Microsoft Word berk senaye tul docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix08.04.2018
ölçüsü0,57 Mb.
#36683
1   ...   12   13   14   15   16   17   18   19   20

 

 

sərf olunan enerji miqdarından dəfələrlə az olur. (statistik məlumatlara görə enerji 



sərfi 75-80% az olur).  

2. “istixana” qazlarının miqdarı azalır; 

3. Alüminium və polad dəfələrlə təkrar emal oluna bilir; 

4. Torpaq və suyun çirklənməsi azalır. 

Göründüyü  kimi  metal  tullantılar  digər  tullantılara  nisbətən  dəfələrlə  təkrar 

emalda  istirak  edə  bilir.  Belə  təkrar  emallardan  uzun  müddət  müxtəlif  vaxtlarda 

yeni-yeni  məhsullar almaq  mümkün  olur.  Kiçik bir  araşdırma  aparaq.  Hər  hansı 

nəqliyyat    vasitəsinin  istismar  müddəti  bitdikdən  sonra  həmin  nəqliyyat 

vasitəsinin  metal  hissələri  çıxarılaraq,  yeni  avadanlıqların  istehsalı  üçün  təkrar 

emal  olunur.  Təkrar  emal  yeni  –  monotexnologiya  ilə  həyata  keçirildikdə  isə 

alınan ikinci xammal əvvlkindən daha möhkəm, davamlı olur. Bununlada iqtisadi 

itki azalır, ətraf mühitə edilən təsirlər aradan qaldırılmış olur. (faydalı qazıntıların 

çıxarılması nəzərdə tutulur). Monotexnologiya texnikanın bir çox sahələrini əhatə 

edən son dərəcə incə bir texnologiyadır və onun imkanları həddən artıq genişdir. 

Bu texnologiya ilə metalların tərkibindən lazım olmayan maddələri təmizləməklə 

istənilən  metal  xammaldan  lazımolan  struktura  uyğun  material,  hətta  qurğular 

hazırlamaq mümkündür. Hal-hazırda yüksək inkişaf etmiş ölkələrdə (Yaponiya və 

ABŞ-da)  nonomateriallar  əsasında  yüksək  keyfiyyətli  paltarlar,  geyim  əşyaları 

inşaat materialları, qablaşdırma və daşınma avadanlıqları çox möhkəm və davamlı 

metal məmulatları, proqlaşdırılmış qida məhsulları yüksək dərəcədə  aktiv bioloji 

və kimyəvi katalizatorlar, dərman preparatlarının daşıyıcıları və tibbi əməliyyatlar 

aparılır. 

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda qara və əlvan metallurgiyanın 

inkişafı üçün kifayət qədər mineral xammal ehtiyatlarına malikdir. Lakin hazırda 

istifadə  olan  istehsal  texnologiyaları  fiziki  və  mənəvi  cəhətdən  köhnəlmiş 

olduqlarından istehsalın səmərəliliyi aşağı olmaqla yanaşı ətraf mühitə mənfi təsir 

göstərilir.  Köhnəlmiş  avadanlıqlardan  istifadə  təbii  sərvətlərdən  hərtərəfli. 

Səmərəli  istifadə  etməyə  imkan  vermir.  Bu  sahədə  respublikamızda  ekoloji 




 

 

baxımdan  dayanıqlı  inkişafı  təmin  etmək  üçün  aşağıdakı  tədbirlərin  həyata 



keçirilməsi vacib sayılır: yeni texnologiyalar tətbiq edilməkdə metalların və metal 

məhsulların təkrar emalını, eyni zamanda ferroərintilərin qapalı istehsal şinlərinin 

yaradılmasının  təmin  edilməsi,  vahid  məhsulun  istehsalına  sərf  olunan  enerjinin 

miqdarının azaldılmasına gətirib çıxaran az enerjitutumlu texnologiyaların tətbiqi, 

təbii  ehtiyatlardan  səmərəli  istifadə  olunmasını  təmin  etmək  üçün  xammal 

mənbələrinin  istismarı  zamanı  maksimum  dərəcədə  itkilərin  qarşısının  alınması 

məqsədilə  müasir  metodlardan  istifadə  etməklə  müvafiq  tədbirlərin  həyata 

keçirilməsi,  istismarı  başa  çatmış  yataqların  ərazilərində  rekultivasiya  işlərinin 

aparılması,  yararlı  torpaq  sahələrinin  sıradan  çıxmasının  qarşısını  almaq 

məqsədilə yeni texnologiyalara əsaslanan poliqonların yaradılması. 

Ölkəmizdə  istismar  müddətini  başa  vurmuş  avtomobillərin  təhvil 

verilməsinin  təşkil  olunması  ilk  növbədə  istismar  ömrünü  başa  vurmuş 

avtomobillərin  təhvil  verilməsi  nəticəsində  əldə  olunacaq  dəmir,  polad,  mis, 

qurğuşun,  plastik  materiallar,  kauçuk,  şüşə  kimi  maddələrin  təkrar  emalı  və 

istifadəsi  təbii  ehtiyatların  tükənməsinin  qarşısını  nisbətən  alar.  Digər  tərəfdən 

daha  çox  yanacaq  sərf  edən  avtomobillərin  dövriyyədən  çıxarılması  atmosferə 

atılan zəhərli qazların miqdarını azaldar. Onu da qeyd etmək lazımdır ki, Avropa 

Birliyi ölkələrində avtomobillərin orta yaşı 8 ilə yaxındır

[ 27]



 



 

 

 



 

 

 



 


 

 

3.2.Rezin ovuntulardan neft bitumlarının modifikasiyasında 



istifadə olunmasının iqtisadi səmərəliyi və ətraf mühitin 

sağlamlaşdırılması 

 

Işlənmiş  şinlərin  təkrar  emal  üsullarını  araşdırarkən  onlardan  müxtəlif 



məqsədlər  üçün  istifadə  olunduğunu  gördük.  Bu  tullantıların  neftbitumlarının 

modifikasiyasında iştirakını araşdıraq. 

Neft  bitumlarına  olan  tələbat  günü-gündən  artır.  Lakin  bizim  ölkəmizdə 

istehsal olunan bitumlar, xarici ölkələrdə istehsal olunan bitumlardan keyfiyyətinə 

görə əsaslı sürətdə fərqlənirlər. Onlar «QOST 22245» tələblərinə cavab vermirlər. 

Odur  ki,  asfalt  örtüklərinin  hazırlanmasında  istifadə  olunan  YNB  (yol  neft 

bitumu) modifıkasiya etmək zəruriyyəti yaranır

[ 11]


Hazırda  yol  tikintisində  asfalt-beton  yol  örtüklərinin  hazırlanmasında 

ə

laqələndirici kimi bitum polimer kompozisiyasında istifadə olunur. Bu məqsədlə 



çox bahalı termoelastoplast DCT-30 istifadə olunur. 

Adətən  yol  bitumunun  plastik  intervalı  60-65°C-dən  yuxarı  olmur,  bu  da 

asfaltın üst səthinin örtülməsi üçün kifayət etmir. Bundan başqa özlülüyü azolan 

bitumlarda elastiklik xassəsi olmur. Kompozisiya materialının dayanıqlığı əsasən 

bitumun elastiki xassəsindən asılı olduğundan, onun əsasında hazırlanmış asfalt-

beton  mexaniki  təsir  altında  tez  dağılır.  Buna  görə  də  bitum  əlaqələndiricisinin 

elastiki  xassəsinin  artırılması  üçün  onun  polimerlərlə  modifikasiya  olunmasına 

böyük  ehtiyac  vardır.  Yalnız  polimerlə  modifikasiya  olunmuş  bitum  əsasında 

alınmış asfalt-beton örtüyü yüksək fıziki-mexaniki xassəyə malik olur. 

Aparılan  tədqiqat  işləri  göstərilmişdir  ki,  kompleks  imkanlarına  görə  bitum 

ə

laqələndiricisinin  xassələrini  yaxşılaşdıran,  ona  yüksək  elastik  xassə  verə  bilən 



yalnız  rezin  ovuntusu  ola  bilər.  Rezin  ovuntusunun  istismardan  çıxmış  şinlər 

ə

sasında  alındığını  nəzərə  alsaq,  onda  bu  modifikasiyanın  təkcə  bitumun  fıziki-



mexaniki  xassələrinin  yüksəldilməsi  məqsədi  daşımadığının  eyni  zamanda 

iqtisadi və ekoloji əhəmiyyət kəsb etdiyini görə bilərik. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə