Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

və ardıcıl, səngiməz fəaliyyətində heyranlıq doğuran vüsət və 
reallıqla gerçəkləşdirirdi. 
Heydər Əliyevi o dövrdəki bütün rəhbərlərdən fərqləndirən cəhət 
uzun zaman kəsiyindən parlaq bir keyfiyyət kimi görünür. Bu 
keyfiyyət onun ana südü ilə, ata qanı ilə canına, ruhuna, varlığına 
hopduğu milli qeyrət vüsətidir, milli təəssübkeşlik səciyyəsidir. 
Sovet amiranə inzibati sistemində siyasi karyeranı qurmaqdan 
ötəri bu cəhət əslində tələb olunmurdu. Respublika rəhbərliyindən 
yalnız partiya xəttinə sadiq olmaq və bunu hər vəchlə sübuta 
yetirmək tələb edilirdi. Sovet dönəmində partiya nomenklaturaları 
bunu çox gözəl bilirdilər və necə deyərlər, başlarını cəncələ 
salmaq istəmirdilər.  
Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, o, dövrün 
gerçəkliklərini gözəl anlayırdı və siyasi oyunlarda məharətlə 
iştirak etməsi ilə yanaşı həm də öz doğma milli mədəniyyətinin 
aktual və perspektivli məsələləri ilə fəal məşğul olmağa imkan və 
vaxt, qətiyyət və cəsarət, hünər və fədakarlıq tapırdı. Hamıya 
məlum olan bir faktı xatırlamaq istəyirəm. 
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilişi 1968-ci ildə 
tamamlanmış "Bir cənub şəhərində" filmi öz ideya kəskinliyi və 
forma orijinallığı ilə respublikamızın o dövrdəki siyasi 
rəhbərliyini əməlli-başlı qorxutmuşdu. DTK sədri Heydər Əliyev 
həmin məsələyə qarışıb onu müsbət həll etməsəydi, bu gün böyük 
sənətkar səviyyəsinə yüksələn, "Oskar" mükafatı laureatı Rüstəm 
İbrahimbəyov və görkəmli rejissor Eldar Quliyev haqqında yəqin 
ki, söz aça bilməzdik. Yalnız elə bu danılmaz faktla Heydər 
Əliyevin hələ o vaxt öz üzərinə götürdüyü mədəniyyət 
quruculuğu missiyasının əzəmətini aydın görmək mümkündür. 
Halbuki belə faktlar onlarladır, yüzlərlədir. 
Sonralar Azərbaycan KP MK-nın birinci katibi işləyəndə Heydər 
Əliyevin bu sahədə tutduğu sərt və inamlı, aydın və işıqlı 
mövqeyi nəticəsində Azərbaycanda "dissident" anlayışı və onunla 
bağlı mənfur kampaniyalar baş vermədi. Mövlud Süleymanlının 
"Dəyirman" əsəri ətrafında qalxan 1937-ci il ab-havalı hay-küyün 


qabağını Heydər Əliyevin müdrik mövqeyi kəsdi. Belə faktları 
musiqi və rəssamlıq, teatr və kino incəsənəti ilə bağlı da 
xatırlamaq olar. Ancaq məsələ faktların çoxluğunda yox, onların 
mahiyyətindədir. 
Dünya xalqlarının hamısında müxtəlif şəkildə deyimlər var ki, 
istedadlı adam bütün sahələrdə istedadlıdır. Heydər Əliyevin bədii 
sənət, bədii yaradıcılıq ehtirası yeniyetmə yaşlarından baş 
qaldırıb. Məsələn, xalq artisti, mərhum rejissor və aktyor İbrahim 
Həmzəyev böyük sevinclə danışırdı ki, mənim Naxçıvanda 
başçılıq etdiyim dram dərnəyinin ən parlaq istedadlı şagirdi 
Heydər Əliyev idi. Həmişə də Qəhrəman və sərkərdə rollarını 
heyrətamiz cazibədarlıqla oynayarmış. Haqqında yazılanlardan, 
müəllimlərinin xatirələrindən bilirik ki, Heydər Əliyevin 
fövqəladə rəssamlıq qabiliyyəti də varmış. Mərhum teatr rəssamı, 
uzun illər Gəncə teatrında işləmiş aktrisa Barat xanım 
Şəkinskayanın qardaşı Süleyman Hacıyev danışırdı ki, biz 
tələbəlik illərində Heydər Əliyevlə bir yerdə kirayə qalırdıq. Onun 
rəsmləri və akvarel işləri rəssamlıq məktəbinin tələbələrini də 
heyrətləndirirdiE 
Həyatının məcrası başqa səmtə, siyasi fəaliyyətə yönəldiyi üçün 
Heydər Əliyev səhnə sənətinə vurğunluğunu, rəssamlığa 
məhəbbətini və ən əsası hər iki sahədə olan istedadını davam 
etdirmədi. Lakin təbiətindəki fövqəladə yaradıcılıq istedadı, 
yüksək estetik zövqü, ruhundakı coşqun sənət ehtirası, incəsənətə 
səngiməz və ülvi məhəbbəti heç vaxt sönmədi. Əksinə, 
transformasiya olundu və o, istedadlı, zövqlü, bilikli, ehtiraslı və 
obyektiv tamaşaçıya çevrildi. Onun tamaşalarda, müxtəlif 
xarakterli konsertlərdə, bədii tədbirlərdə iştirak etməsi yalnız 
protokol tədbiri deyildi. Hamıya aydın görünürdü ki, Heydər 
Əliyev bu tədbirlərdə həvəslə, maraqla, sönməz sənət ehtirası ilə 
iştirak edirdi. İndi keçən zaman kəsiyindən daha aydın görürür, 
daha dərindən anlayırıq ki, Heydər Əliyevin mədəniyyətə, 
incəsənətə, ədəbiyyata könüllü bağlılığı, mədəniyyət və incəsənət 
faktlarından dərin zövq və ləzzət ala bilmək səriştəsi, bacarığı 


onun siyasi uzunömürlüyünün rəhni oldu. 
Mən vaxtilə "Kommunist" (indiki "Xalq qəzeti") redaksiyasının 
ədəbiyyat və incəsənət şöbəsində işləmişəm. Buna görə də Heydər 
Əliyevin yazıçıların, rəssamların, bəstəkarların, jurnalistlərin, 
teatr xadimlərinin qurultaylarında etdiyi çıxışların canlı şahidi və 
dinləyicisi olmuşam. Sirr deyil ki, yaradıcı adamlar müəyyən 
qiymətvermədə həssas olurlar və hər şeyi də bəyənmirlər. 
Qurultaylardan sonra müsahibələr almışam. Onda görmüşəm ki, 
Süleyman Rəhimov, Rəsul Rza, Əli Vəliyev, Süleyman Rüstəm 
kimi şair və nasirlər, Qara Qarayev, Fikrət Əmirov, Tofiq 
Quliyev, Soltan Hacıbəyov, Niyazi, Cövdət Hacıyev kimi 
bəstəkarlar, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir 
Salahov, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə, Toğrul 
Nərimanbəyov kimi rəssamlar, Nəsir İmanquliyev, Ağababa 
Rzayev, Adil Cavadlı kimi jurnalistlər, Mehdi Məmmədov, Tofiq 
Kazımov, Hökümə Qurbanova, Nəsibə Zeynalova, Ağasadıq 
Gəraybəyli, İsmayıl Osmanlı kimi səhnə xadimləri Heydər 
Əliyevin sənət bilgisindən necə heyranlıqla danışıblar. 
Məsələ burasındadır ki, Heydər Əliyev incəsənətin və 
mədəniyyətin hansısa sahəsindən danışanda özünün zəngin biliyi 
ilə hamıda heyranlıq doğururdu. Yadımdadır, rəssamların növbəti 
qurultayında müasir boyakarlıqdan danışırdı. Gözlənilmədən 
improvizə etdi və məruzə vərəqlərini bir kənara qoyub İntibah 
dövrünün dahiləri Leonardo da Vinçidən, Rafaeldən, Battiçellidən 
söz saldı, Kurbe, Van Qoq, Qogen kimi impressionistlərdən, 
kubizmdən və Pikassodan danışdı. Danışıb onların sənət 
estetikalarını yığcam şəkildə xarakterizə etdi. Onun dünya 
incəsənətinə beş-on dəqiqəlik ekskursu emosiyalarını üzə 
çıxarmaqda "xəsislik" göstərən fırça və tişə ustalarının dəfələrlə 
gurultulu alqışlarına səbəb oldu. 
Heydər Əliyev ehtiraslı və diqqətcil tamaşaçı idi. Akademik Milli 
Dram Teatrında dövlət rəhbərləri üçün xüsusi loja var. Ancaq 
Heydər Əliyev xoşlayırdı ki, hansısa sənət əsərinə tamaşaçıların 
arasında baxsın. O, salonun səhnə əsərinə reaksiyasını çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə