Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

Bütün dünyanın nəzərində Azərbaycan xalqı  dahi  elm,  sənət, 
mədəniyyət xadimləri yetirən bir xalq olmaqla bərabər, həm də 
böyük siyasətçi və dövlət xadimi yetirə bilən bir xalq imici 
qazandı. Və o zaman SSRİ-nin bir çox regionlarında 
azərbaycanlılara adətən qara fəhlə  və yaxud bazarda alver edən 
xalq kimi baxan insanların da baxışlarında köklü dəyişikliklər baş 
verdi. Heydər  Əliyev öz varlığı  və siyasi fəaliyyəti ilə bütün 
dünyada olan azərbaycanlılara hörmət və ehtiram qazandırdı. 
Onun azərbaycançılıq qarşısında  ən böyük xidmətlərindən biri 
məhz bundan ibarətdir.  
Bundan  əlavə, Heydər Əliyev azərbaycançılıq ideologiyasının 
elmi-nəzəri bazasının müasir dövrün tələbləri  əsasında 
formalaşmasında da mühüm rol oynamışdır. Heydər  Əliyev 
demişdir: "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin 
adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bugünü və gələcəyi ilə 
bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə 
uyğun olmalı, müxtəlif sosial təbəqələrin, siyasi partiyaların bir 
ideya ətrafında birləşməsinə yol açmalıdır".  
Başqa sözlə, "kim müxalifətdə durursa-dursun, ancaq 
Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə 
durmasın" deyərək o, bütün azərbaycanlıları vahid bir ideya 
ətrafında birləşməyə, milli birliyə çağırırdı.  
Heydər  Əliyev milli ideologiyamızın  əsasını  təşkil edən 
azərbaycançılıq ideologiyasının  əsas prinsiplərinin "dövlətçilik" 
və "milli vətənpərvərlik"dən ibarət olduğunu dəfələrlə 
vurğulamışdır. Onun söylədiyi "Dövlətçilik Azərbaycanın 
müstəqilliyini,  ərazi bütövlüyünü qoruyub saxlamaqdır, 
Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir, dövlətçilik hər 
bir vətəndaşın qəlbində olmalıdır. Ona görə  hər bir vətəndaş 
vətənpərvərlik hissləri ilə yaşamalıdır" fikri hər bir 
azərbaycanlının qəlbinə hakim kəsilmişdir.  
Ümummilli liderimiz Heydər  Əliyev müxtəlif yığıncaqlardakı 
çıxışlarında dəfələrlə vurğulamışdır ki, bizim bütün təbliğatımız, 
bütün dövlət orqanları Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək 


üçün hər bir vətəndaşda milli vətənpərvərlik hissləri yaratmalıdır. 
Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü 
olmalıdır ki, o, milli mənafeyi  şəxsi mənafeyindən, öz şəxsi 
yaşayışından, öz şəxsi həyatından - hər  şeydən üstün tutsun. 
Heydər  Əliyevin söylədiyi bu fikirlər hansısa  şairin, yazıçının, 
alimin və yaxud dövlət işçisinin haradasa söylədiyi fikirlər deyil, 
bu, ömrünün 50 ildən çoxunu dövlət işində  işləmiş  və yuxarıda 
söylənilən prinsipləri öz siyasi fəaliyyətində  əsas qanun kimi 
götürmüş dünya şöhrətli bir şəxsiyyətin həyat fəaliyyətinin əsasını 
təşkil edən prinsiplərdir. Heydər Əliyevin Vətəni sevməsi adi bir 
vətəndaşın öz vətənini sevməsi demək deyildir. Bu, bütün ömrünü 
canından artıq sevdiyi Vətəninə  həsr etmiş tarixi bir şəxsiyyətin 
sevgisidir: "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı Heydər 
Əliyevin dilindən səsləndikdən sonra dünyanın bütün ölkələrində 
yaşayan azərbaycanlılar da öz milli mənşəyini, azərbaycanlı 
olduqlarını gizlətmədən, iftixar və qürur hissləri ilə bəyan etməyə 
başladılar. Dahi rəhbərin "Azərbaycanın dövlət müstəqilliyi 
dönməzdir, əbədidir, sarsılmazdır" kəlamı da bu gün bütün dünya 
azərbaycanlılarının mübarizə simvoluna çevrilib. Heydər Əliyevin 
milli qeyrətindən və  vətənpərvərliyindən qaynaqlanan bu fikir 
bizim gələcəyə inamımızı artırır, bizi mübarizələrə  səsləyir və 
zaman-zaman da səsləyəcəkdir. Heydər Əliyevin azərbaycançılıq 
ideologiyasının bütün sahələrinə daxil olan hər bir məsələ ilə 
əlaqədar fəaliyyətilə bağlı cild-cild kitablar yazılmışdır və bundan 
sonra da yazılacaqdır.  
İlk növbədə Azərbaycan xalqı və milləti ilə bağlı onun göstərdiyi 
xidmətə  nəzər salaq. 70-ci illərə  qədər Azərbaycan xalqı  əsasən 
kənd yerlərində yaşayan, kustar əkinçiliklə, qoyunçuluq-
maldarlıqla, xırda sənətkarlıqla və ticarətlə  məşğul olan bir xalq 
idi. 70-80-ci illərdə Azərbaycanın bütün şəhər və  kəndlərində 
sistemli və məqsədyönlü şəkildə işə salınan saysız-hesabsız zavod 
və fabriklər bütün əhalini nizam-intizamlı, bilikli və  təhsilli, 
sənaye  əsaslı  əməyə  cəlb etdi. Respublikamızda nizam-intizam 
möhkəmləndi, cinayətkarlıq xeyli azaldı  və qeyri-sağlam həyat 


tərzinə imkan və  şərait qalmadı. Azərbaycan xalqı keçmiş SSRİ 
məkanında və dünyada işgüzar,  əməksevər xalq imici qazandı. 
Əhalinin sosial tərkibində köklü dəyişiklik baş verdi. Sənaye 
müəssisələrində 
işləyən fəhlələrdən, texniklərdən, 
mühəndislərdən, ustalardan və s. ibarət böyük sosial qruplar 
formalaşdı.  
Heydər  Əliyevin Azərbaycan xalqının təhsillənməsi, 
maariflənməsi və savadlanması istiqamətində apardığı 
düşünülmüş siyasəti təqdirəlayiq idi. Bütün rayonlarımızda və 
kəndlərimizdə saysız-hesabsız məktəblər, uşaq bağçaları, klub və 
mədəniyyət evləri, kinoteatrlar, kitabxanalar və  s.  kimi  mədəni-
maarif müəssisələri və ictimai-iaşə obyektləri tikildi. Azərbaycan 
xalqının böyük bir hissəsini təşkil edən  əmək adamlarının, fəhlə 
və kəndlilərin balaları yüksək səviyyədə orta təhsil alaraq Heydər 
Əliyevin birbaşa rəhbərliyi, qayğısı və nəzarəti, "Qoy ədalət zəfər 
çalsın" devizi altında apardığı siyasətin nəticəsində ali məktəblərə 
qəbul olundular. Təkcə azərbaycanlı  gənclərin keçmiş SSRİ-nin 
ali məktəblərinə seçilib göndərilməsi (hər il 800-900-a qədər  ən 
savadlı, qabiliyyətli azərbaycanlı  gənclər yola salınırdı) siyasəti 
ilə onun azərbaycançılığa etdiyi xidməti heç nə ilə ölçmək olmaz. 
Bu gün həmin gənclər həm müstəqil Azərbaycan Respublikasının 
dövlət quruculuğunda, həm də bütün dünyaya səpələnərək bir çox 
sahələrdə böyük fəaliyyət göstərirlər. Azərbaycanlı neftçi 
ailələrinin Qərbi Sibirə, Tümenə  və keçmiş SSRİ-nin digər 
müxtəlif regionlarına göndərilməsinin arxasında da böyük siyasət 
dayanırdı. Bu siyasət özlüyündə dünyada Azərbaycan 
diasporunun yaranmasında və formalaşmasında mühüm rol 
oynamışdır.  
Sovetlər Birliyi tərkibində olduğumuz zamanlarda Azərbaycan 
şampan  şərabının sədası Fransa sərgilərindən, Ağdam,  Şamaxı 
çaxırlarının, Tovuz, Göyçay, Kəpəz, Gəncə konyaklarının şöhrəti 
Kremldən gəlir, SSRİ elitasının süfrəsini bəzəyirdi. 
SSRİ Xalq təsərrüfatı malları  sərgisində  hər il yüzlərlə növ 
məhsul Azərbaycan emblemi ilə nümayiş etdirilirdi. Azərbaycan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə