Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə56/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

 
 
 
göstərməsi  məqsədilə  tələb  olunan  səviyyədə  kənd  təsərrüfatı 
məhsulları  cəmləşdirilir  və  onların  digər  məmulatlara 
dəyişdirilməsi funksiyalarının yerinə yetirilməsi üçün tədbirlər 
görülürdü. 
Tarixən  birjaların  müxtəlif  ölkələrdə  biri-birindən 
asılı olmadan ayrı-ayrı dövrlərdə meydana gəlməsi əsasən kənd 
təsərrüfatı  məhsullarının  istehsalı  ilə  bağlı  olması  artıq  təkzib 
edilməzdir.  Belə  ki,  hələ  qədim  dövrlərdə  kənd  təsərrüfatı 
məhsulları 
istehlakçıları, 
mülkadarların 
nümayəndələri, 
nəhayət  tacirlər  və  s.  yığılmış  malları  başqa  zəruri  məhsulları 
almaq  və  digər  maraqları  reallaşdırmaq  məqsədilə  bazara 
aparmışlar  ki,  mübadilə  edib  və  ya  sataraq  bu  prosesi  həyata 
keçirə  bilsinlər.  Bu  proses  və  alqı-satqı  əməliyyatları  əsasən 
aylıq  və  həftəlik,  bəzi  hallarda  isə  ilin  bir  mövzularda  baş 
verirdi.  Belə  ki,  Rusiyanın  ucqar  yeri  olan  Kamçatkanın 
Cənubunda  hər  il  yazbaşı  Yaponiya,  Çin,  Kanada,  ABŞ  və  s. 
ölkələrin  nümayəndələri  üçün  əsasən  qış  mövsümündə 
ovlanmış vəhşi heyvanlarının xəzlərinin satışı bazarının təşkili 
ilk sovet hakimiyyəti dövrünə kimi davam etmişdir. 
Lakin  tədricən  təcrübə  və  əmtəənin  üsulu,  istehsalı, 
çeşidi  və  alıcı  tələblər  artdıqca,  məhsulların  nəql  edilməsi  və 
saxlanılması  sistemlərin  yaxşılaşdıqca  bazarların  nəzdində 
anbarlar  tikilib  düzəldikdə  və  istənilən  tələblər  səviyyəsində 
məhsul  ehtiyatları  yaradılmışdır  ki,  ticarət  işləri  ildə,  ayda, 
həftədə birdəfə yay hər gün görülə bilinsin. Bu ondan irəli gəlir 
ki,  əhali  öz  tələblərini  natural  təsərrüfat  nisbətən  geniş  təkrar 
əmtəə  istehsalı  yolu  ilə  və  əsasən  ticarət  vasitəsilə  ödəyə 
bildiklərini  onlara  tarixin  acı  həqiqətləri  və  iqtisadi 
qanunauyğunluqları sübut etmişdir. 
Təcrübədə  belə  ticarət  sisteminin  yaradılması 
birjaların meydana gəlməsində körpü rolunu oynamışdır. 
Birjaların  ixtisaslaşmasına  başlıca  səbəb  isə  müxtəlif 
regionların  kənd  təsərrüfatları  məhsullarının  istehsalına  ciddi 
təsir  göstərən  təbii  iqlim  şəraitlərinin  biri-birindən  xeyli 


 
 
 
fərqlənməsi  olmuşdur.  Məhz  həmin  amilin  təsiri  altında 
pambıq istehsalı mərkəzlərində pambıq birjaları, taxıl istehsalı 
yayılmış  ərazilərdə  –  taxıl  (dənli  bitkilər)  birjaları,  digər 
məhsul  istehsalı  yayılmış  regionlarda  isə  bu  kimi  birjalar 
yaradılmışdır. 
Tədricən  isə  kənd  təsərrüfatı  məhsullarının  həmin 
topdansatış  bazarlarında  məhsulları  nümunələr  və  əvvəlcə 
razılaşdırılmış  sövdələşmə  müqavilələri  əsasında  realizə 
etməyə  başlamışlar.  Beləliklə,  birja  ticarəti  xeyli  təkmilləşmiş 
və nəhayət XX əsrin əvvəlindən meydana məhsul keyfiyyəti və 
standart  satış  nümunəsinin  miqdarını  özündə  əks  etdirən  alqı-
satqı  sazişləri  gəlmişlər.  Bunun  nəticəsində  birjalar  vasitəsilə 
real  əmtəələrin  yerinə  onların  alqı-satqı  sövdələşmə  sənədləri 
olan sazişləri və ya müqavilələri satmağa başlamışlar. 
Təsərrüfatçılıq 
təcrübəsini 
və 
iqtisadiyyat 
mədəniyyətini  özündə  əks  etdirən  ilkin  mənbələrə  görə  əmtəə 
birjası  bazarda  məhsul  satışı  sahəsində,  çətin  və  mürəkkəb 
təkamül  yolu  keçərək,  elə  inkişaf  etmişdir  ki,  artıq  məhsul 
satışı başlıca vəzifə olmayaraq ön plana aşağıdakılar çəkilirdi: 
-  əmtəələrə  qiymətlərin  təyin  edilməsi  və  alqı-satqı 
iştirakçılarına  qiymətlərin  səviyyəsi  haqqında  informasiyanın 
verilməsi; 
- əmtəələr üzrə tələb və təklifin ödənilməsi prosesinin 
ahəngdarlaşdırılması,  yəni  plan  tələbatı  ilə  onun  faktiki 
səviyyəsinin uyğunlaşdırılması; 

bazarda 
malların 
qiymətlərinin 
dəyişməsi 
nəticəsində  alıcı  və  satıcıların  təsərrüfat-maliyyə  risklərinin 
sığorta edilməsi sisteminin yaradılması və s. 
Yaxın  keçmişdə  –  sosializm  şəraitində  bütün  bu 
vəzifə və funksiyalar dövlət inhisarında (Dövlət plan komitəsi, 
Dövlət  qiymət  komitəsi,  Dövlət  maddi-texniki  təchizatı  və 
satışı  sistemində,  Dövlət  sığorta  qurumlarında  və  s.) 
cəmləşmişdir. Həmin dövrlərdə bu məsələlərin hamısının həlli 
inzibati-amirlik  metodları,  sağlam  düşüncə  və  iqtisadi 


 
 
 
reallıqdan  siyasətin  üstün  tutumlması  şəraitində  həyata 
keçirilirdi.  Özünün  təxminən  75  illik  tarixi  mövcudluğu 
dövründə  sosializmin  «kommunist  gələcəyə»  getdiyi  dövrdə, 
bazar  iqtisadiyyatı  öz  işləmə  mexanizmi  və  strukturlarını 
təkmilləşdirərək məcərasından çıxmadan irəli getmiş və inkişaf 
etmişdir. 
Beləliklə,  mövcud  iqtisadi  vəziyyəti  nəzərə  alaraq 
Azərbaycanda  sivil  bazar  birjalarını  heç  olmazsa,  əsrimizin 
əvvəlindəki kimi bərpa etməli və yeni dövrün tələblərinə uyğun 
qurmalıyıq. 
Bazar  iqtisadiyyatı  şəraitində  tərəflər  arasında 
kommersiya  sövdələşməsinin  şərtləri  və  qiymətləri  haqda 
əvvəlcədən  yox,  yalnız  sazişlərin  bağlanması  və  alqı-satqı 
əməliyyatları  bilavasitə  reallaşan  zaman  qarşılıqlı  razılıq  əldə 
olunur.ı  əmtəə  birjasında  isə  cari  və  perspektiv  qiymətlərin 
təyin  edilməsi  üçün  təsirli  mexanizm  mövcuddur.  Bu 
mexanizm  elmi  nailiyyətlərə  və  təcrübəyə  arxalansa  da  onun 
özəyini birja ticarətinin inkarlıq şərti əsasında qurulması təşkil 
edir.  Belə  ki,  birjalarda  bütün  iştirakçıların  qeydiyyatı, 
sövdələşmələr və apardıqları əməliyyatlar açıq həyata keçirilir. 
Təcrübədə 
dünyanın 
aparıcı 
birjalarında 
gələcəkdə 
göndəriləcək  əmtəələrin  qiymətləri  kompüter  texnikası 
kommunikasiya  sistemləri,  o  cümlədən  « nternet»  şəbəkəsi  və 
dövrü  mətbuatda  açıq  informasiya  kimi  bütün  marağında  olan 
tərəfləri  üçün  sərbəst  yayımlanır.  Bütün  bunlar  kommersiya 
sövdələşmələrindəki 
potensial 
tərəfmüqavillərin 
harada 
yaşamasından  asılı  olmayaraq  dünyanın  aparıcı  birjaların 
qiymətləri ilə tanışlıqdan sonra öz aralarında istənilən alqı-satqı 
sazişlərini bağlamağa imkan verir. Deməli əmtəə, valyuta və s. 
birjası  kommunikativ  vəzifəsi  ilə  yanaşı  bazarda  məhsul, 
xidmət, valyuta və s. qiymətlərinin tənzimləyicisi funksiyasını 
da  yerinə  yetirir.  Bütün  bunları  nəzərə  alaraq  ölkəmizin 
müxtəlif  regionlarında  satıcı  alıcı  və  vasitəçilərin  kənd 
təsərrüfatı  məhsullarına  və  s.  dair  tələb,  təklif  və  qiymətlər 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə