Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   2   3   4   5   6   7   8   9   ...   29

 

mexanizminin  təkmilləşdirilməsi  sahəsində  görülməsi  vacib  olan  işlərə  toxunulur, 



istər  dünya  iqtisadiyyatında,  istərsə  də  ölkəmizdə  birjaların  fəaliyyətinin  idarə 

edilməsinin inkişaf istiqamətləri və perspektivləri tədqiq edilir.      

Dissertasiya işi nəticə və təkliflərlə başa çatdırılmışdır.      

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



FƏSIL I. ƏMTƏƏ BIRJALARININ FORMALAŞMASININ  

NƏZƏRI-METODOLOJI ƏSASLARI 

 

 

1.1  Müasir birja ticarətinin mahiyyəti və inkişaf tarixi 

nkişaf  etmiş  qərb  ölkələrinin  təcrübəsi  bazar  iqtisadiyyat  şəraitində  birja 

ticarətin  mühüm  rol  oynadığını  sübut  edir.  Birja  dedikdə  sözün  tam  mənasında 

təşkilati  cəhətdən  xüsusi  qaydada  formalaşmış,  müəyyən  əmtəələrlə  sövdələşmələr 

aparan  bazar  başa  düşülür.  Birja  -  əmtəələrin,  xammalın,  qiymətli  kağızların  satışı 

iləməşğul  olan  vaxtaşırı  fəaliyyət  göstərən  topdan  bazardır.  Onlar  bazar 

iqtisadiyyatının  iqtisadi  aləti  rolunu  yerinə  yetirir  və  əmtəələrin,  xammalın  və 

qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar.  

«Birja»  termini  latın  sözü  olub  (bursa),  «çanta»  mənasını  daşıyır.  XV  əsrdə 

Niderlandın iri ticarət mərkəzi Brüqqe şəhərində məşhur dəllal və pul dəyişən Van der 

Bursanın (termnin də məhz bundan yaranmışdır) evinin qarşısındakı meydanda xarici 

veksellər  əldə  etmək  və  ticarət  məlumatlarının  mübadiləsi  məqsədilə  dünyanın 

müxtəlif  ölkələrindən  tacirlər  yığılırdılar.  Beləliklə,  XV-XVI  əsrlərdə  birjalar 

Hollandiyada  (Niderland),  taliyada,  ngiltərədə yaranmışdır.  Birjaların  çiçəklənməsi 

XIX  əsrin  ikinci  yarısına  təsadüf  edir  və  istehsalını  inkişafı  və  ticarət,  nəqliyyat, 

rabitənin həcminin artması ilə bağlıdır. 

Birjalar  Avropada  ilkin  kapital  yığımı  və  onun  təmərküzləşməsi    dövründə  

yaradılmışdır. Bir  sıra  məlumatlara  görə  ilkin  birjalar   taliyada  (Venesiya, Renua, 

Florensiya)  meydana  gəlmişdir. Birjaların  meydana  gəlməsi  iri  manufakturaların  

yaradılması  və  beynəlxalq  ticarətin  inkişafı  ilə  əlaqədardır.  

1549 – cu  ildə Fransanın Lion və Tuluza şəhərlərində, sonralar isə  1556 – cı ildə 

Londonda  birjalar  yaranmışdır.  ABŞ  –  da  ilk  birjanın    yaranması  isə  1848  –  ci  ildə 

Çikaqo  birjalarının  fəaliyyəti  ilə  bağlıdır.  ABŞ  –  ın  və  Böyük  Britaniyanın  birjaları 

dünyanın ən iri beynəlxalq əmtəə  birjaları  hesab edilir. 



 

Birjaların    yardılmasında    dövlət    orqanları,  banklar,  sığorta    və    investisiya  



ş

irkətləri  və  fondları, ictimai, dini  və  xeyriyyəçi  təşkilatlar  və  qurumlar  iştirak  

edə  bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul  edilmiş  qərar əsasında yaradılır. 

Təsisçilər iclasda müəyyən edilmiş ölçüdə öz  paylarını  daxil  edirlər. Daxil  edilmiş  

pay  ölçüsündə  təsisçilər  birjanın  təsərrüfat  fəaliyyətinin  nəticələrinə  görə  əmlak  

məsuliyyəti   daşıyırlar.  Birja    dövlət    qeydiyyatından    keçdiyi   andan    hüquqi   şəxs  

statusunu  əldə  edir, birja  ticarəti  aparmaq  üçün  lisenziya  əldə  etdikdən  sonra  isə  

birja  sövdələşmələri  aparmaq  hüququna  malik  olur. Bununla belə birja , bazarın 

digər növlərindən fərqli olan  bir sıra xüsusiyyətlərə malikdir. Məsələn, birjada alqı-

satqı  əməliyyatları  bilavasitə  istehsalçı    və  istehlakçı  arasında  deyil  ,  öz  əlində  hər 

hansı bir əmtəəyə olan tələb və təklifi mərkəzləşdirilmiş vasitəçilər – ticarət agentləri , 

dəllallar və s. vasitəsilə həyata keçirilir. Birjalar  bazarın digər növlərindən (məsələn, 

yarmarkadan, auksiondan) fərqli olaraq daim fəaliyyət göstərir.  Onun öz daimi iş yeri 

və  iş  saatı  vardır.  Birjada  bağlanan  sövdələşmələrin  haqqı  qarşı  tərəfin  hesabına  ya 

dərhal,  ya  da  ki,  müəyyən  müddətdən  sonra  köçürülə  bilər.  kinci  halda,  birjada 

satılan məhsul dərhal sahibini dəyişib alıcının sərəncamına daxil olsa da, onun haqqı 

tərəflər  tərəfindən  razılaşdırılmış  müddətdə  ödənilir.  Həm  də  bu  zaman  alınmış 

ə

mtəənin  haqqının  ödənilməsi  ilə  birgə  satış  vaxtı  mövcud  olan  kursla  (səviyyə  ilə) 



hazırki (faktiki) kurs arasındakı fərq tərəflərdən biri tərəfindəndə ödənilir. 

Birjanın işində alıcı və satıcı simasında iştirak edən bütün tərəflər birja tərəfindən 

görülən  xidmətlər  üçün  uyğun  ödənclər  verirlər.  Bundan  əlavə,  birjada  yer  almaq 

üçün verilən haqq, bağlanılmış sövdələşmələrdən  komisyon ayırmaları və s.  

 

Birjada  keçirilən  əməliyyatlar  ya  onu  təşkil  edənin,  ya  da  ki,  müvafiq  dövlət 



idarəsinin  nəzarəti  altında  baş  verir.  Birjada  qiymətlərin  səviyyəsinə  təsir  etmək 

məqsədilə iri həcmli sövdələşmələr aparmaq, süni surətdə birja kursunun səviyyəsinin 

enməsi  və  qalxmasına  təsir  edə  biləcək  şayiələr  buraxmaq  qəti  qadağandır.  Hər  bir 

ölkədə  birjanın  normal  işini  süni  surətdə  pozan  halların  tətqiqi  ilə  birja  ticarəti 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə