Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə55/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

 
 
 
Bununla  belə  əmtəə  birjası  Maddi  Ehtiyatlar 
Nazirliyinin  1997-ci  ilin  yayından  varisi  olan  «Azərkontrakt» 
səhmdar  cəmiyyətinin  ölkəmizin  daxili  və  xaricində  yayılmış 
geniş  şəbəkəsi  və  əlaqələrindən  istifadə  edərək,  müxtəlif 
regionlarda  və  bəzi  hallarda  xaricində  də  əvvəlcədən  təyin 
olunmuş  yaşayış  məntəqəsində  birdəfəlik  və  vaxtaşırı  satışlar 
keçirə,  filialları  və  ya  məntəqələrini  yarada  bilər,  dövlət 
əmlakının 
satışında, 
fyuçers 
əməliyyatlarının 
həyata 
keçirilməsində  və  s.  iştirak  edə  bilərlər.  Lakin,  əvvəl  qeyd 
edildiyi kimi, dövlət orqanlarının fəaliyyətindəki əlaqəsizlik və 
sivil  bazar  qanunları  və  prinsiplərindən  uzaq  olan  təsir 
dairələri,  bazarlar  və  mənfəətlər  uğrunda  gedən  qanunsuz 
rəqabət mübarizəsi heç bir bazar infrastrukturu, eləcə də əmtəə 
və  digər  birjaların  heç  birinə  öz  təşkilat  və  idarəetmə 
strukturlarını  optimallaşdırmağa  və  nizamnamələri,  dövlət 
əhəmiyyətli  proqram  və  əsasnamələrdə  göstərilmiş  vəzifə  və 
funksiyalarını effektli icra etməyə imkan vermir. 
Bazar  iqtisadiyyatı  rəqabətsiz  mövcud  ola  bilməz. 
Artıq  indi  Azərbaycanda  fəaliyyət  göstərən  çoxsaylı  xarici 
şirkətlər  milli  iqtisadiyyatımızın  ən  gəlirli  sahələrini  ələ 
keçirərək, ölkənin sivil iqtisadi siyasətinin həyata keçirməsində 
problemlər  yaradırlar.  Onların  əksəriyyətinin  möhkəm 
maliyyə-iqtisadi  bazası  və  yüksək  ixtisaslı  mütəxəssisləri 
vardır.  Vaxt  keçəcək  həmin  şirkətlər  özlərinin  birjalarını 
yaratmaq  iddiasına  düşəcəkləri  şübhə  doğurmur.  Bu  prosesin 
qarşını  almaq  üçün  öz  milli  birjalarımızın  mövqelərini 
möhkəmləndirməyə  tələsmək  gərəkdir.  Belə  ki,  Bakı 
Respublika  Əmtəə  Birjasının  yerləşdiyi  birja  bizim  indiki 
iqtisadi  şərait  üçün  şübhə  doğurmur,  lakin  beynəlxalq  tələblər 
və təcrübə baxımından onun yeri və maddi-texniki bazası daha 
yaxşı  və  müvafiqləri  ilə  əvəz  edilməlidir.  Buna  görə  əmtəə 
birjasının  müasir  tələblərə  cavab  verən  layihəsi  işlənib 
hazırlanmalı və onun inşaası üçün şəhərin işgüzar mərkəzində 
ərazi ayrılmalı və ya başqa əlverişli tədbirlər görülməlidir. 


 
 
 
Azərbaycan 
Respublikasının 
«Əmtəə 
birjası 
haqqında»  Qanununda  qeyd  edilib  ki,  əmtəə  birjası  birbaşa 
birja  ticarəti  ilə  əlaqədar  olmayan  kommersiya  fəaliyyəti  ilə 
məşğul  olmur  və  mənfəət  (gəlir)  götürmək  məqsədi  güdmür. 
Bununla  beəl  əmtəə  birjasını  məcbur  edirlər  ki,  böyük 
məbləğdə  vergilər  versin.  Misal  üçün  1997-1998-ci  illərdə 
respublika əmtəə birjası 142989,9 mln. man.(yəni 28598 AZN) 
məbləğində vergi ödəmişdir.
1
  
Bu faktlar, bizim iqtisadiyyatı tənzimləyən qanunların 
uyğunsuzluğu  və  ziddiyyətli  olmasından  bəhs  edir.  Görünür, 
əmtəə  birjasının,  o  cümlədən  cəmi  iqtisadiyyatın  mövqeyini 
möhkəmləndirmək  üçün  qanunlarımızın  bəzi  bəndlərinə 
yenidən baxılıb təkmilləşdirilməsi məsləhətdir. 
ldən-ilə  respublika  əmtəə  birjasında  işçilərin  sayı 
xarici mühitin təsiri altında, eləcədə əməkhaqqı fondları qənaət 
etmək  naminə  daima  azaldılır.  Belə  ki,  əgər  həmin  birjada 
1991-1999-cu  illərdə  59  adam  çalışırdısa,  dövr  keçdikcə 
onların  sayı  minimuma  endirilmiş  və  2008-ci  ilin  əvvəlində 
cəmi 5 nəfər təşkil edirdi ki, onların da orta əməkhaqqı 1998-ci 
ilə  nisbətən  eyni  səviyyədə  qalmışdır,  baxmayaraq  ki,  keçmiş 
on il ərzində ölkəmizdə inflyasiya 1,5-2 dəfə yüksəlmişdir. 
Bakı  şəhəri  respublika  əmtəə  birjasının  fəaliyyəti 
problemləri  birja  ümumi  təsəvvür  yaratmaq  üçün  onu  qeyd 
edək  ki,  2008-ci  ilin  əvvəlinə  onun  nizamnamə  kapitalı  cəmi 
2360, əsas vəsaitlərin qalıq dəyəri isə 3000 AZN olmuşdur.
2
 
2008-ci ilin əvvəlinə isə onun digər əsas göstəriciləri 
belə olmuşdur: 
                                                 
1
  Мювжуд  ганунверижилийя  эюря  Азярбайжан  Республикасында  еля 
верэиляр вар ки, онлар мцяссися вя тяшкилатларын малиййя-игтисади 
вязиййятляринин  йахшы  вя  йа  пис  олмасындан  асылы  олмадан 
юдянилмялидир. 
2
  Бу  вя    диэяр  конкрет  эюстярижиляр  Бакы  Республика  ямтяя 
биръасындан эютцрцлмцшдцр. 


 
 
 
Təsisçilərin sayı – 9 . 
Üzvlərin sayı – 16 . 
Broker firmalarının sayı –37 . 
- Təsisçlik haqqı 1 il ərzində –10000 AZN. 
- Üzvlük haqqı – 5000 AZN. 
- Broker yerinin haqqı – 25000 AZN. 
Keçirilmiş hərracların sayı – 51.  
Bağlanmış müqavilələrin (əqdlərin) sayı – 11.  
Onların ümumi məbləği –22160 AZN. 
Tutulan birja rüsumunun orta faizi –  2,5.  
Digər birjalarla bağlanmış müqavilələrin sayı –50. 
Xidmət göstərilmiş müəssisələr və təşkilatların sayı – 
1089 
lin maliyyə nəticələri –  -5429 AZN. 
Birja  vasitəsilə  əsas  satılan  malların  çeşidi  istehsal-
texniki  təyinatlı  məhsullarıdır.  Son  on  bir  il  ərzində  Bakı 
Respublika  Əmtəə  Birjasının  maliyyə  nəticələri  mənfi  olduğu 
üçün təsisçilərinə dividendlər ödənilməyib. 
 
10.3.  qtisadiyyatın təşkili, planlaşdırılması və 
idarəedilməsində birjaların rolunun artırılması 
 
Müxtəlif  ölkələrdə  milli  iqtisadiyyatların  inkişaf 
etməsi  və  formalaşmasında  birjaların  rolu  və  yeri  uzun 
müddətli  təkamül  prosesi  nəticəsində  yaranmışdır.  Yuxarıda 
qeyd  edildiyi  kimi,  ilkin  əvvəllər  əmtəə  birjaları  düşünülmüş 
qaydada  məqsədyönümlü  formada  yox,  tədricən  –  əmtəə-pul 
münasibətlərinin  inkişafı  və  təkmilləşdirilməsinin  nəticəsi 
kimi,  həmçinin  müxtəlif  fəaliyyət  sahələri  üzrə  ixtisaslaşan 
insanlar  arasında  ictimai  əmək  bölgüsünün  dərinləşməsi 
nəticəsində  meydana  gəlmişlər.  Belə  ki,  beynəlxalq  təcrübədə 
ilkin  əmtəə  birjaları  elə  ölkələrdə  yaranmağa  başlamışdır  ki, 
onlarda  kənd  təsərrüfatı  məhsullarının  kütləvi  istehsalı  inkişaf 
etmişdir. Bu kimi bazarlarda əmtəə birjalarının daimi fəaliyyət 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə