Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

özü-özlüyündə məhsuldardır. Yəni mədəniyyət quruculuğu 
prosesini əkinçiliklə müqayisə etmək olar. Bu gün əkdiyin ağac 
yaxşı qulluq nəticəsində uzun illər bar-bəhər verir. Hələ vaxtilə 
dahi yazıçı Lev Tolstoy deyirdi: "Ək, o zaman həyatın başlıca 
qanununa uyğun olarsan". 
Bu mənada bir tarixi şəxsiyyət kimi Heydər Əliyevin bəşər 
tarixinin dahi şəxsiyyətləri ilə bir sırada durduğunu bu günün 
zaman məsafəsindən daha aydın görürük. Şərq və Qərb tarixini 
səhifələyəndə adları qızıl hərflərlə yazılan hökmdarlar, dövlət 
rəhbərləri bir qayda olaraq məhz mədəniyyət quruculuğunda 
gördükləri işlərlə əbədiləşiblər. Amerika Birləşmiş Ştatlarının 
dörd dəfə prezidenti seçilmiş Franklin Ruzvelti (1882-1945) və 
Türkiyə Respublikasının yaradıcısı Atatürk Qazi Mustafa Kamalı 
(1881-1938) xatırlamaqla buna istənilən qədər misal gətirmək 
olar. Ancaq mənim üçün Heydər Əliyev şəxsiyyətini ilk 
Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətai ilə müqayisə 
etmək tarixilik baxımından daha tutarlı və daha korrekt (həssas və 
incə, dəqiq və mənalı) olar. Böyük inamla demək olar ki, Heydər 
Əliyevin mədəniyyət və incəsənətin bütün sahələrində gördüyü 
fundamental işlər, etdiyi təşəbbüslər hələ uzun müddət 
Azərbaycanın milli mədəniyyətinin və incəsənətinin sarsılmaz 
dayaqları olacaq. 
Şah İsmayıl Xətainin sarayında musiqi, miniatür sənəti məktəbləri 
formalaşırdı, elm mərkəzi fəaliyyət göstərirdi. Sənət adamları 
dövlətin diqqət və himayəsindəydi. 
Heydər Əliyev sovet dönəmində müttəfiq respublika katibləri 
arasında yeganə rəhbər idi ki, ölkəmizin Ali Qanununa dövlət 
dilinin Azərbaycan dili olduğu bəndini daxil etdi. Daxil etdi və bu 
prosesə təkan verdi, mətanətlə onun arxasında dayandı və son 
nəticədə istəyinə qətiyyətlə nail oldu. 
Heydər Əliyevin böyük qətiyyəti və iradəsi, uzaqgörən müdrik 
siyasəti ilə SSRİ-nin ən məşhur ali məktəblərinə ilbəil daha çox 
gənclər müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildilər. Bu 
gün onların böyük bir dəstəsi müstəqil Azərbaycanın qüdrətli 


dövlət kimi formalaşmasında müxtəlif sahələrdə səylə çalışır. Bir 
daha yada salmalıyıq ki, ölkəmizin prezidenti İlham Əliyev də 
məhz Azərbaycandan kənarda təhsil almış həmin insanların 
sırasındadır. 
Heydər Əliyev Azərbaycanda müxtəlif respublikaların ədəbiyyat 
və incəsənət günlərini keçirirdi. Bununla da yazıçılarımızın, 
rəssamlarımızın, bəstəkarlarımızınE əsərləri özgə xalqlara təbliğ 
olunurdu, dünya miqyasına çıxırdıE 
Heydər Əliyevi böyük tarixi şəxsiyyət kimi fərqləndirən ən böyük 
amillərdən, özəllikdən biri odur ki, ulu öndər mədəniyyət 
quruculuğu ilə iki müxtəlif və son dərəcə fərqli ictimai-siyasi 
formasiyada məşğul olub. İkisində də ən böyük amalını, milli 
mədəniyyətin qüdrətli təəssübkeşi olduğunu gördüyü işlərin 
əzəmətilə dönə-dönə təsdiqləyib. 
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi 
Komitəsinin birinci katibi seçiləndə unitar dövlət sistemi (SSRİ) 
kifayət qədər möhkəm və sərt qanunlarla mərkəzdən idarə olunan 
qaydalarla yaşayırdı. Olduqca mürəkkəb ictimai-siyasi 
konyuktura çərçivəsində milli mədəniyyət quruculuğu ilə məşğul 
olmaq o qədər də asan məsələ deyildi. Ən başlıca çətinlik isə milli 
mədəniyyət quruculuğunun məqsəd və vəzifələrini marksizm-
leninizmin sərt ideoloji tələb-prinsipləri içərisində 
gerçəkləşdirmək idi. İndi dərk edirik ki, Heydər Əliyev bu çətin 
işi fövqəladə məharətlə, coşqun vətənsevərlik eşqilə 
gerçəkləşdirə, reallaşdıra və inkişaf etdirə bilib. Məhz 
özünəməxsus məharətlə!!! 
Belə bir deyim var: informasiyaya mükəmməl sahib olan şəxs tam 
şəkildə situasiyaya hakimdir. Ölkəmizin ali vəzifəsinə 
seçilməmişdən əvvəl Heydər Əliyev Milli Təhlükəsizlik 
Nazirliyinin (o vaxtı DTK - Dövlət Təhlükəsizliyi Komitəsi 
adlanırdı) ilk azərbaycanlı rəhbəri idi. O, Azərbaycanda, SSRİ-də 
və bütün dünyada gedən ictimai-siyasi, həmçinin digər prosesləri 
dərindən bilirdi. Bilib analitik təfəkkürlə təhlil etmək qüdrətində 
idi. Təhlil edib müdrik qərarlar çıxarmaq iqtidarı vardı. 


Qənaətlərini həssaslıqla, uzaqgörənliklə reallaşdırmaq 
gücündəydi. Bu dühalıq keyfiyyətlərinə və belə məlumatlı 
olduğuna görə də Heydər Əliyevin mədəniyyət quruculuğunda 
atdığı inamlı addımların hamısı sərrast, tutarlı və məhsuldar oldu. 
Heydər Əliyev Azərbaycan Respublikasının rəhbərliyinə 1969-cu 
ilin iyun ayında seçildi. Artıq elə həmin ilin sonunda hamıya 
aydın oldu ki, Heydər Əliyev əvvəlcədən tərtib etdiyi və güclü 
elmi əsaslara söykənən mədəni quruculuq proqramını ardıcıl 
olaraq gerçəkləşdirir. 
Sovetlər dönəmindəki keçmişimizi birmənalı qara rənglə təsvir 
edənlər unutmamalıdırlar ki, "Sovet Sosialist Mədəniyyəti" 
quruculuğu proqramı mütərəqqi prinsiplər əsasında tərtib edilirdi. 
Müttəfiq respublikaların rəhbərləri bu proqramı necə var eləcə də 
adekvat gerçəkləşdirəndə, bir qayda olaraq, müsbət nəticələrə 
gəlirdilər. Özünün fərdi proqramını partiyanın qurultaylarında və 
digər ali məclislərində təsdiqlənmiş mədəniyyət quruculuğu 
proqramı ilə məharətlə uzlaşdırmağı bacaran Heydər Əliyev milli 
mədəniyyətimizin üzvi inkişafı üçün münbit zəmin yaratmışdı. 
Heydər Əliyevin sovet dövründə mədəniyyət sahəsində gördüyü 
möhtəşəm işləri zaman məsafəsindən tədqiqata, təhlilə çəkəndə 
bu işin uğurlu olmasının əsasında üç amilin dayandığını açıq-
aydın görürük. 
Birinci amil: Danılmaz qüdrətli idarəçilik istedadı. 
İkinci amil: Milli mədəniyyətin səmimi təəssübkeşliyi. 
Üçüncü amil: Milli mədəniyyət və incəsənətə fərdi marağı. 
Bu amilləri bir qədər geniş açmağa ehtiyac var. 
Heydər Əliyevin idarəçilik prinsipləri bu sahənin obyektiv 
qanunlarını mükəmməl bilməsi və onları sistemli struktur 
formasında həyata keçirməsi ilə qırılmaz tellərlə bağlıdır. Gənc 
yaşlarından sistemli düşünməsi ilə fərqlənən Heydər Əliyev 
inzibati amirlik idarəetmə üsulunun bütün şərtlərini, imkan və 
yasaqlarını, hətta yeri gələndə fəndlərini mükəmməl 
mənimsəmişdi. Bu sahədə əldə etdiyi zəngin təcrübəni o, 
məharətlə mədəniyyət quruculuğu istiqamətindəki məqsədyönlü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə