Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

67 
 
Mövzu 10. 
Müəssisənin maliyyə vəziyyətinin 
qiymətləndirilməsi. 
 
Plan: 
1.Maliyyə təhlilinin əsas analitik prosedurları. 
2.Maliyyə  dayanıqlığı  göstəricilərinin  hesablanması 
qaydaları. 
3.Müxtəlif  əmtəələrin  qiymət  indeksləri  üzrə 
inflyasiyanın uçotu. 
 
Müəssisənin  maliyyə  vəziyyəti    biznes,  investisiyalaşma 
obyekti, kapital, vergi ödəyicisi üzrə tərəfdaş kimi firmanın real 
və  potensial  maliyyə  imkanlarını  əks  etdirən  göstəricilər 
sistemini xarakterizə edən komplaeks anlayışdır. 
Müəssisənin optimal maliyyə vəziyyəti dedikdə aşağıdakılar 
başa düşülür: resursların effektiv istifadəsi; öz öhdəliklərinə görə 
tam və vaxtında cavab vermək qabiliyyəti; yüksək riskin istisnası 
üçün  xüsusi  vəsaitlərin  kifayətliliyi;  mənfəət  alınmasının  yaxşı 
perspektivləri. 
Müəssisənin  əlverişsiz  maliyyə  vəziyyəti  dedikdə,  qeyri-
məqbul  ödəmə  hazırlığı,  resursların  istifadəsinin  aşağı 
effektivliyi, vəsaitlərin səmərəsiz yerləşdirilməsi və onların aşağı 
səviyyədə  səfərbər olunması başa düşülür. 
Müəssisənin  maliyyə  vəziyyətinin  pis  həddi  iflas  vəziyyəti, 
daha doğrusu, öhdəliklərə görə cavab verə bilməmək qabiliyyəti 
sayılır. 
Müəssisənin maliyyə vəziyyətinin dəyişməsi daxili və xarici 
amillərin  təsiri  altında  baş  verir.  Daxili  amillər  dedikdə 
menecmentin  keyfiyyəti,  firmanın  əmlak  vəziyyəti,  xarici 
amillər  (makroamillər)  dedikdə  vergi  sisteminin,  bazar 
konyukturunun, kredit siyasətinin dəyişməsi başa düşülür. 


68 
 
Maliyyə  təhlilinin  əsas  məqsədi  –  müəssisənin  maliyyə 
vəziyyətinin onun mənfəət və zərərlərinin, aktiv və passivlərinin 
strukturunda  dəyişikliklərin  obyektiv  təsvirini  verən  çox  da 
böyük sayda olmayan əsas parametrlərin alınmasıdır. 
Biznesin  qiymətləndirilməsi  zamanı  maliyyə  təhlilinin 
vəzifələri  ənənəvi  olanlardan  bir  qədər  fərqlənir.Həmin 
vəzifələrə aşağıdakılar daxildir: 
-
  qiymətləndirmə  obyektinin  real  maliyyə  vəziyyətinin 
qiymətləndirilməsi; 
-
  qiymətləndirmə  obyektinin  gəlir  və  xərclərinin  proqnoz 
kəmiyyətinin əsaslandırılması; 
-
  gizli və ya açıq müflisləşmənin aşkara çıxarılması. 
Maliyyə 
təhlilinin 
ə
sas 
analitik 
prosedurları 
aşağıdakılardan ibarətdir: 
1)
  Üfüqi  (müvəqqəti)  təhlil.  Hesabat  göstəricilərinin  əvvəlki 
dövrün məlumatları ilə müqayisəsi deməkdir. 
2)
  Şaquli  (struktur)  təhlil.  Hər  bir  hesabat  mövqeyinin 
bütövlükdə  nəticəyə  təsirini  aşkara  çıxarmaqla  yekun  maliyyə 
göstəricilərinin strukturunun müəyyən edilməsi. 
3)
  Müqayisəli  (məkan)  təhlil.  Müəssisənin  məlumatlarının 
analoq müəssisələrin və ya rəqib müəssisələrin göstəriciləri ilə 
müqayisəsi,  orta  sahəvi  və  orta  ümumi  iqtisadi  məlumatlarla 
müqayisə  və  yaxud  firmaların,  törəmə  firmaların,  bölmələrin, 
sexlərin ayrı- ayrı göstəriciləri üzrə təsərrüfatdaxili müqayisə. 
4)
  Nisbi  göstəricilərin  (əmsalların)  təhlili.  Hesabat 
məlumatları  arasında  nisbətlərin  hesablanması  və  onların 
qarşılıqlı əlaqələrinin müəyyən edilməsi. 
5)
  Amillər  üzrə  təhlil.  Determinant  statistik  müqayisə 
üsullarının  köməyilə  ayrı-  ayrı  amillərin  yekun  göstəriciyə 
təsirinin  təhlili.  Bu  təhlil  birbaşa  (yekun  göstəricinin  tərkib 
hissələrinə bölünməklə) və əks (ayrı- ayrı elementlərin ümumi 
yekun göstəricidə birləşdirməklə) ola bilər. 


69 
 
Maliyyə  təhlilinin  aparılması  üçün  informasiya  mənbəyi 
mühasibat (maliyyə) hesabatı sayılır ki, bunun da vacib formaları 
aşağıdakılardır : 
• Mühasibat balansı; 
• Mənfəət və zərərlər haqqında hesabat; 
• Mühasibat  balansının,  mənfəət  və  itkilər  haqqında  hesabatın 
ə
lavələrin tərkibinə daxil edilən formalar; 
• Kapitalın dəyişiklikləri haqqında hesabat; 
• Pul vəsaitlərinin hərəkəti haqqında hesabat; 
• Mühasibat balansına əlavə; 
• Alınmış vəsaitlərin məqsədli istifadəsi haqqında hesabat. 
Mühasibat  hesabatının  göstərilən  formalarının  təhlilinin 
aparılması zamanı onlar həm illik, həm də aralıq hesabat forması 
kimi  təsdiq  olunur.  İllik  hesabatın  tərkibində  əlavə  olaraq 
izahedici qeyd və audit rəyi təqdim olunur. 
İ
zahedici  qeyd  adətən  aşağıdakı  bölmələrdən  ibarət  olur. 
Onun nümunəvi strukturu belədir: 
-
  təşkilat haqqında məlumat; 
-
  təşkilatın fəaliyyətini xarakterizə edən analitik göstəricilər; 
-
  mühasibat hesabatı göstəricilərinin şərhi; 
-
  növbəti ilə uçot siyasətinin dəyişilməsi; 
-
  illik  mühasibat  hesabatına  baxılmasının  yekunları  və  xalis 
mənfəətin bölgüsü üzrə qərar. 
“Analitik  göstəricilər”  bölməsinin  qiymətləndirilməsi  üçün 
maliyyə ilinin yekunları üzrə aşağıdakılar həll olunur: 
1)
  hesabat ilində təşkilatın maliyyə nəticəsinin formalaşmasına 
təsir edən amillərin təhlili təqdim olunur; 
2)
  əmlak  və  maliyyə  vəziyyətində  keyfiyyət  dəyişikliklərinin 
hesablanması  verilir  (rentabellik  göstəriciləri,  xüsusi  dövriyyə 
vəsaitlərinin payı); 
3)
  qısamüddətli  perspektivdə  təşkilatın  maliyyə  vəziyyəti 
qiymətləndirilir  (cari  likvidlik,  xüsusi  vəsaitlərlə  təminat, 
ödəməqabiliyyətliliyinin bərpası (itkisi) qabiliyyəti ); 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə