Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə51/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

 
 
 
- zəif; 
- güclü. 
IV. Münaqişənin nəticələri
- münaqişənin tam həlli; 
- qismən həlli; 
- əvvəlki vəziyyətə qayıtmaq. 
V. Münaqişənin aradan qaldırılması yolları
- xeyirxahlıq və özünüidarəedəbilmə; 
- «neytralladırıcı» fikirdən istifadə olunması; 
- üçüncü şəxsin iştirakı; 
- münaqişələri araşdırmaq; 
- münaqişələrin kəskinləşməsinə toxunmamaq; 
- münaqişənin operativ həlli. 
Birjaların 
əksəriyyətində 
hüquqi 
cəhətdən 
münaqişələri  həll  etmək  üçün  xüsusi  sistem  mövcuddur. 
Tərəflər  arasında  münaqişəni  onlar  həll  edə  bilmədikdə  işə 
dövlət  arbitrac  və  ya  iqtisad  məhkəməsi  qoşula  bilər.  Bunun 
üçün birja rəhbərliyi, tərəflərdən biri və ya müəyyən hadisə ilə 
bağlı  hüquq  mühafizə,  vergi  orqanıı  və  s.  rəsmi  qaydada 
müraciət etməlidirlər. 
Münaqişəli vəziyyətlərdə  özünü necə aparmalı. 
Ziddiyyət    konflikt  nədir?  Ümumi  şəkildə  bir-birinə 
zidd  olan  qüvvəllərin,  fikirlərin,  ideyaların  toqquşmasıdır. 
Deməli,  münaqişənin  mənbəyi  insanların  özüdür,  onların 
özlərinin, ideyalarının, məqsədlərinin və s. müxtəlifliyidir. 
Ümumiyyətlə,  münaqişə  dialektikanın  elementi  kimi, 
inkişafn hərəkətverici qüvvəsi kimi zəruridir. Münaqişəsiz  heç 
vaxt köhnə öz yerini yeniyə verir. Cəmiyyətdə demokratlaşma 
həmişə münaqişə situasiyaların sayını artırır. 
Münaqişələri    növləri
. Qarşı-qarşıya duran tərəflərin, 
ideyaları müsbət və mənfi olmasından asılı olaraq münaqişənin 
üç növü vardır: 
1). «Plyus-plyus» münaqişəsi. 
2). «Minus-minus» münaqişəsi. 


 
 
 
3) «Plyus-minus» münaqişəsi. 
 Münaqişə  zamanı  tərəflərin  hərəkəti
.  Münaqişə 
vəziyyətində tərəflər özünü necə aparmalıdır? Bu zaman hansı 
hərəkət  tərzi  seçmək  lazımdır?  Bu  suallara  eyni,  birmənalı 
cavab  vermək  mümkün  deyil,  çünki  bu  zaman  hər  şey 
münaqişənin  mahiyyətindən  və  onda  hansı  adamların  iştirak 
etdiyindən  asılıdır.  Lakin,  bizdə,  xüsusən  də  rəhbərlər  də 
münaqişə  vəziyyəti  meydana  çıxan  zaman  müəyyən  hərəkət 
tərxi və ya qayda formalaşmışdır. Bu hərəkət tərxi və ya qayda, 
qismən bizim tərbiyəmizdən, qismən – bizim xarakterimizdən, 
qismən  isə  bizim  münaqişəli  həll  etmək  bacarığımızdan, 
təcrübəmizdən və biliklərimizdən asılıdır. 
Münaqişə  vəziyyəti  ilə  biz  uşaqlıqdan  qabaqlaşır, 
rastlaşırıq. 
Münaqişəni    həll  etməyin  ən  vacib  şərti  onu  dərk 
etmək,  onu  düzgün  başa  düşməkdir.  Hətta  düzgün  hərəkət 
tərzini dərk etdikdə onu daha düzgün başa düşmək olur. Buna 
görə  də  aşağıda  münaqişə  vəziyyətində  daha  çox  rast  gəlinən 
stilləri, hərəkət tərzlərini izah edək. 
1)  Müdafiə,  özünü  təcrid  etmə  stili.  Bu  hərəkət  tərzi 
ən  çox  yayılmış  stilidir.  Bu  hərəkət  tərzi  xüsusi  düşünülmüş 
qərar qəbul etməyi tələb etmir, öz-özünə meydana çıxır. Faktiki 
olaraq  bu  insanın  təbii  reaksiyasıdır,  özünün  «Mən»liyini 
təsdiq  və  müdafiə  etmək  istəyidir  ki,  nəticədə,  başqasının 
mənafeyini  nəzərə  almadığından,  insanlığın,  özünü  müdafiə 
edənin  təcrid  olunmasına  səbəb  olur.  Bu  qayda  aşağıdakı  üç 
formada özünü göstərir:  
a) münaqişədən qaçma (konflikti inkar etmə). Bir çox 
adamlar  həmişə  konfliktdən  qaçmağa,  onu  inkar  etməyə 
çalışırlar.  Bunu  həmin  adamın  qorxaqlığı,  ehtiyatlı  olması  və 
ya  özünün  karyerasına,  tərəf  müqabili  ilə  münasibətinə  ziyan 
vurmaq istəməməsi ilə izah etmək olar. Çünki bu cür adamlar 
münaqişə  nəticəsində  heç  bir  şeyə  nail  olmayacaqlarını 
düşünürlər. 


 
 
 
b)  münaqişəyə  hakim  olmaq,  üstün  olmaq.  Bu 
konfliktdən  qaçmanın  əks  tərəfidir,  lakin  bu  stil  (üsul)  adamı 
daha  çox  tənhalığa  sövq  edir.  Burada  başlıca  hərəkətverici 
qüvvə  özünü  təsdiq  etməyə,  hakimiyyətə  can  atmadır.  Bu 
əsasən  qeyri-normal  rəhbərliyə  və  ya  rəhbərə  aiddir.  Belə  
hallarda  insanlar  qarşıdurmada  öz  iradəsinə  başqalarını  tabe 
etmək və qələbə çalmaq naminə münaqişəyə qoşulur. 
Bu  cür  vəziyyətdə  münaqişənin    həll  edilməsinin  ən 
son,  axırıncı  yolu  konfliktin  mənbəyini,  konflikti  yaratmaq 
istəyən adamı bu prosesdən uzaqlaşdırmaqdır. 
Amerika  psixoloqlarının  1983-cü  ildə  650  adam 
arasında aparılan tədqiqatların nəticəsi göstərmişdir ki, sorğuda 
iştirak  edənlərin  68%-i  onlara  sərfəli  olmayan  adamı 
kənarlaşdırmaq istədiyini bildirmişlər. 
b)  tabe  olmaq,  güzəştə  getmək.  münaqişəni  həll 
etməyin  ən  sadə,  ən  asan  forması  tərəf  müqavilin  avtoritetinə 
tabe olmaqdır. 
Yuxarıda qeyd olunanlar heç də onu göstərmir ki, hər 
bir  münaqişə  hökmən  ambisiyalar  uğrunda  mübarizəyə, 
güclülərin qələbəsinə, zəiflərin məğlubiyyətinə,  alçaldılmasına 
çevrilməlidir.  Münaqişəni    həll  edilməsi  üzrə  mütəxəssislər 
belə hesab edirlər ki, münaqişə  müəyyən pozitiv dəyişikliklərə 
nail  olmaq  vasitəsidir  və  hər  iki  tərəf  bundan  xeyir  əldə 
etməlidir. Bunun ən yaxşı yolu əməkdaşlıqdır. 
Əməkdaşlıq  iki  formada:  kompromis  və  konflikti 
birgə həll etmək formasında həyata keçirilir. 
Kompromis. «Ən pis sülh ən yaxşı didişmədən yaxşıdır» 
prinsipinə  əsaslanır.  Bu  formanın  üstünlüyü  ondadır  ki,  o 
münaqişədə  iştirak  edən  tərəfləri  tənhalığa,  ayırmağa  yox, 
birləşməyə, bir orta məxrəcə gəlməyə sövq edir. 
Birjalarda  münaqişələrin  sivil  qaydaları  həll  edilməsi 
üçün  arbitrac  kommisiyası  yaradılır.  Həmin  komissiyanın 
başlıca  vəzifəsi  satıcılar,  alıcılar    və  vastəçilər  arasında  birja 
sövdələşmələrinin  (əqdlərinin)  bağlanılması  və  icrası  zamanı 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə