Microsoft Word Avropa Amerika 2015. doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23178
1   2   3   4   5   6   7   8   9   ...   19

 

ə



srlərdə  xalqların  köçmə  prosesinin  xüsusiyyətləri.  Lanqobardlar,  hepidlər,  herullar, 

slavyanlar, ərəblər. 



Erkən  orta  əsrlərdə  feodal  münasibətləri  elementlərinin  formalaşması  (V-XI 

ə

srlər)  Qərbi  Roma  imperiyasının  siyasi  inkişafı.  Böyük  torpaq  sahiblərinin  siyasi 

müstəqilliyinin artması. IV-V əsrlərdə xristian kilsəsi. IV əsrin sonu-V əsrdə Qərbi Roma 

imperiyası beynəlxalq münasibətlər sistemində. 



Feodal Avropası klassik orta əsrlərdə(XII-XV əsrlər). X-XI əsrlərdə Avropanın 

siyasi  xəritəsi.  Feodal  torpaq  mülkiyyətlərinin  sərhədlərinin  dəqiq  olmaması  siyasi 

quruluşun səciyyəvi amili kimi. Feodal müharibələri. Xarici siyasət amili: ərəb, norman 

və  macar  basqınları.  Ərəblər  və  onların  VII-XI  əsrlərdə  dövləti.  Norman  yürüşləri. 

Macarlar  XI  əsrə  qədər.  Qərbi  Avropaya  yürüşlərə  qarşı  mübarizənin  nəticələri  və 

ə

həmiyyəti. Bir çox Avropa ölkələrində feodalizmin formalaşma prosesinin başa çatması. 



Feodalizmin  bərqərar  olma  mərhələsində  sosial  münaqişə  formalarının  səciyyəvi 

xüsusiyyətləri. 



Son  orta  əsrlərdə  Qərbi  Avropa  ölkələrinin  inkişafında  əsas  tendensiyalar 

(XVI-XVII  əsrlər).  XV  əsrdə  iqtisadi  inkişafın  sürətlənməsinin  səbəbləri.  XV-XVI 

ə

srlərdə  ən  mühüm  texniki  ixtiralar  və  onların  istehsala  tətbiqi.  Kapitalist 



manufakturasının  yaranması.  lkin  kapital  yığımı  anlayışı.  XVI  əsrdə  kapitalın  sənaye 

istehsalına  təsiri.  Kənd  təsərrüfatında  kapital.  Son  orta  əsrlərdə  kapitalist  burjuaziyası. 

Muzdlu işçilər. Kəndlilərin təbəqələşməsi. Mütləq monarxiya anlayışı. Qərbi Avropanın 

mütləq  monarxiyalarının  tarixi  taleyi.  Qərbi  Avropada  humanist  ideyaların  yayılması. 

Reformasiya  ictimai-siyasi  hərəkatının  başlanması.  Qərbi  Avropada  əsas  reformasiya 

nəzəriyyələri: lüteranlıq, svinqlianlıq, kalvinism. 



Erkən orta əsrlərdə  katolik kilsəsi və Papalıq (V-XI əsrlər). Papalıq təsisatının 

yaranması.  Roma  ilə  Konstantinopol  arasında  ziddiyyətlər.  Ümumdünya  kilsə  məclisi. 

VI-VIII əsrlərdə katolik kilsəsinin yaradılması. Roma Papasının seçilmə qaydası və onun 

təkamülü. X əsrin sonu-XI əsrin birinci  yarısında Papalığın siyasi cəhətdən güclənməsi. 

Kilsənin  iqtisadi  qüdrətinin  artması.  Kilsənin  mərkəzləşdirmə  siyasəti.  Alman 

imperatorları  ilə  münaqişənin  başlaması.  VII  Qriqori  və  onun  investitura  uğrunda 

mübarizəsi. Vorm konkordatı. 

Klassik  orta  əsrlərdə  Papalıq  və  katolik  kilsəsi  (XII-XV  əsrlər).  XIV-XV 

ə

srlərdə  Papalığın  siyasi  qüdrətinin  zəifləmə  səbəbləri.  Qərbi  Avropa  monarxiyalarının 



mərkəzləşdirilmə  siyasəti  Papalığın  zəifləmə  amili  kimi.  “Papaların  Avinyon  “əsarəti.” 

Katolik kilsəsində böyük parçalanmalar. Milli kilsələr barədə Avropa ideyası. 



Son  orta  əsrlərdə  katolik  kilsəsi  və  Papalıq  (XVI-XVII  əsrlər).  XVI  əsrin 

ə

vvəllərində Papalığın iqtisadi və siyasi vəziyyəti. Papalıq katolik irticasının dayağı kimi. 



Son  orta  əsrlərdə  Papalığın  beynəlxalq  münasibətlərdə  istifadə  etdiyi  siyasi  üsullar. 

Yezuitlər ordeni(cəmiyyəti). 



Səlib yürüşləri. Orta  əsrlərdə səlibçi hərəkatı anlayışı. Səlib  yürüşlərinin  müxtəlif 

növləri.  Başqa  cür  düşünən  və  digər  dinlərə  sitayiş  edənlərə  qarşı  səlib  yürüşləri. 

Müsəlmanlara qarşı səlib yürüşləri. XI əsrdə Papalığın Şərq siyasəti. Müsəlmanlara qarşı 

yürüşlərin  məqsədi.  lk  səlib  yürüşləri.  Klermon  kilsəsi.  Səlib  istilalarının  sabit 

olmamasının  səbəbləri.  IV  səlib  yürüşü  səlib  hərəkatının  tənəzzül  göstəricisi  kimi. 

Konstantinopolun  ələ  keçirilməsi  və  Bizans  dövlətinin  bölüşdürülməsi.  XIII  əsrdə  səlib 

hərəkatının  zəifləməsi.  Müsəlman  Şərqinə  səlib  yürüşlərinin  başlıca  nəticələri  və  tarixi 

ə

həmiyyəti. 



Böyük coğrafi kəşflər. Portuqaliyalıların və ispanların coğrafi kəşflərinin səbəbləri. 

Səyahətlərin  başlıca  istiqamətləri.  Bartolomeo  Diaş.  Vasko  da  Qama.  Kristobal  Kolon. 




 

lk  dünya  səyahəti.  Hindistan  və  Hind-Çində  Portuqaliya  koloniyaları.  Meksika  və 



Perunun  istila  olunması.  XVI  əsrin  ikinci-XVII  əsrin  birinci  yarısında  coğrafi  kəşflər. 

Avropalıların  istila  etdikləri  Amerika  və  Asiya  xalqları  ilə  qarşılıqlı  əlaqələri.  Böyük 

coğrafi kəşflərin ictimai-iqtisadi əhəmiyyəti. 

Bizans  imperiyası  V-XI  əsrlərdə.  Roma  imperiyasının  şərq  hissəsinin  və  erkən 

Bizans imperiyasının inkişaf xüsusiyyətləri. Bizans dövləti Böyük Yustinianın dövründə. 

Qərbdə  işğalçılıq,  Şərqdə  isə  müdafiə  müharibələri.  Yustinian  tərəfindən  aparılan 

müharibələrin  nəticələri.  VI  əsrdə  slavyanların  zorla  bu  ərazilərə  soxulması.  VI-VII 

ə

srlərdə  slavyanların  Bizans  ərazisində  məskunlaşmasının  nəticələri.  Bizansda 



feodalizmin  formalaşma  xüsusiyyətləri.  Bizansda  “barbar  məsələsi”.  Bizans  tarixinin 

“qaranlıq  əsrlər”i.  VII  əsrin  ikinci-IX  əsrin  birinci  yarısında  Bizansın  beynəlxalq 

vəziyyəti.  Birinci  Bulqar  çarlığı  və  onun  Bizansla  mübarizəsi.  Ərəb  xilafəti  ilə 

müharibələr.  Bizans  Makedoniya  sülaləsi  dövründə.  Xristianlaşdırma  xarici  siyasət 

vasitəsi  kimi.  Bizans  və  Rusiya.  XI  əsrdə  ölkənin  müdafiə  qabiliyyətinin  zəifləməsi. 

Bizansda siyasi böhran və Makedoniya sülaləsinin sonu. Səlcuq türkləri və normanlar. XI 

ə

srin 50-70-ci illərində hakimiyyət uğrunda mübarizə. Komninlər. 



Bizans  imperiyası  XII-XV  əsrlərdə.  Komninlər  dövründə  Bizans  dövlətinin 

yenidən  tərəqqi  etməsi.  Feodalizmin  formalaşması  prosesinin  başa  çatması.  XII  əsrdə 

dövlətin  mərkəzləşdirilməsinin  güclənməsi.  Bizansın  beynəlxalq  əlaqələri.  Səlibçilərin 

Konstantinopolu ələ keçirməsi. Bizans dövlətinin bərpa edilməsi. Paleoloqlar. XIII əsrin 

ikinci  yarısında  Bizans  torpaqları.  Paleoloqların  xarici  siyasətində  Qərb  istiqaməti. 

Katolik Roma ilə ittifaq. Şərq sərhədlərində beynəlxalq vəziyyət: Osmanlı türkləri. Kiçik 

Asiya  və  Balkan  yarımadasında  türk  ekspansiyaları.  Konstantinopolun  süqutu.  Bizans 

imperiyasının süqutetmə səbəbləri. 



Karolinqlərin Frank dövləti. Pipin Heristallı. Karl Martel və onun daxili siyasəti. 

Gödək  Pipin.  Kilsə  islahatı.  Kral  titulunun  III  Pipinə  keçməsi.  taliya  yürüşləri  və 

dünyəvi  Papa  vilayətinin  yaranması.  Böyük  Karl.  Karolinqlər  sülaləsi.  Böyük  Karlın 

yürüşləri  nəticəsində  Frank  dövlətinin  genişlənməsi.  Kilsə  mülkiyyətçi  kimi.  Torpaq 

asılılığı  və  şəxsi  asılılığın  müəyyən  edilməsi.  Böyük  Karl  imperiyasının  davamlı 

olmamasının səbəbləri. 817-ci il bölgüsü. Almaniyalı Lüdovik, Lotar və Daz Karl. 843-cü 

il  bölgüsünün  əhəmiyyəti.  IX  əsrin  ikinci  yarısında  Verden  qurultayı  nəticəsində 

meydana  gəlmiş  dövlətlərin  qarşılıqlı  əlaqələri.  Mersen  müqaviləsi.  Sonuncu 

Karolinqlərin vəziyyəti. Hüqo Kapet. Birinci Kapetinqlər (1060-cı ilədək). 

Fransa  XI  əsrin  sonu-XV  əsrdə.  XI  əsrdə  Fransanın  siyasi  xəritəsi.  XII  əsrdə 

Birinci  Kapetinqlər  dövründə  dövlət  hakimiyyəti.  Fransa  kralının  hakimiyyətinin 

güclənməsi.  XII  əsrin  ortalarında  Plantagenetlərin  Fransa  torpaq  mülkləri.  ngiltərə  ilə 

mübarizənin  başlanması.  Vəliəhdlik  prinsipinin  bərqərar  olması.  IX  Lüdovik.  Onun 

islahatları.  XIII  əsrin  sonunçu  rübündə  Fransa  hökumətinin  xarici  siyasəti.  XIII  əsrin 

sonu-XIV  əvvəllərində  kral  xanədanının  ərazi  əldə  etməsi.  Fransa  kralları  ilə  Papalığın 

qarşılıqlı  əlaqələri.  XIV-XV  əsrlərdə  Fransa  parlamentinin  ölkənin  siyasi  həyatındakı 

rolu.  XIV  əsrin  birinci  rübündə  kral  hakimiyyətinə  qarşı  müxalifət.  Jakeriya.  Fransa 

yüzillik müharibədə. Janna d’Ark. XV əsrin ortalarında fransız kralının Fransa və Qərbi 

Avropada mövqeyinin möhkəmlənməsi. XV əsrin sonlarında Baş Ştatların ölkənin siyasi 

həyatında əhəmiyyəti. XI Lüdovikin xarici siyasəti. Fransa ərazilərinin birləşdirilməsinin 

başa çatması. 



Fransa  XVI  əsrin  I  yarısı-XVII  əsrlərdə.  XV  əsrin  sonunda  Fransanın  siyasi 

xəritəsi.  Sənayesinin  inkişafı.  lk  manufakturalar.  Toxuculuq  istehsalının  coğrafiyası. 

Zinət  əşyaları  və  silahın  manufaktura  üsulu  ilə  istehsalı.  Metallurgiya.  Fransa 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə