175
olan materiallarla kifayətlənməməli, tamamilə yeni bir yolla gedib, orijinal fikir s
öyləməyi qarşısına məqsəd
qoymal
ıdır. Məhz, belə üslubda işləyən natiqə konspekt kömək edir. Natiq konspektlərin köməyi ilə şifahi
şərhə başlay
ır; onun hazırcavablığı, natiqlik qüvvəsi və kəskin mühakiməsi dinləyiciləri heyran edir. Natiq
nitqində (şifahi nitq nəzərdə tutulur), hadisələrin şərhində dinləyicilərin xəyal
ını uzaq keçmişə çəkib aparır
(əgər s
öhbət tarixi mövzudan gedirsə), onları tarixi keçmişin ənənələri ilə tanış edir.
Konspekt nitqi uzun
çuluqdan qurtarmaqla bərabər, onun emosionallığını artırır. Emosionallıq isə
nitqin daha zəngin, obrazl
ı, canlı ifadə olunmasına, qavranılmasına, ona yaradıcı yanaşılmasına şərait
yarad
ır. Konspektdə olan ardıcıllıq, yığcamlıq prinsipləri emosionallıq üçün əsas şərtlərdən biridir.
Emosional nitqdə isə «kobud» s
özlər, uzunçuluq, fikir təkrarı o dəqiqə hiss olunur. Emosionallıq nitqin təsir
q
üvvəsini artırdığı kimi, natiqin də həyəcanını artırır. Belə hallarda natiq konspektlərdə seçdiyi misallarla,
m
övzunun mahiyyətini əks etdirən maraqlı faktlarla dinləyicilərin diqqətini özünə cəlb edə bilər. Tədricən
emosionall
ıq aradan qalxır, natiq isə nitqini ardıcıl şəkildə davam etdirir. Gərgin zəhmətin və elmi biliyin
vəhdəti natiqə hər zaman m
üvəffəqiyyət qazandırır. Belə natiqlər xalqın və dinləyicilərin sevimlisinə çevrilir.
176
ÜNS YYƏT MƏDƏN YYƏT , ДАНЫШЫГ ЕТИКАСЫ VƏ MÜRAC ƏT FORMALARI
ДАНЫШЫГ ЕТИКАСЫ ВЯ НИТГ ЕТИКЕТЛЯРИ
ÜNS YYƏT N TQ MƏDƏN YYƏT N N FORMALARINDAN B R K M
Ünsiyyət dedikdə biz nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə
tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi
oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş
verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa
sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz
səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirə deyilir.
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin ekspressiv
mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası -
bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə
yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli ünsiyyət hər şeydən əvvəl
obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi
proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir
göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə
istiqamət verir. Şəxsiyyətin təşəkkülü ünsiyyət prosesinin məhsuludur. Belə ki, ünsiyyət sayəsində insan
keyfiyyətcə dəyişir, onun hərtərəfli, ahəngdar inkişafı mümkün olur, o, müəyyən ictimai vəzifəni yerinə yetirir,
sosial rolu ifa edir, zəruri rəftar və davranış normalarına, praktik fəaliyyət vərdişlərinə yiyələnir, ətraf aləmə fəal
surətdə təsir göstərməyə can atır.
Ünsiyyətin vasitəli və vasitəsiz növləri vardır. Vasitəsiz ünsiyyət həm verbal, həm də qeyri-verbal ola bilər.
177
Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır. Elmi- texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki
vasitələr insanlar arasında ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət “vasitəli ünsiyyət”
adlanır.
Kollektiv əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən
başlıca sosial funksiyadır. Ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəzarətetmə funksiyasını yerinə yetirir.
Yəni ünsiyyətin xüsusən də nitqin köməyilə cəmiyyət öz üzvlərinə bu və ya digər davranış və rəftar normalarını
yayır, onun mənafeyinə zidd olanları isə pisləyir. Ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir təmin edilir.
Ünsiyyət informasiya mübadiləsi dedikdə informasiyanın iki tərəfi fərqləndirilir. Birinci, kommunikator -
informasiyanı verən, ikincisi resipient -informasiyanı qəbul edən.
nsanlar ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış olurlar. Onlar keçmişdə baş
vermiş müxtəlif hadisələr haqqında bir-birinə məlumat verir, ayrı-ayrı məsələlər barəsində bir-birlərinin rəyini və
mülahizələrini öyrənirlər. Bu baxımdan kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər.
Kommunikasiyanın iki tipini fərqləndirmək olar: verbal və qeyri-verbal kommunikasiya.
Verbal kommunikasiya. Ünsiyyət prosesində nitq mühüm rol oynayır. nsan istər onu əhatə edən mühit, istərsə də
keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi
olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir. .P.Pavlovun sözləri ilə desək, «Söz fırtına kimi insanın
orqanizminin ən etibarlı hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya
dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlandırıcıdır. Ən
çətin şəraitdə deyilən bircə kəlmə söz belə insanda ruh yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş
qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər.
Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir.
Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:
•
Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır;
•
Ictimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır;
•
Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir;
•
Nitq milli mədəniyyətin inikas vasitəsidir;
Dostları ilə paylaş: |