Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

edilirdi. Bu razılığı almaq da asan deyildi. Belə ziddiyyətli bir 
şəraitdə universitetdə həmin ixtisasların açılması yenə də Heydər 
Əliyevin köməyi nəticəsində mümkün oldu. Ötən müddət ərzində 
bu ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər yetişib, müəyyən 
uğurlar qazanılıb. İndi yerləşdiyimiz gözəl bina da Heydər 
Əliyevin göstərişi ilə universitetə verilib. Həmişə qayğımıza 
qalan, problemlərimizlə maraqlanan və onun aradan qaldırılması 
üçün tövsiyə və məsləhətlər verən Heydər Əliyev deyərdi: "Xalq 
bir çox xüsusiyyətləri ilə tanınır, bu xüsusiyyətlərin ən yüksəyi, 
ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq 
həmişə irəli gedəcək, həmişə yaradacaq, həmişə inkişaf edəcək".  
1980-ci illərin ikinci yarısından 1993-cü ilə qədər olan 
dövrdə ziyalılar, böyük sənətkarlar maddi baxımdan çox 
acınacaqlı vəziyyətə düşmüşdülər. Ölkədə baş alıb gedən 
anarxiya, iqtisadi böhran bu insanları diqqətdən kənarda 
saxlamışdı. Ölkədə təkcə iqtisadiyyat deyil, mədəniyyət də 
sıradan çıxmaqda idi. Heydər Əliyevin xalqın tələbi ilə yenidən 
hakimiyyətə qayıtması bu qaranlığa bir aydınlıq gətirdi. Ulu 
öndərin ilkin olaraq xilas etdiyi, yaşaması, hərtərəfli fəaliyyət 
göstərməsi üçün şərait yaratdığı insanlar mədəniyyət xadimləri 
oldu. Prezident təqaüdü təsis edildi. İnsan əməyini qiymətləndirən 
meyarlar yaradıldı. Elmə, mədəniyyətə əsl qiymət verildi. Bütün 
zamanlarda olduğu kimi, Heydər Əliyev yenə də mənəvi ucalığın 
fövqündə dayanaraq xeyirxah əlini varlığından artıq sevdiyi 
xalqının ziyalılarına uzatdı. Ölkənin mədəni həyatında əsl dirçəliş 
baş verdi. Vaxtilə Azərbaycanı tərk etmiş ziyalılar, söz-sənət 
sahibləri, sənətkarlar vətənə qayıtdılar. Azərbaycan 
mədəniyyətinin vüsəti genişləndi. Beynəlxalq mədəni əlaqələrin 
yaradılması, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin 
keçirilməsi, bir sıra yeniliklər ulu öndərin arzularını 
gerçəkləşdirdi.  
Sevinirik ki, həmişə mədəniyyətimizin himayədarı kimi 
dəstəyinə arxalandığımız ulu öndərin ənənələri bu gün də 
yaşamaqdadır. Azərbaycan mədəniyyəti yenə də etibarlı 


əllərdədir. İstər ölkə Prezidenti İlham Əliyevin, istərsə də Heydər 
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu 
istiqamətdəki fəaliyyətləri Azərbaycan mədəniyyətinin üfüqlərini 
daha da genişləndirdi. İndi Azərbaycan yazıçısının, bəstəkarının, 
rəssamının yubileyləri YUNESKO tərəfindən qeyd edilir. Tarixi 
abidələr YUNESKO-nun İrs siyahısına salınır. İncəsənət və 
musiqi xadimlərinin xoş sorağı dünyanın möhtəşəm konsert 
salonlarından gəlir. Azərbaycan bəstəkarı beynəlxalq "Sülh 
artisti" fəxri adına layiq görülür. Müxtəlif ölkələrdə Azərbaycan 
ili start götürür. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər 
Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi və keçirmək 
arzusunda olduğu məqsədlər, məramlar dəyərli varislər tərəfindən 
həqiqətən də əbədi proqrama çevrilib. Bu proqramın həyatda 
gerçəkləşməsi Azərbaycan xalqına iftixar və yeni sevinclər 
gətirməkdədir.  
 
Azərbaycan.- 2008.-25 aprel.- S. 4. 
 
 
Azərbaycanın Polşadakı səfirliyi bu ölkənin 
Milli Kitabxanasında Ümummilli lider 
Heydər Əliyev haqqında kitabların 
təqdimatını keçirmişdir 
 
Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a 
bildirmişlər ki, aprelin 21-də Varşava Milli Kitabxanasında 
xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və 
fəaliyyətindən bəhs edən kitabların təqdimat mərasimi 
olmuşdur. 
Azərbaycan, rus və ingilis dillərində çap olunmuş 
20-dən çox kitabı Milli Kitabxananın direktoru Tomaş 
Makovskiyə təqdim edən səfir V.Quliyev, ulu öndər 
Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, onun 
Azərbaycanın iqtisadi və mədəni inkişafında, dövlət 


müstəqilliyinin möhkəmlənməsi və ölkənin beynəlxalq 
miqyasda tanınması istiqamətində gördüyü böyük işlərdən 
danışmışdır.       
İndiyə qədər səfirlik tərəfindən Milli Kitabxanaya 
onlarla kitabın bağışlandığını və həmin kitablar əsasında 
Azərbaycan fondunun yaradıldığını qeyd edən Tomaş 
Makovski Heydər Əliyev haqqındakı əsərlərin həmin 
fondda fəxri yer tutacağını bildirmişdir. 
 
Azərbaycan.- 2008.- 22 aprel.- S. 2. 
 
 
Beynəlxalq festivalda Firəngiz 
Əlizadənin Heydər Əliyevə həsr 
etdiyi «İthaf» əsəri 
səsləndirilmişdir 
 
            Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AzərTAc-a, 
bildirmişlər ki, aprelin 11-dən 20-dək Kiyevdə Ukrayna 
Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən "Mövsümün 
musiqili premyerası" adlı XVII Beynəlxalq Musiqi Festivalı 
keçirilmişdir. 
           Festivalın Ukrayna Dövlət Filarmoniyasındakı açılış 
mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq 
artisti, professor Firəngiz Əlizadənin ulu öndərimiz Heydər 
Əliyevə həsr etdiyi “İthaf” əsəri ifa olunmuşdur. Əsər 
Ukraynanın xalq artisti, dirijor Vladimir Sirenkonun rəhbərlik 
etdiyi Ukrayna Dövlət Simfonik Orkestrinin ifasında 
səsləndirilmişdir. 
          Aprelin 13-də isə Pavlo Strutsun rəhbərliyi ilə Kreşşatik 
Xoru Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Rauf 
Əliyevin "Ballada" əsərini ifa etmişdir. 
 
Azərbaycan.- 2008.- 22 aprel.- S.  4. 


Rəhimli İ. 
 
Quruculuq missiyası 
 
Tarixi şəxsiyyətlərin əsl miqyası gördükləri və görmək 
istədikləri işlərin tarixi əhəmiyyəti, önə çəkdikləri ideyaların 
inkişaf potensiyası müəyyən zaman məsafəsindən daha aydın, 
daha parlaq, daha mənalı görünür. Görkəmli rus şairi Aleksandr 
Blokun mudrik kəlamı var: "Üz-üzə üz görünməz. Böyük 
uzaqdan görünər". Bu mənada XX əsrdə və XXI əsrin ilk illərində 
həqiqi böyük şəxsiyyət kimi Heydər Əliyev dühasının 
Azərbaycan tarixində əzəmətli rolu, cahanşümul əhəmiyyəti və ən 
ümdəsi bir rəhbər, bir öndər kimi qüdrətli tarixi missiyası çağdaş 
günümüzdə daha aydın, daha parlaq, daha möhtəşəm görünür. 
Görünür və son dərəcə geniş, dərin, fəlsəfi təhlilə əsas verir. 
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin özəl təhlili 
üçün ilk növbədə mürəkkəb, politoloji terminlərlə ifadə olunan 
ideyalar sistemi lazımdır. Çünki onun qüdrət və mahiyyətini 
açmaq üçün əsrlərlə təsdiqlənmiş dünya ölçülərinə böyük ehtiyac 
var. Heydər Əliyevin mədəniyyət quruculuğunda gördüyü işlər 
onu layiqincə və asanlıqla dəyərləndirmək üçün daha əlverişlidir. 
Bunun isə vacib və tutarlı, əsaslı dayaqlar üzərində bərqərar olan 
üç əsas səbəbi var. 
Birincisi. Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsində 
gördüyü möhtəşəm və ardıcıl işlər göz qabağındadır. Göz 
qabağındadır və həmin həqiqətə hamının, o cümlədən ulu öndərin 
siyasi opponentlərinin də münasibətləri eyni dərəcədə müsbətdir, 
qəbul olunur. 
İkincisi. Bu səbəb bilavasitə mədəniyyət və incəsənət hadisələrini 
hisslərimizlə qavramaqla bağlıdır. Həmin mənada Heydər 
Əliyevin milli mədəniyyətimiz və incəsənətimiz sahəsində 
gördüyü işlər hamıda sevinc, fərəh, qürur, iftixarE kimi xoş 
duyğular oyadır. 
Üçüncüsü. Mədəniyyət quruculuğu bir canlı, qırılmaz proses kimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə