Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə48/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

 
 
117
cədvəldən istifadə etmək olar.
 
Şagirdlər skeletin, əzələlərin (həzm, tənəffüs və s.) 
quruluşunda uçuşla əlaqədar  dəyişkənlikləri xüsusilə qeyd etməlidirlər. Məsələn:  
Tənəffüs sistemi  Quşların ikiqat tənəffüsdə  iştirak edən hava kisələri var. Onlar 
orqanizmi yüngülləşdirir. 
İfrazat sistemi 
Sidik kisəsi yoxdur. 
Cədvəli tamamladıqdan sonra
 
Xarici quruluşun hansı xüsusiyyətləri quşların 
sürünənlərlə qohumluğunu göstərir?” sualı müzakirə oluna bilər.  
İşin nəticələri təqdim olunduqdan sonra quşların davranışı  və quruluşunun 
səciyyəvi xüsusiyyətləri haqqında suallar müzakirə oluna bilər. Məsələn: 

 
Su quşlarının lələk örtüyü neft ilə örtülərsə, 4 saatdan sonra onlar məhv 
ola bilər. Səbəbi? 

 
Quşlar nə üçün soyuqda qanadlarını qabardır? 

 
Hansı quşlar uçmur? Niyə? 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda  dərs üçün faydalı 
materiallar yerləşdirilmişdir. 
 
“Öyrəndiklərinizi
 tətbiq edin” bölümündə təklif olunan cədvəlin tamamlanması 
dərsdə daha məqsədəuyğun hesab oluna bilər. Sürünənlər  və quşlar üçün səciyyəvi 
əlamətlərin qeyd  edilməsi  müqayisə  bacarıqlarının  inkişafına xidmət edir və  
dərsin məqsədində qeyd olunmuş praktik bacarıqların formalaşması üçün imkan 
yaradır.  
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  şagirdlər dərsdə qazanılan biliklərdən 
faydalanaraq, quşların quruluşuna aid düzgün ifadələri seçir, digər cümlələrdəki   
səhvləri müəyyən edirlər.  İkinci tapşırıqda suallara cavab verdikdə  şagirdlər 
quşların uçmağa uyğunlaşmalarını bir daha vurğulayır, nəticə çıxarırlar. 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
Elektron resurslar: 
http://tana.ucoz.ru/load/319 
http://www.youtube.com/watch?v=Jargw6d2uxQ 
http://guppy.ucoz.ru/dir/8_klass_tema_9_pticy/urok_2_3_vnutrenne_stroenie_ptic/69 
http://bioshkola.ru/stuff/zoologija/klass_pticy/27 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Quşların   quruluşu 
haqqında  mülahizə-
lərini yalnız müəlli-
min köməyi ilə  şərh 
edir. 
Quşların quruluşu 
haqqında  mülahi-
zələrini çətinliklə 
şərh edir. 
Quşların quruluşu 
haqqında  mülahi-
zələrini şərh edərkən 
kiçik qeyri-dəqiqliyə 
yol verir. 
Quşların quruluşu 
haqqında  mülahizə-
lərini geniş şərh edir. 
 
Sürünənlərdə və quş-
larda gedən həyati 
prosesləri çətinliklə 
fərqləndirir. 
Sürünənlərdə və 
quşlarda gedən 
həyati proseslərin   
az  hissəsini 
fərqləndirir. 
Sürünənlərdə və quş-
larda gedən həyati 
prosesləri qismən 
fərqləndirir. 
Sürünənlərdə və quş-
larda gedən həyati 
prosesləri düzgün 
fərqləndirir. 


 
118
Dərs 58/ Mövzu 49:
 QUŞLARIN ÇOXALMASI VƏ İNKİŞAFI. 
QUŞLARIN HƏYATINDA MÖVSÜMİ HADİSƏLƏR 
 
 Müəllim dərsin  əvvəlində keçən dərsin materialına istinad edərkən  şagirdlərlə 
növbəti sualları müzakirə edə bilər:
 

 
Quşların bədəni nə ilə örtülmüşdür? 

 
Quşun ön ətrafları hansı funksiyanı yerinə yetirir?  

 
Quşların ürəyi neçə kameralıdır? 

 
Məlumdur ki, quşların bədən temperaturu 42
0
  С-yə    bərabərdir. Bu temperatur 
necə saxlanılır?  

 
Sürünənlərlə müqayisədə quşların quruluş təşkilinin mürəkkəbləşməsi özünü nədə 
göstərir? və s.
 
 
Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə  dərslikdəki mətni və  aşağıdakı 
sualları müzakirə edə bilər: 

 
Həm quşlar, həm də sürünənlər yumurta qoyur. Sizin fikrinizcə, bu siniflərin 
nümayəndələrinin çoxalması  və inkişafı  nə ilə  fərqlənir? (Yumurtanın quruluşu
yuvaqurma, kürt yatma, nəsil qayğısı)  
Bu müzakirələr növbəti mərhələyə keçidə kömək edir.  
 Laboratoriya işini yerinə yetirərkən şagirdlər müşahidə etdiklərini şəkillə müqayisə 
edirlər. Quş yumurtasının sxematik şəklini dəftərlərinə köçürüb, hissələrinin adlarını qeyd 
edirlər. 
Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda 
müzakirələr” üsulları ilə aparıla bilər. Dərsin məqsədlərini nəzərə alaraq məlumatın 
öyrənilməsi zamanı müəllim növbəti məsələlərə və suallara xüsusi diqqət yetirməlidir:  
Alt 
STANDARTLAR 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara 
təsirini izah edir.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Quş yumurtasının quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 

 
Quşların çoxalma prosesini təsvir edir, quş balalarını inkişaf 
tiplərinə görə fərqləndirir. 

 
Mövsümi hadisələrin quşların həyat tərzinə təsirini izah edir.  
 
 


 
 
119
Quşların çoxalma sistemi 

 
Quşların yumurtasının quruluşu  (Niyə rüşeym diski həmişə yuxarıda olur? 
Yumurta sarısının, kirəc qabığının, ciyələrin  funksiyası nədən ibarətdir?

 
Quş balalarının inkişaf tipləri (Hansı quşların balalarını cücəbala,  ətcəbala 
adlandırır)?  

 
Quşların quruluşunun hansı xüsusiyyətləri quruda çoxalma ilə əlaqədardır?  

 
Quş yumurtasında rüşeymin inkişafı üçün hansı şərait lazımdır? 
 Materialın bu hissəsi müstəqil, yaxud cütlərlə öyrənilə bilər. Təklif olunan məlumatı 
öyrənən zaman şagirdlər bu suallara cavab axtarırlar

“Quşlar çoxalmadan sonra həyatlarına 
necə davam edirlər?”, “Hansı quşları oturaq və köçəri adlandırırlar?”, “Oturaq quşlara qışı 
keçirməyə nə kömək edir?”, “İlin hansı fəslində quşların köçməsini müşahidə etmək olar?”, 
“Quşların mövsümi uçuşları nə ilə əlaqədardır?” və s. Öyrənmə zamanı şagirdlərdə quşların 
mövsümi  hadisələrə uyğunlaşması haqqında təsəvvür yaranır, yerdəyişmələrinə görə 
quşları  təsnifetmə bacarığı yaranır. Nəticələri “Öyrəndiklərinizi yoxlayın” bölümündə 
təqdim olunan cədvəldə qeyd etmək mümkündür.  
Oturaq quşlar Köçəri quşlar Uçub 
gedən quşlar 
 
 
 
Dərsin sonunda müəllim müxtəlif situasiyalara aid məsələlərini təqdim edə bilər: 

 
Yaz gəlincə quşlar yuvalamağa başlayır. Meşə quşların səsi ilə dolur. Yayın 
sonunda isə onları  eşitmək olmur. Yazda quşların nəğmə oxumasını necə izah edə 
bilərsiniz? 

 
Qaranquşlar qışı keçirmək üçün cənuba köçür. Ağacdələnlər isə yaşadıqları yerdə 
qalır. Quşların belə davranışını izah edin.  

 
Həşəratyeyən qaranquşlar may-iyun aylarında geri qayıdır. Payızda da onlar 
birinci uçub gedir, sonra dənyeyənlər yaşayış yerini tərk edir. Su quşları tez qayıdır, 
lakin şaxtalar başlayan kimi uçub gedir. Bu hadisələr nə ilə əlaqədardır?  
Bu saytda  dərs üçün faydalı materiallar yerləşdirilmişdir:  
http://biolicey2vrn.ucoz.ru/index/sezonnye_javlenija_v_zhizni_ptic/0-180 
”Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təklif olunan tapşırıqda  şagirdlər düzgün 
ifadələri seçir, digərlərinin niyə səhv olduğunu izah edirlər.   
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunan tapşırıqlar həm dərs  ərzində, həm 
evdə yerinə yetirilə bilər. Dərslikdəki məlumatlardan istifadə edərkən şagirdlər ətcəbalalı və 
cücəbalalı quşların adlarını  cədvəldə qeyd edirlər. Oturaq, köçəri və uçub gedən quşları 
müəyyən edən şagirdlər yaşadıqları ərazidə hansı quşların yaşaması və bunun səbəbini qeyd 
edə bilərlər. Ehtiyac yaranarsa, müəllim lazımi qeydlər, əlavə və düzəlişlər edir.  
Qiymətləndirmə meyarları: istifadəetmə, fərqləndirmə, şərhetmə  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Quş yumurtasının 
quruluşunun 
öyrənilməsində 
laboratoriya ava-
danlıqlarından    yal
nız müəllimin 
köməyi ilə istifadə 
edir. 
 
Quş yumurtasının 
quruluşunun 
öyrənilməsində 
laboratoriya 
avadanlıqlarından  
istifadə 
qaydalarına qismən 
əməl edir.
 
Quş yumurtasının 
quruluşunun öy-
rənilməsində labo-
ratoriya avadan-
lıqlarından  istifadə 
qaydalarına, əsasən, 
əməl edir.
 
Quş yumurtasının 
quruluşunun öy-
rənilməsində labo-
ratoriya avadan-
lıqlarından  istifadə 
qaydalarına tam 
əməl edir.
 
Quşların çoxalma 
prosesini təsvir edir, 
Quşların çoxalma 
prosesini təsvir 
Quşların çoxalma 
prosesini təsvir edir, 
Quşların çoxalma 
prosesini təsvir edir, 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə