Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

tənzimlənir”  (6-ci  maddə).  Göründüyü  kimi,  beynəlxalq  təşkilatın  hansı  müqaviləyə  tərəf  ola 
bilməsi, əsas etibarilə, həmin təşkilatın təsis aktından asılıdır. 
  Beynəlxalq  hüququn  digər  subyektləri  də  bu  və  ya  digər  dərəcədə  beynəlxalq  müqavilə 
bağlaya  bilərlər.  Məsələn,  xarici  işğaldan  və  ya  müstəmləkəçilikdən  azad  olmaq  uğrunda 
mübarizə  aparan  xalqı  rəsmi  təmsil  edən  qurumlar  beynəlxalq  sazişlərdə  iştirak  edə  bilərlər. 
Fələstin azadlıq Təşkilatının bir sıra beynəlxalq sazişə tərəf olması bizə yaxşı məlumdur.  
1986-cı ildə bağlanmış Nüvə qəzası barəsində operativ xəbırvermə haqqında Konvensiyada 
nəzərdə  tutulur  ki,  bu  Konvensiya  bütün  dövlətlər,  regional  təşkilatlar  da  daxil  olmaqla, 
beynəlxalq  təşkilatlar  və  Namibiya  (1990-cı  ildə  müstəqilliyi  elan  olunmuş  Namibiyanı 
nəmin  Konvensiya  ilə  danışıqlarda  Namibiya  üzrə  BMT  Şurası  təmsil  edirdi)  tərəfindən 
imzalanmaq üçün açıqdır.   
“Müqavilənin tərəfi” anlayşından danışarkən, sözü gedən Vyana Konvensiyalarında 
işlədilmiş  digər  uyğun  terminləri  də  bilmək  lazımdır.  Bu  terminlər  aşağıdaklardır: 
“danışıqlarda  iştirak  edən  dövlət” 
(və  ya  beynəlxalq  təşkilat)  –  yəni  müqavilənin  mətninin 
hazırlanmasında  və  qəbul  edilməsində  iştirak  etmiş  dövlət  (və  ya  beynəlxalq  təşkilat); 
“razılaşan  dövlət”  –   
yəni  müqavilənin  qüvvəyə  minib-minməməsindən  asılı  olmayarq, 
müqavilənin  məcburiliyinə  öz  razılığını  vermiş  dövlət;  “iştirakçı  dövlət”  –yəni  müqavilənin 
məcburiliyinə öz razılığını vermiş və müqavilənin onun üçün qüvvəyə mindiyi dövlət; “üçüncü 
dövlət” – 
yəni müqavilənin tərəfi olmayan dövlət. 
4.  Beynəlxalq  müqavilələrin  təsnifatı.Beynəlxalq  müqavilələri  aşağıda  göstərilmiş  əsaslara 
görə ayrı-ayrı növlərə bölmək olar:  
  I – iştirakçıların dairəsinə görə:   
  1) ikitərəfli müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr); 
  2)  çoxtərəfli  müqavilələr  (ikidən  artıq  dövlətin  iştirakçısı  olduğu  beynəlxalq  müqavilələr). 
Çoxtərəfli  müqavilələr  arasında  dünya  dövlətlərinin  ümumi  mənafeyini  əks  etdirən,  ümumi 
məsələlərin həllinə yönəlmiş universal müqavilələxüsusi yer tutur. 
  II – dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə
1)
  açıq müqavilələr (istənilən dövlət bu müqavilələrə heç bir hüquqi maneə olmadan 


tərəf ola bilər): 
2)
  qapalı müqavilələ(bu müqavilələrin anlayışı yuxarıda vermişdik). 
III – məzmununa görə
1)
  siyasi müqavilələr. Bu müqavilələrə, əsasən aşağıdakılar aiddir: 
müttəfiqlik haqqında müqavilələr – bu cür müqavilələrin iştirakçısı olan dövlətlər 
özlərinin  müəyyən  mənafelərini  qorumaq  məqsədilə  birgə  fəaliyyət  göstərməyı  öhdəsinə 
götürürlər;  
qarşılıqlı yardım haqqında müqavilələr – iştirakçı dövlətlər bir-birinə bu və ya 
digər sahədə yardım göstərmyi öz üzərlərinə öhdəlik kimi götürürlər; 
neytirallıq haqqında müqavilələr – bu müqavilələr vasitəsilə iştirakçı dövlətlər öz 
üzərlərinə öhdəlik götürürlər ki, hər hansı hərbi əməliyyatlarda iştirak etməsinlər və müəyyən 
əraziləri hərbi bazaya çevirməsinlər; 
  ç) sülh müqavilələri – bu müqavilələr müharibə vəziyyətini hüquqi baxımdan başa çatdırır 
və müharibədən sonrakı siyasi və digər münasibətləri müəyyən edir. 
  2) iqtisadi müqavilələr. Buraya daxildir:     
  a) ticarət müqavilələri; 
  b) əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər; 
  c) texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər; 
  ç) beynəlxalq hesablaşmalar haqqında sazişlər; 
  d) gömrük məsələləri və s. üzrə sazişlər: 
  3) xüsusi məsələlər üzrə sazişlər.
 Bu qrupa aşağıdakı sahələrdə bağlanmış müqavilələri daxil 
etmək olar: 
  a) nəqliyyat sahəsində; 
  b) rabitə sahəsində; 
  c) kənd təsərrufatı sahəsində; 


  ç) elmi əməkdaşlıq məsələləri üzrə; 
  d) hüquqi məsələlər üzrə; 
  e) ətraf mühitin mühafizəsi sahəsində; 
  ə) mədəniyyət sahəsində və s. 
5. Beynəlxalq müqavilənin strukturu 
  Hər bir beynəlxalq müqavilənin mətni, bir qayda olaraq, aşağıdakı quruluşda tərtib olunur: 
  1. Müqavilənin adı. 
 
Beynəlxalq  müqavilə  təcrübəsində  “müqavilə”  ümumi  anlayışı  altında  müxtəlif  konkret 
adlardan  istifadə  olunur;  (məsələn,  konvensiya,  saziş,  nizamnamə,  pakt,  xartiya,  bəyannamə, 
traktat, statut, konkordat və s.). 
  2. Preambula.   
  Preambula müqavilənin giriş hissəsinə deyilir. Burada, adətən, müqavilənin məqsədləri əks 
olunur.  Müqavilənin  ayrı-ayrı  müddəalarının  təfsiri  zamanı  preambula  müəyyən  rol  oynaya 
bilər. 
  3. Əsas hissəsi. 
  Müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyekti ilə bağlı olan hüquq və vəzifələri 
ifadə  olunur.  Əsas  hissə  ardıcıl  olaraq  bölmə  və  ya  fəsillərdən,  maddələrdən,  hissələrdən, 
bəndlərdən və yarımbəndlərdən ibarət olur. 
  4. yekun hissə.    
  Bu hissədə müqavilənin qüvvəyə  minməsi və xitam olunması şərtləri, müqaviləyə yenidən 
baxılması qaydası, müqavilənin tərtib olunduğu dil və s. kimi məsələlər öz əksini tapır. 
  5. Səlahiyyətli şəxslərin imzaları. 
 
6.  Bəzi  hallarda  beynəlxalq  müqavilələrin  protokollar,  əlavə  protokollar,  texniki  şərtlər, 
standartlar,  xəritələr  və  s.  şəklində  Əlavələri  də  olur.  Əgər  müqavilənin  özündə  göstərilirsə, 
Əlavələr həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.   
 6. Beynəlxalq müqavilələrin bağlanması 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə