Microsoft Word ?Bdurr?Him mhm doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix05.04.2018
ölçüsü0,67 Mb.
#36008
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

43 


 

boşalmaları  nə  qədər  sürətli  olarsa  elektroensefaloqramada  ehtizazın  səviyyəsi  və 

herslə ölçülən titrəyişin tezliyi bir o qədər yüksək olur.  

     T.  Sitoviski  bu  və  ya  digər  davranışın  səbəblərinin  öyrənilməsi  üçün  ehtizaz 

konsepsiyasının  nə  qədər  vacib  olduğunu  göstərir.Ehtizazın  yüksək  səviyyəsi  yeni 

təəssüratlara diqqət yetirmə qabiliyyəti və sürətli reaksiya ilə əlaqədardır. Bu zaman 

hissiyyat  orqanları  daha  həssas  olurlar,  beynin  informasiyanı  işləməsi  qabiliyyəti 

artır,  əzələlər  işə  hazır  olur  və  ümumiyyətlə,  reaksiyanın  başlanmasından 

reaksiyanın  verilməsinə  kimi  olan  və  özünü  fəaliyyət  kimi  göstərən  reaksiya 

müddəti  ixtisar  edilir.  Etizazlıq  səviyyəsinin  yüksəlməsi  orqanizmin  təəssüratlara 

diqqət  yetirmə  qabiliyyətinin  səviyyəsini  yüksəldir  və  bununla  qıcıqlandırıcılara 

reaksiyanın serebral (zehni) mexanizminin təcili və birbaşa işləməsinə şərait yaradır. 

Beləliklə,  ehtizaz  səviyyəsinin  psixoloci  qiymətləndirilməsi  özünü  konkret 

situasiyada  həmin  fərd  üçün  motivləşdirmə  və  emosional  (hərəkətverici)  güclərin 

qiymətləndirilməsi  kimi  təqdim  edir.  Bundan  başqa,  ehtizaz  konsepsiyasının  izahı 

fərdin aktivləşmə səviyyəsinin fasiləsiz olması nəticəsinə gəlməyə imkan verir. 

    Firavanlıq  və  ehtizazın  optimal  səviyyəsi.  Aydın  olur  ki,  ehtizazın  səviyyəsi 

ümumi firavanlığın və ya diskomfortun hiss edilməsinə güclü dərəcədə təsir edir və 

deməli,  insanların  davranışlarının  müəyyən  edilməsində  iştirak  edir.  Həddən  artıq 

ehtizaz  insanlarda  gərginlik,  narahatçılıq,  əsəblilik,  iztirab,  qəzəblənmə  və  hətta 

vahimə yaradır. Eyni zamanda, həddən artıq zəif stimulyasiya və ya stimulyasiyanın 

olmaması isə cansıxıcılıq və ya müəyyən dərəcədə narahatçılıq, həmçinin daha çox 

ehtizaz arzusu yaradır. Əgər insanları uzun müddət ərzində fasiləsiz olaraq çox sadə 

və  ya  yeknəsəq  işləri  yerinə  yetirməyə  məcbur  edərlərsə,  bu onlarda qüssə doğura 

bilər. Psixoloqlar, komfortun və ya firavanlığın hiss edilməsi mənasında,  ehtizazın 

və ya stimulyasiyanın optimal səviyyəsinin

 mövcudluğunu qəbul edirlər. Əgər insan 

optimuma nail ola bilmirsə, onda gücdən düşmə, optimumdan yüksək səviyyəyə nail 

olduqda  isə  yorğunluq  və  narahatçılıq  hiss  edir.  Müşahidələr  göstərir  ki,  insanlar 

ümumiyyətlə ehtizazın aralıq səviyyyəsinin saxlanılmasına nail olmağa çalışırlar. 

           Biz, bu mərhələdə insanların motivasiyasının ümumi istiqamətinin birinci as-

pektini: komfortun təmin edilməsi və diskomfortun aradan qaldırılmasını qeyd edə 



 

44 


 

bilərik. Bu motivasiya, bir tərəfdən, gərginliyin azaldılmasını - müxtəlif cismani və 

psixoloci  tələbatları  ödəmyə  və  ehtizazın  səviyyəsi  çox  yüksək  olduqda  onu  aşağı 

salmağa imkan verən davranışı, digər tərəfdən, süstlüklə mübarizəni - stimullaşdır-

maya və ehtizazın səviyyəsi aşağı olduqda onun yüksəldilməsinə yönəldilən davra-

nışı nəzədə tutur. Davranışın bu iki tipinin bir ümumi xüsusiyyəti vardır: onların hər 

ikisi  uyğunsuzluğun  aradan  qaldırılmasına  və  «neqativ  rifahın»  təmin  edilməsinə, 

yəni qüssənin, narahatçılığın və ya diskomfortun aradan qaldırılmasına yönəlmişdir. 

qtisadçıların  nöqteyi-nəzərindən  insanların  bütün  fəaliyyəti,  o  cümlədən  istehlak 

fəaliyyəti  ehtizazın  və  ya  gərginliyin  azaldılması  prosesinə  əsaslandığından  onlar 

üçün bu proses mühüm əhəmiyyət kəsb edir. Biz buradan görürür ki,  iqtisadçıların 

nöqteyi-nəzərindən tələbat nəyinsə olmamasından və ya çatışmamasından başqa bir 

ş

ey  deyildir.  qtisadçılar  davranışın  digər tipini,  məhz  ehtizazın  həddən  artıq  aşağı 



səviyyəsinin  yüksəldilməsini  nəzərə  almırlar.  Bu  hal  insanların  həyat  səviyyəsinin 

yüksək  olması  sayəsində  gərginlikdən  yaranan  diskomfortun,  demək  olar  ki,  hiss 

edilmədiyi  və  stimulyasiyaya,  yeniliklərə  və  dəyişikliklərə  cəhd  edilən  varlı 

ölkələrdə tez-tez müşahidə olunur. 

     Yeni  istehlakçı  həm  də  xəyalpərəstdir.  Əlbəttə,  o,  məhsulu  həm  ondan  istifadə 

etmək  üçün,  həm  də  onda  olan  ovsunçuluq  naminə  və  onun  özünü  başqalarından 

fərqli  «mükafat»  kimi  təqdim  etməsinə  görə  alır.  Bəzi  hallarda  qüssə  ilə  mübarzə 

vasitəsi  kimi  çıxış  edən  qaneedici  stimulyasiyanın  axtarılması  olum  və  ya  ölüm 

məsələsi  ola  bilər.  Məsələn,  bu  yaşlı  adamlara  xasdır.  Uzunömürlü  insanların  ahıl 

yaşlarında sevimli işlə məşğul olmasından çox asılı olması hamıya məlumdur. 

    Qeyd  etmək  lazımdır  ki,  bütün  yeni  və  təəccüblü  olan  şeylər  müəyyən  həddə 

qədər  cəlbedici  olur,  bu  həddi  keçdikdən  sonra  o,  narahatçılıq  yaradır  və  qorxulu 

olur. Yenilik və təəccüblənmə səviyyəsi artdıqca cəlbedicilik səviyyəsi əvvəlcə artır, 

sonra isə aşağı düşməyə başlayır.  

      Müxtəlif  məhsulların  xüsusiyyətlərinin  məcmusu  sayəsində  yaranan  stimul-

yasiya insanın təmin olunmasının mühüm mənbəyidir. Marketoloqların fəaliyyətinin 

ə

sas  hissəsi  -  yeni  məhsulların  istehsalı,  seqmentləşdirmə  və  mövqeləşdirmə,  



kommunikasiya  və  irəlilədilmə  -  bu  gözləntilərin  təmin  edilməsinə  yönəlmişdir. 


 

45 


 

Məhsullar,  bu  yaxşı  və  ya  pis  olsa  belə  (uşaq  oyuncaqları  kimi),  əsəb  sisteminin 

qıcıqlandırıcısı rolunda çıxış edir. Lazımı oyuncaqlar olmadıqda uşağın intellektual 

inkişafı  ləngiyə  bilər.  Eyni  şeyi  yaşlı  insanlar  haqqında  da  demək  olar:  bütün 

qıcıqlandırıcılardan (onların əsas «göndəriciləri» istehlakçı cəmiyyətləridir) məhrum 

olmuş  insan  kədərlənə,  depressiyaya  düşə  və  özünü  məzlum  kimi  hiss  edə  bilər. 

Belə  alınır  ki,  orqanizm  üçün  yemək  və  hava  lazım  olduğu  kimi,  fasiləsiz  qıcıq-

landırıcılar  və  müxtəlif  təəssüratlar  axını  da  lazımdır.  Adamın  təbiəti  tələbatlara 



tələbat  hiss  edir.

  Bu  ən  sadə  motivasiya,  həmçinin  gərginliyin  azaldılmasına  cəhd 

edilməsi  fərdlərin  davranışlarının  çoxmüxtəlifliyinin  səbəblərini  izah  edir.  Bunlar 

iqtisadçıların  nəticələrində  ümumiyyətlə  yoxdur.  «Yeniliyin  axtarılması» 

nəzəriyyəsi  istehlakçıların  həyatların  dəyişdirməyə,  müxtəlifliyə  nail  olunmağa  və 

həyatlarına  hansısa  yenilik  gətirilməyə  yönəlmiş  davranışlarının  izahı  vəzifəsini 

yerinə yetirir. 

      Həzz almaya  tələbat.  Komfortun və ya diskomfortun hiss edilməsi ehtizazın 

səviyyəsilə  əlaqədardır  və  onun  meydana  çıxdığı  situasiyadan,  həmçinin  onun 

optimuma  nisbətindən  asılıdır.  Psixoloqların  eksperimentləri  sübut  etdi  ki,  həzz 

almaq  iztirabın  olmamasından  və  ya  komfortun  olmasından  asılı  hadisə  deyildir. 

Həzz  almaq  hissi  ehtizazın  səviyyəsinin  tərəddüd  etməsindən,  xüsusən  də  onun 

həddən  artıq  yüksək  və  ya  həddən  artıq  aşağı  səviyyəsinin  optimuma  yaxınlaşdığı 

vaxtdan başlayır. Həzz almanın iki mənbəyini göstərmək mümkündür:  onlardan biri 

tələbatların  ödənilməsinin  və  gərginliyin  aradan  qaldırılmasının;  digəri  isə  özünün 

stimulyasiyasının nəticəsidir. Tələbatın ödənilməsi özü-özlüyündə çox xoş bir işdir, 

o,  orqanizmi  həzz  alınana  qədər  və  hətta,  həzz  aldıqdan  sonra  da  uzunmüddətli 

fəaliyyətə sövq edir. 

Çox kasıb insanlar bir sıra hallarda yas və ya toy mərasiminə borc pul götürürlər. Bu 

davranış  varlı  ölkələrin  iqtisadçılarını  dəhşətə  gətirir.    Lakin  bayramların  qeyd 

edilməsi  sevincinin  müxtəlif  mədəniyyətə  malik  olan  insanlar  arasında  müşahidə 

edilməsi faktının özü də göstərir ki, çox ləziz xörəklər yemək  bu cür xörəkləri çox 

nadir  hallarda  yeyənlər  üçün  daha  çox  ləzzət  verir  və  salamat  olmaq  üçün  zəruri 

olan bioloci tələbatların siyahasında ən yüksək yer tutur. 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə