178
•
Nitq idrak alətidir.
Nitqin əsas funksiyası ilə yanaşı, köməkçi funksiyaları da mövcuddur: a) nitqin emotiv funksiyası ( danışanın
emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin poetik, yaxud da estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç)
nitqin yardımçı funksiyası ( məs: allo); d) nitqin fərqləndirmə (diakritik) funksiyası; ə) nitqin interdiktiv
(qadağanedici) funksiyası və s.
Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: kommunikator, resipient, verilən məlumat, informasiyanın
verilməsini və qəbulunu təmin edən vasitələr.
Kommunikator. Adi kommunikasiya prosesində kommunikator konkret fərddir. Burada isə məlumatı verən
müəyyən kollektiv və ya qrupdur. Daha doğrusu, verilən məlumat konkret fərdin adından yox, hər hansı kollektiv
adından verilir.
Resipient. Kütləvi informasiya prosesində adətən müəyyən ixtisas sahibləri və ya hər hansı yaş qrupunu təmsil
edən adamlar resipient rolunda çıxış edirlər.
Verilən məlumat. Kütləvi informasiya prosesində veriləcək məlumatın düzgün seçilməsi vacib məsələlərdən
biridir. Bu baxımdan, hansı tipli məlumatlar necə və kimlərin fəal iştirakı ilə çatdırılmalıdır, qeyri-verbal ünsiyyət
vasitələrindən nə şəkildə istifadə edilməlidir və s. kimi məsələlərin düzgün həlli ciddi əhəmiyyət kəsb
edir. nformasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. Bu vasitələrin düzgün müəyyənləşdirilməsi
kütləvi informasiya prosesinin əsas şərtlərindən biridir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlərin
aydınlaşdırılması zəruridir: hansı kanallar vasitəsilə verilən məlumatları kimlər daha asan, düzgün qavraya bilər, nə
tipli məlumatlar hansı kanallar vasitəsilə verilsə, daha təsirli olar və s.
Qeyri-verbal kommunikasiya vasitələrinin müxtəlif tipləri var. Bu baxımdan aşağıdakılar xüsusi olaraq qeyd
olunur:
1. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya
digər dərəcədə lokal mimika sahələridir.
Son zamanlar vizual ünsiyyət- «gözlərin təması» problemi diqqəti daha çox cəlb edir. Anatomik baxımdan gözlər
nə qədər müxtəlif olsa da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində
açıqlanır.
179
2. ntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti
bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv- emosional funksiyası önəmlidir. ntonasiyanın bu
funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasitələrlə qaynaqlanır.
3. Kinesika «bədən hərəkətlərinin dili» kimi meydana çıxır. nformasiya mübadiləsində onun kodları jestlər
vasitəsilə açıqlanır.
Nitq ünsiyyətinin növləri
nsanlar aras
ında xoş münasibətin yaranmasında gözəl nitq mühüm rol oynayır. Nitq ünsiyyəti üç
formada baş verir:
1) Monoloq və ya monoloji nitq,
2) Dialoq və ya dialoji nitq,
3) Poliloq və ya poliloji nitq.
Yunan mənşəli olan monoloq (monos bir, logos nitq) bir insan
ın, şəxsin və ya adamın nitqi deməkdir.
Monoloji nitq hər yerdə ola bilər. Ailədə, idarələrdə, səhnədə, məktəbdə və s. nsan
öz-özünə monoloq
s
öyləməz, Lakin səhnə adamlarının, müəllimlərin, tələbələrin və başqa ixtisas sahiblərinin məşqi və yaxud hər
hans
ı bir çıxışa hazırlaşmaları (mühazirəyə, dərsə, çıxışa) zamanı işlənə bilər. Monoloji nitq müxtəlif
qruplara b
ölünür:
1) M
ühazirə,
2) Məruzə
3)
Çıxış
4) Nitq
Ali məktəblərdə m
üəyyən mövzu üzrə professor və ya dosentinin şifahi şərhi mühazirə adlanır.
Əvvəlcədən işlənib haz
ırlanmış hər hansı mövzuya məruzə deyilir. Məruzənin üç növü qeyd olunur:
1. Hesabat məruzəsi
180
2. Elmi məruzə
3. Siyasi məruzə
Onu da qeyd etmək laz
ımdır ki, məruzəni müzakirə edirlər, mühazirəni isə yox. Mühazirədə yalnız sual
verilə bilər.
Daha
çox iclaslarda, yığıncaqlarda söylənilən nitqə çıxış deyilir. Çıxışda natiq irad və təkliflərini ifadə
edir.
Çıxış həm elmi, həm siyasi, həm də ictimai xarakterli olur.
Nitq siyasi, ictimai-siyasi və s. şəkildə olur. Bu bax
ımdan nitqin aşağıdakı növləri var:
1. ctimai-siyasi nitq,
2. ttiham nitqi,
3. M
üdafiə nitqi.
4. M
üttəhimin son sözü
Bunlar haqq
ında ayrı-ayrı bölmələrdə daha ətraflı məlumat veriləcək.
Dialoq yunan s
özü (dialogos) olub, iki nəfərin arasında olan söhbət deməkdir.
S
öhbətdə bir neçə adamın iştirak etməsinə isə poliloq deyilir. Poly loqos yunanca (poly - çox, loqos -
nitq)
çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə nitq özünü daha çox dram əsərlərində göstərir.
Nitq ünsiyyətinin formaları
Nitq m
üxtəlif formalarda təzahür edir, Nitqin müxtəlifliyi, təzahür formaları a) ifadə yoluna görə və b)
ifadə nizam
ına görə müəyyənləşir.
a) fadə vasitəsinə g
örə nitq iki cür olur:
1. Şifahi nitq.
2. Yaz
ılı nitq.
Şifahi nitqin material
ı sözlər, onların ifadə olunması, tələffüz edilməsidir. Yazılı nitqin materialı hərfi
işarələrdir və onlar
ın vasitəsilə yaranan yazıdır. Şifahi nitqdə səsin ahəngdarlığı, tembr, melodiya, mimika,
jest, d
üzgün tələffüz, emosionallıq, yığcamlıq, səlistlik, aydınlıq və s. nəzərə alınır. Yazılı və şifahi nitqdə
Dostları ilə paylaş: |