Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   2   3   4   5   6   7   8   9   ...   29

10 

 

qaydaları üzrə komitə və yaxud buna uyğun digət təşkilatlar məşğul olur, günahkarlar 



ciddi (cərimə ödəməklə, hətta azadlıqdan məhrum edilməklə və s.) cəzalandırılır. 

Birjalar fəaliyyət dairəsinə görə aşağıdakılara bölünür:  

•  Beynəlxalq birjalar – konkret əmtəə bazarlarına xidmət edən birjalardır. 

•  Milli birjalar – bir ölkə daxilində əməliyyatlar aparan və daxili bazara yönəlmiş 

birjalardır. 

Hal - hazırda dünyada fəaliyyət göstərən ən iri birjalar aşağıdakılardır: 

ABŞ-da iri birjalar: Çikaqo əmtəə birjası – 1919; Çikaqo ticarət birjası – 1848 ; 

Çikaqo opsion birjası ; Nyu-York əmtəə birjası- 1872 ; Nyu-York kofe, qənd və kakao 

birjası ; Nyu-York pambıq və sitrus malları birjası və s. 

ngiltərədə iri birjalar : London beynəlxalq maliyyə və fyuçers birjası ; London 

metal birjası – 1877 ; Beynəlxalq neft birjası – 1980. 

Yaponiyada  iri  birjalar  :  maliyyə  fyuçersləri  üzrə  Tokio  beynəlxalq  birjası  ; 

Tokio əmtəə birjası. 

Almaniyada : Avropa birliyi – 1997 

Fransada : Fransa beynəlxalq fyuçers bazarı – 1986. 

Satılan  əmtəələrin növlərindən asılı olaraq onların alqı – satqısı ilə məşğul olan 

birjalar  da  növlərə  bölünür.  Bunlardan  əmtəə,  valyuta,  fond  və  əmək  birjalarını  

göstərmək olar. Bu birjalar içərisində fond birjası ilə valyuta birjası prinsip etibarilə 

maliyyə bazarının birjalarıdır.  

Ə

mtəə  birjaları  topdansatış  ticarətin  başlıca  formasıdır.  Əmtəə  birjalarının  əsas 



məqsədi azad ticarətin həyata keçirilməsi, tələb  və təklifin təsiri altında yaranan bazar 

qiymətləri  ilə  əmtəələrin  alışı  və  satışı    üzrə  müqavilələrin  (kontraktların) 

bağlanmasından  ibarətdir.  Burada  alqı  –  satqı  aktları  kütləvi  aşkarlıq  formasında 

müəyyən edilmiş birja qaydaları əsasında, əvvəlcədən təyin edilmiş yerdə və vaxtda 

aparılır.  Birja  sövdələşmələrində  əmtəələr  əldən-ələ  keçmir.  Burada  satıcı  müəyyən 

olunmuş  müddətdə  alıcıya  müəyyən  miqdarda  əmtəə  verməyi  öhdəsinə  götürür. 




11 

 

Ə



mtəə birjalarında alqı-satqı zamanı alıcı ilə satıcı arasındakı hesablaşmalar ya həmin 

vaxtda, yaxud da müəyyən müddətdən sonra aparıla bilər. 

Fond  birjaları  bazar  iqtisadiyyatının  barometri  rolunu  oynamaqla  müəyyən 

dərəcədə mütəşəkkil bazardır. Fond birjalarında qiymətli kağızların alveri onlara olan 

tələb  və  təklifin  təsiri  altında  tez-tez  dəyişən  birja  kursu  əsasında  həyata  keçirilir. 

Fond  birjaları  bazar  iqtisadiyyatnın  ən  əsas  barometri  rolunu  oynayır.  Hazırda 

dünyada təqribən 250-yə yaxın fond birjası fəaliyyət göstərir ki, bunlardan da aparılan 

ə

məliyyatların  miqyasına  görə  ən  iriləri  və  məhşurları  Nyu-York,  London,  Tokio, 



Frankfurt birjalarıdır. 

Həm  əmtəə  birjaları,  həm  də  fond  birjaları  bizim  dövrümüzə  qədər  gəlib 

çatmışlar. Banklar və dövlət vergiləri ilə birlikdə birjalar müasir bazar iqtisadiyyatının 

ə

sas  tənzimləyicisinə  çevrilmişlər.  Məhz  birjalarda  ən  mühüm  valyuta  məzənnələri, 



qızılın  və  kütləvi  əmtəələrin  qiymətləri,  dövlət  öhdəliklərinin  və  fond  birjasında 

qiymətləndirilməyə  qəbul  edilmiş  özəl  şirkət  səhmlərinin  məzənnələri  müəyyən 

olunur. Fond birjalarında qiymətli kağızların alveri onlara olan tələb və təklifin təsiri 

altında  tez-tez  dəyişən  birja  kursu  əsasında  həyata  keçirilir.  Öz  növbəsində  həmin 

kursun səviyyəsinə qiymətli kağızlardan götürülən gəlirin (dividentin) və borc faizinin 

həcmi təsir göstərir. Fond birjası bazarın daimiliyini, likvidliyini və tənzimlənməsini, 

qiymətlərin  müəyyən  edilməsini,  bazar  konyukturasının  nəzərə  alınmasını  təmin 

etməlidir.  Bütün  birjalarda  qiymətli  kağızların  məzənnəsinin  dinamikasını  müəyyən 

etmək  üçün  səhmlərin  indeksi  hesablanır.  Bunların  başlıcası  Nyu-York  fond  birja-

sında məzənnəni göstərərn Dou-Cons indeksidir ki, bunun timsalında digər birjaların 

da indeksləri müəyyən edilir. 

Fond birjalarının əsas vəzifəsi hər iki tərəfi təmin edən qiymətlərlə əmanətlərin 

imkan  daxilində  tez  bir  zamanda  məqsədli  istifadə  olunmasını  təmin  etməkdən 

ibarətdir. Bu vəzifəni çoxsaylı agentlər, brokerlər, maklerlər, dillerlər yerinə yetirirlər. 

Broker  səhmlərin,  istiqrazların,  daşınmaz  əmlakın  alınıb-satılması  ilə  əlaqədar 

sövdələşmələrin  həyata  keçirilməsində  vasitəçilik  edən  şəxsdir.  O,  satış 




12 

 

ə



məliyyatlarının  yerinə  yetirilməsinə  kömək  edir,  yaxud  da  müştərinin  hesabına 

satışdan əvvəl və ya sonra gələn əməliyyatların həyata keçirilməsini yüngülləşdirir və 

bunun  müqabilində  komisyon  haqqı  alır.  Brokerin  aldığı  muzda  –  haqqa,  ingiliscə 

brokeric,  fransızca  kurtaj  deyilir.  Bu  haqq  ya  sövdələşmədə  alqı-satqı  əməliyyatının 

məbləğində  faiz  şəklində,  yaxud  da  sövdəsi  vurulmuş  obyektin  həcmi  nəzərə 

alınmaqla müəyyən edilir. Diler isə qiymətli kağızları öz vəsaiti ilə öz adına satın alır 

və  sonra  onları  başqalarına  satır.  Satışdan  əldə  edilən  əlavə  gəlir  onun  mənfəətini 

ə

mələ gətirir. 



Valyuta  birjalarının  mövcud  olduğu  ölkələrdə  (heç  də  bütün  ölkələrdə  belə 

birjalar  yoxdur)  valyuta  bazarında  həm  azad  həm  də  rəsmi  valyuta  kursu  fəaliyyət 

göstərir. Rəsmi kurs əsasında dövlətin bütün valyuta əməliyyatları həyata keçirilir. Bu 

kurs həm də valyuta birjalarının iş saatından kənara vaxt ərzində də həyata keçirilən 

bütün valyuta əməliyyatları üçün əsas meyar sayılır. 

Valyutanın  azad  kursu  banklararası valyuta  ticarəti  sahəsində  tələb və təklifin 

təsiri  altında  yaranır.  Bu  kurs  bankın  tədiyyə  qabiliyyətindən,  onun  vəsaitinin 

dövretmə  xüsusiyyətindən,  banklararası  işgüzar  münasibətlərin  xarakterindən  asılı 

olur.  Lakin  bununla  belə  burada  da  həmin  kursun  əsas  bazasını  birjada  formalaşan 

rəsmi kurs təşkil edir. Başqa ölkələrdə pul vahidləri ilə müqayisədə götürülən valyuta 

kursu birjalarda tam ədədin mində bir hissəsinə qədər dəqiqliklə müəyyən edilir.  

Bazar  iqtisadiyyatı  ölkələrində  iş  qüvvəsi  bazarı  bir  qayda  olaraq  dövlətə 

məxsus  olan  əmək  birjaları  vasitəsi  ilə  ifadə  olunur.  Hələ  XIX  əsrin  əvvəllərində 

yaranan  bu  birjalardan  məqsəd  öz  iş  qüvvəsini    satmaq  istəyən  şəxslə  sahibkar 

arasında  alqı-satqı  prosesində  vasitəçilik  etməkdən  ibarətdir.  Hazırki  dövrdə  əmək 

birjaları  işsizlərin  siyahıya  alınması  və  onların  işlə  təmin  olunması,  iş  yerlərini 

dəyişmək istəyənlərə uyğun  köməkliyin edilməsi üzrə xidmətlər göstərirlər. Bundan 

ə

lavə əmək birjaları iş qüvvəsinin tələb və təklifi üzrə bazarda olan vəziyyəti öyrənir, 



tələb  olunan  ixtisaslar  haqqında  zəruri  məlumat  verir,  gənclərin  peşəyönümündə 

onlara kömək edir. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə