Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   2   3   4   5   6   7   8   9   ...   29

13 

 

Birja ticarətinin təşkili və onun təşkilati quruluşu. Birja ticarəti birja işinin tərkib 



hissəsidir. Birja ticarətini təşkil etmək üçün birja ən əvvəl təchiz edilmiş bazar yerinə 

malik olmalıdır. Birja zalında açıq birja hərracını keçirən çoxsaylı alıcılar və satıcılar 

yerləşməlidir. Ticarətin təşkil olunması üçün birja ticarət qaydalarını hazırlamağı və 

ticarət  qaydalarına,  normalarına,  hərrac  iştirakçılarının  zalda  davranış  qaydalarına 

ciddi riayət etməsinə əməl etməlidir. 

Birja ticarətinin inkişafında mühüm amillərdən biri də universal mal birjalarının 

sayının  və  əhəmiyyətinin  artması,  mal  dövriyyəsinin  genişlənməsi  və  onların 

birləşməsidir.  Məsələn,  1977-ci  ildə  4  Amerika  birjası,  o  cümlədən  “Kommoditi 

eksçeyndg”, “Nyu-York merkenteyl eksçeyndg”, Nyu-York pambıq birjası, Nyu-York 

qəhvə və qənd birjası birləşərək, Nyu-York mal birjası birliyi yarandı. 

Birja  ticarəti  texnikasının  təkmilləşdirilməsi  bilavasitə  nəqliyyat  və  anbar 

sisteminin  təkmilləşdirilməsi  səviyyəsinin  yüksəldilməsi,  birjadan  kənara  sazişlər 

bağlamaq  üçün  “teletayp  bazarı”  vasitəsilə  vaxtında  və  etibarlı  əlaqələrin  və  eyni 

zamanda müvafiq keyfiyyət və çeşid üzərində nəzarət üçün müasir texniki vasitələrlə 

işlərin təmin edilməsilə bağlıdır. 

Ticarətin  təşkil  olunması  üçün  birja  ticarət  qayalarını  hazırlamağı  və  ticarət 

qaydalarına,  normalarına,  hərrac  iştirakçılarının  zalda  davranış  qaydalarına  ciddi 

riayyət etməsinə əməl etməlidir. Birja əməliyyatları bir sıra xüsuyyətlərə malikdir ki, 

bununda birja ticarətinə təsiri vardır. Bunlar   aşağıdakılardır: 

•  xüsusi yerlərdə keçirilmə; 

•  birja əmtəələri üzrə standart kütlələrlə (partiyalar, lotlar, dəstlər) keçirilmə; 

•  əmtəənin özü birjada olmadıqda onun təsviri üzrə keçirilmə; 

•  daimi keçirilmə; 

•  aşkar keçirilmə; 

•  qiymətqoymanın sərbəst olması; 

•  dövlət tərəfindən birbaşa tənzimlənməməsi; 




14 

 

•  vasitəçilər tərəfindən keçirilməsi; 



•  qanunlarda  və  birjanın  nizamnaməsində  göstərilmiş  vahid  qaydalarla 

keçirilməsi; 

•  əmtəənin keyfiyyəti nəzərə alınmaqla keçirilməsi; 

•  ixtisaslaşmaya məruz qalması. 



Azərbaycanda  birja  ticarətin  inkişafı.  Birjalar  bir  maliyyə  institutları  kimi 

milli  iqtisadiyyatlarda  bazar  mexanizmlərinin  bələdçisi  rolunu  oynayırlar. 

Azərbaycanın Asiya ilə Avropanın qovuşduğu mövqeyində uğurlu yerləşməsi, ölkədə 

limanın mövcud olması və neft,  ipək, duz, zəfəran, xalça  və  digər qiymətli  mallarla 

ticarətin  inkişafı  burada  birja  işinin  irəliləməsi  üçün  önəmli  rol  oynayıb.  Beləki, 

Qafqazda ilk birja institutu və Çar Rusiyası birja institutlarının biri 1886-ci il iyulun 

18-də Bakıda təsis olunub. Məhz bu gün, 122 il bundan əvvəl birinci Bakı birjasının 

nizamnaməsi qəbul olunub. Cavan ölkə üçün təşəkkülün çətin dövründə Azərbaycanın 

bank  sistemində  mütəşəkkil  valyuta  bazarının  yaradılması  zərurətilə  bağlı  məsələ 

ortaya çıxdı. Ölkədə valyuta birjasının yaradılması üzrə təşəbbüsü Azərbaycan Milli 

bankı və dövlət bankları öz üzərlərinə götürdülər. 

 

Bu il müasir Azərbaycanda birja alətləri ilə ticarət təşkilinin 18 ili tamam oldu. 



Dünya  təcrübəsindən  bəllidir  ki,  qiymətli  kağızlar  bazarı  bazar  iqtisadiyyatının  əsas 

təməlidir, məhz buna görə də ümummilli liderimiz möhtərəm Heydər Əliyevin 1998-

ci  il  dekabrın  30-da  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qiymətli 

Kağızlar üzrə Dövlət Komitəsinin yaranması haqqında verdiyi 58 saylı Fərmanı dünya 

maliyyə  təşkilatları,  xarici  sərmayədarlar  və  şirkətlər  tərəfindən  yüksək 

dəyərləndirilmişdir.  26  iyul  1999-cu  il  tarixində  «Azərbaycan  Respublikasının 

Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) fəaliyyətinin 

təmin  edilməsi  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanının 

imzalanması ilə ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının təməli qoyulmuşdur. 

     Birjada  çox  şəffaf  prosedurlar  nəzərdə  tutulub.  Buna  görə  də  qiymətli 

kağızların həm sahibləri, həm də alıcıları üçün bərabər imkanlar yaradılıb ki, onlar öz 



15 

 

hüquqlarından  istifadə  edərək  birja  fəaliyyətini  beynəlxalq  normalara  uyğun  olaraq 



həyata keçirsinlər. Artıq xarici maliyyə institutları Bakı Fond Birjasının səhmdarları 

sırasına  daxil  olmuşlar.  Bu  da  xarici  ölkələrin  Azərbaycanın  iqtisadi  inkişafına  olan 

inmadan  irəli  gəlir.  BFB-in  təsis    olunması,  Azərbaycanda  müasir  və  sivil  kapital 

bazarının yaradılması yolunda atılmış zəruri addım idi. Azərbaycan özünün geopolitik 

yerləşməsi  baxımından  işguzar  aktivliyin  vacib  regional  mərkəzi  kimi  çıxış  edir. 

Birjanın təsisçilərinin tərkibinə Azərbaycanın ən iri maliyyə və investisiya institutları, 

həmçinin də bir neçə iri xarici banklar və investisiya şirkətləri daxildilər.  

Beynəlxalq  təcrübə  göstərir  ki,  inkişaf  etmiş  kapitalist  ölkələrinin  xarici  ticarət 

ə

məliyyatlarının  aparılmasında  birja  fəaliyyətinin  xüsusi  çəkisi  50%-dən  çox  təşkil 



edir.  Lakin,  müasir  dövrdə  Azərbaycan  Respublikasında  əmtəə  birjalarının  xarici 

ticarət  əlaqələrində  xüsusi  çəkisi  2%-dən  çox  təşkil  etmir.  Bu  onu  göstərir  ki,  birja 

fəaliyyətinin  inkişafı  fond  bazarları  ilə  (xüsusilə  qiymətli  kağızlar)  disproporsiya 

təşkil  edir.  Buna  obyektiv  və  subyektiv  səbəblər  mövcuddur.  Əmtəə  birjalarının 

inkişafı  və  onların  dünya  səviyyəsinə  çıxması  üçün  mütləq  müasir  dövrdə  dövlət 

nəzarəti həlledici rol oynamalıdır. 

Təcrübədə birja ticarəti vasitəsilə ölkələr daxilində və hətta beynəlxalq miqyasda 

istehsal və istehlak vasitələri, kapital və səhmlər, pul vəsaitləri, xarici valyutalar, işçi 

qüvvəsi və s. bölüşdürücü və təkrarən bölüşdürülməsi təmin olunur. 

Azərbaycanın sosial inkişafı ilə əlaqədar olaraq xarici ticarətin inkişafında dövlət 

sektoru ilə bərabər (sənaye məhsulları), özəl sektorlarda (xüsusən aqro-sənaye komp-

leksi)  həlledici  rol  oynamalıdır.  Bunların  qarşılıqlı  əlaqəsi  mütləq  respublikada 

mövcud  olan  əmtəə  birjalarının  və  fond  bazarlarının  bir-biri  ilə  əlaqəsi  hesabına 

genişləndirmək olar. 

Bu  məqsədlə  aşağıdakı  tədbirlər  konsepsiyalarını  həyata  keçirmək 

məqsədəuyğun olardı: 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə