. 

 

X  Mövzu.  I  Dünya  müharibəsi  və  II  Dünya  müharibəsi  arasında  Avropa, 

Amerika və Rusiya 

Almaniya  və  onun  müttəfiqlərinin  məğlubiyyəti.  I  Dünya  müharibəsinin  sona 

çatması.  Aparıcı  kapitalist  dövlətlərin-qaliblərin  vəziyyəti.  Onların  müharibədən  sonra 

dünyanın  qurulmasına  dair  planları.  Onların  arasında  ziddiyyətlər.  Paris  sülh  konfransı. 

Versal sülh sazişi. Müstəmləkələrin və təsir dairələrinin yenidən bölüşdürülməsi. Mandat 

sistemi.  Almaniyanın  müttəfiqləri  ilə  sülh  müqavilələri.  Sovet  Rusiyasına  münasibət. 

Millətlər  Liqasının  yaranması.  ABŞ  və  Versal  sistemi.  Vaşinqton  konfransı.  Versal-

Vaşinqton sistemi beynəlxalq münasibətlərin yeni sistemi kimi. Bu sistemin ziddiyyətləri. 

Təzminat  problemi.  Rurun  işğalı.  Sovet  Rusiyası  beynəlxalq  münasibətlər  sistemində. 

Genuya konfransı. Rapallo sazişi. Lozanna konfransı. 



Mərkəzi  Avropada  inqilabi  böhran  və  inqilab.  Mərkəzi  Avropa  ölkələrində 

kapitalizm böhranının  xüsusilə  dərin  olması  səbəbləri.  nqilabi böhranın başlıca təzahür 

xüsusiyyətləri  və  formaları.  Almaniyada  1918-1919-cu  illər  inqilabı.  Bavariya  Sovet 

Respublikası  və  onun  süqutu.  Veymar  Konstitusiyası.  1918-1919-cu  illər  alman 

inqilabının  tarixşünaslığı.  Habsburqlar  monarxiyasının  süqutu  və  yeni  milli  dövlətlərin 

yaradılması. Avstriyada inqilab. Macarıstanda inqilab. Macarıstan Sovet Respublikasının 

elan olunması. Macarıstan Sovet Respublikasının məğlubiyyəti. Hortinin avtoritar rejimi. 

Qərbi  Avropa  və  Amerika  ölkələrində  ictimai-siyasi  böhran.  Ənənəvi 

kapitalizmin  böhranı.  Fəhlələrin  narazılığının  artması.  Kapitalizmin  islah  olunması 

uğrunda hərəkat. Siyasi həyatda inqilabi tendensiyalar. Faşizmin yaranması. 

Almaniya.  Daxili  vəziyyət  və  Veymar  Respublikasının  xarici  siyasəti.  Alman 

burjuaziyasının  siyasəti  və  taktikası.  “Kapp  qiyamı”.  1923-cü  ildə  Rur  münaqişəsi. 

Almaniyanın  iqtisadi  vəziyyətinin  pisləşməsi.  Avqust  tətili  və  Kuno  hökumətinin 

devrilməsi.  Ştrezemann  kabinetinin  yaradılması.  Almaniyada  1923-cü  il  siyasi  böhranı. 

Faşist çevrilişi və onun məğlub olması. Kapitalizmin sabitləşməsinin ilk əlamətləri.  

Böyük  Britaniya.  I  Dünya  müharibəsindən  sonra  Böyük  Britaniyanın  siyasi-

iqtisadi  vəziyyəti.  David  Lloyd  Corcun  koalisiya  hökumətinin  daxili  və  xarici  siyasəti. 

Britaniya  və  Versal-Vaşinqton  sistemi.  Leyborist  Partiyasının  təkamülü.  Lloyd  Corc 

hökumətinin devrilməsi və mühafizəkarların hakimiyyətə gəlməsi. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə