Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə57/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

 
 
 
haqqında  informasiya  təminatı  sisteminin  yaradılması  hamı 
üçün gərəkli olardı. 
Bazar  iqtisadiyyatı  qanunları  ilə  yaşayan  ölkələrdə 
istehsal, 
məhsul 
və 
xidmətlər 
satışının 
həcminin 
planlaşdırılmasına,  o  cümlədən  planların  faktiki  qiymətlərin, 
tələb  və  təklifin  tarazlığının  tərtib  edilməsi  və  üzərlərində 
düzəlişlərin  aparılması  üçün  müəyyən  mexanizm  və  vasitələr 
çoxdan  mövcuddur.  bütün  bunlar  əsasən  birjalar  vasitəsilə 
reallığa  çevrildiyi  üçün,  onların  yolu  bazar  iqtisadiyyatında 
planauyğunluğun təmin edilməsində ilbəil yüksəlir. 
Hal-hazırda  iqtisadiyyatın  dövlət  tərəfindən  təşkili, 
planlaşdırılması və idarəedilməsinin nizama salınması şəraitdə 
Azərbaycan  Respublikasının  müxtəlif  rayon  və  şəhərlərində 
sənaye  və  kənd  təsərrüfatı  məhsullarının  istehsalçıları  ilə 
əmtəəlik  mal  istehsalı  və  göndərilməsinə  dair  müqavilələr 
(sazişlər)  bağlayan  biri-biri  ilə  rəqabətə  girən  alternativ 
strukturları  yaradılması  məqsədəuyğundur.  Bütün  bunlar 
fyuçers  bazarlarının  yaradılmasının  təməlini  qoyur  və  əsasən 
əmtəə  birjaları  vasitəsilə  opsion  və  forvard  sövdələşməsi  və 
əməliyyatlarının yayılmasının səbəbkarı olar. 
Müasir  əmtəə  birjalarında  tələb  və  təklifin 
proqnozlaşdırılması  əsasında  gələcəkdə  məhsul  göndərilməsi 
üzrə saziş planları üzrə sövdələşmələr aparılır və yeri gəldikdə 
bununla  bağlı  müvafiq  sazişlər  bağlanılır.  Siyasi  vəziyyət, 
iqtisadi  və  sosial  durumlarda  gözlənilən  və  gözlənilməz 
dəyişməsi,  hətta  təbii-iqlim  xarakterin  qarşısı  alına  bilməyən 
fors-macor hadisələri baş verdikdə bazarda yeni, bəzən isə artıq 
plan-sazişlər  peyda  ola  bilərlər.  Təcrübədə  həmin  plan-
sazişlərin  son  icra  müddətinə  kimi  onlar  müxtəlif  qiymətlərlə 
bir  neçə  dəfə  alınıb-satıla  bilərlər.  Lakin  necə  olunsa  olsun 
onlar mütləq icra olunurlar, yəni satıcılar öz məhsullarını satır, 
alıcılar isə onlara lazım olan məlumatları alırlar. 
Plan-müqavilələrin  (sazişlərin)  alınıb  satılmasının 
mənası 
ondan 
ibarətdir 
ki, 
birjalar 
kommersiya 


 
 
 
sövdələşməsinin tərəfmüqavillərinin müəyyən təminat verirlər. 
Belə  ki,  satıcılar  məhsullarının  əvvəlcədən  razılaşdırılmış 
qiymətlərlə  satılmasına  əmin  olurlar,  alıcılar  isə  müqavilənin 
icrası başa çatan müddətə kimi qiymətlər  yüksəlsə belə həmin 
məhsulu  heç  olmazsa  rahatca  sazişdə  göstərilən  qiymətlərlə 
alacaqlarına  təminat  qazanırlar.  Birjadan  belə  nəticəyə  gəlirik 
ki,  əmtəə  və  digər  birjaları  iş  qabiliyyətinə  malik  əhalinin 
məşğulluğu  və  qiymətlərin  nisbi  stabilliyinin  təminatçısına 
çevrilirlər.  Bazar  iqtisadiyyatı  şəraitində  bütün  bunlar  çox 
vacibdir,  çünki  mahiyyətcə  əmtəə  və  d.  birjalarının  rolunun 
artması sahibkarlıq, ticarət və kommersiya fəaliyyəti ilə məşğul 
olanların,  o  cümlədən  cəmi  bazar  iqtisadiyyatı  subyektlərinin 
təsərrüfat-iqtisadi  risklərinin  səviyyəsini  azaltmağa  və  onların 
hamısını bazarın qeyri-müəyyənliyindən irəli gələn baş verəcək 
maliyyə itkiləri və iflaslardan bir qədər mühafizə edir. 
Birjaların  həyata  keçirdiyi  əməliyyatların  əhəmiyyəti 
və miqyasını nəzərə alaraq görünür bu sahədə tam aydın dövlət 
siyasəti 
formalaşmalı. 
Bununla 
yanaşı, 
sivil 
bazar 
münasibətlərinin  cəmiyyətdə  təsdiq  edilməsi  üçün  kifayət 
qədər  qanun,  qaydalar  və  infrastruktur  şəbəkələrinin,  o 
cümlədən  sahibkarların  təsərrüfat  risklərinin  effektli  sığorta 
sistemi yaradılması və işə düşməsi məqsədilə dövlət qayğısı və 
nəzarəti sisteminin olması yerinə düşərdi. 
Əmtəə və digər birjaların üstün cəhətlərindən biri də 
onların  malların  satıcı  və  alıcılarının  təsərrüfat-iqtisadi 
münasibətlərinin 
tənzimləyicisi 
rolunda 
çıxış 
etməsi, 
tərəfmüqavillərin  maraqlarının  həyata  keçirilmələri  və 
əməliyyatlarının  hüquqiliyinin  təminatçısı  sifətində  çıxış 
etməsidir. Belə ki, əmtəə və digər birjaları məhsul satışlarını və 
kommersiya  sövdələşmələrinin  görüşmələrini  təşkil  edərək, 
onların 
təsərrüfat-iqtisadi 
(inteqrasiya) 
münasibətlərini 
əlaqələndirməyə çalışır. Bununla yanaşı onlar (birjalar) məhsul 
göndərişi  və  sazişlərin  satışı  üzrə  alqı-satqı  əməliyyatlarının 
məhsul  sifətində  çıxış  edir  ki,  bu  da  tərəflər  arasında  hüquqi 


 
 
 
münasibətlərinin  möhkəmləndirilməsində  müqavilə  şərtlərinin 
pozulması hallarında həddindən artıq vacibdir.  
Birjaların  büdcə  və  digər  üstün  cəhətlərini  dərk 
edərək  onların  fəaliyyətlərini  qeyri-qanuni  metodlar  və 
uzaqgörməyən 
birtərəfli 
qanunlarla 
məhdudlaşdırmaq 
ölkəmizin  iqtisadi  təhlükəsizliyinə  sarsıdıcı  zərbə  vurabilər. 
Əksinə dövlət qayğısı sayəsində birjaların şəbəkəsi və təşkilatı 
quruluşunun təkmilləşdirilməsi cəmiyyətin resurs potensialının 
milli  iqtisadiyyatı  möhkəmləndirilməsi  üçün  səfərbər  etməyə 
və  birjaların  imkanlarının  korrupsiya  ilə  mübarizəyə 
yönəldilməsinə yardımçı olar.  
Birjalar  vasitəsilə  satılan  malların  əksəriyyətinin 
bazar  tutumu  kifayət  qədər  böyükdür.  Bununla  əlaqədar  bazar 
iqtisadiyyatına  keçiddə  birja  ticarəti  iqtisadiyyatın  fəaliyyət 
mexanizminin  ən  zəruri  bazar  infrastrukturu  elementlərindən 
biri olmalıdır. 
Ölkəmizdə bir çox rəhbər işçiləri və mütəxəssislər on 
illər  ərzində  görüb-götürdükləri  planlı  təsərrüfat  sistemi  və 
yazılmamış  korrupsiya  qanunlarının  hökmranlığı  şəraitində 
iləməyə  alışdıqlarından  yeni  bazar  münasibətləri  sistemini 
özlərinə məxsus şəkildə qəbul edirlər. Onların çoxunun təhsili 
və  iş  tərzi  dövrün  tələblərinə  cavab  vermir.  Bununla  əlaqədar 
onlar azad bazar iqtisadiyyatına, qeyri-sabit bazar qiymətləri və 
təminatsız  məhsul  satışına  inamsız  yanaşırlar.  Lakin  unutmaq 
lazım deyildir ki, beynəlxalq təcrübədə sınaqdan çıxmış birjalar 
ciddi  qayda-qanunları,  sazişlərin  yerinə  yetirilməsinin 
təminatçısı,  perspektiv  planların  kifayət  qədər  uzunmüddətliyi 
tərəflər  arasında  kələkbazlığa  sipər  duran  sınaqdan  çıxmış 
qurumlar və fəaliyyət sisteminə malikdirlər.  
Birjaların  bu  imkanlara  malik  olması  ölkəmizin 
dövlət  təsərrüfat  rəhbərləri  üçün  diqqətə  layiq  cəlbedici 
psixoloci    fon  şəxsi  motivlər  və  iqtisadi  təfəkkürün  məhdud 
olması  onlar  tərəfindən  birjaları  və  ümumiyyətlə  bazar 
infrastrukturu  şəbəkələrini  dərindən  dərk  etmək  və  layiqincə 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə