9
xüsusiyyətlərinə görə həmdövrdür. Ərsinlər, kəsici
və özəkvari alətlər qəlpələr
qoparılmaqla kobud hazırlanmışdır. Əmək alətlərinin işlənmə texnikasının
kifayət qədər inkişaf etmiş səviyyədə olması, xüsusilə qəlpə qoparma üsulları, iki
tərəfli işləmə texnikası, əmək alətlərinin ağız hissəsinin ikinci dəfə işlənməsi
göstərir ki, Quruçay vadisinin qədim sakinləri mağaraya gəlməmişdən xeyli
əvvəl vadidə açıq düşərgələrdə məskunlaşmışlar. М.М.Hüseynovun fikrinə görə,
bu mədəniyyət Quruçay vadisində mağaranın məskunlaşmasından bir neçə yüz il
əvvəl meydana gəlmişdir. Hazırda Quruçay mədəniyyətinin 1,8 milyon il əvvəl
meydana gəldiyi ehtimal olunur.
Şəkil 4. Azıx mağarası. Quruçay mədəniyyətinə aid
çapma aləti
Onuncu təbəqənin üzərində yerləşən doqquzuncu təbəqə daha qalın və
maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Bu təbəqədə əmək alətlərinin
sayı əvvəlkindən beş dəfə artıqdır. Onlar protoçopper, protoçoppinq, özəkvari və
kubvari alətlər, limasşəkilli alətlər, ərsinlər və qəlpələrdən ibarətdir. Bu təbəqədə
ilk dəfə olaraq kubvari alətlər meydana çıxır. Protoçopperlər çay daşının bir ucu,
yaxud uzununa bir kənarının qoparılması ilə hazırlanmışdır. Protoçoppinqlər
başlıca olaraq çox da ağır olmayan yastı,
oval daşlardan, çay daşlarının bir ucu,
10
yaxud uzunsov kənarının hər iki tərəfdən qəlpələnməsi ilə, ərsinlər isə vurma
səthi saxlanmış qəlpələrin bəzən bel, bəzən isə kənarlarının işlənməsi ilə
düzəldilmişdir.
Мağaranın səkkizinci təbəqəsində aşkar olunan əmək alətləri tipoloji
xüsusiyyətlərinə görə alt qatlardan aşkar olunan əmək alətləri ilə eynidir. Lakin
bu təbəqə üçün protoçopper və protoçoppinq tipli ağır qiqantolitlərin meydana
çıxması xarakterikdir. Bu təbəqədə primitiv çapacaqlara bənzəyən protoçoppinq-
lər də aşkar olunmuşdur.
Yeddinci təbəqə Quruçay mədəniyyətinin tamamlayıcı mərhələsini əks
etdirir. Bu təbəqə litoloji xüsusiyyətlərinə görə aşağıdakı təbəqələrlə eyni olub,
özündən yuxarıda yerləşən erkən Aşel mədəniyyətindən tamamilə fərqlənir. Bu
təbəqədən aşkar edilmiş daş məmulatı protoçopper, protoçoppinq, özəkvari və
kubvari əşyalar, ərsinlər, qəlpələr, istehsal tullantıları, çay daşlarından ibarətdir.
Əmək alətləri işlənmə texnikasının daha təkmil olunması ilə X-VIII
təbəqənin
alətlərindən fərqlənir. Bu fərqlər qəlpə qoparma texnikasında, xüsusilə qəlpələrin
aydın seçilən vurma səthində, alətlərin kənarlarında saxlanmış qabarcıqlarda
özünü göstərir. Çoppinqlərin hazırlanmasında Erkən Aşel dövrünün çoppinqləri
və kobud çapacaqları üçün xarakterik olan əlamətlər izlənmişdir.
Azıx mağarasının X-VII təbəqəsindən aşkar olunmuş əmək alətləri tipoloji
xüsusiyyətlərinə, hazırlanma texnikasına, qəlpə qoparma üsuluna və istifadə
olunan xammalın tərkibinə görə genetik cəhətdən bir-biri ilə bağlı olub vahid bir
mədəniyyətin məhsuludur. Bu mədəniyyət Azıx, Tağlar və Azərbaycanın cənub-
qərbindəki digər mədəniyyətlərin qaynağı olmuşdur. Ümumi qalınlığı 4,5 m olan
bu təbəqə mağaranın ən qədim çöküntüləri
olmaqla eyni təbii şəraitin
məhsuludur.
Qədim insanların yaşadığı Paleolit düşərgələrinə dünyanın bir çox
yerlərində rastlansa da, çoxtəbəqəli Azıx mağarası təbəqələrin ardıcıl
yerləşməsinə görə nadir abidələrdən biridir. Azıx mağarasının yeganə bənzəri
hələlik Olduvay abidəsidir. Elə buna görə də Azıx mağarasından aşkar edilmiş
əmək alətlərinin tipoloji təsnifatında və adlandırılmasında М.М.Hüseynov
Olduvaydan aşkar edilmiş bənzər alətlərin adından istifadə etmişdir.
Azıx mağarasının X-VII qatlarının fauna qalıqları olduqca pis
saxlanmışdır. Onların bir çoxu çürüdüyündən hansı heyvanlara aid olduğunu
təyin etmək mümkün olmamışdır. Aşkar olunan heyvan sümükləri maral, antilop,
quş, gəmirici və yırtıcı heyvanların lülə sümüklərinin parçalarından, buynuz
qırıqlarından ibarətdir. Lakin Quruçay mədəniyyətinin mövcud olduğu Abşeron
dövrünün fauna qalıqları daha zəngin olmuşdur.
Bu dövrdə Vulpes aff vulpes,
Crocuta spelea, Spelearstos speleus, Ursus cf.arctos, Cervus mesopotamiea,
Equus sussen bornansis, Equus hidruntinus, Dicerorhinus mercki, Bison
schotensaci və digər heyvanlar yaşamışdır.
11
Azıx mağarasından aşkar olunmuş çay daşlarından hazırlanmış kobud daş
alətlərin bənzərləri Olduvay (Tanzaniya), Koobi-Fora (Keniya), Мelka Kontura
(Efiopiya), Vallona (Fransa), Ubeydiyə (İsrail) və digər abidələrdən məlumdur.
Azıx mağarasının qədim sakinlərinin əsas məşğuliyyəti yığıcılıq və
ovçuluq olmuşdur.
Aşel mədəniyyəti. Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti
əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel
mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı,
Acıdərə, Şişquzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin
Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx
mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca
olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min
il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən
Aşel Quruçay mədəniyyəti
əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi
Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş
məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki
ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması Aşel
dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir.
Əmək alətləri başlıca olaraq felzit, kvars, çaxmaqdaşı, bazalt, əhəng-
daşından, bəzən isə xalsedon və digər daş cinslərindən hazırlanmışdır. Daş
məmulatı əmək alətləri, istehsal tullantıları və çay daşlarından ibarətdir. Əmək
alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer
tutur. Çapacaqlar
həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış
alətlərlə uyğundur.
Çapacaq və çapacaq tipli alətlər çay daşının hər iki tərəfindən qəlpələr
qoparılmaqla hazırlanmış, tutacaq hissəsinin təbii qabığı saxlanmışdır. Çopper
tipli alətlərin bir kənarı, yaxud ucu qəlpələr qoparılmaqla işlənmişdir. Bu tip
alətlərlə yanaşı düz vurma səthi olan və təbii qabıqla örtülmüş qəlpələrdən
hazırlanmış alətlər də vardır. Onlar ərsinlər, itiuclular, limastipli və s.
alətlərdən
ibarətdir. Aşkar olunan əmək alətləri qədim insanların yalnız çay daşlarından
hazırlanmış çopper, coppinq və kobud çapacaqlarla kifayətlənmədiyini,
qəlpələrdən əmək alətləri hazırlamağa başladığını göstərir. Azıx mağarasının
Erkən Aşel mədəniyyətinə aid əmək alətləri qəlpələrin qoparılma texnikasına
görə olduqca kobuddur və keçmiş SSRİ-də onların bənzərləri yoxdur.
Altıncı təbəqədən aşkar edilmiş arxeoloji materiallar bir tərəfdən daha
qədim Quruçay mədəniyyətinin, digər tərəfdən isə Orta Aşel mədəniyyətinin
xüsusiyyətlərini daşımaqla Aşelə keçid mərhələsini əks etdirir. Aşkar olunan
fauna qalıqları, o cümldən Мerka kərgadanı, Şotenzak bizonu, Zyusenbern atı,
Мesopotomiya maralı, mağara kaftarı, nəhəng maral, cənub yarasalarının
sümükləri bu dövrün Мindel buzlaşması dövrünə, bəlkə də daha əvvələ aid
olduğunu deməyə imkan verir. Sümük qalıqlarının hamısı daşlaşmış vəziyyətdə
aşkar olunmuşdur.